25 Noyabr 2024

Bazar ertəsi, 07:36

ARDI VAR

Azərbaycan hökuməti iqtisadiyyatın artımında stabil templərin dəstəklənməsinə diqqət ayırır

Müəllif:

15.10.2013

 

Dünyanın iqtisadi mənzərəsi yenidən tutqun tonlara boyanır - planetin ən güclü nəhəgi defolt və büdcə kollapsının astanasında böhran girdabına digər ölkələrin iqtisadiyyatını da çəkir. ABŞ-dakı vəziyyət istər qlobal maliyyə proseslərinə, istərsə də özəl investisiya qərarlarının qəbuluna mənfi təsir edərək, dünya bazarlarını da, birjaları da şübhəsiz, məngənədə saxlayır. Son 5 ildə dünya neçənci dəfədir ki,  resessiya təhlükəsi ilə üzləşib. Bu fonda  yaxın  günlərdə Azərbaycan iqtisadiyyatının vəziyyəti haqda deyilən məlumatlar xüsusi  olaraq ümidverici görünür - ölkə demək olar ki, bütün sahələrdə stabil artım templərini qətiyyətlə qoruyub saxlayır. Daha doğrusu, əvvəllki illərdə  olduğu kimi, iqtisadiyyata olan xarici neqativ təsirlərin qarşısını almaq üçün bütün lazımi hər şey var və 2014-cü il dövlət büdcəsi layihəsinin təqdimatı çərçivəsində səsləndirilən proqnozlar  dünya bazarlarında müxtəlif tərəddüdlərin ola biləcəyi halda balansın saxlanılması üçün qeyri-neft sektoru komponentlərinin gücləndirilməsi siyasətinin davamından xəbər verir. 

 

Dinamik və gələcəkdən xəbər verən 

 

2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının nəticələri və qarşıda duran məqsədlərə həsr olunmuş Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev bildirib ki, ölkə iqtisadiyyatının artımı bu müddət ərzində 5,4% təşkil edib. "Hesab edirəm ki, hazırda xüsusilə də davam edən böhran şərtləri çərçivəsində bu, son dərəcə yüksək göstəricidir ki, bizə investisiya proqramlarını uğurlu şəkildə yerinə yetirməyə imkan verir", - deyə dövlət başçısı bildirib. O, eyni zamanda əlavə edib ki, qeyri-neft sektoru 10,4% artıb ki, bu da dünya miqyasında ən yüksək göstərici hesab olunur. 

Ümumilikdə makroiqtisadiyyatın vəziyyəti Azərbaycana bu parametrlər üzrə ilk onluqda durmağa imkan verir. Daha doğrusu, məhz bu fakt ölkə iqtisadiyyatına investisiya yatırımlarının yüksək səviyyəsini müəyyənləşdirir ki, 3 rüb ərzində 17,7 mlrd dollara çatıb. Onun 10,5 mlrd dolları daxili investisiyalar, 7,2 mlrd dollarını isə xarici investisiyalar təşkil edir. Bu cür yüksək artım templəri davam edərsə, ilin sonuna yekun göstərici rekord 25 mlrd dollara qədər çata bilər. 

Müsbət dinamika valyuta ehti-yatları üzrə də saxlanılır, bu rəqəm  hazırda 49,9 mlrd dollar təşkil edir - 9,4 mln nəfər əhalisi olan ölkə üçün bu, son dərəcə yüksək göstəricidir. 

"Hesab edirəm ki, Azərbaycan adambaşına düşən valyuta ehtiyatlarına görə dünya miqyasında birinci sıralarda durur. Eyni zamanda biz vəsaitlərimizi qənaətlə istifadə etməliyik və büdcəni elə təşkil etməliyik ki, Azərbaycanda valyuta ehtiyatları daim artsın. Bizim üçün bu, iqtisadi və siyasi təhlükəsizlik məsələsidir, eyni zamanda, gələcək nəsillərə elə güclü iqtisadiyyat yaratmalı və saxlamalıyıq ki, Azərbaycanın gələcək inkişafı ilə bağlı heç bir problem olmasın", - deyə İ. Əliyev qeyd edib. Məhz bu ismarış xarici borcun idarə edilməsinin mühafizəkar siyasətinin seçilməsində əsas olacaq - ABŞ-da baş verən son hadisələr bunun düzgün olmasını bir daha da göstərdi. Belə ki, dövlət borcu ölkə ÜDM-nin cəmi 7-8%-ni təşkil edir, onu da dövlət başçısının qeyd etdiyi kimi sıfıra endirmək olar. 

Eyni zamanda İ. Əliyevin fikrincə, ilin sonuna və gələn il xaricdə Azərbaycan sərmayəsini artırmaq lazımdır. Bu gün intevtisiyalar böyük həcmdə Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, Fransa, Böyük Britaniya, Rumıniya, Yunanıstan və b. ölkələrə yatırılır. 

Ən böyük sərmayə, əlbəttə ki, Türkiyəyə - 17 mlrd dollar yatırılacaq - və bu göstərici ilə Azərbaycan bu ölkədə ən iri sərmayədar olacaq. "Bu gün Azərbaycan dünyada investor-ölkə kimi məşhurdur, biz donor ölkə qismində xarici maliyyə strukturlarına vəsaitlər təqdim edirik. Eyni zamanda, iri investisiyaların yatırılması təmin olunur. Bizim investisiya portfelimiz elə bölünməlidir ki, özümüzü risklərdən maksimum qoruya bilək", - deyə prezident qeyd edib. 

Yenə də bütün siyasətin əsas məğzi - istər ölkə iqtisadiyyatının ümumilikdə  stabilliyi, istərsə də hər bir vətəndaşın rifahının təmin olunmasındadır. 

Yeri gəlmişkən, bu gün əhalinin pul gəlirlərinin 7,6%-lik artımı inflyasiyanı əhəmiyyətli dərəcədə üstələyir ki, bu da sözügedən istiqamətdə vəziyyətin yaxşılaşması üçün əlavə imkanlar yaradır. 

Demək lazımdır ki, Mərkəzi Bankı ölkədə ilin sonuna qədər qiymətlərin stabiliyinin qorunub-saxlanılacağını proqnozlaşdırıb.  "İlin əvvəlindən ölkənin əsas xarici tərəfdaşları olan ölkələrdə orta inflasiya, Azərbaycanda inflasi-yanı 2,8%-lik bəndə yüksəldib. İlin sonuna qədər qiymətlərin stabiliyinin qalması gözlənilir", - deyə AMB-nin rəhbəri Elman Rüstəmov bildirib. 

Hökumət regionların inkişafını diqqət mərkəzində saxlamaqda davam edir. Keçən il başlayan və kənd yollarının təmiri, bərpası və yenidən qurulması ilə bağlı olan, regionların inkişafında xüsusi rol oynayan  19 layihənin 11-i bu il yekunlaşıb ki, bu da əyani sübutdur. Bundan başqa, iqtisadi inkişaf naziri Şahin Mustafayevin sözlərinə görə, sahibkarlığın inkişafı üçün tədbirlərin reallaşdırılması davam edir, rayonlarda öz işlərini inkişaf etdirmək istəyən biznes nümayəndələri ayrıca fərqlənirlər. Təsadüfi deyil ki, sahibkarlığa yardım milli fondunun xətti ilə verilən güzəştli kreditlərin 70%-i regionların, 30%-i Bakı qəsəbələrinin, 67%-i aqar  sektorun və 33%-i sənaye məhsullarının istehsalı və emalının payına düşür.

 

 

 

Bundan başqa, biznes-mühitin sabit saxlanması məqsədilə qanunvericilik təkmilləşdirilir, inzibati prosedurlar sadələşdirilir, şəffaf mexanizmlər tətbiq olunur. Hazırda dövlət orqanları elektron şəkildə 426 xidmət növü göstərir. "ASAN xidmət"in fəaliyyətinin genişləndirilməsi də sahibkarlığın inkişafına töhfə verir.  Özəl sektorun möhkəmləndirilməsi mühüm sosial problemləri də ardıcıl olaraq həll etməyə, xüsusən, cəmiyyət üçün olduqca vacib olan problem - işsizliyin öhdəsindən gəlməyə yardım edir. Belə ki, son 10 il ərzində Azərbaycanda 1 mln 200 mindən artıq iş yeri açılıb, o cümlədən 910 mini daimi olub. Yekun nəticədə ilin sonuna qədər işsizlik, proqnozlara görə, 4,8%-ə enəcək. 10 il ərzində yoxsulluq 10 dəfə azalıb və indi 6%-dən az təşkil edir. Hökumətin yaxın 10 ilə olan əsas məqsədləri məlum olduğu kimi, bu göstəricilərin daha da aşağı salınmasıdır.

 

Stabil proqnozlar

 

İnkişafın müsbət templərini sosial-iqtisadi həyatın bütün istiqamətlərində saxlanılması planlaşdırılır. İstənilən halda İİN 2014-cü il və sonrakı 3 ilə hazırladığı Azərbaycanın makroiqtisadi proqnozları və sosial-iqtisadi inkişaf konsepsiyasına əsasən, gələn il ölkə ÜDM-nin real artımı 5,2%, 2015-ci ildə 5,8%, 2016-cı ildə 4,8% səviyyəsində, 2017-ci ildə isə ÜDM 6% artımıyla 67,3 mlrd manata çatacaq. Bir sözlə, iqtisadiyyatın inkişafının müəyyən səviyyəsinə çataraq, hökumət artımın stabil templərinin dəstəklənməsi  və mövcud olan potensialdan rasional şəkildə istifadə olunması məsələsinə önəm verir. Eyni zamanda, proqnozlara görə, orta müddətli perspektivdə iqtisadiyyatın qeyri-neft sektorunun xüsusi çəkisi artmağa davam edəcək - 2014-cü ildə ÜDM-nin 61,5%-dən 2017-ci ildə 72,4%-nə qədər. 

2014-cü il üçün iqtisadiyyata investisiyaların ümumi həcmi 18,4 mlrd manat səviyyəsində proqnozlaşdırılır - 2013-cü ilin göstəricisindən 2,9% çox, hərçənd 70,4% sərmayə daxili, 29,6% isə xarici sərmayə olacaq. 

Hökumətin proqnozlarına əsasən, gələn il 68,5% sərmayə qeyri-neft sektoruna yatırılacaq. Gələn il üçün daha təfərrüatlı mənzərə artıq Milli Məclisə təqdim olunub və bu yaxınlarda nəşr edilən 2014-cü il üçün Azərbaycan dövlət büdcəsi layihəsinin məlumatları əsasında təsvir olunur. Belə ki, bu sənədə əsasən, gələn il üçün gəlirlər 18,4 mlrd manat səviyyəsində proqnozlaşdırılır. 

Gələn il üçün dövlət büdcəsinin xərcləri isə 20,06 mlrd manat həcmində proqnozlaşdırılır ki, bu da 2013-cü ilin proqnozlarından 1,1% artıqdır. Bununla belə, sosial xərclərin (5,9% çox) səviyyəsi də artır. Bununla da, dövlət büdcəsinin xərclər strukturunda sosial yönümlü xərclərin payı 2013-cü illə müqayisədə 1,3%-lik bənd artacaq və 26,6% təşkil edəcək ki, onun 15,1%-i əməkhaqqına, 9,1%-i isə pensiya və sosial müavinətlərin ödənilməsinə gedəcək. 

Bununla yanaşı, elm, səhiyyə, təhsil, mədəniyyət, idman və s. bu kimi sahələrdə məqsədyönlü proqramların büdcə maliyyələşməsinin həcmi də artacaq. 2014-cü ildə bu rəqəm 885,3 mln manat təşkil edib ki, bu da 2013-cü ildə nəzərdə tutulandan 37,3% çoxdur. 

Büdcə xərclərinin ümumi həcmindən əsas hissə - 14,7% milli təhlükəsizlik, müdafiə qabiliyyəti və müvafiq maddi- texniki bazanın möhkəmləndirilməsinə xərclənəcək. 2013-cü ilin proqnozları ilə müqayisədə gələn il üçün müdafiə xərclərinin 8,7% artırılması planlaşdırılır. Bu, hələ də qonşu dövlətlə müharibə şəraitində olan ölkənin artım templəri üçün zəruridir.  

Bu gün, prezident İ.Əliyevin qeyd etdiyi kimi, iqtisadi sahədə biz ən azı 10 dəfə Ermənistandan güclüyük və hərbi sahədə də üstünlüyə nail ola bilmişik. Bir sözlə, iqtisadi cəhətdən Azərbaycan nəinki öz torpaqlarını qoruya bilər, həm də zəruri halda silahlı yolla onları azad etməyə hazırdır və hərbi xərclər bununla əlaqədar, məntiqi olaraq il-ildən artmalıdır...

Bununla da, 2014-cü ilin büdcəsi ÜDM-nin 2,87%-lik defisiti ilə proqnozlaşdırılıb, lakin 9 ayın məlumatlarına əsasən, cari büdcənin icrasının analoji proqnoza görə artıq olduğunu nəzərə alsaq, onda rahatlıqla əmin olmaq mümkündür ki, göstərilmiş fərq - hökumətin zəmanətidir.


MƏSLƏHƏT GÖR:

400