24 Noyabr 2024

Bazar, 09:53

ERMƏNİ QƏSDİ

Azərbaycanlılara qarşı 1918-ci ildə törədilmiş qətliamda erməni keşişləri də iştirak ediblər

Müəllif:

30.10.2013

Ba­kı­da və Ba­kı qu­ber­ni-y­a­sın­da 1905-ci il­də baş ver­miş er­mə­ni-azər­baycan­lı, ya­xud o za­man dey­il­diyi ki­mi, er­mə­ni-ta­tar, er­mə­ni-müsəl­man toq­quş­ma­la­rın­dan so­nra şə­hər və öl­kə rəh­bər­liyi iki xalq ara­sın­da müna­si­bət­lə­rin da­ha da gə­rg­in­ləş­mə­si­ni ön­lə­mək üçün təd­bir­lər görürdü. La­kin Ba­kı­da ya­şay­an er­mə­ni­lə­rin yu­xa­rı tə­bə­qə­si söz­də "qar­daş müna­si­bət­lə­ri­nə" üstünlük ver­dik­lə­ri­ni söy­lə­sə­lər də, əməl­də azər­baycan­lı­la­ra qar­şı ye­ni qətllə­rə, ta­lan­la­ra ha­zır­la­şır­dı­lar. 1918-ci il qət­li­a­mı­na hə­lə çox var idi. Am­ma ha­di­sə­lər gö­s­tə­rir ki, ona ha­zır­lıq 1905-ci il müna­qi­şə­sin­dən dər­hal so­nra baş­layıb­mış. Bu­nu həm XX əs­rin əv­vəl­lə­ri­nə aid mət­bu­at, həm də ar­xiv sə­nəd­lə­ri tam tə­s­diq edir.

Ter­ror ak­t­la­rı, yüksəkrütbə­li mə­mur­la­ra qar­şı sui-qəs­dlər, ölüm hə­də­si­lə pul əl­də et­mə və di­g­ər ci­nay­ət­lər hər za­man həm Ba­kı­da, həm də azər­baycan­lı əha­li­nin üstünlük təş­kil et­diyi Ye­li­za­vet­pol və İrə­van qu­ber­niy­a­la­rın­da­kı er­mə­ni mil­lət­çi­lə­ri­nin işi olub.

1905-ci ilin mayın­da Ba­kı­da Ba­kı qu­ber­na­to­ru knyaz Na­ka­şid­zeyə qar­şı sui-qəsd tö­rə­di­lib. Pa­ra­pet ya­xın­lı­ğın­da ey­van­lar­dan bi­rin­dən Na­ka­şid­ze­ni apa­ran fay­to­na bom­ba atıl­ma­sı qu­ber­na­tor, onun ca­ngü­də­ni, fay­ton­çu və ət­raf­dan ke­çən iki nə­fə­rin ölümü ilə nə­ticə­lən­miş­di. Sui-qə­s­di Si­mon Vi­alyans, Qri­qo­ri Mey­ra­mov, Pe­t­ros Sa­xakyans və Le­on Arutyu­nov tö­rət­miş­di­lər.

Növ­bə­ti bən­zər ha­di­sə 1907-ci il­də baş ver­miş, bu də­fə ax­ta­rış po­li­si­nin rə­i­si Le­vi­ko­vun par­t­la­dıl­ma­sı­na cəhd olun­sa da, bom­ba işə düşmə­miş­di. So­nra­dan po­lis bom­ba­nı şə­hə­rin daş kar­xa­na­sı­na apa­ra­raq ora­da par­t­lat­mış­dı.

Ba­la­xa­nı-Sa­bun­çu po­li­smey­ste­ri pol­kov­nik-ley­te­nant Pe­s­to­va və Ba­kı­nın 7-ci sa­hə­si­nin pri­sta­vı Rix­te­rə qar­şı sui-qəsd za­ma­nı isə mil­lət­çi­lər is­tək­lə­ri­nə na­il ol­muş­du­lar. Elə hə­min 1907-ci il­də Ba­kı­nın post-te­le­q­raf kan­to­ru­nun rə­i­si Si­nel­ni­kov, No­bel qar­daş­la­rı­nın iş­lə­ri­nə rəh­bər­lik edən To­u­son, müha­fi­zə şö­bə­si­nin ag­en­t­lə­ri Ya­kov­lev və Deqtya­rev, ax­ta­rış po­li­si­nin ag­en­ti Kor­ney­ev də qət­lə ye­ti­ril­di­lər. Hö­ku­mət bu hal­la­rın heç bi­rin­də gü­nah­kar­la­rı tu­ta və cə­za­lan­dı­ra bil­mə­di. Av­qu­s­tun 30-da isə Ab­şe­ron Neft Cə­miyyə­ti­nin di­rek­to­ru O.S.Dem­bot xəncər­lə vu­ru­la­raq ya­ra­lan­dı və bu za­man sui-qə­s­di tö­rə­dən şəxs ya­xa­lan­dı. Onun Lin­ka­rad Var­tanyan ol­duğu üzə çıx­dı.

Er­mə­ni­lər hə­min döv­rdə pa­ra­lel ola­raq, si­lah eh­tiy­a­tı da top­layır­dı­lar. Ba­kıya Kras­no­vodskdan "Sko­bel­yev" pa­ro­xo­du ilə gəl­miş Ke­vork Tu­ma­so­vun yükü yox­la­nı­lan za­man ora­dan üçlülə­li tüfə­ng üçün 536 ədəd pa­t­ron və iki funt ba­rıt ta­pıl­mış­dı. Bun­la­rın ha­mı­sı qar­mo­nun içə­ri­sin­də giz­lə­di­lib­miş.

Ova­nes və Alek­sandr Mar­ko­sov qar­daş­la­rı, (on­lar Pa­li­kov soy­a­dı da da­şıyır­dı­lar) Ba­kı­dan İrə­va­na ki­fay­ət qə­dər qüvvəyə ma­lik par­t­layıcı mər­mi gə­tir­məyə ça­lı­şar­kən də­miryol vağ­za­lın­da tu­tul­muş­du­lar.

Plan­laş­dı­rı­lan qar­şı­dur­ma­la­ra er­mə­ni ke­şiş­lər də ha­zır­la­şır­lar­mış. Ye­li­za­vet­pol­da vi­ka­rii ar­xi­man­d­ri­ti Koryun və 4 er­mə­ni ca­ngü­dən həbs edil­miş­di­lər. On­la­rın evin­dən iki ədəd ma­u­zer, pa­t­ron­lar və "Daş­nak­sutyun" hər­bi təş­ki­la­tı­nın üzvlə­ri­nin fo­to­la­rı ta­pıl­mış­dı. Ey­ni şə­hər­də məh­kə­mə­yə cəlb olun­muş Şu­şa şə­hə­ri­nin aku­liss er­mə­ni-qri­qoryan kil­sə­si­nin ke­şiş­lə­ri Qa­re­g­in İo­a­nesyans, Ka­ra­pet Var­ta­petyans, Ar­se­ni Axumyans, hə­m­çi­nin zə­bur­çu Qri­qoryans pro­se­sin ge­di­şin­də açıq şə­kil­də eti­raf et­miş­di­lər ki, kil­sə­dən aş­kar­lan­mış 23 bom­ba er­mə­ni­lər­lə müsəl­man­lar ara­sın­da toq­quş­ma­la­rın baş ve­rəcəyi tə­q­dir­də, is­ti­fa­də edil­mək üçün sax­la­nı­lır­mış.

Qul­dur­luq, qətl, ölümlə hə­də­ləy­ə­rək pul qo­par­ma ki­mi əməl­lər­lə Ya­kov və İvan Cey­ra­nov qar­daş­la­rı da mə­ş­ğ­ul olub­lar. On­lar bu məq­səd­lə "Qa­ra qa­rğa" anar­xist par­tiy­a­sı" ad­lı ci­nay­ət­kar təş­ki­lat da "tə­sis et­miş­di­lər". İvan Cey­ra­nov ha­ki­miyyə­tə 1899-cu il­də tö­rət­diyi səs-küylü ci­nay­ət­lə ta­nış idi. O vaxt İvan bir ne­çə nə­fər­lə əl­bir şə­kil­də Teh­ran­da Fars Ssu­da Ban­kı­nın kas­si­ri Şa­bu­ni­ni qət­lə ye­tir­miş, ban­kın kas­sa­sın­dan, təx­mi­nən, 255 min rubl və 25 min tümən apar­mış­dı. Çox ke­ç­mə­dən ci­nay­ə­tin üstü açıl­mış, Cey­ra­nov həbs olun­muş, onun ba­rə­sin­də 15 il müddə­ti­nə ka­tor­qa qə­ra­rı çı­xa­rıl­mış­dı. Am­ma o, cə­za­sı­nın ya­rı­sı­nı da çək­mə­dən Ba­kı­da pey­da ol­muş­du... "Qa­ra qa­rğ­a­lar" - Cey­ra­nov­lar öz­lə­ri­nə ha­ra­da­sa şə­hər kə­na­rın­da dey­il, pay­tax­tın düz mər­kə­zin­də mə­s­kən sal­mış­dı­lar. On­lar məş­hur milyon­çu qar­daş­lar İvan, Da­nil və İlya Mayı­lov qar­daş­la­rı­na məx­sus mən­zil­də ya­şayır­dı­lar. Mən­zil Böyük də­niz və Te­le­fon küçə­lə­ri­nin kə­siş­mə­sin­də (ha­zır­da Bülbül pro­s­pek­ti ilə 28 May küçə­si­nin kə­siş­mə­si - red.) yer­lə­şir­di.

Ba­kı­nın zə­ng­in şəx­slə­rin­dən hə­də-qor­xu yo­lu ilə pul qo­pa­rıl­ma­sı ilə "Ba­kı ter­ror­çu­la­rı qru­pu" mə­şğ­ul idi. Qrup­laş­ma­nın üzvlə­ri ara­sın­da Mo­ses Mar­ti­ro­sov, Qri­qo­ri Şa­xa­tu­qov və Qayk Aru­şanyan ki­mi şəx­slər var idi­lər. Qrup ak­siz ida­rə­si­nin nə­za­rət­çi­si Q.Xa­na­kov­dan 2500 rubl "qo­par­mağa" cəhd za­ma­nı zə­rər­siz­ləş­di­ril­miş­di.

"İn­qi­lab üçün pul yığmaq­la" mə­şğ­ul olan "Ba­kı mak­si­ma­list­lər par­tiy­a­sı"nın özəy­i­ni isə Ar­şak Sar­ki­sov və Semyon Ka­lu­s­tov təş­kil edir­di­lər. On­lar Ba­kı sa­ki­ni Şpa­nin­dən hə­də yo­lu ilə 8000 rubl al­mağa ça­lı­şar­kən ya­xa­lan­mış­dı­lar. Ma­raq­lı­dır ki, qrup­laş­ma üzvlə­ri adı­çə­ki­lən şəx­slər­lə da­nı­şıq­la­rı "xey­riyyə­çi təş­ki­lat" adı al­tın­da fə­a­liyyət gö­s­tə­rən Ba­kı Er­mə­ni İn­san­pər­vər Cə­miyyət­də­ki te­le­fon­la apa­rır­dı­lar.

1914-cü il­də Bi­rinci dünya müha­ri­bə­si­nin baş­la­ma­sı ilə əla­qə­dar ola­raq, Qaf­qa­za qa­nun­suz si­lah da­şı­ma­la­rı özünün pik nöq­tə­si­nə çat­mış­dı. 1916-cı ilin iy­u­nun­da Ba­kı qu­ber­niy­a­sı­nın Jan­darm İda­rə­si­nin rə­i­si pol­kov­nik Se­ve­ri­nov­ski Qaf­qaz ca­ni­şi­ni­nə mə­ru­zə­sin­də ya­zır­dı: "Za­qaf­qa­ziy­aya kütlə­vi şə­kil­də si­lah və pa­t­ron gə­ti­ril­mə­si­nin əsa­sı­nı er­mə­ni­lə­rin in­qi­lab­çı "Daş­nak­sutyun" par­tiy­a­sı qoy­ub. Məq­səd par­tiy­a­nın hər­bi bir­ləş­mə­lə­ri­nin si­lah­lan­dı­rıl­ma­sı­dır... Sta­ti­s­tik mə­lu­mat­la­ra gö­rə, Za­qaf­qa­ziya şə­hər­lə­ri ara­sın­da Ba­kı si­lah və döyüş sur­sat­la­rı­nın tica­rə­ti üzrə əsas şə­hə­rə çe­v­ri­lib. Mə­lum olub ki, bu tica­rət­lə əsa­sən yer­li və Şu­şa er­mə­ni­lə­ri mə­şğ­ul olur". Pol­kov­nik Ba­kı­da əsas si­lah möh­tə­kir­lə­ri­nin ad­la­rı­nı da çə­kir­di: Va­qan Mə­lik-Əsg­ə­rov, Mu­rad (Var­tan) Al­lah­ver­diy­ev, Akop Ka­s­paryans və Mo­v­ses Osi­pov.

Bə­zi hal­lar­da yer­li po­lis giz­li si­lah an­bar­la­rı­nı aş­ka­ra çı­xa­ra bi­lir­di. Mə­sə­lən, be­lə an­bar­lar­dan bi­ri Te­le­fon küçə­sin­də yer­lə­şən (in­di­ki 28 May küçə­si - red.) Ter-Ako­pov­la­rın evin­də ya­ra­dıl­mış­dı. Bi­na­da­kı mən­zil­lər­dən bi­ri­ni Sar­kis Mar­ti­ro­sov, Qri­qo­ri Po­qos­ov və Ye­g­i­zaryan ki­ray­ə­lə­miş­di­lər. Mən­zil­dən ta­pıl­mış qu­tu­lar­da, hə­m­çi­nin evin zir­zə­mi­sin­də po­lis bir ne­çə tüfə­ng, re­vol­ver və pa­t­ron­lar aş­kar­la­mış­dı. Po­li­sin Te­le­fon və Vağzal küçə­lə­ri­nin kə­siş­mə­sin­də­ki ev­də apar­dığı ax­ta­rış da­ha cid­di "nə­ticə" ver­miş­di. Mən­zil Ma­te­vos, Mi­xa­il, Le­on və Vla­di­mir Sa­tu­rov qar­daş­la­rı­na məx­sus idi. Evin həy­ə­tin­də xüsu­si bir ti­ki­li var idi. Qar­daş­lar qə­fil gə­lən po­li­sə, guya, ora­da süpürg­ə­çi­nin qal­dığı­nı bil­dir­sə­lər də, asay­iş ke­şik­çi­lə­ri ti­ki­li­nin qa­pı­sı­nın açıl­ma­sı­nı tə­ləb et­miş, la­kin on­la­rın is­təyi ye­ri­nə ye­ti­ril­mə­miş­di. Bu za­man po­lis ti­ki­li­nin qa­pı­sı­nı sın­dır­ma­lı ol­muş­du. İçə­ri­də aş­kar edi­lən lyuk ti­ki­li­nin zir­zə­mi­si­nə apa­rır­dı. Po­lis zir­zə­mi­də əməl­li-baş­lı si­lah ar­se­na­lı aş­kar­la­mış­dı: 10 tü­fə­ng və 13 re­vol­ver, on­lar üçün 400 ki­lo­qra­ma­dək pa­t­ron, bom­ba­la­rın ha­zır­lan­ma­sın­da is­ti­fa­də olu­nan 100 ki­lo­qra­ma­dək par­t­layıcı mad­də, içə­ri­sin­də xəncər­lər olan 5 qu­tu, bom­ba ha­zır­lan­ma­sı üçün for­ma­lar və par­t­layış­lar, sui-qəs­dlər, qətllər tö­­rə­dil­mə­sin­də is­ti­fa­də olu­nacaq bir sı­ra di­g­ər əşya­lar. Sa­tu­rov qar­daş­la­rı­nın məh­kə­mə­si 1913-cü il­də ke­çi­ril­di və on­la­rın hə­rə­si 4 il müddə­ti­nə azad­lı­q­dan məh­rum edil­di­lər.

Am­ma hüquq müha­fi­zə or­qan­la­rı­nın həy­a­ta ke­çir­dik­lə­ri bütün təd­bir­lə­rə rəğmən, 1918-ci ilin mart ha­di­sə­lə­ri­ni ön­lə­mək mümkün ol­ma­dı...



MƏSLƏHƏT GÖR:

639