Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Müşahidə olunan son 10 ildə sənayenin intensiv inkişafı, avtomobil yollarının çəkilməsinə iri büdcə yatırımları və kommunal infrastrukturun formalaşması, eləcə də yaşayış bumunun bir neçə dalğası tikinti şirkətlərinin xidmətində olan sabit bazar tələbatı doğurdu və tikinti materiallarının istehsalının lokallaşmasına yol açdı. Bu bazar trendi, xüsusilə müasir və texniki cəhətdən təchiz olunmuş, bu gün, təxminən, 1500 şirkət və 60 mindən artıq işçinin olduğu tikinti sektorunun formalaşmasına imkan verdi.
Azərbaycanın tikinti materialları bazarı iqtisadiyyatın inşaat materialları seqmentində artıq üçüncü il baş verən artım fonunda indi növbəti yüksəlişini yaşayır. Bu nikbin tendensiyanı açıq şəkildə bu günlərdə start götürmüş "Baku Expo Centre" beynəlxalq sərgi mərkəzində "Baku Build-2013" 19-cu beynəlxalq sərgi də sübut etdi.
Hələ də irəlidə
Son on il ərzində ölkə iqtisadiyyatına birbaşa xarici sərmayənin, təxminən, 20%-i məhz tikinti sektorunun payına düşüb. Eyni zamanda, son 3 ildə tikinti bazarının artımının orta tempi 25-30% və hətta daha yüksək həddə olub. Tikinti işlərinin bütün həcminin dörddə üçü özəl sektorun payına düşür. Tikinti sektorunun inkişaf templərinə görə Azərbaycan artıq çoxdan 2008-ci ilin böhrana qədərki göstəricilərini nisbətən qənaətbəxş geridə qoyub. Hərçənd bu tendensiya yaşayış tikintisi seqmentində daha parlaq özünü büruzə verir.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2011-ci ildə ölkədə mənzil tikintisinin həcmi 1, 922 mln kv.metrə çatmışdı ki, bunu ötən onilliyin mütləq rekordu hesab etmək olar. Keçən il mənzillərin təhvil verilmə həcmləri bir qədər azaldı - 1,757 mln kv.metr, bu da qismən yenitikililər seqmentində paytaxt əhalisinin real ödəmə qabiliyyəti tələbatına nisbətən təklifin ötməsi ilə izan edilirdi. Lakin 2013-cü ilin yanvar-iyul aylarının məlumatlarına görə, tikinti kompleksi ötürülmüş mövqeyinin yerini əminliklə doldurmağa başladı: 1,81 min kvadratmetrdən artıq mənzil təhvil verildi ki, ötən ilin analoji göstəricilərini 28,1% ötdü. Ümumilikdə, cari ilin üç rübü ərzində tikinti işlərinin ümumi həcmi (yaşayış və sənaye seqmenti) 5,68 mlrd manat məbləğində qiymətləndirilir ki, bu da ötən ilin analoji dövrü ərzində kapital yatırımlarının həcmini 9,5% üstələyir.
Göstərilən rəqəmlər təsdiq edir ki, Azərbaycan tikinti sənayesi neqativ qlobal tendensiyalara baxmayaraq, istehsalın həcmini artırmaq iqtidarındadır. Və deyilənlərə əsasən, inşaatçıları, ən azı, yaxın 10-15 ildə işsiz qalmaq təhlükəsi gözləmir. Buna zəmanət yaxın günlərdə paytaxt və onun ətraflarının 2030-cu ilə qədər işlənmiş Baş İnkişaf Planında qeyd edilmiş uzunmüddətli planlar da ola bilər. Gözlənilir ki, yaxın 17 ildə paytaxt ərazisində əhalinin artımı 745 min nəfər təşkil edəcək və ümumilikdə 3,5 mln nəfərə çatacaq. Müvafiq olaraq yaşayış fondunun ikiqat -64,147 mln kv.metrə qədər artırılması proqnozlaşdırılır, eyni zamanda, hər bir adama mənzilin ümumi sahəsi orta hesabla 25 kv.m düşəcək ki, əvvəlki rəqəm 17,3 kv.m idi.
Artıq bu gün təkcə Bakıda mənzil defisiti 15 mln kv.m təşkil edir - inşaatın mövcud templərində ölkədə yaşayış problemi 10 ildən az olmayaraq həllini tapacaq ki, bununla da inşaatçılar stabil müqavilələrlə təmin olunacaqlar.
Hərçənd mənzil tikintisi - yerli inşaat sektorunun fəal şəkildə cəlb olunduğu yeganə istiqamət deyil. 30-dan artıq metro stansiyasının tikilməsi, paytaxtdan sənaye müəssisələrinin çıxarılması, Bakı buxtasının əsaslı surətdə yenidən qurulması, eləcə də gözlənilən gələcəkdə bir sıra iri təhsil müəssisələrinin şəhərkənarı universitet kampuslarına köçürülməsi, qeyri-mütəşəkkil azmərtəbəli binalar və ötən əsrin 60-70-ci illərində standart beşmərtəbəli binaların yenidən təmir olunması - Bakının yeni Baş İnkişaf Planında nəzərdə tutulmuş tədbirlərin heç də tam olmayan siyahısıdır.
Kommunal və yolların yenidən qurulmasının miqyasını, 20 regional mərkəzdə sosial obyektlərin təkmilləşdirilməsini nəzərə alsaq, inamlı şəkildə iddia etmək olar ki, müşahidə olunan müddətdə inşaat sektorunda düşmə, çətin ki, mümkündür.
Uzun müddətə sementləmək
Tamamilə göz önündədir ki, sənayenin intensiv inkişafı və son on ilin inşaat bumu tikinti materiallarına olan bazar tələbatının katalizatoru olub və bununla da tikinti xammalının emalı üzrə güclü sənayenin yaradılmasına yol açıb.
"Hazırda tikinti materialları istehsalı həcminin 77%-ı özəl sektorun payına düşür. Eyni zamanda, bu sektorda istehsalın artım tempi 2,5 dəfə yüksəlib, bura cəlb olunan şirkətlərin sayı isə 12 dəfə artıb", - deyə "Baku Build-2013" sərgisinin açılışında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov bildirib.
Onun sözlərinə görə, bu qədər yüksək artım tempini saxlamağa dövlətin hərtərəfli yardımı imkan verir: belə ki, son illər təkcə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 500-dən artıq tikinti materialları istehsalçılarına 82,6 mln manat həcmində güzəştli kredit təqdim edilib.
Ötən on il müddətində Azərbaycanda sement istehsalı 2,3 dəfə, hazır beton məhsulu - 11, kərpic - 4 dəfə artıb. Mövcud nailiyyətlərə Azərbaycan, həmçinin tikinti materiallarının - polimer boru və armatur, lak və boya məmulatları, kirəmit, quru qatışıqlar, müxtəlif naxış materialları və s. geniş spektrinin istehsalının lokallaşdırılması sayəsində nail olub.
Baza sement sahəsinin inkişaf dinamikasını qiymətləndirərək, bu sektorun uğurlarını daha əyani surətdə izləmək olar: son vaxtlara qədər Azərbaycanda fəaliyyət göstərən sement müəssisələrinin ümumi gücü ildə 1,8-2 mln tonu keçməyib.
Bu arada ölkənin bu strateji mühüm tikinti materialına olan illik tələbatı yarıdan da çox ixdalat hesabına ödənilir. Mütəxəssislərin hesablamalarına görə, sementə olan daxili tələbat mərhələli şəkildə artacaq və 2016-cı ilə kimi bazar tələbatı ildə, təxminən, 5 mln tona çata bilər. Bununla əlaqədar olaraq cari bazar konyukturası Azərbaycanın sement sahəsinin əsas inkişaf trendini müəyyən edib: ölkədə tam istehsal dövriyyəsi olan üç böyük zavodun yaradılması - xammal karxanaları, klinker yandırma və əsas məhsulun istehsalı - quru qarışıqların emalı.
"Yaxın vaxtlarda Azərbaycan müstəqil şəkildə və tam həcmdə sementə olan tələbatı ödəyə və hətta onun idxalından imtina da edə biləcək. Ötən ilin sonlarına olan məlumatlara əsasən, klinker və hazır qatışıqların yerli istehsalı daxili tələbatın ancaq 44%-ni ödəyirdi. Lakin iki-üç ildən sonra, yeni zavodların tam istehsal gücünə düşməsindən sonra bu göstərici 100%-ə qədər artacaq", - deyə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ehtimal edir.
Bununla da artıq 2016-cı ilə kimi ölkənin üç iri sement zavodunun birgə istehsalı təxmini həcmin 5 mln tonuna, sonrakı ilə olan perspektivdə isə 6,5 mln tona çatacaq. Bununla da təkcə daxili tələbat bütünlüklə ödənilməklə yanaşı, həm də sement və klinkerin qalıqlarını ixrac etmək mümkün olacaq.
İstehsal həcminin artması ilə birgə sement sahəsi "quru" istehsalın ekoloji təmiz texnologiyasından istifadə edərək, eləcə də Xəzəryanı regionda energetika effektliyinin inqilabi üsullarını ilk dəfə tətbiq edərək, eyni zamanda, çağdaş keyfiyyət səviyyəsinə çıxır.
Belə ki, müəssisələrin birində yanacaq yerinə tullantılardan - köhnə şinlər, neftlə çirklənmiş torpaqlar və buruq şlamı, məişət və sənaye tullantılarından istifadə olunması planlaşdırılır. Bu tədbirlər sobalarda yandırılan, təxminən, doqquz, sonrakı mərhələdə isə 15%-ə qədər təbii qaza qənaət etməyə, eyni zamanda, çirklənmiş ərazilərin təmizlənməsinə yardım edəcək.
İxracı minimallaşdıraraq
Metalyayan istehsal sahəsində də planlar az perspektivli deyil - armaturlar, polad burun və içlikli çəkmələr, müxtəlif tikinti profil və boruları. Bu məhsulun əsas hissəsi Sumqayıt texnoparkında cəmləşib - spiral boruların istehsalı üzrə konveyer xətləri, enerji kabelləri, polimer borular və digər tikinti materiallarının buraxılması üzrə müəssisələr. Müxtəlif çeşidli metal konstruksiyalar, metal kirəmitin istehsalı Mingəçevir maşınqayırma zavodunda da təşkil edilib.
Ölkə başçısının aprel ayında verdiyi sərəncama görə, ölkədə iri poladtökmə kompleksi - "Polad istehsalı üzrə Azərbaycan kompleksi" QSC-nin yaradılmasına başlanılıb. Buraya, təxminən, 100 min mütəxəssisin cəlb olunması nəzərdə tutulub. Bu qərarın çərçivəsində bütün texnoloji zəncir yenidən yaradılacaq - yerli yataqlardan filiz çıxarılması, dəmir konsentrat emal edilməsi və nəhayət, poladın ən yeni texnologiyalar tətbiq edilərək, Gəncə və Daşkəsən rayonlarındakı zavodlarında əridilməsi. Bir neçə il sonra burada əldə olunmuş poladdan borular - bazarda bahalı olan metal məhsulu istehsal olunacaq. Bundan başqa, kompleks artmatur, eləcə də tikinti kompleksində istifadə olunan digər profilli metalprokatın buraxılması da təmin ediləcək.
Bu kontekstə Hövsanda yaxın ilə nəzərdə tutulmuş gücü 750 min ton olacaq yeni metaltökmə zavodunun tikinti layihəsi də yerləşdirilib. Bu zavodun layihələndirilməsi və texniki təchizatında Almaniyanın "Siemens AG" şirkəti də iştirak edəcək.
Bir sıra istiqamətlər üzrə tikinti materiallarının azərbaycanlı istehsalçıları artıq bu gün bazarın əhəmiyyətli hissəsinə nəzarət edirlər. Xüsusən, lak-boya materiallarının istehsalı sahəsində üç iri yerli şirkətlərin payı 70%-i ötür. Dörd digər aparıcı şirkətlər - quru qatışıqlar və naxış materiallarının istehsalçıları, demək olar ki, bazara tamamilə nəzarət edirlər, ələlxüsus da, məhsulun qalıqlarını uğurlu şəkildə Qazaxıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, Rusiya və hətta Türkiyəyə ixrac edirlər.
Azərbaycanda şüşə istehsalı seqmenti dinamik şəkildə inkişaf edir, hərçənd adi tikinti pəncərə şüşələri ilə birgə bu il xüsusi güllə buraxmayan şüşələrin istehsalına da başlanılıb. Üç və beşlaylı laminasiyalı şüşə paketlər qəti şəkildə istər tapança, istərsə də avtomat güllənin hədəfə düşməsinin qarşısını alır. Bu məhsul beynəlxalq sertifikasiyanı keçib və zərgərlik dükanları, banklar, valyuta mübadilə məntəqələri və s. yerlərdə istifadə üçün nəzərdə tutulub.
Sadalanan nümunələr yerli tikinti sektorunun miqyası və texnoloji imkanlarını sadəcə olaraq qismən əks etdirir. İştirakçıların sayına görə - dünyanın 32 ölkəsindən 490 şirkətlə və sərginin ümumi sahəsinin 20% genişləndirməklə, builki "Baku Build" forumu tamamilə rekord vurdu.
MƏSLƏHƏT GÖR: