25 Noyabr 2024

Bazar ertəsi, 06:04

BORCDAN BORCA FƏRQ VAR...

Normal borc kreditorlar tərəfindən dövlətə real etimadın göstəricisidir

Müəllif:

30.10.2013

Bu gün bütün dünya borc için­də ya­şayır. Hət­ta hə­lə doğul­may­an gə­ləcək nə­sil­lər be­lə po­ten­si­al borc­lu­lar­dır. Bu, onun­la iz­ah olu­nur ki, ar­tıq ək­sər döv­lət­lər mil­li iq­ti­sa­diyya­tın in­ki­şa­fı üçün döv­lət büd­cə­si kə­s­ri­nin örtülmə­si, so­si­al-iq­ti­sa­di dəy­i­şik­lik­lə­rin apa­rıl­ma­sı mə­sə­lə­lə­rin­də yal­nız öz ma­liyyə re­sur­sla­rı­na ar­xa­la­na bil­mir­lər. La­kin id­dia et­mək ol­maz ki, döv­lət borcu­nun ya­ran­ma­sı öl­kə­də iq­ti­sa­di və­ziyyə­tin son də­rəcə pis­ləş­mə­si ilə bağlı­dır. Ək­­si­nə,  cəlb olun­muş borc və­sa­it­lə­ri sə­mə­rə­li şə­kil­də is­ti­fa­də edi­lər­sə, onu nə­in­ki iq­ti­sa­di və­ziyyə­tin yax­şı­laş­dır­ıl­ma­sı və kə­s­kin so­si­al prob­lem­lə­rin həl­li­nə yö­nəl­tmək, həm də ma­liyyə me­necmen­ti prin­sip­lə­ri­nə uyğun is­ti­fa­də edib öl­kəyə fay­da gə­tir­mək olar.

 

Ağıllı siyasət elementi 

Əg­ər klas­sik siy­a­si iq­ti­sad mək­tə­bi döv­lət borcu­nu hök­mən ödə­nil­mə­li olan müvəq­qə­ti hal ki­mi nə­zər­dən ke­çi­rir­di­sə, C. Keyn­sin dövründən bə­­ri onu ziy­an­lı bir şey ki­mi qə­bul et­mə­məyə və ağıl­lı iq­ti­sa­di siy­a­sət ele­men­ti qi­s­min­də qə­bil et­məyə baş­la­dı­lar.

Ay­dın­dır ki, döv­lət müna­sib və ağla­ba­tan şər­t­lər­lə borc götürə bi­lər və götürmə­li­dir də. Nor­mal borc kre­di­tor­lar tə­rə­fin­dən döv­lə­tə re­al eti­ma­dın sübu­tu­dur. Prak­ti­ki ola­raq sə­mə­rə­li in­ki­şaf edən, sta­bil iq­ti­sa­diyyat za­ma­nı xa­rici döv­lət borcu cə­miyyə­tin in­ki­şa­fı və həy­at fə­a­liyyə­ti üçün əsas prob­lem dey­il. 

Bu mə­na­da Azər­bayca­nın son il­lə­rin sı­nağın­dan keç­miş iq­ti­sa­di siy­a­səti nə­ticə­sin­də böyük qı­zıl valyu­ta eh­tiy­at­la­rı­nı top­la­ma­sı aş­kar nümu­nə­dir. Be­lə ki, 2013-cü ilin or­ta­la­rı­na olan mə­lu­ma­ta gö­rə, öl­kə­nin stra­te­ji valyu­ta eh­tiy­at­la­rı 47,7 mlrd dol­lar təş­kil edib. Bu məb­ləğ məh­sul və xid­mət­lə­rin üçil­lik id­xa­lı­na ki­fay­ət edər. Ey­ni za­man­da, stra­te­ji valyu­ta eh­tiy­at­la­rı sək­kiz də­fə öl­kə­nin xa­rici borcu­nu üstə­ləy­ir. La­kin mil­li iq­ti­sa­diyya­tın uğur­lu in­ki­şa­fı və böyük qı­zıl valyu­ta eh­tiy­at­la­rı­na bax­may­a­raq, Azər­baycan dünya­nın di­g­ər öl­kə­lə­ri ki­mi xa­ricdən döv­lət borcu alır.  2013-cü ilin əv­və­li­nə öl­kə­nin xa­rici döv­lət borcu­nun həcmi 5,7 mlrd dol­lar (di­aq.1.) təş­kil edir. 

Xa­rici bocr aşağı­da­kı valyu­ta­lar­da tə­q­dim olu­nub: ABŞ dol­la­rı, av­ro, SDR (xüsu­si borcal­ma hüquq­la­rı - "Speci­al Drawing Ri­ghts"), ya­pon ie­ni və s. Fa­iz­lər isə bu kre­dit­lə­rin bağlan­ma dövründən  ası­lı­dır: 5 il­dən 10 ilə qə­dər - 6,8%; 10 il­dən 20 ilə qə­dər - 46,3%; 20 il­dən ar­tıq - 46,9%. 

Xa­rici kre­dit­lər əsa­sən in­fra­struk­tur lay­i­hə­lə­ri (yol­la­rın ti­kil­mə­si, su təchi­za­tı), elek­trik enerji­si, me­li­o­ra­siya, ir­ri­qa­siya və s. sa­hə­lər­də is­ti­fa­də olu­nur. 2012-ci il­də xa­rici döv­lət borcu­na xid­mət gö­s­tə­ril­mə­si ilə bağlı xərclər 427.7 mln dol­lar təş­kil edib. 

2012-ci il­də Azər­baycan döv­lət zə­ma­nə­ti ilə dünya ma­liyyə təş­ki­lat­la­rı ilə ümu­mi dəy­ə­ri 1405,72 mln dol­lar olan 8 kre­dit ra­zı­laş­ma­sı im­za­layıb:

- Dünya Ba­nkı (1 kre­dit) - 30 mln dol­lar;

- Asiya İn­ki­şaf Ban­kı (2 kre­dit) - 500 mln dol­lar;

- İs­lam İn­ki­şaf Ban­kı (1 kre­dit) - 200,05 mln dol­lar;

- Al­ma­niya İn­ki­şaf Ban­kı, KfW (3 kre­dit) - 135,46 mln dol­lar;

- Çe­xiy­a­nın ban­k­lar kon­sor­si­u­mu (1 kre­dit) - 540,21 mln dol­lar. 

 

Standarta  əsasən 

Xa­rici döv­lət borcu­nun həcmi döv­lə­tin iq­ti­sa­di təhlükə­siz­liy­i­nə nə də­rəcə­də mən­fi tə­sir gö­s­tə­rə bi­lər? Onun ölçülmə­si üçün han­sı mütləq və nis­bi gö­s­tə­rici­lər var və bu sa­hə­də bey­nəl­xalq təcrübə necə­dir?

Av­ro­pa Bir­liy­in­də qə­bul olun­muş Ma­a­s­t­rixt stran­dar­tı­na gö­rə, borc yükü əm­sa­lı­nın ÜDM-in 60%-ni öt­mə­mə­si tö­v­siyə olu­nur.  Bu gö­s­tə­rici­nin ix­raca nis­bə­ti isə 200% təş­kil edir. Öl­kə­nin   xa­rici borca xid­mət üçün yö­nəltdiyi  və­sa­i­tin ix­racda pa­yı­­na gəl­dik­də isə bur­da də­qiq bir me­y­ar mö­vcud dey­il, la­kin he­sab olu­nur ki, bu, 15-20%-i üstə­lə­mə­mə­li­dir.  

Azər­baycan­da 2012-ci ilin nə­ticə­lə­ri­nə əsa­sən, xa­rici borcun ümu­mi məb­ləği­nin ÜDM-yə olan nis­bə­ti 8,3% təş­kil edir, yə­ni mümkün olan son gö­s­tə­rici­dən 7 də­fə az. Xa­rici borcun ümu­mi məb­ləği­nin mal­lar və xid­mət­lə­rin ix­racı­na olan nis­bə­ti isə 23,8%-dır: son həd­dən 8 də­fə­dən də az; borca  xid­mət gö­s­tə­ril­mə­si­nə da­ir xərclə­rin ix­raca nis­bə­ti - 1,8%-dır: son həd­dən qiy­mət­dən 11 də­fə az­dır. Öl­kə­də adam­ba­şı­na düşən xa­rici borca gəl­dik­də, bu, 610,1 dol­lar təş­kil edir. 

Azər­bayca­nın (di­aq.2) xa­rici bor­cu­­nun xa­rici borcun ÜMD və ix­racda payı­nın di­na­mi­ka­sı­nın təh­li­li bu gö­s­tə­rici­lə­rin ki­fay­ət qə­dər sta­bil ol­du­ğu­nu sübut edir. Xa­rici döv­lət borcu­nun ÜDM-də payı ən yüksək həd­di­nə 2001-2003-cü il­lər­də çat­mış­dı, hə­min il­lər öl­kə in­fra­struk­tu­runun ye­ni­dən qu­rul­ma­sı­na kre­dit­lər cəlb edilir­di, böyük neft gə­lir­lə­ri isə hə­lə Azər­bayca­na da­xil ol­mur­du. Bun­dan so­nra bu gö­s­tə­rici düşməyə və 7-9% ara­sın­da qə­rar­laş­mağa baş­la­dı. Hə­min döv­r­də xa­rici döv­lət borcu­nun ix­racda payı ən yüksək həd­də idi ki, bu da kar­bo­hi­d­ro­g­en ix­racı­nın ar­tı­mın­dan so­nra 20-23%-ə qə­dər azal­dı.

Be­lə­lik­lə biz görürük ki, öl­kə­nin xa­rici borcu üzrə gö­s­tə­rici­lər Ma­a­s­t­rixt stan­dar­tı­nın son həd­di­lə müqay­i­sə­də çox qə­na­ət­bəxşdir. Bu fakt döv­lə­tin xa­rici borc al­ma­sı­na da­ir eh­ti-  y­at­lı  siy­a­sə­tin­dən  xə­bər ve­rir. 

Qeyd et­mək la­zım­dır ki, bu gün xa­rici borcla­rın cəlb olun­ma­sı təcrü­bə­si bey­nəl­xalq icti­ma­iyyət tə­rə­fin­dən an­layış­la qar­şı­la­nır və de­mək olar ki, is­tə­ni­lən in­ki­şaf edən öl­kə­nin xa­rici kre­di­tor­la­ra borcu var. Öl­kə iq­ti­sa­diyya­tı­nın kre­dit­ləş­di­ril­mə­si, is­la­hat­la­rın həy­a­ta ke­çi­ril­mə­si və is­teh­sa­lın tək­mil­ləş­di­ril­mə­si məq­sə­di­lə dünya­da bir sı­ra bey­nəl­xalq təş­ki­lat­lar fə­a­liyyət gö­s­tə­rir:  Bey­nəl­xalq Valyu­ta Fon­du, Dünya Ban­kı və s. La­­kin qeyd et­mək la­zım­dır ki, prob­le­min məğzi heç də xa­rici döv­lət borcu­nun ÜDM-ə olan nis­bə­ti­nin ba­lan­s­laş­dı­rıl­ma­sı­nın zə­ru­ri­liy­in­dən iba­rət dey­il. Müəyyən sər­həd­lər var ki, on­la­rı ağıl­lı borclan­ma çər­çi­və­lə­ri ad­lan­dır­maq olar. Əg­ər öl­kə bu həd­lə­ri aşır­sa, onun kre­di­tor­lar­dan ası­lı və­ziyyə­tə düşmək eh­ti­ma­lı ar­tır. Bu və­ziyyət son də­rəcə təhlükə­li­dir. Bu yer­də bri­ta­niy­a­lı ya­zı­çı, No­bel müka­fa­tı la­u­re­a­tı Ber­nard Şo­u­nun söz­lə­ri­ni xa­tır­la­ma­maq ol­mur: "Borclar is­tə­ni­lən baş­qa bir tə­ləyə bən­zəy­ir: on­la­ra düşmək ol­duqca asan­dır, la­kin çıx­maq son də­rəcə çə­tin­dir". 

Son 3-4 il­də ma­liyyə-iq­ti­sa­di böh­ran, dünya valyu­ta­la­rı­nın kur­sla­rı­nın qey­ri-sta­bil­liyi, ener­ji da­şıyıcı­la­rı­nın qiy­mət­lə­ri­nin tə­rəddüdü ki­mi dünya iq­ti­sa­diyya­tın­da yer alan ha­di­sə­lər Azər­baycan hö­ku­mə­ti qar­şı­sın­da xa­rici borcla­rın ida­rə olun­ma­sı­nın ef­fek­tiv­liy­i­nin yüksəl­dil­mə­si mə­sə­lə­si­ni qoy­ur. 

Mə­lum ol­duğu ki­mi, valyu­ta da­xi­l­ol­ma­la­rı­nın böyük his­sə­si­ni Azər­baycan ener­ji re­sur­sla­rı­nın ix­racın­dan əl­də edir və nef­tin ix­racın­dan gə­lən gə­li­rin azal­ma­sı öl­kə hö­ku­mə­ti­nin xa­rici borc cəlb et­mə­si­nin sə­bəb­lə­rin­dən bi­ri ola bi­lər. La­kin dünya ma­liyyə-iq­ti­sa­di si­s­te­mi­nin qey­ri-sa­bit­liyi  şə­ra­i­tin­də xa­rici borc al­maq əhə­miyyət­li də­rəcə­də çə­tin­lə­şir. Bu, xa­rici borcla­rın cəlb olun­ma­sı sa­hə­sin­də araş­dır­ma­la­rın apa­rıl­ma­sı­nı, ar­tıq cəlb olun­muş və­sa­it­lə­rin is­ti­fa­də­si­nin ef­fek­tiv­liy­i­nin qiy­mət­lən­dir­mə üsul­la­rı­nın ha­zır­lan­ma­sı, eləcə də kre­dit­lə­rin ve­ril­mə­si şər­t­lə­ri­nin ras­io­nal qiy­mət­lən­di­ril­mə­si mühümlüyünü və zə­ru­rə­ti­ni şər­t­lən­di­rir. 

Dey­i­lən­lə­rə sübut ola­raq, Azər­baycan Pre­zi­den­ti İl­ham Əliy­e­vin Na­zir­lər Ka­bi­ne­ti­nin 2013-cü ilin doq­quz ayı­nın so­si­al-iq­ti­sa­di in­ki­şa­fı­nın ye­kun­la­rı­na və qar­şı­da du­ran və­zi­fə­lə­rə həsr olu­nan icla­sın­da­kı söz­lə­ri­ni mi­sal gə­tir­mək is­tər­dim: "Bu gün Azər­bayca­na is­tə­ni­lən həcmdə xa­rici ma­liyyə re­sur­sla­rı­nı cəlb et­mək üçün heç bir prob­lem yox­dur. Sa­dəcə ola­raq biz xa­rici döv­lət borcu­nu ar­tır­ma­maq üçün bu sa­hə­də də çox kon­ser­va­tiv siy­a­sət apa­rı­rıq və bu gün Azər­baycan dünya miqya­sın­da bu gö­s­tə­riciyə gö­rə də ən qa­baqcıl yer­lər­də­dir.

Biz­də xa­rici borc ümu­mi da­xi­li məh­su­lun cə­mi 7-8 fa­i­zi­ni təş­kil edir. Bə­zi in­ki­şaf et­miş öl­kə­lər­də bu, 100 fa­i­zə ya­xın­dır. Ha­ra­da bu, 70 fa­iz­dir, he­sab olu­nur ki, o öl­kə­də ma­liyyə və­ziyyə­ti yax­şı­dır. Azər­baycan­da isə 7-8 fa­iz­dir. Bu, o de­mək­dir ki, biz bu gün və gə­ləcək üçün elə güclü əsas­lar ya­ra­dı­rıq ki, Azər­baycan heç vaxt - nə bu gün, nə 10 il­dən, 20 il­dən so­n­ra borc prob­le­mi ilə ras­tlaş­ma­sın. Borc prob­le­mi çox cid­di prob­lem­dir. Bu gün bə­zi in­ki­şaf et­miş öl­kə­lər­də baş ve­rən ha­di­sə­lər məhz o əsas­sız borcun nə­ticə­si­dir.

Biz­də isə döv­lət borcu cə­mi 7-8 fa­iz­dir. Ümu­miyyət­lə, biz is­tə­ni­lən vaxt bu borcu ta­ma­mi­lə qay­ta­ra bi­lə­rik. Sa­dəcə ola­raq bə­zi iq­ti­sa­di və ma­liyyə mə­sə­lə­lə­ri hə­lə ki, bu­nu dik­tə et­mir. Ancaq biz is­tə­ni­lən vaxt xa­rici döv­lət borcu­mu­zu da sı­fı­ra en­di­rə bi­lə­rik".

 

 


MƏSLƏHƏT GÖR:

400