14 Mart 2025

Cümə, 11:05

DRONUN HƏDƏFİNDƏ

Pilotsuz uçuş aparatlarından istifadə nəticəsində dinc əhali arasında ölənlərin sayı durmadan artır

Müəllif:

30.10.2013

Yə­qin ki, uşaq­lı­q­da hər bi­ri­miz oy­uncaq təyya­rə­ni ida­rə et­mək üçün ra­dio və ya in­fra­qır­mı­zı ra­bi­tə va­si­tə­si­ni bir an­lıq da ol­sa, əli­mi­zə al­mağı ar­zu­la­mı­şıq. Hər şey re­al­lığa o qə­dər ox­şar idi ki - uçuş, en­mə, dön­mə... İn­di  isə tə­səvvür edin ki, bu oy­uncaq tam re­al ölçülə­rə ma­lik­dir və göy­ər­tə­sin­də par­t­layıcılar da­şıyır...

Pi­lot­suz uçuş apa­rat­la­rı­nın (PUA) bir çox ölkələ­rin si­lah­lı qüvvə­lə­rin­də pey­da ol­ma­sı hər­bi əmə­liyyat­la­rın apa­rıl­ma­sı üsul­la­rın­da çox­dan bir in­qi­la­ba yol açıb. San­ki ta qə­dim za­man­lar­dan bi­zim dövrümüzə­dək olan bütün qo­şun baş­çı­la­rı­nın ar­zu­su hə-y­a­ta ke­çib. İn­di on­lar öz əsg­ər­lə­ri­nin həy­a­tı­na heç bir risk ya­rat­ma­dan düşmə­nə cid­di zər­bə en­di­rə bi­lir­lər. Üstə­lik, PUA həm də yo­rul­maz, cəld, hər ye­rə ge­dib çı­xa bi­lən, həd­din­dən ar­tıq yüklən­mə­dən qor­x­may­an güclü kəş­fiyyat­çı­dır.

Am­ma ək­sər hüquq müda­fi­ə­si təş­ki­la­tı və ek­s­pert qrup­la­rı pi­lot­suz uçuş tex­no­lo­g­iy­a­sı­nın cid­di şə­kil­də in­ki­şa­fı­nı təhlükə ki­mi qiymtə­lən­di­rir. On­lar bu fi­kir­lə­ri­ni, əsa­sən, PUA-dan is­ti­fa­də­nin də­qiq ya­zıl­mış bey­nəl­xalq nor­ma­lar­la tən­zim­lən­mə­mə­si  ilə əsas­lan­dı­rır­lar. PUA-dan is­ti­fa­də nə­ticə­sin­də dinc sa­kin­lə­rin öl­mə­si­ni, su­ve­ren­lik prin­si­pi­nin po­zul­ma­sı­nı, ya­xud şəx­si həy­a­ta müda­xi­lə­ni han­sı mö­vcud hüqu­qi me­xa­niz­mə aid et­mək olar? Bu su­a­lın ca­va­bı­nın ta­pıl­ma­sı ki­fay­ət qə­dər uzun və qa­rı­şıq pro­se­s­dir.

Müa­sir PUA-la­rın nümu­nə­lə­ri­nin hər­bi məq­səd­lər­lə hə­lə bir ne­çə on­il­lik­lər bun­dan əv­vəl is­ti­fa­də olun­duğu mə­lum­dur (Vyet­nam mü­ha­ri­­bə­sin­də, 1982-ci ilin Li­van müha­ri­bə­sin­də, Fars kör­fə­zin­də, ke­ç­miş Yu­­qos­la­viy­a­da). Am­ma ABŞ öz mil­li ma­raq­la­rı­nın müda­fi­ə­si üçün bu apa­rat­lar­dan xüsu­si­lə 2011-ci ilin 11 Sentyabr ha­di­sə­lə­rin­dən so­nra in­ten­siv is­ti­fa­dəyə baş­layıb.

evin ha­zır­kı rəh­bə­ri Ba­rak Oba­ma da PUA-nın pə­rə­s­tiş­ka­rı­dır. O, bu apa­rat­la­rın ha­zır­lan­ma­sı və on­lar­dan is­ti­fa­dəyə da­ir pro­qra­mın ya­ra­dıl­ma­sı­nı cid­di şə­kil­də sürət­lən­di­rib və ge­niş­lən­di­rib. Müxtə­lif he­sab­la­ma­la­ra gö­rə, ha­zır­da ABŞ Si­lah­lı Qüvvə­lə­ri­nin ar­se­na­lın­da 7 000-dən ar­tıq PUA var. On­lar­dan Əf­qa­nı­s­tan­da, İra­q­da, Pa­ki­s­tan­da və di­g­ər döv­lət­lər­də is­ti­fa­də olu­nub və olu­nur. Bu apa­rat­lar­dan xüsu­si­lə ter­ror­çu­la­rın mə­s­kun­laş­dıq­la­rı əl­çat­maz dağ ray­on­la­rı­na zər­bə­lə­rin en­di­ril­mə­sin­də uğur­la is­ti­fa­də edi­lir. Mə­sə­lən, Pa­ki­s­tan­la Əf­qa­nı­s­tan sər­hə­din­də "Əl-Qa­i­də" və "Ta­li­ban" ya­raq­lı­la­rı­nın mə­s­kun­laş­dığı əl­çat­maz ray­on­lar PUA-nun əsas hə­də­f­lə­ri ara­sın­da­dır. Apa­rat­lar­dan həm ay­rı-ay­rı ter­ror­çu li­der­lə­rin, həm də böyük qrup­laş­ma­la­rın zə­rər­siz­ləş­di­ril­mə­sin­də is­ti­fa­də olu­nur. Mə­sə­lən, 2002-ci ilin noy­a­b­rın­da Yə­mən­də "Pre­da­tor" PUA va­si­tə­si­lə "Əl-Qa­i­də" üzvlə­ri­ni apa­ran av­to­mo­bil məhv edil­miş­di. Pi­lot­suz təyya­rə­lər­dən tez-tez iri şə­hərlər­də is­ti­fa­də olun­duğu­na da­ir mə­lu­mat­lar var. Mi­sal ki­mi Yə­mə­nin pay­tax­tı Sa­na­nı gö­s­tər­mək olar.

Çin­li­lər də PUA is­teh­sa­lın­da əhə­miyyət­li də­rəcə­də irə­li ge­də bi­lib­lər. ABŞ və Çin­lə ya­na­şı, bu iş­lə Cə­nu­bi Ko­reya, Böyük Bri­ta­niya, Ya­po­niya, Ru­siya və bir sı­ra di­g­ər döv­lət­lər də mə­şğ­ul olur.

Bütün müa­sir PUA-lar mər­kəz­lə peyk ra­bi­tə­si ka­nal­la­rı ilə bağlı­dır. Bu mə­sə­lə­də on­la­rın bir-bi­rin­dən han­sı mə­sa­fə­də yer­ləş­mə­lə­ri­nin heç bir önə­mi yox­dur. Əsas odur ki, tex­ni­ka­da na­saz­lıq ya­ran­ma­sın və kəş­fiyyat mə­lu­mat­la­rı də­qiq ol­sun. Mə­sə­lən, bu ilin yayın­da "Əl-Qa­i­də" li­de­ri  ilə qrup­laş­ma­nın Yə­mən qa­na­dı­nın baş­çı­sı ara­sın­da­kı te­le­fon da­nı­şığı­nın tu­tul­ma­sı iri­miqyas­lı ter­ror ak­tı­na ha­zır­lıq get­diy­i­nin üzə çıx­ma­sı­na kö­mək et­miş­di. Nə­ticə­də, ABŞ-ın Pa­ki­s­ta­nın La­hor şə­hə­rin­də­ki kon­sul­luğu ope­ra­tiv şə­kil­də təx­liyyə edil­miş, Ame­ri­ka­nın Sa­na­da­kı sə­fir­liy­i­nin bütün per­so­na­lı ora­dan çı­xa­rıl­mış­dı. Bu­nun ar­dınca isə pi­lot­suz uçuş apa­rat­la­rın­dan is­ti­fa­də xey­li ge­niş­lən­miş­di.

Am­ma bə­zən kəş­fiyyat mə­lu­mat­la­rı qey­ri-də­qiq də olur. Nə­ticə­də, PUA tə­rə­fin­dən atı­lan ra­ket­lər hə­də­fə heç bir ai­diyyəti ol­may­an nöq­tə­lə­ri vu­rur. KİV-də ABŞ PUA-la­rı tə­rə­fin­dən ke­çi­ri­lən rey­dlər nə­ticə­sin­də dinc sa­kin­lə­rin hə­lak ol­duğu­na da­ir çox­lu mə­lu­ma­ta rast gəl­mək mümkündür. On­la­rın ara­sın­da qa­dın­lar və uşaq­lar da var. Bun­dan baş­qa, də­fə­lər­lə toy və ya yas mə­ra­sim­lə­ri səh­vən ter­ror­çu­la­rın top­lan­tı­sı ki­mi qə­bul edi­lib və pi­lot­suz təyya­rə­lə­rin hə­də­fi­nə çe­v­ri­lib. ABŞ xüsu­si xid­mət or­qan­la­rı­nın açıq­la­dığı rə­s­mi mə­lu­ma­ta gö­rə, 2004-cü il­dən in­diy­ə­­dək PUA tə­rə­fin­dən en­di­ri­lən zər­bə­lər 2050 nə­fə­rin həy­a­tı­na son qoy­ub. On­la­rın ara­sı­da dinc sa­kin­lə­rin sayı 50-ni ötmür. Bu, rə­qəm­lə­rin yal­nız bir his­sə­si­dir.

"TheBureauofInvestigativeJournalism" tə­rə­fin­dən apa­rıl­mış müstə­qil araş­dır­ma isə 2004-cü il­dən in­diy­ə­dək söz­üg­e­dən apa­rat­lar va­si­tə­si­lə Pa­ki­s­ta­na en­di­ril­miş zər­bə­lər nə­ticə­sin­də 160-dan ar­tıq uşağın hə­lak ol­duğu­nu gö­s­tə­rir. Ümu­mi­lik­də isə bu araş­dır­ma pi­lot­suz təyya­rə­lə­rin ke­çir­diyi rey­dlər za­ma­nı ölən­lə­rin sayı­nın 3072-4756 ara­sın­da ol­duğu­nu üzə çı­xa­rıb. Təş­ki­la­tın id­di­a­­sı­na gö­rə, on­la­rın ara­sın­da tə­sadüfi qur­ba­na çe­v­ril­miş şəx­slə­rin sayı 556-1128 ara­sın­da­dır.

Ame­ri­ka­nın Bey­nəl­xalq Müna­si­bət­lər Şu­ra­sı­nın mə­ru­zə­si­nə gö­rə, Pa­ki­s­tan, Yə­mən və So­ma­li­də ey­ni sə­bə­b­dən 3430 nə­fər hə­lak olub, on­lar­dan 450-si dinc sa­kin­dir.

Hüquq müdafiəsi təş­ki­lat­la­rı məhz bu sə­bə­b­dən he­sab edir ki, ABŞ-ın PUO-dan is­ti­fa­də et­mək sə­la­hiyyə­ti və haq­qı yox­dur. "AmnestyInternational" və "HumanRightsWatch" təş­ki­lat­la­rı­nın son he­sa­bat­la­rın­da Ame­ri­ka PUA-la­rı­nın zər­bə­lə­ri al­tın­dan sağ çı­xa bil­miş şəx­slə­rin, ey­ni za­man­da, Pa­ki­s­tan və Yə­mə­nə edil­miş hücum­la­rın şa­hi­di ol­muş şəx­slə­rin fi­kir­lə­ri­nə yer ve­ri­lib. "AmnestyInternational" bil­di­rir ki, ötən və ha­zırkı il­də Pa­ki­s­ta­na bu apa­rat­lar va­si­tə­si­lə 9 də­fə zər­bə en­di­ri­lib. Nə­ticə­də, 29 dinc sa­kin hə­lak olub.

"HumanRightsWatch" isə Yə­mən­də həy­a­ta ke­çi­ril­miş əmə­liyyat­la­rı araş­dı­rıb və təş­ki­la­tın he­sa­ba­tı­na gö­rə, 2009-2013-cü il­lər ara­sın­da bu öl­kə­də PUA zər­bə­lə­ri nə­ticə­sin­də 57 dinc sa­kin həy­a­tı­nı iti­rib. "ABŞ əda­lət müha­ki­mə­si­nin apa­rıl­ma­sı­nı tə­min et­mə­li, kom­pen­sa­siy­a­lar ödə­mə­li və bu qətllə­rə gö­rə mə­su­liyyət da­şıy­an­la­rı cə­za­lan­dır­ma­lı­dır", - deyə "AmnestyInternational" təş­ki­la­tı­nın ek­s­per­ti Mu­s­ta­fa Ka­d­ri bil­di­rir.

Ötən il BMT-nin in­san haq­la­rı­nın müda­fi­ə­si üzrə xüsu­si mə­ru­zə­çi­si pi­lot­suz apa­rat­lar­dan is­ti­fa­də nə­ticə­sin­də qey­də alı­nan in­san ölümlə­ri­ni hər­bi ci­nay­ət­lə ey­ni­ləş­di­rib. Bu ilin əv­və­lin­də isə BMT Ko­mis­siy­a­sı be­lə hal­lar­la bağlı araş­dır­maya baş­layıb. Araş­dır­maya baş­la­maq qə­ra­rı Pa­ki­s­tan da da­xil ol­maq­la, üç öl­kə­nin BMT-yə müraci­ə­tin­dən so­nra ve­ri­lib. Mayın əv­və­lin­də BMT-nin İn­san Haq­la­rı Ko­mis­siy­a­sı mə­ru­zə­si­nin qa­ra­la­ma va­ri­an­tı­nı açıq­layıb. Ora­da ək­sər in­ki­şaf et­miş öl­kə­lə­rin si­lah­lı qüvvə­lə­rin­də PUA-la­rın mö­vcud­luğu qeyd edi­lir. Sə­nəd­də PUA-la­rın sı­nağı və is­teh­sa­lı­na qlo­bal mo­ra­to­ri­u­mun qoy­ul­ma­sı­nın mümkün­lüyü vu­rğ­u­la­nır.

Mə­lum­dur ki, BMT-nin mə­ru­zə­sin­də bütün dünya­da PUA va­si­tə­si­lə həy­a­ta ke­çi­ril­miş 33 hücum fak­tı yer alıb. Bu hücum­la­rın yüzlər­lə dinc sa­ki­nin ölümünə sə­bəb ol­duğu bil­di­ri­lir. Bu­nun­la ya­na­şı, PUA-dan is­ti­fa­də­nin qa­dağan olun­ma­sı ha­q­da ra­zı­laş­ma yal­nız bütün tə­rə­f­lə­rin mə­sə­ləyə "hə" de­mə­si  ilə əl­də edi­lə bi­­lər. Am­ma ABŞ, güman ki, bu hal­da öz ve­to hüqu­qun­dan is­ti­fa­də edəcək.

Bu ilin əv­və­lin­də Cə­nu­bi Ka­ro­li­na şta­tın­dan olan re­s­pub­li­ka­çı se­na­tor Lind­si Qrem Ame­ri­ka­nın pi­lot­suz təyya­rə­lə­ri­nin en­dir­diyi zər­bə­lər nə­ticə­sin­də dinc sa­kin­lə­rin də hə­lak ol­duq­la­rı­nı eti­raf edib. Bu­nun­la ya­na­şı o, be­lə hal­la­rın "tə­əssüf ki, mü­ha­ri­bə­lər­də qey­də alın­dığı­nı" vu­rğ­u­layıb. "Bə­zən gü­nah­sız in­san­lar hə­də­fə çe­v­ri­lir və mən bu­na ni­f­rət edi­rəm. Am­ma biz müha­ri­bə­dəy­ik və "Əl-Qa­i­də"nin bir ne­çə son də­rəcə vacib üzvünə məhv edə bil­mi­şik", - deyə Qrem bil­di­rib. O he­sab edir ki, pi­lot­suz uçuş apa­rat­la­rı ya­raq­lı­lar­la müba­ri­zə­də çox ef­fek­tiv si­lah­dır: "Ya­raq­lı­la­rı isə müha­ki­mə et­mək yox, məhv et­mək lazımdır".

Bu­nun­la ya­na­şı, ya­raq­lı "ovu"nun hə­mi­şə on­la­rın mə­s­kun­laş­dıq­la­rı öl­kə­lə­rin ra­zı­lığı alın­dı­q­dan so­nra apa­rı­lıb-apa­rıl­ma­dığı su­a­lı da açıq qa­lır. PUA-nın hər han­sı döv­lə­tin ha­va mə­ka­nı­na da­xil ol­ma­sı su­ve­ren­lik prin­sip­lə­ri­nin po­zul­ma­sı dey­il­mi? Mə­sə­lən, Pa­ki­s­tan­da həy­a­ta ke­çi­ri­lən be­lə əmə­liyyat­la­ra İs­la­ma­ba­dın müna­si­bə­ti tam ay­dın dey­il. Pa­ki­s­tan­lı­lar ame­ri­ka­lı qo­naq­la­rın bu gə­li­şi­nə gah göz yu­mur, gah da sərt eti­raz bil­di­rir. Bun­dan baş­qa, Qre­min mən­ti­qi­nə əsas­la­na­raq ABŞ-ın hə­qi­qə­tən bey­nəl­xalq ter­ror­çu­luğa qar­şı müha­ri­bə elan et­diy­ir­ni düşünsək, on­da bu müha­ri­bə­dən Yə­mən və Pa­ki­s­ta­nın dinc sa­kin­lə­ri niyə əziyyət çək­mə­li­dir? Kim­lər­sə bu­nun labüd ol­duğu­nu dey­əcək.  Am­ma kim in­san həy­a­tı­nın əhə­miyyə­tin­dən da­nı­şacaq? Doğru­dan­mı bir təhlükə­li ter­ror­çu­nun məh­vi üçün bir ne­çə uşağın da həy­a­tı­nı qur­ban ver­mək olar? Bir an­lığa tə­səvvür edin ki, han­sı­sa Qərb öl­kə­sin­də təhlükə­li ci­nay­ət­ka­rın ələ ke­çi­ril­mə­si üçün əmə­liyyat ge­dir və bu za­man 10 dinc sa­kin hə­lak olur. Yer­li hö­ku­mət və hüquq-müha­fi­zə or­qan­la­rı isə hər şey­in qay­da­sın­da, qur­ban­la­rın labüd ol­duğu­nu dey­ir. İcti­ma­iyyə­tin bu bəy­a­na­ta re­ak­siy­a­sı necə olar?

Am­ma hət­ta müha­ri­bə elan olu­nub­sa be­lə, bu sa­həyə aid müəyyən bey­nəl­xalq hüquq qay­da­la­rı var. İlk zər­bə­lər za­ma­nı ya­ra­la­nan­la­rın xi­la­sı ilə mə­şğ­ul olan şəx­slə­rə hücum bu qay­da­la­rın heç bi­ri­nə uyğun gəl­mir. Bun­dan baş­qa, hüquq müda­fi­ə­çi­lə­ri ABŞ-ı ya­raq­lı­la­rı ələ ke­çir­məy­in mümkün ol­duğu hal­da da öldürmək­də təq­sir­lən­di­rir.  Hər­çənd, in­sa­nın "Əl-Qa­i­də" üzvü ol­ma­sı be­lə, onun PUA va­si­tə­si­lə məh­vi üçün ki­fay­ət qə­dər əsas dey­il. Be­lə in­san­lar məh­kə­mə qar­şı­sı­na çı­xa­rıl­ma­lı­dır­lar.

Da­ha bir vacib mə­sə­lə PUA-lar­dan mülki məq­səd­lər­lə is­ti­fa­də­dir. Bu­ra­da təhlükə­siz­lik­dən tut­muş, şəx­si mülkiyyə­tə­dək bir çox prob­lem­lər mey­da­na çı­xır. Mə­sə­lən, hər bir kəs özünə is­tə­ni­lən for­ma­da qadcet ala bi­lir­sə, siz ot­ağı­nı­za gi­rən ağca­qa­na­dın, əs­lin­də, kor­po­ra­tiv in­for­ma­siya top­lay­an ka­me­ra ol­ma­dığı­na zə­ma­nət ve­rə bi­lər­si­niz­mi?

 Nəhayət, PUA-ların istifadəsinin etik-psixoloji fəsadları da var. Bu­rada düşməni öldürən şəxsin ya­xınlıqdakı səngərdə olması vacib deyil. O, öz işini xüsusi otaqda əy­lə­şərək monitora baxmaqla, ətirli kofe içə-içə də görə bilər. Bu zaman qə­rar verilməli tək məqam düyməyə bas­maq və ya basmamaqla bağlıdır. Düy­məyə basmaqla silahın çaxma­ğını çəkərək real insan öldürmək ara­sında ciddi fərq var. İndi mü­ha­ribə kompyuter oyununa çevrilir və bu, insan həyatının qiymətini bir qə­dər də azaldır. Bu cür virtual-hərbi məkanda mənəvi qanunlar yox olur və demək olar ki, işləmir. Çünki apa­­rılan əməliyyatın nə nəticəsi, nə də fəsadları görünür. Belə olan halda sən­dən minlərlə kilometr aralıdakı da­­ğın başında yerləşən bir kənddə par­ça-parça edilmiş toy mərasimi stra­­tegiya elementindən başqa bir şey deyil...



MƏSLƏHƏT GÖR:

482