14 Mart 2025

Cümə, 11:05

NÜFUZLU DEBÜTANT

Azərbaycan BMT TŞ-də qlobal əhəmiyyətli qərarların qəbulunda yaxından iştirak etmək iqtidarında olduğunu nümayiş etdirib

Müəllif:

30.10.2013

BMT Baş As­sam­bley­a­sı qar­­şı­da­kı iki il üçün Təh­lükə­siz­lik Şu­ra­sı­na ye­ni qey­ri-da­i­mi üzvlər se­çib. Giz­li sə­s­ver­mə yo­lu ilə apa­rı­lan se­çim za­ma­nı Ni­g­e­riya, Sə­u­diyyə Ərə­bi­s­ta­nı, Çad, Çi­li və Lit­va­dan iba­rət ye­ni beş­lik as­sam­bley­a­nın za­lın­da iş­ti­rak edən­lə­rin üçdə­i­ki­si­nin sə­si­ni qa­za­na bi­lib. Qu­ru­ma qey­ri-da­i­mi üzv se­ç­mək üçün hər bir öl­kə­nin mi­ni­mum bu qə­dər səs yığma­sı tə­ləb olu­nur.

İn­diy­ə­dək hə­rəyə 4 də­fə TŞ üzvü ol­muş Ni­g­e­riya və Çi­li­dən fər­q­li ola­raq, Lit­va, Sə­u­diyyə Ərə­bi­s­ta­nı və Çad in­diy­ə­dək BMT-nin bu əsas struk­tu­run­da yer al­ma­mış­dı­lar.

Ən az səs top­la­mış Ər-Riy­a­dın bu struk­tu­ra na­mi­zəd­liyi kral­lığın Su­riya böh­ra­nı­na müna­si­bə­ti­lə əla­qə­dar ola­raq, bir sı­ra su­al­lar doğu­rur­du. Qeyd edək ki, Sə­u­diyyə Ərə­bi­s­ta­nı Bə­şər Əsəd re­ji­mi­nə qar­şı müba­ri­zə apa­ran qiy­a­m­çı­la­ra açıq də­s­tək ve­rir, on­la­rı pul və si­lah­la tə­min edir. Am­ma Su­riy­a­nın BMT-də­ki da­i­mi nümay­ən­də­si Bə­şər Cə­fə­ri Ər-Riy­a­dın qə­lə­bə­si­nin "çox şi­şir­dil­mə­si­nə" eh­tiy­ac ol­ma­dığı­nı bil­di­rib.

Be­lə­lik­lə, 2014-cü il yan­va­rın 1-dən BMT-nin ye­ni qey­ri-da­i­mi üzvlə­ri bu struk­tu­ra iki əv­vəl se­çil­miş Azər­­baycan, Qva­te­ma­la, Mə­ra­keş, Pa­ki­s­tan və To­qo­nu əvəz­ləy­əcək­lər. Av­stra­liya, Arg­en­ti­na, Lüksemburq, Ru­an­da və Cə­nu­bi Ko­reya isə hə­lə bir il ər­zin­də qu­rum­da qa­lacaq­lar.

Xa­tır­la­daq ki, Təhlükə­siz­lik Şu­ra­sı BMT-nin əsas struk­tu­ru­dur. O, Ni­zam­na­məyə əsa­sən, sülh və bey­nəl­xalq təhlükə­siz­liy­in tə­mi­ni­nə ca­va­b­deh­dir. Qu­ru­mun işi­nə hər ay TŞ üzv­lə­ri ara­sın­dan se­çi­lən sədr rəh­bər­lik edir. Ha­zır­da bu po­s­tu Azər­bayca­nın BMT-də­ki da­i­mi nümay­ən­də­si Aq­şin Meh­diy­ev tu­tur.

Azər­baycan TŞ-də­ki qey­ri-da­i­mi üzvlüyü Lit­vaya hə­lə gə­lən ilin əv­və­lin­də təh­vil ve­rəcək. La­kin ar­tıq in­di­dən Azər­bayca­nın dünya­nın bir nö­m­rə­li struk­tu­run­da­kı ilk iş­ti­ra­kı­nın nə­ticə­lə­ri ha­q­da da­nış­maq mümkündür.

Azər­baycan 2010-cu ilin oktya­b­rın­da 155 öl­kə­nin də­s­təyi ilə BMT TŞ-nin qey­ri-da­i­mi üzvü se­çil­mə­si­nin özü öl­kə­nin o qə­dər də böyük uzun ol­may­an müstə­qil­lik ta­ri­xin­də əl­də et­diyi ən önəm­li xa­rici siy­a­si uğur­la­rın­dan­dır. Bu vacib struk­tur­da beş da­i­mi üzv - ABŞ, Çin, Ru­siya, Böyük Bri­ta­niya və Fran­sa ilə bi­rgə ol­maq Azər­bayca­nın bey­nəl­xalq are­na­da qa­zan­dığı böyük nüfu­zun eti­ra­fı ki­mi qiy­mət­lən­di­ri­lə bi­lər.

Azər­baycan BMT TŞ-də 2 il­lik qey­ri-da­i­mi üzvlük za­ma­nı nə­in­ki re­g­i­o­nal və qlo­bal əhə­miyyət­li prob­lem­lə­rin müza­ki­rə­sin­də fə­al möv­qe tu­tub, bir ay ər­zin­də iki də­fə bu struk­tu­ra sədrliyi də həy­a­ta ke­çi­rib.

Bu­nun­la ya­na­şı, Azər­baycan heç də dünya siy­a­sə­ti­nin qran­d­la­rı­nın fo­nun­da qal­mayıb və qu­rum­da dünya­nın bir çox prob­lem­li bö­lg­ə­lə­rin­də sa­bit­liyə na­il olun­ma­sı­na kö­mək edən vacib tə­şəbbüslə­rin müəl­li­fi olub.

Mə­sə­lən, Azər­baycan 2012-ci ilin mayın­da struk­tu­ra ilk sədrliyi za­ma­nı BMT TŞ-də bu günün ən ak­tu­al prob­lem­lə­rin­dən bi­ri­ni müza­ki­rəyə çı­xa­rıb. Söh­bət bey­nəl­xalq ter­ror­çu­luq və onun qlo­bal sülhə, təhlükə­siz­liyə ya­rat­dığı prob­lem­lər­dən ge­dir. Azər­baycan Pre­zi­den­ti İl­ham Əliy­e­vin sədrliyi ilə ke­çi­ril­miş müza­ki­rə­lər­də BMT-nin baş ka­ti­bi Pan Gi Mun da iş­ti­rak edib və o, Ba­kı­nın bu tə­şəbbüsünü yüksək qiy­mət­lən­di­rib.

Bu­nun­la ya­na­şı, Azər­bayca­nın BMT TŞ-nin üzvü se­çil­mə­si öl­kə­də bir çox­la­rı­nın Er­mə­ni­s­tan-Azər­baycan müna­qi­şə­si­nin həl­lin­də tez­lik­lə irə­li­ləy­iş­lə­rə na­il olu­nacağı­na, da­ha doğru­su, qu­ru­mun 1993-cü il­də Dağlıq Qa­ra­bağ prob­le­mi­nə da­ir qə­bul et­diyi 4 qət­na­mə­nin, nə­hay­ət icra edi­ləcəy­i­nə ümi­di­ni ar­tır­mış­dı. Hər hal­da, BMT Ni­zam­na­mə­si­nin VII fəs­lin­də bil­di­ri­lir ki, BMT-yə üzv döv­lət­lər TŞ tə­rə­fin­dən qə­bul olun­muş qət­na­mə­lə­rin tə­ləb­lə­ri­nə əməl et­məyə məcbur­dur. On­la­ra əməl olun­ma­ma­sı­na gö­rə san­k­siy­a­la­rın tət­bi­qi, hət­ta hər­bi müda­xi­lə də nə­zər­də tu­tu­lur.

Am­ma düşüncə­li in­san­lar əv­vəl­dən an­lay­rı­dı­lar ki, BMT TŞ-də qey­ri-da­i­mi üzvlüyün Azər­bayca­na bu iş­də kö­mək et­mə­si eh­ti­ma­lı yüksək dey­il. Güman ki, Azər­baycan da qar­şı­sı­na bu və­zi­fə­ni qoy­ma­mış­dı. Çünki o, mə­zəm­mət­lə­rin dünya föv­qəl­döv­lət­lə­rin­də vicda­nı oy­a­dacağı­na inan­mır­dı. Necə olur ki, Li­viya müna­qi­şə­si za­ma­nı BMT TŞ üçün bir qət­na­mə­nin icra­sı­na cə­mi bir ne­çə sa­at ki­fay­ət edir, Azər­baycan əra­zi­si­nin beş­də­bir his­sə­si­nin işğ­al­dan azad olun­ma­sı üçün isə 4 qət­na­mə və 20 il ki­fay­ət et­mir?

Baş­qa söz­lə, ay­dın idi ki, föv­qəl­döv­lət­lər­də er­mə­ni qo­şun­la­rı­nın Azər­baycan əra­zi­lə­rin­dən çı­xa­rıl­ma­sın­da ma­raq ya­ran­may­a­na qə­dər bu sə­nəd­lə­rin icra­sı­na na­il ol­maq müm­kün dey­il. Am­ma bu­nun­la ya­na­şı, Azər­baycan əl­bət­tə ki, ye­ni və ki­fa-y­ət qə­dər nüfuz­lu tri­bu­na­dan dünya ic­ti­­ma­iyyə­ti­nə unut­duğu öh­də­lik­lə­ri­ni xa­tır­lat­maq im­ka­nı­nı əl­dən ver­məy­ib. Ba­kı bu xa­tır­lat­ma­nı ilk im­ka­nın­daca edib. Qu­rum­da is­tər bey­nəl­xalq ter­ror­çu­luq müza­ki­rə olun­sun, is­tər Asiya və Af­ri­ka­da­kı hu­ma­ni­tar fə­la­kət, is­tər­sə də Su­riya böh­ra­nı, Azər­baycan hər mə­qam­da Er­mə­ni­s­ta­nın azər­baycan­lı əha­liyə qar­şı tö­rət­diyi hər­bi ci­nay­ət­lə­ri ya­da sa­lıb, bir milyon­dan ar­tıq azər­baycan­lı qaç­qın və məcbu­ri köçkünün doğma yurd-yu­va­la­rı­na qayı­da bil­mə­dik­lə­ri­ni xa­tır­la­dıb, Su­riya er­mə­ni­lə­ri­nin qa­nun­suz ola­raq Azər­bayca­nın işğ­al al­tın­da­kı əra­zi­lə­ri­nə yer­ləş­di­ril­mə­si­nə diq­qət çə­kib.

Bu­nun­la ya­na­şı, BMT TŞ-nin Qa­ra­bağla bağlı qə­bul et­diyi qət­na­mə­lə­rə əməl olun­ma­ma­sı­nı dra­ma­tik­ləş­dir­məyə də eh­tiy­ac yox­dur. Üstə­lik, Azər­baycan bu qu­ru­mun da­i­mi üzvlə­ri ilə iş­lə­diyi döv­rdə on­la­rın bu qət­na­mə­lə­rin han­sı hal­lar­da və han­sı müddət­də icra edil­mə­si mə­sə­lə­si­nə differen­si­al ya­naş­ma­sı­nın şa­hi­di olub. Am­ma is­tə­ni­lən hal­da 20 il əv­vəl qə­bul edil­miş 822, 853, 874 və 884 say­lı qət­na­mə­lər heç də BMT-nin ar­xi­vin­də toz al­tın­da qal­mayıb. Bu gün Azər­baycan dip­lo­ma­tiy­a­sı­nın fə­a­liyyə­ti nə­ticə­sin­də di­g­ər nüfuz­lu struk­tur­lar da Dağlıq Qa­ra­bağ müna­qi­şə­si ilə bağlı möv­qe­lə­ri­ni or­taya qoy­an za­man bu vacib hüqu­qi sə­nəd­lə­rə is­ti­nad edir­lər. Mə­sə­lən, bu ya­xın­lar­da, oktya­b­rın 23-də Av­ro­pa Par­la­men­ti­nin ple­nar icla­sın­da qə­bul olun­muş qət­na­mə­də Av­ro­pa İt­ti­fa­qı­nın "Şərq tə­rəf­daş­lığı" pro­qra­mı­nın bir üzvünün di­g­ə­ri­nin əra­zi­si­ni işğ­al et­mə­si­nin yol­ve­ril­məz­liyi vu­rğ­u­la­nır. Qət­na­mə­nin 16-cı pa­ra­qra­fın­da işğ­a­lın "Şərq tə­rəf­daş­lığı"nın fun­da­men­tal prin­sip və məq­səd­lə­ri­nə zidd ol­duğu bil­di­ri­lir. Sə­nəd­də dey­i­lir ki, Dağlıq Qa­ra­bağ müna­qi­şə­si 1993-cü il­də BMT TŞ-də qə­bul olun­muş qət­na­mə­lər, hə­m­çi­nin ATƏT-in Minsk qru­pu­nun 2009-cu il iy­u­lun 10-da Ak­vil­də həm­sədr öl­kə li­der­lə­ri­nin bi­rgə bəy­a­na­tı ilə tə­s­diq­lən­miş ba­za prin­sip­lə­ri əsa­sın­da həll olun­ma­lı­dır.

"Av­ro­pa Par­la­men­ti tə­rə­fin­dən qə­bul olun­muş qət­na­mə­də ilk də­fə­dir ki, Er­mə­ni­s­tan-Azər­baycan müna­qi­şə­si­nin BMT TŞ-nin qət­na­mə­lə­ri əsa­sın­da həl­li­nin vacib­liyi vu­rğ­u­la­nır. Qət­na­mə­lər işğ­al­çı qüvvə­lə­rin Azər­bayca­nın işğ­al olun­muş əra­zi­lə­rin­dən dər­hal, qeyd-şərt­siz və tam çı­xa­rıl­ma­sı­nı, Azər­baycan Re­s­pub­li­ka­sı­nın əra­zi bütövlüyünün, su­ve­ren­liy­i­nin və sər­həd­lə­ri­nin to­xu­nul­maz­lığı­nın tə­mi­ni­ni tə­ləb edir. Av­ro­pa Par­la­men­ti­nin qət­na­mə­si bey­nəl­xalq bir­liy­in müna­qi­şə­nin BMT TŞ-nin mə­lum qət­na­mə­lə­ri əsa­sın­da həl­li­nə tə­rəf­dar ol­duğu­nu bir da­ha or­taya qoy­ur", - deyə Azər­baycan XİN Av­ro­pa Par­la­men­tin­də söz­üg­e­dən sə­nə­din qə­bu­lu­nu al­qış­lay­a­raq bəy­an edib.

Xa­tır­la­daq ki, Av­ro­pa Par­la­men­ti bun­dan əv­vəl də qə­bul et­diyi qət­na­mə­lər­də Er­mə­ni­s­tan silah­lı qüvvə­lə­ri­nin Azər­bayca­nın işğ­al olun­muş əra­­zi­lə­rin­dən çı­xa­rıl­ma­sı­nın, hə­min əra­­zi­lə­rin Ba­kı­nın nə­za­rə­ti­nə qay­ta­rıl­ma­sı­nın, azər­baycan­lı qaç­qın və məc­bu­ri köçkünlə­rin oraya qay­ta­rıl­ma­sı­nın vacib­liy­i­ni vu­rğ­u­layıb.

Şübhə­siz ki, BMT TŞ-nin qey­ri-da­i­mi üzvlüyü sta­tu­su Azər­bayca­nın bey­nəl­xalq nüfu­zu­nu də­fə­lər­lə ar­tı­rıb. Bun­dan baş­qa, Azər­baycan TŞ-nin iclas­la­rın­da iş­ti­ra­kı za­ma­nı bu nüfuz­lu kürsüdə sa­dəcə nüfuz xə­t­ri­nə ot­ur­maq niyyə­tin­də ol­ma­dığı­nı da gö­s­­tə­rib. Ba­kı bey­nəl­xalq təhlükə­siz­lik mə­sə­lə­lə­ri­nin həl­lin­də çox ya­xın­dan ii­ş­ti­rak edib, tə­bii və hu­ma­ni­tar ka­tak­lizmlər­dən əziyyət çə­kən öl­kə­lə­rə do­nor­luq edib. Bu­nun­la ya­na­şı, Azər­baycan sta­tu­sun­dan öz prob­lem­lə­ri­nin dünya bir­liy­i­nin diq­qət mər­kə­zin­də sax­la­nıl­ma­sı işin­də də ya­rar­la­nıb. Güman ki, bun­dan so­nra BMT TŞ-nin qey­ri-da­i­mi üzvlüyünə ye­ni na­mi­zəd­lə­rin nə­zər­dən ke­çir­diyi vaxt Azər­bayca­na "tem­noy lo­şad­koy" ki­mi yox, özünü qlo­bal əhə­miyyət­li prob­lem­lə­rin həl­lin­də eti­bar­lı tə­rəf­daş qi­s­min­də gö­s­tə­rə bil­miş öl­kə ki­mi ya­na­şı­lacaq.

BMT TŞ-nin Qa­ra­bağla bağlı qət­na­mə­lə­ri­nə qayı­da­raq bir mə­qa­mı da qeyd edək: on­la­rın icra­sı heç də çox­la­rı­nın düşündüyü ki­mi, xam xəy­al dey­il. Bu, müəyyən şər­t­lər da­xi­lin­də mümkündür. Azər­baycan hə­lə ki, hə­min şə­ra­i­tin ya­ra­dıl­ma­sı üzə­rin­də ça­lış­ma­lı­dır. Üstə­lik, ya­xın ke­ç­miş­də əra­­zi­sin­də Ru­siy­a­nın hər­bi ba­za­sı olan öl­kə­nin BMT TŞ-nin qət­na­mə­si­nə əməl et­məyə məcbur olun­ma­sı ha­lı da ya­şa­nıb. Söh­bət Su­riy­a­dan və 1559 say­lı qət­na­mə­dən ge­dir. BMT və ABŞ məhz bu qət­na­məyə əsas­la­na­raq Də­məş­qdən Li­van­dan hət­ta ni­za­mi or­du­su­nu yox, sülhmə­ram­lı (!) kon­ti­ng­en­ti­ni çı­xar­ma­sı­nı az qa­la ul­ti­ma­tiv şə­kil­də tə­ləb edib. Su­riya da öz növ­bə­sin­də bu tə­lə­bə boy­un əy­ə­rək, Li­viy­a­da­kı təx­mi­nən 35 min əsg­ə­ri­ni ora­dan çı­xa­rıb. Də­məş­qə bu təzyi­qi hət­ta Su­riya əra­zi­sin­də hər­bi ba­za­sı olan Ru­siya da də­s­tək­ləy­ib.

 Bu da si­zə pre­se­dent. De­mək, sa­dəcə elə bir şə­ra­it ya­ra­dıl­ma­lı­dır ki, Er­mə­ni­s­tan silah­lı qüvvə­lə­ri­nin Azər­baycan əra­zi­sin­dən çı­xa­rıl­ma­sı ABŞ və BMT-nin ma­raq­la­rı­na ca­vab ver­sin. Bu hal­da er­mə­ni lob­bi­si­nin müqa­vi­mə­ti də (Su­riya nümu­nə­si bu­nu gö­s­tər­di), stra­te­ji müttə­fiq­lə­rin ha­va­dar­lığı da işə ya­ra­may­acaq. Bu yer­də Uin­ston Çerçi­lin bir fi­k­ri­ni xa­tır­lat­maq ye­ri­nə düşər: "İng­il­tə­rə­nin da­i­mi müttə­fiq­lə­ri yox­dur, İng­il­tə­rə­nin da­i­mi ma­raq­la­rı var"...



MƏSLƏHƏT GÖR:

568