25 Noyabr 2024

Bazar ertəsi, 04:28

ZAMAN GÖSTƏRƏCƏK…

Azərbaycan klaviaturasının yeni standartı populyar ola bilərmi?

Müəllif:

06.11.2013

Kompyu­ter kla­vi­a­tu­ra­sı­nın ye­ni düzülüşünün Azər­baycan di­lin­də Win­dows (8.1) əmə­liyyat si­s­te­mi­nin ye­ni ver­siy­a­sı­nın rə­s­­mi sə­viyyə­də tə­s­di­qi, bun­dan baş­qa da, in­te­q­ra­siya olun­ma­sı ha­q­da xə­bər bu gün o qə­dər po­pulyar­lıq qa­zan­dı ki, necə dey­ər­lər  lap "in­ter­ne­ti par­t­lat­dı". So­si­al şə­bə­kə­lər­də, fo­rum­lar­da bu ba­rə­də çox­lu şərhlə­rə, rəy­lə­rə  və hət­ta açıq-aş­kar hid­də­tə də rast gəl­mək olar. Prin­sipcə, Azər­baycan di­li üçün kla­vi­a­tu­ra­nın ye­ni düzülüşünün ha­zır­lan­ma­sı­na da­ir zə­ru­rət ha­q­da çox­dan da­nı­şı­lır­dı, la­kin is­ti­fa­dəyə tə­q­­dim edi­lən va­ri­ant, hə­qi­qə­tən də, bir qə­dər müba­hi­sə doğur­du. Hər­çənd ye­ni kla­vi­a­tu­ra­nı ha­zır­lay­an­lar əmin­dir­lər ki, za­man keç­dikcə in­san­lar öy­rə­şəcək­lər və ye­ni düzülüşü məm­nu­niyyət­lə qə­bul edəcək­lər, çünki o, ra­hat­dır və hət­ta sağlam­lıq üçün də fay­da­lı­dır.

 

Ye­ni düzülüşün üstünlüklə­ri  

Hər­çənd ha­mı­mız 20 il­dir fə­al şə­kil­də kompyu­ter­lər­dən is­ti­fa­də edi­rik, Azər­baycan kla­vi­a­tu­ra­sı­nın mil­li stan­dart qi­s­min­də düzülüşü ancaq 2010-cu il­də tət­biq olu­nub. O, ha­mıya mə­lum olan ing­i­lis düzülüşü "qwerty"ə əsas­la­nıb. Bu­dur ke­çən həf­tə Ra­bi­tə və İn­for­ma­siya Tex­no­lo­g­iy­a­la­rı Na­zir­liyi da­ha bir mil­li stan­dar­tı tə­s­diq edib. Bu­nun­la da, on­la­rın sayı fak­ti­ki ola­raq iki ol­du: ha­mıya ta­nış olan "qwerty" kla­vi­a­tu­ra­sı Azər­baycan hər­f­lə­ri­nin düzülüşü və "Micro­soft"un özünün ye­ni Win­dows 8.1 məh­su­lu­na in­te­q­ra­siya edil­miş düzülüşü. 

Azər­baycan kla­vi­a­tu­ra­sı­nın ye­ni düzülüşünün hər iki va­ri­an­t­la­rı­nın ha­zır­lan­ma­sı ilə tex­ni­ka üzrə fəl­sə­fi elmlər dok­to­ru, Mil­li Elmlər Aka­de­miy­a­sı Ki­ber­ne­ti­ka İn­sti­tu­tu­nun el­mi iş­çi­si Qor­x­maz Əfən­diy­ev mə­şğ­ul olub. 

"R+"la söh­bə­ti za­ma­nı Q. Əfən­diy­e­vin de­diyi ki­mi əv­vəl­ki dü­zü­lüşün ha­zır­lan­ma­sı za­ma­nı ye­g­a­nə tə­ləb onu "qwerty" əsa­sın­da ya­rat­maq idi. La­tın hər­f­lə­ri Azər­baycan əlif­ba­sı­nın hər­f­lə­ri ilə uyğun ol­duğun­dan on­lar öz yer­lə­rin­də qal­ma­lı idi­lər. "Bu­nun el­mi  əsas­lan­dı­rıl­ma­sı yox idi və mütə­xəs­sis­lə­rin fi­kir­lə­ri nə­zə­rə alın­mayıb. Hər şey ancaq bir prin­si­pə əsas­la­nır­dı - "qwerty" əsa­sın­da ha­zır­la­maq və Azər­baycan hər­f­lə­ri­nin in-g­i­lis (mə­sə­lən, həm də "ü" hər­fi olan "w") hər­f­lə­ri və du­rğu işa­rə­lə­rin­də yer­ləş­dir­mək. Biz ar­tıq is­tə­ni­lən di­lə tət­biq olu­na bi­ləcək hər­f­lə­rin kla­vi­a­tu­ra­da  op­ti­mal yer­ləş­mə­si­nin al­qo­rit­mi­ni ha­zır­la­mı­şıq", - deyə Q. Əfən­di­y­ev bil­di­rib. 

Tə­q­dim edi­lən al­qo­ritmlər iki his­sə­dən iba­rət idi - di­lin qram­ma­ti­ka­sı­nın öy­rə­nil­mə­si və mət­nin yığıl­ma­sı za­ma­nı tez­liy­in ya­ran­ma­sı, mət­nin yı­ğıl­ma­sı za­ma­nı əl­lə­rə düşən pro­por­si­o­nal yüklən­mə. 

Düzülüşün ba­za mo­de­lin­də tez-tez is­ti­fa­də olu­nan hər­f­lə­ri kla­s­ter­lər üzrə bölüblər, da­ha so­nra ar­dıcıl gə­rg­in­lik­dən əv­vəl­ki və­ziyyət, riy­a­zi sta­ti­s­ti­ka və s. üsul­lar­dan is­ti­fa­də edir­di­lər. Bu­nun tət­bi­qin­dən so­nra hər­f­lə­rin ən yax­şı yer­ləş­mə­si­nə im­kan ve­rəcək xüsu­si pro­qram­lar ha­zır­lan­mış­dı. Bu pro­qram­la­rın yar­dı­mı ilə bir-bi­rin­dən az fər­q­lə­nən 11 op­ti­mal ek­vi­va­lent va­ri­nat əl­də olun­du. Nə­ticə­də, on­lar­dan av­to­ma­tik üsul bu gün stan­dart qi­s­min­də qə­bul olu­nan ən yax­şı­sı se­çi­lib. 

Q. Əfən­diy­e­vin söz­lə­ri­nə gö­rə, mə­­t­­nin yığıl­ma­sı­nın key­fiyyə­ti hər­f­lə­rin kla­vi­a­tu­ra­da düzgün yer­ləş­mə­sin­dən ası­lı­dır. Ümu­mi qə­bul edil­miş qay­da­la­ra gö­rə, mət­nin yığıl­ma­sı za­ma­nı bi­lək­lər sto­la söy­kə­nir. Mət­nin yığıl­ma­sı za­ma­nı əl­lər sağa və ya so­la ara­la­nır­lar­sa, bu, bi­lək­lə­ri gə­rg­in­ləş­di­rir ki, kar­pal ka­na­lı - bi­lək sa­hə­sin­də ən çox rast gə­li­nən xə­s­tə­lik­lər­dən bi­ri­nə gə­ti­rib çı­xa­ra bi­lər. 

Ye­ni kla­vi­a­tu­ra­da hər­f­lə­rin yer­ləş­mə­si iş za­ma­nı bar­maq­la­rın 10-dan da is­ti­fa­də et­mə­si­nə im­kan ve­rir ki, bi­lək his­sə­də xə­s­tə­liy­in qar­şı­sı­nı ala­raq, ey­ni za­man­da yığma­nın sürə­ti­ni ar­tı­rır.

Bu necə baş ve­rir? Ən fə­al - şə­ha­dət, or­ta və  çe­çə­lə bar­maq­lar­dır. Qay­­da­la­ra əsa­sən, ən çox rast gə­li­nən rə­qəm­lər, əsa­sən, kla­vi­a­tu­ra­nın mər­kə­zin­də yer­lə­şir­lər, be­lə ki, məhz mər­­kə­zi düymə­lər ən ak­tiv bar­maq­la­ra düşür. 

Ha­zır­da "qwerty" Azər­baycan kla­vi­a­tu­ra­sın­da "ə" hər­fi onun lap so­nuncu sağ his­sə­sin­də yer­lə­şib - sağ əlin çe­çə­lə hər­fi zo­na­sın­da. Bu da hər də­fə hə­min düyməyə ba­sar­kən, əlin yüklən­mə­si­nə sə­bəb olur. Heç də tez-tez is­ti­fa­də olun­may­an "j" hər­fi isə mər­kəz­də yer­lə­şib. Tə­bii ki, bu bütün 10 bar­mağın tət­biq olun­ma­sı­nı məh­dud­laş­dı­rır. 

Araş­dır­ma­lar gö­s­tə­rib ki, çox­la­rı iş za­ma­nı bi­lək­lə­ri­ni qal­dı­rır­lar və ancaq şə­ha­dət və or­ta bar­maq­la­rın­dan is­ti­fa­də edir­lər. Bu­nun sə­bə­bi isə bi­ləy­in sto­la söy­kən­mə­si za­ma­nı çe­çə­lə bar­mağı fi­zi­ki ola­raq is­ti­fa­də et­mək mümkün ol­ma­ma­sı ilə bağlı­dır. Bu hal­da məcbu­ri şə­kil­də di­g­ər bar­maq­lar da tət­biq olu­nur ki, bu da bi­lək­lə­rin yo­rul­ma­sı­na gə­ti­rib çı­xa­rır.

Ye­ni düzülüşdə bu prob­lem ta­ma­mi­lə ara­dan qal­dı­rı­lıb ki, bu da mət­nin yığıl­ma­sı­nın sürə­ti­ni  24,3% ar­tır­mağa im­kan ve­rəcək və ən mühümü bu, or­fo­qra­fik səh­vlə­rin sayı­nı azal­dacaq. "İlin əv­və­lin­də biz 90 tə­lə­bə ilə təcrübə ke­çir­dik.  On­la­ra "Doğma Ba­kı şə­hə­ri­miz, gündən-gü­nə gö­zəl­lə­şir" cümlə­si­ni Azər­baycan di­lin­də yığmaq tap­şı­rıl­mış­dı. Tə­lə­bə­lə­rin 20% ing­i­lis düzülüşündən is­ti­fa­də edə­rək, cümlə­ni yığmış­dı­lar. Uyğun ola­raq "ə" hər­fi ye­ri­nə "e", "ş" ye­ri­nə - "s" və ya "w"dan is­ti­fa­də olun­muş­du. Azər­baycan düzülüşündən is­ti­fa­də edən tə­lə­bə­lə­rin qa­lan­la­rı isə "ı" hər­fi ye­ri­nə "i" və "ə" ye­ri­nə "e" yaz­mış­dı", - deyə Q.Əfən­diy­ev bil­di­rib.  

 

Mə­sə­lə öy­rəş­mək­də­dir? 

Ey­ni za­man­da Q. Əfən­diy­e­vin söz­lə­ri­nə gö­rə, icti­ma­iyyət tə­rə­fin­dən kompyu­ter kla­vi­a­tu­ra­sı­nın ye­ni düzülüşünün qə­bul edil­mə­mə­si­nin heç bir əsa­sı yox­dur. Axı, köh­nə düzülüş ləğv olun­may­acaq və ona öy­rə­şən in­san­lar onu so­nra da iş­lə­də bi­ləcək­lər. 

"Ye­ni düzülüş "qwerty"dən kə­s­kin şə­kil­də fər­q­lən­diy­i­nə gö­rə ona öy­rəş­mək üçün müəyyən za­man tə­ləb olu­nur. Əg­ər o, ib­ti­dai si­nif­dən tət­biq olu­nar­sa, on­da za­man keç­dikcə böyüyən nə­sil Azər­baycan hər­f­lə­rin­dən is­ti­fa­də edə­rək, doğma di­lin­də sa­vad­lı ya­zacaq. Tə­əssüf ki, böyüyən nə­sil­də tez-tez qram­ma­tik səh­vlə­rə rast gə­li­nir", - deyə alim qeyd edib. Türkiy­ə­də, mə­sə­lən, kla­vi­a­tu­ra­nın iki stan­dar­tı "F" və "Q" tət­biq edi­lir, ABŞ-da isə hət­ta dörd - iki "qwerty" və iki "dvo­rak" (so­la­xay­lar da nə­zə­rə alın­maq­la) qə­bul edi­lib.

Bir sı­ra ek­s­per­t­lə­rin fi­k­rincə, Azər­baycan kla­vi­a­tu­ra­nın ye­ni stan­dar­tı­nın tət­bi­qi ilə bağlı çox geci­kib. Be­lə ki, Türkiy­ə­də mil­li kla­vi­a­tu­ra stan­dar­tı "F" 1955-ci il­dən tət­biq olu­nur.  Bu­na bax­may­a­raq, on­dan in­san­la­rın ancaq 10%-i is­ti­fa­də edir. Bu­nun­la bağlı, qey­ri-ix­tiy­a­ri düşünür­sən: əg­ər Türkiyə ki­mi tex­no­lo­ji in­ki­şaf et­miş öl­kə­də son, təx­mi­nən, 60 il ər­zin­də kütləyə kla­vi­a­tu­ra­nın mil­li düzülüşünü yay­maq mümkün ol­mayıb­sa, onu Azər­baycan­da necə po­pulyar­laş­dır­maq olar?

Ek­s­per­t­lər bu hal­da mi­sal qi­s­min­də Micro­soft əmə­liyyat si­s­te­mi­nin lo­kal­laş­mış ver­siy­a­la­rı­nın əhə­miyyət­li po­pulyar­lığı­nı gö­s­tə­rir­lər, hər­çənd Azər­baycan ver­siy­a­sı ba­zar­da 2000-ci ilin əv­və­lin­dən fə­a­liyyət gö­s­tə­rir. Bir çox esk­per­t­lər ya rus, ya da ing­i­lis ver­siy­a­sı­nın is­ti­fa­də olun­ma­sı­na üs­tün­lük ve­rə­rək, lo­kal­laş­dı­rıl­mış ƏS-ə xü­su­si zə­ru­rə­tin ol­duğu­nu düşün­mür­lər. 

Bun­dan baş­qa, su­al ya­ra­nır - kla­vi­a­tu­ra­dan prak­ti­ki ola­raq necə is­ti­fa­də et­mək la­zım­dır? Axı, bu gün Azər­baycan­da por­ta­tiv kompyu­ter­lər və no­ut­buk­lar üçün kla­vi­a­tu­ra ancaq "qwerty" və ki­ril əlif­ba­sı­na uyğun­laş­dı­rı­lıb. Müəyyən­ləş­dir­diy­i­mi­zə əsa­sən, ye­ni kla­vi­a­tu­ra­dan is­ti­fa­də et­mək is­təy­ən­lər il­kin mər­hə­lə­də xüsu­si ya­pış­dır­ma­lar­dan is­ti­fa­də et­mə­li olacaq­lar. Və bun­dan so­nra  bu mə­sə­lə özəl biz­ne­sin nümay­ən­də­lə­ri­ni ma­raq­lan­dı­rar­sa, sa­hib­kar­lar ye­ni kla­vi­a­tu­ra­la­rın is­teh­sa­lı üzrə lay­i­hə­lər re­al­laş­dı­ra bi­lər­lər. Bu mə­sə­lə "an­d­ro­id" və "ios" ba­za­sın­da olan plan­şet və mo­bil te­le­fon­la­rın is­ti­fa­də­çi­lə­ri üçün da­ha asan həl­li­ni ta­pacaq - ye­ni kla­vi­a­tu­ra on­layn - mar­ke­tə tət­biq edi­ləcək və uyğun ola­raq, onu is­təyə əsa­sən yüklə­mək mümkün olacaq.

Bir söz­lə, Azər­baycan kla­vi­a­tu­ra­sı­nın ye­ni düzülüşünün həy­a­tı­mız­da olub-ol­ma­ma­sı - hə­lə­lik açıq ola­raq qa­lır. Dmə­li bu, əmin­lik­lə  məh­şur bir nə­ticə­ni çı­xa­racağı­mız hal­dır: "Za­man gö­s­tə­rəcək...".



MƏSLƏHƏT GÖR:

602