Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Bir-iki ildən sonra internet vasitəsi ilə edilən ticarətin həcmi 2012-ci ildə olan 1 trilyon dollardan 1.5 trilyon dollara çatacaq. Hərhaldaekspertlərbelə hesabedir. Hazırdamallarınsatışı və xidmətləringöstərilməsi üçün ən əlverişli üsulsayılane-commerceAzərbaycandadainkişafedir. BuyaxınlardaNazirlərKabinetininqəbuletdiyifiziki şəxslərə məxsusmallarıngömrüksərhədindəngüzəştlivə sadələşdirilmiş şəkildə keçirilməsiqaydaları isə ticarətinbuperspektivlinövününinkişafına öztöhfəsiniverməlidir.
Kommersiya mənfəəti
Hələ 1960-cı ildə aviareyslərə yerlərin sifarişi prosedurunu avtomatlaşdırmaq üçün "American Airlines" və "IBM" şirkətləri SABRE sistemini yaradıblar və elə bununla da, ilk elektron kommersiya sisteminin əsası qoyulub. Lakin elektron ticarət bazarının inkişafında ən böyük dinamizm son on beş ildə müşahidə olunur, bu da internet istifadəçiləri sayın sürətlə artması, sosial şəbəkələrin, forumların və digər interaktiv onlayn saytların təsirinin artması və bankların elektron ödəmə sistemlərin dinamik inkişafı ilə bağlıdır. Bu gün, dünyanın inkişaf etmiş ölkələrində e-commerce korporativ seqmentdə kifayət qədər yayılıb. Bu, iri və kiçik şirkətlərə qarşılıqlı ticarəti kifayət qədər sadələşdirməyə və ucuzlaşdırmağa, onu daha operativ və şəffaf etməyə və sifarişçiyə bütün mərhələlərdə malın hərəkəti prosesinə interaktiv şəkildə nəzarət etməyə (tracking number) imkan yaradır.
Hələ bir neçə il bundan əvvəl "kölgə" ticarətin üstünlük təşkil etdiyi və vergidən yayınma hallarının tez-tez baş verdiyi postsovet məkanının korporativ seqmentində özündə nağdsız ödəmələr və maliyyə şəffaflığını birləşdirən e-commerce yalnız bu yaxınlarda kifayət qədər yayılıb, halbuki istehlak seqmentində elektron kommersiya MDB-nin bir çox ölkələrində artıq kifayət qədər uzun müddət ərzində və aktiv şəkildə inkişaf edir. Söhbət lokal internet-mağazalar vasitəsilə pərakəndə satışından ya da bank və ya digər kartlar vasitəsilə ödənilən malların "Ebay" və "Amazon" tipli beynəlxalq portallarda alınmasından gedir. Bununla belə, son illər ərzində malların və xidmətlərin "Facebook" tipli məşhur sosial şəbəkələr vasitəsi ilə satışı da artıb. Eyni zamanda, sıravi istifadəçilərin sövdələşmələr etdiyi internet hərraclar kimi elektron kommersiya variantları da inkişaf etməkdədir. Bununla, virtual hərraclar bir növ keçmişdə populyar olan "tolkuçka" və ya qəzetlərin elan köşəsi rolunu oynayırlar.
Yuxarıda sadalanan sistemlər bu və ya digər şəkildə Azərbaycanda mövcuddur. Qeyd etmək kifayətdir ki, ötən illər ərzində ölkədə milli elektron ödəmə sistemləri yaradılıb, yerli banklar bir sıra plastik kartlarını və eyni zamanda internetdə alış-veriş üçün nəzərdə tutulan xüsusi kartlarını buraxıblar. Milli prosessinq mərkəzlərin xidmətləri yerli internet provayderlər, telefon və aviaşirkətləri tərəfindən kommunal online ödəmələr üçün çoxdan və aktiv şəkildə istifadə olunur. Son zamanlar internet vasitəsi ilə xidmətlərin reallaşdırılmasına, hətta paytaxtın mədəniyyət və əyləncə mərkəzləri də qoşulub - elektron ticarət sistemində teatrların, kinoteatrların və Bakının digər mədəniyyət ocaqlarının böyük bir hissəsi yer alıb. Hazırda, internet vasitəsi ilə turizm paketləri də satılır.
Tədricən topdansatış da inkişaf edir: bu gün ölkədə yüzdən çox internet mağazası fəaliyyət göstərir və bəzi öndə gedən onlayn-ticarət obyektlərin daimi müştəri bazası beş min nəfəri ötür. Hazırda ölkəmizin elektron ticarətin dövriyyəsinin 91,3%-i qeyri-ərzaq məhsullarının payına düşür, satınalmaların 4/5-nü isə korporativ müştərilər təmin edir.
Yavaş-yavaş, lakin dürüst
Bununla belə, istehlak malları satan əksər yerli internet-mağazalar bir çox hallarda xarici online-kommersiya "nəhəngləri" ilə həm qiymət, həm də çeşid baxımından rəqabət aparmaq imkanında deyillər. Burada obyektiv faktor özünü göstərir: sadalanan mal qruplarının istehsalı, əsasən, ölkədə həyata keçirilmir. Nəticədə, yerli internet-mağazalar həmin malların nəqliyyat, gömrük rəsmiləşdirilməsi, daxili anbar logistika xidmətləri və s. görə xərclər çəkirlər. Lakin yerli internet-mağazalar vacib bir üstünlüyə malikdir - burada alınan mal müştəriyə bir-iki sutka ərzində çatdırıla, zədələnmiş, keyfiyyətsiz və ya qeyri-standart mal operativ şəkildə dəyişdirilə bilər ki, bu da malın xaricdən alınması zamanı heç də həmişə mümkün deyil.
"Son vaxtlar Azərbaycanda xaricdən alınan malların çatdırılmasında deyil, məhz servis xidmətləri göstərən, məsələn, restoran və əyləncə mərkəzlərinin xidmətlərini satan, kupon servisləri və s. üzrə ixtisaslaşmış bir neçə internet-şirkəti yaradılıb. Son illər burada kifayət qədər ciddi seqment formalaşıb və bu seqmentdə əlavə dəyər xaricdə deyil, məhz Azərbaycanda formalaşır. Məhz bu seqmentdə yenilik etmək və pul qazanmaq olar". Bunu Millikart Group prosessinq mərkəzinin icraçı direktoru Cəlal Orucov bildirib.
Azərbaycanda internet ticarəti sahəsi hələlik formallaşma mərhələsindədir və həmin sektorun adi ticarət obyektlərindən müştərilərin nəzərəçarpacaq sayını qopara biləcəyini düşünmək çox tez olardı. Təbii ki, yerli göstəriciləri e-commerce-in pərakəndə satış dövriyyəsinin 10%-ni təşkil edən ABŞ-la müqayisə etmək çətindir.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, bu ilin doqquz ayında elektron kommersiya bazarının həcmi nominal ölçüdə yalnız 1,8 milyon manata çatıb. Müqayisə üçün, Azərbaycanda həmin müddət ərzində pərakəndə satışın ümumi həcmi 13,9 milyard manat təşkil edib. Lakin burada belə bir faktı nəzərə almaq lazımdır ki, elektron kommersiyaya qoşulmuş strukturların real dövriyyəsinin həcmləri bəzən şəffaf və uçot üçün əlçatan deyil. Deməli yerli e-commerce sahənin real dövriyyəsi, çox güman ki, açıqlanan rəqəmlərdən bir qədər çoxdur.
Hər halda, hətta ənənəvi pərakəndə ticarətlə böyük fərqə baxmayaraq, elektron ticarətin ölkəmizdə artım dinamikası kifayət qədər nəzərəçarpacaqdır: onun həcmi ötən ilin analoji göstəricisindən 1,7 dəfə artıb.
Hökumətin bu yaxınlarda qəbul etdiyi qərarlara əsasən, e-commerce-in həcmləri yaxın gələcəkdə yalnız arta bilər, özü də yüksək templərlə. Hər halda Nazirlər Kabinetinin təsdiq etdiyi kommersiya istifadəsi üçün nəzərdə tutulmayan, fiziki şəxslərə məxsus malların gömrük sərhədindən güzəştli və sadələşdirilmiş formada keçirilməsi qaydaları buna tam zəmin yaradır. Bu qərarın noyabrın sonlarında qüvvəyə minməsi ilə ölkədə 1,5 min dollar dəyərində olan (hər müşayiət edən şəxs üçün dəyərin 0,5 min dollar məbləğində artırılması mümkünlüyü ilə) bəzi aksizli malların bəyan edilməsi şərti ilə sadələşdirilmiş gətirilməsinə/, çıxarılmasına imkan verilir. Eyni zamanda, 10 min dollar dəyərində olan valyuta və qiymətli kağızların gətirilməsi,/ çıxarılması mümkündür. Bunun üçün bəyannamə formasını Mərkəzi Bank müəyyən edəcək.
Daha çox almaq olar!
Nazirlər Kabinetinin xarici internet ticarəti seqmenti üçün qəbul etdiyi qərar isə, həqiqətən də, inqilabi xartakter daşıyır. Beləliklə, poçt göndərmələri zamanı idxal /ixracın güzəştli və sadələşdirilmiş rejimi 30 gündə bir dəfə olmaq şərti ilə hüquqi şəxsdən fiziki şəxsə göndərilən 1 min dollar məbləğinədək bağlamalara şamil edilir. Yəni vətəndaşlar ildə ümumi məbləği 12 min dollar olan rüsumsuz poçt göndərmələri qəbul etmək imkanı qazanıblar, bunu da obyektiv olaraq dünyada ən liberal normalardan biri kimi hesab etmək olar. Bundan əvvəl Azərbaycanda gömrük rüsumu ödənilməli olan poçt göndərmələrin maksimal həddi 200 dollarla kifayətlənirdi, bu da "Ebay.com" kimi populyar saytda elektron cihazların və digər bahalı malların almaq imkanını nəzərəçarpacaq səviyyədə məhdudlaşdırırdı.
Xaricdən poçt vasitəsi ilə göndərilən mallara çıxış imkanının pul ekvivalentində beşqat artımı, sözsüz ki, nağdsız bank ödənişlərinin həcminə müsbət təsir göstərəcək və ölkəmizdə poçt xidmətləri göstərənlərin gəlirlərini artıracaq.
Lakin bu pozitiv fakt yerli e-commerce sektorunun istifadə etdiyi qanunvericilik bazası və bazar alətlərinin sonrakı təkmilləşdirilməsi zəruriliyini gündəmdən çıxarmır. Xüsusən, elektron kommersiya bazarını formalaşdıran bir sıra yerli şirkətlər mövcuddur ki, şəxsi internet-ödəmə kartları, Visa və MasterCard beynəlxalq ödəmə kartlarına analoqunun emissiyasını planlaşdırır. Bu cür kartlarla xidmət və mallara görə ödəniş edərkən, müştərilər müəyyən bonuslar əldə edəcəklər.
Yerli istifadəçilər üçün WebMoney-dən daha sərfəli şəxsi elektron pul kisəsi sisteminin yaradılması nəzərdə tutulur. Çünki "WebMoney"dən istifadə edərkən, yerli istifadəçilər böyük komisyon haqları ödəməyə məcbur olurlar.
Daha uzaq gələcəkdə isə Mərkəzi Bankın hazırladığı "Ödəniş xidmətləri haqqında" qanun layihəsi çərçivəsində Azərbaycan bankları, eləcə də xarici bankların yerli filialları elektron pullar buraxa biləcəklər. Analoji hüquqa poçt-maliyyə xidmətləri göstərmək lisenziyası olan hüquqi şəxslər, elektron pullar sahəsində fəaliyyət göstərən yerli təşkilatlar və xarici strukturların filialları malik ola biləcəklər.
"E-commerce"in hüquqi nizamlanması sahəsində mühüm dəyişikliklərin vaxtı yetişib. Belə ki, 2005-ci ildən qüvvədə olan elektron ticarət haqda qanun köhnəlib. Bununla əlaqədar olaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanın bu sahədə olan qanunvericiliyini Avropa İttifaqının hüquqi bazasına uyğunlaşdırmaq məqsədilə elektron ticarətin inkişafına dair təkliflər paketi hazırlayıb. Beləliklə, "Elektron ticarət haqqında", "E-imza və e-sənəd haqqında", "Şəxsi məlumatlar haqqında", "İstehlakçıların hüquqlarının qorunması haqqında", "Dövlət satınalmaları haqqında", "Operativ-axtarış fəaliyyəti haqqında" qanunlara, eləcə də Cinayət, Mülki-Prosessual və İnzibati Xətalar Məcəllələrinə bir sıra dəyişikliklər ediləcək.
Sadalanan dəyişikliklər beynəlxalq elektron ticarət prosesini əhəmiyyətli dərəcədə sadələşdirəcək, istehsal xərclərini azaldacaq, lakin eyni zamanda ölkədə fəaliyyət göstərən internet-mağazalarını vergilərin tam ödənilməsinə cəlb edəcək. Yeni qanunvericiliyin heç də az əhəmiyyətə malik olmayan üstünlüyü onlayn-biznes sahəsində istehlakçıların hüquqlarının daha dolğun qorunması olmalıdır.
MƏSLƏHƏT GÖR: