14 Mart 2025

Cümə, 11:02

İRƏVANSAYAĞI "DOSTLUQ"

Ermənistanda Rusiyaya qarşı terror hədələri səslənir

Müəllif:

06.11.2013

Ermə­ni­s­tan­da Ru­siy­a­nın ya­rat­dığı Gömrük İt­ti­fa­qı (Gİ) ilə Av­ro­pa İt­ti­fa­qı ara­sın­da "müna­si­bət­lər ba­­lan­sı"nın sax­la­nıl­ma­sı in­di ən çox müza­ki­rə olu­nan möv­zu­lar­dan­dır. Bu möv­zu­da di­s­kus­siy­a­lar yal­nız KİV-də dey­il, ek­s­per­t­lər ara­sın­da da ge­dir. Bu günlər­də Er­mə­ni­s­­tan par­la­men­ti­nin de­pu­ta­tı Xa­ça­tur Ko­ko­belyan baş na­zir Ti­q­ran Sarqs­ya­na hə­lə də Gİ ilə Aİ-nin bir-bi­ri­nə zidd ol­ma­dığı­nı düşünüb-düşün­mə­diy­i­nə da­ir su­al ve­rib. Sarqsyan ca­va­bın­da Er­mə­ni­s­ta­nın siy­a­si möv­qey­in­də dəy­i­şik­liy­in ol­ma­dığı­nı bil­di­rib. Baş na­zi­rin söz­lə­ri­nə gö­rə, İrə­­van Gİ ilə Aİ ara­sın­da­kı siy­a­si pro­ses­lə­rin bir-bi­ri­ni ta­mam­la­dığı­nı düşünür. "Sə­nəd­lə­rə gə­lincə, bə­li, on­lar­da bir-bi­ri­nə zidd müddə­a­la­ra rast gə­li­nə bi­lər. Biz bun­la­rı da­nı­şıq­lar va­si­tə­si­lə yo­lu­na qoy­ma­lıyıq", - deyə T. Sarqsyan bil­di­rib. O, fi­k­ri­ni xa­rici müna­si­bət­lə­rin şa­xə­lən­di­ril­mə­si və di­g­ər mə­sə­lə­lər­lə iz­ah edib: "Biz həm Aİ, həm Ru­siya, həm də ABŞ-la açıq və sə­mi­mi ol­mu­şuq. Bi­zim se­çi­mi­mi­zin sə­bəb­lə­ri on­la­ra ay­dın­dır. Doğru­dur, Av­ra­siy­aya dey­il, Av­ro­paya in­te­q­ra­siy­aya üstünlük ve­ril­mə­li ol­duğu­nu dey­ən siy­a­sət­çi­lər də var. Bu­nun le­hi­nə də, əley­hi­nə də olan on­lar­la ar­qu­ment gə­tir­mək mümkündür. Bi­zim məq­sə­di­miz bu pro­se­sin hər iki­si­ni da­vam et­dir­mək­dir".

Er­mə­ni­s­tan­da Av­ro­pa və Ru­siya ilə müna­si­bət­lə­rin bir-bi­ri­nə zidd ol­ma­dığı­na, ey­ni za­man­da hər iki is­ti­qa­mət­də müna­si­bət­lə­rin in­ki­şa­fı siy­a­sə­ti­nin yürüdüldüyünə da­ir fi­kir­lə­rə çox­dan rast gə­li­nir. Xa­rici tə­rəf­daş­lar isə İrə­van­dan se­çi­mi­ni qə­ti şə­kil­də or­taya qoy­ma­sı­nı tə­ləb edir: hə­lə 2013-cü ilin əv­və­lin­də bu öl­kə­dən xa­rici siy­a­sət­də pri­o­ri­te­ti­ni müəyyən­ləş­dir­mə­si, ya "Şərq tə­rəf­daş­lığı", ya da Gİ-nin xey­ri­nə se­çim et­mə­si tə­ləb olu­nur­du. İrə­van isə ca­va­bın­da tə­rə­f­lər­dən bi­ri­ni se­ç­mə­diy­i­ni, hər iki tə­rə­f­lə müna­si­bət­lə­ri in­ki­şaf et­dir­diy­i­ni bil­di­rir­di. Am­ma Er­mə­ni­s­tan tə­rəf­daş­lar­dan han­sı­nın da­ha sə­xa­vət­li "hə­diyyə­lər" tək­lif et­diy­i­ni göz­ləy­ir­di və onun gə­tir­diyi ar­qu­men­t­lər İrə­va­nın bu cəh­di­nin üzə­ri­ni qə­tiyyən örtmürdü.

Er­mə­ni­s­ta­nın Av­ro­pa İt­ti­fa­qın­dan göz­lən­ti­lə­ri ta­ma­mi­lə ay­dın idi: Er­mə­ni­s­tan üçün 1,5 milyard dol­la­rın yığı­lacağı gü­man edi­lən do­nor kon­fran­sı­nın ke­çi­ril­mə­si. Bun­dan baş­qa, Serj Sarqsyan "Şərq tə­rəf­daş­lığı" fo­ru­mun­da bəy­an et­miş­di ki, Av­ro­pa Türkiy­ə­ni Er­mə­ni­s­tan­la sər­həd­lə­ri aç­mağa məcbur et­mə­li­dir.

Ru­siy­a­dan isə bütün sa­hə­lər­də cid­di yar­dım­lar göz­lə­ni­lir­di və göz­lə­ni­lir. Bu­raya hər­bi-siy­a­si sa­hə­dən tut­muş, ma­liyyə yar­dı­mı­na­dək, əsa­sən, iq­ti­sa­di ren­ta­bel­liy­in ol­ma­ma­sı sə­bə­bin­dən fə­a­liyyə­ti­ni day­an­dır­mış iri sə­naye müəs­si­sə­lə­ri­nin "dir­çəl­dil­mə­si"nə­dək bir çox sa­hə­lər da­xil­dir. Neft və qa­zın gömrükda­xi­li qiy­mət­lə­ri ki­mi "xır­da" mə­qam­lar ha­q­da isə Er­mə­ni­s­tan­da, ümu­miyyət­lə, düşünmürlər.

Düşünmək olar­dı ki, Er­mə­ni­s­tan pre­zi­den­ti Serj Sarqsya­nın öl­kə­si­nin Gömrük İt­ti­fa­qı­na üzv ol­maq niyyə­ti­ni açıq­la­dığı 3 sentyab­r­dan so­nra bu siy­a­si oy­un­la­ra son qoy­u­lacaq. Am­ma İrə­van hə­lə də özünün "Av­ro­pa per­spek­tiv­lə­rin­dən" da­nış­ma­q­da­dır. Hal­bu­ki Av­ro­pa Er­mə­ni­s­ta­nın Gİ-yə üzvlük niyyə­ti­ni açıq­la­ma­sın­dan so­nra İrə­va­nın hər han­sı "hə­diy­yə göz­lə­mə­si­nin" yer­siz ol­duğu­nu ki­­fay­ət qə­dər açıq şə­kil­də bəy­an edib.

Çox­la­rı­nın fi­k­rincə, bu "Av­ro­pa oy­un­la­rı" Mos­k­vaya ünvan­la­nıb. Er­mə­ni­s­tan rə­s­mi­lə­ri, san­ki, bu­nun­la Ru­siy­aya xə­bər­dar­lıq edir, loy­al­lığa gö­rə la­zı­mi "hə­diyyə­lə­ri"n ol­may­a­cağı tə­q­dir­də, fi­kir­lə­ri­ni ye­ni­dən dəy­i­şə bi­ləcək­lə­ri­nə işa­rə edir­lər. Am­ma Ru­siya, hə­lə ki, Er­mə­ni­s­ta­na "hə­diyyə pay­la­mağa" tə­lə­s­mir. Bun­dan baş­qa, Gİ çər­çi­və­sin­də qüvvə­də olan ra­zı­laş­ma­nın Er­mə­ni­s­ta­na qar­şı han­sı for­ma­da re­al­laş­dı­rı­lacağı da na­mə­lum qa­lır. Xa­tır­la­daq ki, Er­mə­ni­s­ta­nın Gİ üzvü və ya ona qo­şul­maq fi­k­rin­də olan döv­lət­lər­dən heç bi­ri ilə ümu­mi sər­hə­di yox­dur. Üstə­lik, Mos­k­va Türkiyə və Azər­baycan­la müna­si­bət­lə­ri­ni po­zmağa da tə­lə­s­mir. Bu az­mış ki­mi, hə­lə Ba­kıya si­lah sa­tı­şı­nı da da­vam et­di­rir və on­la­rın ara­sın­da ZRK S-300 ar­til­le­riya si­s­te­mi və yay­lım atə­şi qu­rğ­u­la­rı da var.

Bəl­kə də, İrə­va­nın məy­us­luğu­na fi­kir ver­mə­mək, ya­xud Er­mə­ni­s­ta­na öz "ge­o­siy­a­si dəy­ə­ri­ni" da­ha ayıq baş­la qiy­mət­lən­dir­mə­si­ni məs­lə­hət gör­mək olar­dı. Am­ma mə­sə­lə on­da­dır ki, Er­mə­ni­s­tan­da Ru­siy­a­nın siy­a­­sə­ti­nə son də­rəcə təhlükə­li üsul­lar­la "kor­rek­tə­lər" et­məyə ça­lı­şır­lar. Bə­­zi er­mə­ni siy­a­sət­çi­lər və po­li­to­loq­lar Ru­siy­aya qar­şı, da­ha doğru­su, Ru­siya əra­zi­sin­də ter­ror ak­t­la­rı­nın təş­ki­li­nə baş­la­maq tək­li­fi­lə çı­xış edir­lər. Mə­sə­lən, Qa­ra­bağda er­mə­ni se­pa­rat­çı­lığı­nın ideo­loq­la­rın­dan olan İqor Mu­radyan bu tək­li­f­lə çı­xış edən­lər­dən bi­ri­dir. O, İrə­va­nın Gİ-yə üzvlüyünü Er­mə­ni­s­ta­nın dünya­dan təcri­di ki­mi qiy­mət­lən­di­rir: "Er­mə­ni­lər bun­lar üçün kim­dir­lər? Vas­sal? Bu iş­də Ru­siy­a­nın və­zi­fə­si mə­sə­lə­ni so­na çat­dır­ma­q­dır, yə­ni bey­nəl­xalq bir­lik Er­mə­ni­s­ta­nın dünya­nın siy­a­si xə­ri­tə­sin­də ol­ma­ma­sı­na öy­rəş­mə­li və bu­nun­la ba­rış­ma­lı­dır. O za­man Ru­siya ar­tıq er­mə­ni­lər­lə (və tə­bii ki, Er­mə­ni­s­tan­la) is­tə­diy­i­ni edə bi­ləcək. On­da Er­mə­ni­s­tan­da yal­nız Qa­ra­bağı dey­il, Er­mə­ni­s­ta­nı da rus çək­mə­lə­ri­nin al­tı­na at­mağa ha­zır olan bir ye­ni re­jim qu­ru­lacaq. So­nra­dan çox şey et­mək olar - mü­əy­yən çı­xış­lar, öl­kə­nin hüquq­la­rı ha­q­da bəy­a­nat­lar, 1977-ci il ha­di­sə­lə­ri­nin, yə­ni Mos­k­va me­t­ro­sun­da­kı par­t­layış­la­rın tə­k­ra­rı və s. Am­ma bun­lar nəyi dəy­i­şəcək?"

Xa­tır­la­daq ki, Mu­radya­nın siy­a­si bio­qra­fiy­a­sın­da ter­ro­ra da­ha açıq ça­ğı­rış­la­ra da rast gə­li­nib. Hə­lə 2010-cu ilin av­qu­s­tun­da İqor Mu­radyan "Lra­g­ir" qə­ze­tin­də Ru­siy­a­nın Azər­bayca­na ZRK S-300 qu­rğ­u­la­rı sat­mağa ha­zır­laş­ma­sı­nı (cə­mi bir il so­n­ra hə­min si­lah­lar Azər­bayca­nın döv­lət müstə­qil­liy­i­nin bər­pa olun­ma­sı­nın 20-ci il­dönümünə həsr edil­miş pa­rad­da Ba­kı­nın Azad­lıq mey­da­nın­da nümay­iş et­di­ril­di) şərh et­miş­di. Mu­radyan ya­zır­dı: "Və­tə­nin təh­lükə­siz­lik­də ol­ma­sı üçün xey­li adam həy­a­tı­nı qur­ban ver­mə­li­dir. ZRK   S-300 ya is­teh­sal olun­duğu mü­­əs­si­sə­də, ya da­şı­nan za­man, ya da Azər­baycan əra­zi­sin­də məhv edil­mə­li­dir. Bu iş­lə çox­dan mə­şğ­ul ol­maq la­zım idi. Ən azı, 4 il əv­vəl. Hə­qi­qə­tən­mi, çe­çen müqa­vi­mə­ti­nin təcrübə­sin­dən nə­ticə çı­xar­maq ol­maz? Gə­ləcək­də nə baş ve­rir­sə, ver­sin, Ru­siya bu al­çaq ad­dım­la­rı­na gö­rə ca­va­bı­nı al­maz­sa, Er­mə­ni­s­ta­nın bir döv­lət ki­mi ya­şa­mağa haq­qı yox­dur".

O za­man "Re­g­num" ag­en­t­liyi "Lra­g­ir"də bu mə­qa­lə­nin dərc olun­ma­sı ilə əla­qə­dar tam ay­dın bir baş­lıq ver­miş­di: "Er­mə­ni­s­tan­da Ru­siya əra­zi­sin­də ter­ror ak­t­la­rı­nın təş­ki­li­nə çağı­rış­lar səs­lən­di­ri­lir".

Xa­tır­la­daq ki, Mos­k­va me­t­ro­sun­da tö­rə­dil­miş par­t­layış bu qə­bil­dən olan ye­g­a­nə "epi­zod" dey­il. Azər­bay­can­la müha­ri­bə za­ma­nı (da­ha doğ­ru­su, Er­mə­ni­s­ta­nın Azər­bayca­na təcavüzünün baş­la­ma­sın­dan so­nra) er­mə­ni xüsu­si xid­mət or­qan­la­rı Ba­kı­dan ge­dən və Ba­kıya gə­lən sər­ni­şin qa­tar­la­rın­da ter­ror ak­t­la­rı tö­rə­dib­lər. On­la­rın ara­sın­da Ru­siya əra­zi­sin­də par­t­la­dı­lan qa­tar­lar da olub. Odur ki, təcrübə var. Bu təcrübə­nin "ta­ri­xi kök­lə­ri" ha­q­da da­nış­maq isə ar­tıq olar­dı.

Hə­lə­lik Er­mə­ni­s­tan "qa­ra siy­a­hı"nın ha­zır­lan­ma­sı ilə mə­şğ­ul­dur. Mə­lum olub ki, "Ros­so­t­rud­ni­çe­s­t­vo" təş­ki­la­tı­nın rəh­bə­ri, Ru­siy­a­nın Er­mə­ni­s­tan­da­kı sə­fir­liy­i­nin məs­lə­hət­çi­si Vik­tor Kri­vo­pu­s­kov İrə­van "qərb­çi­lə­ri"nin ver­siy­a­sı­na gö­rə, "23 il əv­vəl "Art­sax"dan (dır­naq işa­rə­si müəl­li­fə məx­su­s­dur - red.) er­mə­ni­lə­rin qo­vul­ma­sı ilə mə­şğ­ul imiş". Da­ha doğru­su o, Qa­ra­bağda pa­s­port re­ji­mi­nin yox­la­nıl­ma­sın­da iş­ti­rak edib, so­vet da­xi­li iş­lər bölüyünün ko­man­dir­lə­rin­dən bi­ri olub. İn­di­sə "Kri­vo­pu­s­kov il­lər­dir ki, Er­mə­ni­s­tan­da iş­ləy­ir. Hal­bu­ki ona, hət­ta er­mə­ni tor­pağı­na ay­aq ba­s­ma­sı qa­da­ğan olun­ma­lı, qa­dağa­nı po­zacağı hal­da isə mə­su­liyyə­tə cəlb edil­mə­li­dir".

 

Və nə­ticə: "Görünür, bu mə­sə­lə­də müstə­qil Er­mə­ni­s­ta­na "Nyurn­berq" la­zım idi. Bə­zi­lə­ri üçün güllə­lən­mə­dən yum­şaq cə­za tap­maq çə­tin ol­sa da, güllə­lən­mə­siz də ke­çin­mək olar­dı". Mə­lum ol­duğu ki­mi, er­mə­ni­lər güllə­lən­mə­dən yal­nız Türkiyə və Azər­baycan hö­ku­mət­lə­ri­nə qar­şı fə­al is­ti­fa­də et­məy­ib­lər. Er­mə­ni iş­baz­la­rın siy­a­sə­ti­ni bu yol­la "re­dak­tə" et­mək is­tə­dik­lə­ri döv­lət­lə­rin və­tən­daş­la­rı və hö­ku­mət­lə­ri də be­lə hal­lar­la qar­şı­la­şıb­lar. Mə­sə­lən, Qər­bi Av­ro­pa və ABŞ hö­ku­mət­lə­ri 70-ci il­lər­də məhz bu cür və­ziyyət­lə üz-üzə qal­mış­dı­lar. İn­di­sə, dey­ə­sən, er­mə­ni­lər Mos­k­va­nın siy­a­sə­tin­də "kor­rek­tə­lər" apar­mağa ça­lı­şır­lar. Ye­ri gəl­miş­kən, Er­mə­ni­s­tan­da Ru­siy­aya qar­şı ter­ror hücu­mu­na baş­la­nıl­ma­sı üçün hər şey ha­zır­dır. For­mal ola­raq, əl­bət­tə ki, bu­nun­la ha­ki­miyyət yox, müxa­li­fət mə­ş­ğ­ul­dur. Am­ma 2003-cü il­də Serj Sarqsya­nın "qə­lə­bə"si­lə bit­miş seç­ki­nin sax­ta­laş­dı­rıl­ma­sı­na eti­raz ola­raq küçə­lə­rə çıx­mış in­san­la­rı tə­rəddüd et­mə­dən güllə­lə­dən döv­lət baş­çı­sı ter­ro­ra çağı­rış edən Mu­rad­ya­nı mə­su­liyyə­tə cəlb et­məyə tə­lə­s­­mir. Hal­bu­ki ək­sər si­vil öl­kə­lər­də bu, ci­nay­ət sayı­lır. Bu, Er­mə­ni­s­tan­da Ru­siy­aya qar­şı ter­ror hücu­mu­na ha­zır­lığın han­sı sə­viyyə­də get­diy­i­nə da­ir düşünmək üçün cid­di əsa­s­dır.

 



MƏSLƏHƏT GÖR:

727