14 Mart 2025

Cümə, 11:02

BİRLİKDƏ, YOXSA TƏK-TƏK?

Avrasiyaya inteqrasiyanın özəllikləri

Müəllif:

06.11.2013

Minskdə ke­çi­ril­miş iki sam­mit - Ru­si­ya, Be­la­rus və Qa­za­xı­s­ta­nın Gömrük İt­ti­fa­qı­nın Av­ra­si­ya İq­ti­sa­di Şu­ra­sı­nın ali top­lan­tı­sı və MDB Döv­lət Baş­çı­la­rı Şu­ra­sı­nın top­lan­tı­sı post­so­vet mə­ka­nın­da­kı in­te­q­ra­siya pro­se­si­nin ha­zır­kı sə­viy­yə­si və per­spek­tiv­lə­ri­nə da­ir xey­­li düşündürücü mə­qam­la­rı or­taya çı­xa­rıb. İn­di bu sa­hə­də su­al­lar ca­vab­lar­dan da­ha çox­dur və on­la­rın ara­sın­da ən önəm­li­lə­rin­dən bi­ri də ke­ç­miş SSRİ re­s­pub­li­ka­la­rı­nı özün­də bir­ləş­dir­miş təş­ki­lat­la­rın han­sı is­ti­qa­mət­də irə­li­lə­mə­si­dir. On­lar, hə­­qi­­qə­tən də, Av­ra­siya in­te­q­ra­siy­a­sı­nı re­al­laş­dır­maq şan­sı­na ma­lik­dir­lər­mi?

MDB sam­mi­ti bu qu­ru­mun fo­rum­la­rı üçün ənə­nə­vi olan şə­ra­it­də ke­çib: kon­kret­liy­in az ol­duğu çox­say­lı bəy­a­nat­lar. Bu­nun­la ya­na­şı, bu top­lan­tı­la­ra xas əsas cə­hət bu də­­fə də qo­ru­nub sax­la­nı­lıb - ha­mı bu fi­kir­də­dir ki, in­te­q­ra­siya pro­ses­lə­ri­nin da­vam et­mə­sin­dən Bir­lik üzvlə­ri­nin hər bi­ri qa­za­nar­dı.

Sam­mit Gürcüsta­na bir­liyə qa­yıt­­maq tək­li­fi­nin ve­ril­mə­si­lə yad­da qa­­lıb. Tək­li­fi Be­la­rus pre­zi­den­ti Alek­sandr Lu­ka­şen­ko səs­lən­di­rib. O, "MDB-nin qa­pı­la­rı­nın Gürcüs­tan­­da­kı do­stla­rın üzünə hər za­man açıq ol­duğu­nu" bil­di­rib.

Gürcüsta­nın Xa­rici İş­lər Na­zir­liyi və ha­kim par­tiy­a­nın pre­zi­den­t­liyə na­mi­zə­di, so­nra­dan döv­lət baş­çı­sı se­çil­miş Ge­o­rgi Mar­q­ve­la­ş­vi­li gürcü xal­qı­nın Av­rat­lan­tik struk­tur­la­ra in­te­q­ra­siya yo­lu­nu seç­diy­i­ni, hö­ku­mə­tin bu is­ti­qa­mə­ti dəy­iş­mək fi­k­rin­də ol­ma­dığı­nı bil­di­rib.

Hər iki sam­mit­də apa­rı­lan mü­za­­ki­rə­lə­rin əsas fi­qu­ran­tı isə Uk­ray­na olub. Sə­bəb Kiy­e­vin Av­ro­pa İt­ti­fa­qı ilə As­so­si­a­tiv Sa­ziş im­za­la­mağa ha­zır­laş­ma­sı­dır. Bu, ilk növ­bə­də, Ru­siy­a­nın tə­şəbbüsü olan Av­­ra­siy­aya in­te­q­ra­siya plan­la­rı­na zid­dir. Vax­ti­lə So­vet İt­ti­fa­qı­nı Uk­ray­­na­sız tə­səvvür et­mək mümkün ol­­ma­dığı ki­mi, post­so­vet mə­ka­nın­da­­kı in­te­q­ra­siya pro­se­si­ni də Kiy­e­v­­­siz tə­səvvür et­mək çə­tin­dir - is­tər Av­ra­siya İq­ti­sa­di Bir­liyi ol­sun, is­tər­sə də Gömrük İt­ti­fa­qı (Gİ). Əs­lin­­də, Uk­ray­na tə­rə­fi Av­ra­siy­aya in­te­q­ra­siya pro­se­sin­də iş­ti­rak­dan im­­ti­na et­mir. Am­ma Mos­k­va onun qar­şı­sın­da kon­kret se­çim qoy­ur: ya Gİ, ya Aİ. Ru­siya pre­zi­den­ti Vla­di­mir Pu­tin Minskdə et­diyi çı­xı­şın­da bil­di­rib ki, Uk­ray­na ilə Aİ ara­sın­da azad tica­rət zo­na­sı­nın ya­ra­dıl­ma­sı Kiy­e­vin Gİ-də iş­ti­ra­kı­na ma­ne ola­caq. Çünki bu hal­da Uk­ray­na­da is­teh­sal olu­nan bütün məh­sul­lar Aİ-nin qay­da­la­rı­na ta­be olacaq, nə­ticə­də, Gİ ba­za­rı­nın müda­fi­ə­si mə­sə­lə­si gündə­mə gə­ləcək.

Pu­tin Uk­ray­na iq­ti­sa­diyya­tı­nın Av­ro­pa­nın tex­ni­ki req­la­men­ti­lə prob­­lem­siz uz­la­şa bi­ləcəy­i­nə şüb­hə­si­ni də ifa­də edib. "Bun­lar çox yax­­şı nor­ma­lar­dır. Am­ma hə­min nor­­ma­la­ra uyğun məh­sul­lar bu­rax­maq üçün iq­ti­sa­diyya­tın müa­sir­ləş­di­ril­mə­si la­zım­dır. Bu­nun üçün bö­yük həcmdə in­ve­s­ti­siy­a­lar tə­ləb olu­­nur. Bi­zim ek­s­per­t­lə­rin qiy­mət­lən­dir­mə­si­nə gö­rə, söh­bət, təx­mi­nən, yüzlər­lə milyard av­ro­dan ge­dir. Be­lə mən­bə­lər var­mı?" - deyə Ru­siya pre­zi­den­ti su­al edib.

Uk­ray­na­nın döv­lət baş­çı­sı Vik­tor Ya­nu­ko­viç isə he­sab edir ki, ümu­miyyət­lə, Kiy­e­vin Aİ ilə Gİ ara­­sın­da se­çim et­mə­si­nin vacib­liyi mə­sə­lə­si­nin qoy­u­lu­şu yan­lış­dır. Uk­ray­na Aİ və Gİ çər­çi­və­sin­də in­te­q­ra­siya per­spek­tiv­lə­ri­nə "Av­ra­siya qi­tə­sin­də iq­ti­sa­di əmək­daş­lığın bun­dan so­nra da fə­al­laş­dı­rıl­ma­sı" kon­tek­s­tin­də ba­xır. Ya­nu­ko­viç he­sab edir ki, onun öl­kə­si­nin Aİ ilə As­so­si­a­tiv Sa­ziş im­za­la­ma­sı Uk­ray­na­nın qar­şı­sın­da MDB öl­kə­lə­ri­lə də tica­rət və in­ve­s­ti­siya əmək­daş­lığı­nın in­ki­şa­fı üçün əla­və im­kan­lar açacaq. Ən baş­lıca­sı isə, Ya­nu­ko­viç MDB öl­kə­lə­ri ilə Gİ üzvlə­ri ara­sın­da iq­ti­sa­di-tica­rət müna­si­bət­lə­ri­nin in­ki­şa­fı­na süni ma­ne­ə­lə­rin ya­ra­dıl­ma­sı­na qar­şı­dır. O, bu­nun­la Ru­siy­a­­nın post­so­vet mə­ka­nın­da­kı iq­ti­sa­di siy­a­sə­ti­nə xüsu­si­lə Uk­ray­naya təz­yiq va­si­tə­si ki­mi bax­dığı­nı gö­s­tə­rib.

Ru­siy­a­nın siy­a­sə­ti­nə irad heç də yal­nız Ya­nu­ko­vi­çin di­lin­dən səs­lən­di­ril­məy­ib. Onun qa­za­xı­s­tan­lı və be­la­rus­lu həm­kar­la­rı da, təx­mi­nən, ey­ni fi­kir­də­dir­lər. Nur­sul­tan Na­zar­bay­ev və Alek­sandr Lu­ka­şen­ko Gİ-nin fə­a­liyyə­ti­ni tən­qid edib­lər. On­lar ya­ra­dıl­ma­sı­na 2006-cı ilin av­qu­s­­tun­da Ru­siya, Be­la­rus və Qa­za­xı­s­tan tə­rə­fin­dən qə­rar ve­ril­miş bu qu­­ru­mun fə­a­liyyə­tin­dən ra­zı dey­il­lər.

Na­zar­bay­ev Gİ-nin və Va­hid İq­ti­sa­di Mə­ka­nın işi­ni tən­zim­ləy­ən Av­ra­siya İq­ti­sa­di Ko­mis­siy­a­sı­nın fə­a­liyyə­tin­də siy­a­si mə­qam­la­rın ol­ma­sın­dan na­ra­zı­dır. O, Gİ haq­qın­da müqa­vi­lə­nin im­za­lan­ma­sı za­ma­nı Qa­za­xı­s­ta­na "ener­ji şə­bə­kə­lə­ri­nə ümu­mi çı­xış re­ji­mi­nin ve­ri­ləcəyi" və­di­ni al­dıq­la­rı­nı da ya­da sa­lıb, am­ma bu im­ka­nın hə­lə də Qa­za­xı­s­­ta­na ve­ril­mə­diy­i­ni söy­ləy­ib. N.Na­zar­bay­e­vin söz­lə­ri­nə gö­rə, Qa­za­xı­s­­tan, bu sə­bə­b­dən, ener­ji da­şıyıcı­la­rı­nın Ru­siya va­si­tə­si­lə Be­la­ru­sa nor­mal tran­zi­ti­ni həy­a­ta ke­çi­rə bil­mir. Bun­dan baş­qa, Na­zar­bay­ev Qa­za­xı­s­tan məh­sul­la­rı­nın Gİ üzvlə­ri­nin, xüsu­si­lə Ru­siy­a­nın ba­zar­la­rı­na çı­xa­rıl­ma­sın­da prob­lem­lər­lə üz­ləş­dik­lə­ri­ni də söy­ləy­ib.

Be­la­rus pre­zi­den­ti isə Gİ-nin mö­v­cud­luğu­na rəğmən, müsa­di­rə və məh­du­diyyət­lə­rin nə­in­ki azal­ma­dığı­nı, ək­si­nə da­ha da art­dığı­nı, sa­hib­kar­la­rın gömrük pro­se­dur­la­rın­dan şi­kay­ət­lən­dik­lə­ri­ni bil­di­rib. Lu­­ka­şen­ko­nun fi­k­rincə, in­te­q­ra­siy­a­nın praq­ma­tik hə­də­f­lə­ri ger­çək­ləş­di­ri­lə­nə­dək bu yol­da irə­li­lə­mək mə­na­sız­dır.

Be­lə­lik­lə, Na­zar­bay­ev ilə Lu­ka­şen­ko fak­ti­ki ola­raq Ru­siy­a­dan bütün məh­du­diyyət, qa­dağa təd­bir­lə­ri­ni ara­dan qal­dır­ma­sı­nı tə­ləb edib­lər. On­lar he­sab edir­lər ki, öl­kə­lə­rin­də is­teh­sal olu­nan məh­sul­la­rın Ru­siya ba­zar­la­rı­na sər­bəst şə­kil­də çı­xa­rıl­ma­sı məhz bu za­man tə­min olu­nacaq. Bun­dan baş­qa, Na­zar­bay­ev post­so­vet mə­ka­nın­da in­te­q­ra­siya me­xa­niz­mi­nin ef­fek­ti­nin ar­tı­­rıl­ma­sı üçün Av­ra­siya İq­ti­sa­di Bir­liy­i­nin bu­ra­xıl­ma­sı­nı, Gİ-nin ge­niş­lən­di­ril­mə­si­ni tək­lif edib. O, bu fi­k­ri­ni ox­şar qay­da­lar­la fə­a­liyyət gö­s­tə­rən iki təş­ki­la­tın ey­ni za­man­da fə­a­liyyət gö­s­tər­mə­si­nin mə­na­sız ol­ma­sı ilə əsas­lan­dı­rıb.

Müza­ki­rə­lə­rin so­nun­da be­lə qə­ra­ra alı­nıb ki, 2015-ci il­də Gömrük İt­ti­fa­qı­nın Av­ra­siya İq­ti­sa­di İt­ti­fa­qı ad­lan­dı­rıl­ma­sı, Av­ra­siya İq­ti­sa­di Bir­liy­i­nin isə qar­şı­sın­da du­ran və­zi­fə­lə­ri ger­çək­ləş­di­rə bil­məy­əcəyi tə­q­dir­də, ləğv olun­ma­sı qə­ra­ra alı­nıb. Bu­nun­la ya­na­şı, Av­ra­siya İq­ti­sa­di Bir­liy­i­nin üzvlə­ri olan Qı­rğı­zı­s­­tan və Taci­ki­s­ta­nın, hə­m­çi­nin təş­ki­lat­da müşa­hi­də­çi sta­tu­su­na ma­lik Er­mə­ni­s­ta­nın Gİ-yə qə­bu­lu­na "hə" dey­i­lib.

Be­la­rus və Qa­za­xı­s­tan pre­zi­den­t­­lə­ri isə Er­mə­ni­s­ta­nın Gİ-yə qə­bu­lu mə­sə­lə­sin­də də bir qə­dər fər­q­li möv­­qe or­taya qoy­ub­lar. Na­zar­ba- y­ev­lə Lu­ka­şen­ko Cə­nu­bi Qaf­qa­zın ən yox­sul, Gİ üzvlə­ri­lə ümu­mi sər­həd­lə­rə ma­lik ol­may­an öl­kə­si­nin qu­ru­ma üzvlüyü üçün şərt irə­li sürüblər. On­lar he­sab edir­lər ki, Er­mə­ni­s­tan üçün "yol xə­ri­tə­si" ha­zır­lan­ma­lı, İrə­van yer­li qa­nun­ve­rici­liy­in uni­fi­ka­siy­a­sı is­ti­qa­mə­tin­də cid­di iş­lər gör­mə­li­dir. Bu­nun üçün isə 1-2 il də ki­fay­ət dey­il.

Ən baş­lıca­sı, Be­la­rus və Qa­za­xı­s­­tan li­der­lə­ri bir­ba­şa və do­layı­sı ilə Er­mə­ni­s­ta­na ünvan­lan­mış bəy­a­nat da səs­lən­di­rib­lər. Bu bəy­a­nat İrə­va­nı qon­şu türk döv­lət­lər - Azər­bay­can və Türkiy­əyə qar­şı təca­vüz­kar siy­a­sə­tin da­vam et­di­ril­mə­si­nin məq­sə­də­uyğun­luğu ha­q­da ən azı dü­şünməyə va­dar et­mə­li­dir.

Alek­sandr Lu­ka­şen­ko bir­mə­na­lı şə­kil­də bəy­an edib ki, Er­mə­ni­s­ta­nın Gİ-yə qə­bu­lu za­ma­nı Azər­bayca­nın möv­qey­i­lə he­sab­laş­maq la­zım­dır. "Er­mə­ni­s­ta­nın Azər­bay­can­la həll olun­ma­mış əra­zi prob­le­mi var. De­mək, bi­zə Azər­bayca­nın su­al­la­rı olacaq. Biz Azər­bayca­nın möv­qey­i­lə he­sab­laş­ma­lıyıq", - deyə Be­la­rus pre­zi­den­ti bil­di­rib. Lu­ka­şen­ko Be­la­ru­sun Er­mə­ni­s­ta­nın da yer al­dığı KTMT üzvü ol­ma­sı­na rəğmən, Ba­kı ilə hər­bi-tex­ni­ki sa­hə­də sıx əmək­daş­lıq et­diy­i­ni xa­tır­la­dıb: "Azər­baycan biz­dən ye­ni si­lah-sur­sat alır. Bu­nun­la de­mək is­təy­i­rəm ki, Be­la­rus­la Azər­baycan ara­sın­da qa­pa­lı möv­zu yox­dur".

Nur­sul­tan Na­zar­bay­ev isə Tür­kiy­ə­nin Gİ-yə qo­şul­maq niyyə­tin­də ol­duğu­nu açıq­layıb. O, An­ka­ra­nın bir­liyə qo­şul­ma­sı­na müsbət ya­na­şıl­ma­sı­nı labüd edən ar­qu­ment də gə­ti­rib: "Türkiyə böyük döv­lət­dir. Bi­zim ümu­mi sər­həd­lə­ri­miz var. Bu, nə­hə­ng iq­ti­sa­diyya­ta ma­lik nə­hə­ng öl­kə­dir". Na­zar­bay­ev he­sab edir ki, türklə­rin Gİ-yə üzvlü­yün­dən so­nra "Qər­bdə bi­zim SSRİ-ni bər­pa et­məyə ça­lış­dığı­mı­za da­ir söz-söh­bət­lə­rə də son qoy­u­lacaq".

Xa­tır­la­daq ki, Na­zar­bay­ev hə­lə ötən il Türkiy­əyə et­diyi sə­fə­ri za­ma­nı dünya­da sayı 200 milyo­na ça­tan türklə­rin bir­ləş­mə­si­nə çağı­rış et­miş­di. Qa­za­xı­s­tan pre­zi­den­ti he­sab edir ki, bu hal­da türklə­rin qüd­rət­li ge­o­siy­a­si it­ti­faq ya­rat­ma­sı müm­kündür. Odur ki, Na­zar­bay­e­vin bəy­a­na­tı da­ha çox An­ka­ra­nın Av­ra­siy­aya in­te­q­ra­siya is­təy­in­dən yox, Na­zar­bay­e­vin özünün Türkiy­ə­ni və di­g­ər türk döv­lət­lə­ri­ni va­hid si­vi­li­za­siya lay­i­hə­sin­də gör­mək ar­zu­sun­dan irə­li gə­lir. Üstə­lik, bu per­spek­ti­vin re­al­laş­ma­sı üçün re­al im­kan­lar var. Çünki Av­ro­pa İt­ti­fa­qı­nın qa­pı­la­rı­nı An­ka­ra­nın üzünə aç­ma­ma­sı özünə­məx­sus siy­a­si va­ku­um ya­ra­dıb. Türkiy­ə­nin baş na­zi­ri Rəcəb Tayyib Ər­doğa­nın öl­kə­si­nin yal­nız Gİ ilə dey­il, həm də Şan­xay Əmək­daş­lıq Təş­ki­la­tı ilə ya­xın­laş­ma­q­da ma­raq­lı ol­duğu­nu bəy­an et­mə­si isə An­ka­ra­nın qlo­bal kon­fi­qu­ra­siy­a­da özünə lay­iq yer tut­mağa ça­lış­ma­sı­nın gö­s­tə­rici­si­dir. Bu ba­xım­dan, Türkiy­ə­nin Gİ-yə üzvlüyü mə­sə­lə­si­nin müza­ki­rə­si­nin Türkiyə-Av­ro­pa İt­ti­fa­qı da­nı­şıq­la­rı­nın bər­pa olun­­duğu­na da­ir bəy­a­nat­la ey­ni vax­­ta tə­sadüf et­mə­si son də­rəcə ma­raq­lı fakt­dır. Ana­li­tik­lər he­sab edir ki, Türkiy­ə­nin Gİ-yə üzvlük per­spek­ti­vi rə­s­mi An­ka­ra­nın əlin­də əla­və ko­zı­ra çe­v­ri­lə bi­lər.

Am­ma Türkiy­ə­nin Av­ra­siya per­s­­pek­tiv­lə­ri kon­tek­s­tin­də Gİ üzvlə­ri üçün Ru­siy­a­nın təzyi­qi ilə Gömrük İt­ti­fa­qı­na qo­şul­mağa ra­zı­lıq ver­miş Er­mə­ni­s­tan ami­li ye­nə də gündə­mə gə­lir. Minskdə ke­çi­ri­lən sam­mit re­g­i­o­nal pro­ses­lər­də Er­mə­ni­s­ta­nın heç bir ro­la ma­lik ol­ma­dığı­nı növ­bə­ti də­fə nümay­iş et­di­rib. Görünən odur ki, Er­mə­ni­s­tan Gİ-yə qo­şul­mağa ra­zı­lıq ver­sə də, bu və ya di­g­ər post­so­vet struk­tu­ru­nun iş­ti­rak­çı­la­rı üçün heç bir dəy­ər da­şı­mır. Azər­baycan və Türkiyə ha­q­da isə ta­ma­mi­lə əks fi­k­ri söy­lə­mək olar. Üstə­lik, özünü tam tə­min edən Azər­baycan müxtə­lif ge­o­­siy­a­si lay­i­hə­lər­dən uzaq du­rur, NATO üzvü olan Türkiyə isə Av­ro­at­lan­tik struk­tur­la­rın ya­xın tə­rəf­da­şı sayı­lır. Bütün bun­la­rı nə­zə­rə al­saq, İrə­va­nın Dağlıq Qa­ra­bağ prob­le­mi çözülmə­dən Gİ-də iş­ti­rak ar­zu­su­nun heç bir per­spek­ti­vi yox­dur. Er­mə­ni­lə­rin işğ­al et­dik­lə­ri Azər­baycan tor­paq­la­rı­nın Er­mə­ni­s­tan­la va­hid iq­ti­sa­di mə­kan ki­mi qə­bul edi­ləcəy­i­nə ümid­lə­ri­nin doğrul­ma şan­sı yox­dur. Qa­za­xı­s­tan və Be­la­ru­sun möv­qeyi, hə­m­çi­nin Ru­siy­a­nın Na­zar­bay­ev və Lu­ka­şen­ko­nun bəy­a­­nat­la­rı­na su­sa­raq re­ak­siya ver­mə­si, Dağlıq Qa­ra­bağa heç bir ai­diyyə­ti ol­may­an Er­mə­ni­s­ta­na öz ye­ri­ni ay­dın şə­kil­də gö­s­tə­rir.



MƏSLƏHƏT GÖR:

440