14 Mart 2025

Cümə, 11:02

"ARZU" ÜSTÜN GƏLDİ

Yeni prezident Georgi Marqvelaşvili onu necə həyata keçirəcək?

Müəllif:

06.11.2013

Oktya­b­rın 28-də Gür­cüs­tan­da pre­zi­dent seç­ki­si ke­çi­ril­di. Bu mə­qa­lə­nin müəl­li­fi də Gürcüstan par­la­men­ti­nin də­və­ti­lə sə­s­ver­mə­nin ge­di­şi­ni şəx­sən müşa­hi­də et­mək im­ka­nı qa­zan­mış­dı. Seç­ki­qa­bağı dövr ki­mi, sə­s­ver­mə günü də ina­nıl­maz də­rəcə­də sa­kit, hət­ta ma­raq­sız keç­di. Seç­ki mən­tə­qə­lə­ri­ni gəz­dik­dən, di­g­ər müşa­hi­də­çi­lər­lə söh­bət­ləş­dik­dən, yer­li KİV-in şərhlə­ri­lə ta­nış­lı­q­dan so­nra seç­ki­nin azad və əda­lət­li keç­diyi qə­na­ə­ti­nə gəl­dim. Bey­nəl­xalq müşa­hi­də­çi­lər­dən iba­rət nümay­ən­də hey­ət­lə­ri də pro­se­si is­tis­na­sız ola­raq bu cür qiy­mət­lən­dir­di­lər.

Bülle­ten­lə­rin 99%-nin he­sab­lan­ma­sın­dan so­nra Mər­kə­zi Seç­ki Ko­mis­siy­a­sı (MSK) ha­kim "Gürcü ar­zu­su" ko­a­li­siy­a­sı­nın na­mi­zə­di Ge­o­rgi Mar­q­ve­la­ş­vi­li­nin qə­lə­bə qa­zan­dığı­nı elan et­di. O, se­çici­lə­rin 62%-dən ço­xu­nun sə­si­ni qa­zan­mış­dı. Ge­o­rgi Mar­q­ve­la­ş­vi­li­nin əsas rə­qib­lə­ri olan yer­li par­la­men­tin sa­biq spi­ker­lə­ri Da­vid Ba­k­rad­ze və Ni­no Burca­nad­ze müva­fiq ola­raq, 22 və 10%-lik səs­lə ki­fay­ət­lən­mə­li ol­muş­du­lar. MSK se­çici fə­al­lığı­nın 46,9% təş­kil et­diy­i­ni açıq­la­dı. Bu, ötə­nil­ki par­la­ment seç­ki­si­lə müqay­i­sə­də xey­li aşağı gö­s­tə­rici­dir.

Na­mi­zəd­lər ara­sın­da səs fər­qi o qə­dər böyük idi ki, Sa­a­ka­ş­vi­li­nin "Va­hid Mil­li Hə­rə­kat" (VMH) par­tiy­a­­sı­nın pre­zi­den­t­liyə na­mi­zə­di Da­vid Ba­k­rad­ze bir ne­çə yer­li te­le­ka­na­lın si­fa­ri­şi­lə ke­çi­ri­lən exit-poll-un nə­ticə­lə­ri açıq­la­nar-açıq­lan­maz, Ge­o­rgi Mar­q­ve­la­ş­vi­li­ni qə­lə­bə müna­si­bə­ti­lə tə­b­rik et­di. Po­s­tu­nu tərk et­mək­də olan Mi­xa­il Sa­a­ka­ş­vi­li də seç­ki­nin nə­ticə­si­ni ta­nı­dığı­nı elan et­di: "O, xo­şu­mu­za gəl­sə də, gəl­mə­sə də, xal­qın ira­də­si­ni əks et­di­rir. De­mo­kra­tiy­a­nın əsas əla­mə­ti də bu­dur".

Seç­ki­nin nə­ticə­si­nə yal­nız Ley­bo­rist­lər Par­tiy­a­sı­nın li­de­ri Şal­va Na­tel­va­ş­vi­li və Ni­no Burca­nad­ze eti­raz edib­lər. La­kin bu, öl­kə­də ümu­mi seç­ki pro­se­si­nin müsbət qə­bul edil­mə­si­nə ma­ne ol­mayıb.

Azər­baycan Pre­zi­den­ti İl­ham Əliy­ev Ge­o­rgi Mar­q­ve­la­ş­vi­li­ni Gür­cüsta­nın döv­lət baş­çı­sı se­çil­mə­si mü­na­si­bə­ti­lə ilk tə­b­rik edən­lər­dən­dir. Onun bu müna­si­bət­lə Mar­q­ve­la­ş­vi­liyə ünvan­la­dığı mək­tu­b­da iki öl­kə ara­sın­da do­stluq və meh­ri­ban qon­şu­luq müna­si­bət­lə­ri­nin, stra­te­ji tə­rəf­daş­lığın və çox­şa­xə­li əmək­daş­lığın iki xalq və öl­kə­nin ri­fa­hı, re­g­i­on­da sülh, sa­bit­lik və tə­rəq­qi na­mi­nə bun­dan so­nra da hər­tə­rə­f­li in­ki­şaf edəcəy­i­nə əmin­lik ifa­də olu­nur.

Azər­baycan Pre­zi­den­ti Mar­q­ve­la­ş­vi­liyə can­sağlığı, xoş­bəx­tlik və döv­lə­ti fə­a­liyyə­tin­də uğur­lar ar­zu­layıb.

Hət­ta bir tə­rəf­dən öz­lə­ri­nin qa­tı düşmə­ni olan pre­zi­dent Sa­a­ka­ş­vi­li­nin siy­a­si səh­nə­dən get­mə­si­nə və onun də­s­tək ver­diyi na­mi­zə­din məğlu­biyyə­ti­nə se­vin­diy­i­ni giz­lət­məy­ən, di­g­ər tə­rəf­dən­sə Gürcüsta­nın is­tə­ni­lən iq­ti­da­rı­na şübhə ilə ya­na­şan Ru­siya da XİN baş­çı­sı Se­rg­ey La­v­ro­vun di­li­lə, seç­ki­lə­rin azad və sər­bəst keç­diy­i­ni eti­raf edib. "Biz gürcü xal­qı­na ye­ni hö­ku­mət or­qan­la­rı­nın for­ma­laş­dı­rıl­ma­sı pro­se­si­nin tez­lik­lə ba­şa çat­ma­sı­nı ar­zu­layır və ümid edi­rik ki, ye­ni hö­ku­mət bu çə­tin re­g­i­on­da­kı müa­sir re­al­lıq­la­rı nə­zə­rə ala­raq, Ru­siy­aya qar­şı dost, meh­ri­ban qon­şu­luq siy­a­sə­ti yürüdəcək", - deyə Se­rg­ey La­v­rov qeyd edib.

Am­ma Mos­k­va­da dip­lo­ma­tik dil­dən uzaq for­ma­da ifa­də olu­nan fər­q­li fi­kir­lə­rə də rast gə­li­nir. Mə­sə­lən, Ru­siya Fe­de­ra­siy­a­sı Pre­zi­dent Ad­mi­ni­s­t­ra­siy­a­sı ya­nın­da Ru­siya Stra­te­ji Araş­dır­ma­lar İn­sti­tu­tu­nun Qaf­qaz araş­dır­ma­la­rı sek­to­ru­nun rəh­bə­ri Ya­na Ame­li­na "Re­g­num" ag­en­t­liy­i­nə açıq­la­ma­sın­da dey­ib: "Ha­zır­kı şə­ra­it­də Gür­cüstan hö­ku­mə­ti­nin tər­ki­bi­nin prin­si­pi­al əhə­miyyə­ti yox­dur. O, əv­vəl­ki­tək müa­sir dövrün çağı­rış­la­rı ilə ay­aq­la­şa bil­mir. Gürcüstan­da nə­in­ki ru­s­pə­rəst, heç gürcüpə­rəst siy­a­sət­çi də yox­dur və ya­xın gə­ləcək­də ol­may­a­caq. On­lar öl­kə qar­şı­sın­da day­a­nan da­xi­li və xa­rici ri­s­k­lə­ri an­la­mır­lar. Ru­siya-Gürcüstan müna­si­bət­lə­ri­nin key­fiyyətcə ye­ni mər­hə­ləyə ke­ç­mə­si üçün Ru­siy­aya qar­şı cə­fə­ng id­di­a­lar irə­li sürmək yox, 2008-ci il­də (da­ha də­qi­qi, 1989-cu il­dən bə­ri) baş ve­rən­lə­rə gö­rə Gürcüstan rəh­bər­liy­i­nin (ən baş­lıca­sı isə icti­ma­iyyə­ti­nin) töv­bə et­­mə­si la­zım­dır. Am­ma Gürcüstan "qəh­rə­man­la­rı" ilə öyünür. Şübhə­siz ki, bu öl­kə­nin kə­nar­dan ida­rə olun­mağa eh­tiy­acı var. Bu ida­rə­çi­lik əv­vəl­lər ol­duğu ki­mi həy­a­ta ke­çi­ril­mə­li­dir - Ti­f­li­sin Ru­s­ta­ve­li pro­s­pek­tin­də yer­lə­şən Vo­ron­sov sa­rayın­dan rus ge­ne­ral-qu­ber­na­to­ru­nun et­diyi ki­mi". Vla­di­mir Pu­ti­nin bu ilin yayın­da jur­na­list­lər­lə söh­bə­ti za­ma­nı qə­f­lə­tən Ru­siya İm­pe­riy­a­sı dövründə Gürcüs­ta­nın döv­lət ki­mi mö­vcud ol­ma­dığı­nı, o za­man söh­bə­tin Ti­f­lis qu­ber­niy­a­sın­dan get­diy­i­ni di­lə gə­tir­diy­i­ni xa­tır­la­saq, Ya­na Ame­li­na və "Re­g­num" ag­en­t­liyi ki­mi siy­a­si tə­x­ri­bat us­ta­la­rı­nın öz şo­vi­nist şərhlə­ri­lə ki­mə ya­rın­mağa ça­lış­dıq­la­rı bəl­li olur.

Gürcüstan­da baş ve­rən­lə­rin kim­lə­rin­sə xo­şu­na gə­lib-gəl­mə­mə­sin­dən ası­lı ol­may­a­raq, ha­ki­miyyə­tin və sə­la­hiyyət­lə­rin bölüşdürülmə­si bu öl­kə­nin xal­qı­na məx­sus su­ve­ren hüqu­q­dur. Və o, seç­ki­də öz ira­də­si­ni ki­fa-y­ət qə­dər ay­dın şə­kil­də or­taya qoy­ub. Gürcüsta­nın döv­lət müstə­qil­liy­i­ni bər­pa et­mə­sin­dən so­nra se­çil­miş 4-cü pre­zi­den­tin ina­u­qu­ra­siya mə­ra­si­mi noy­a­b­rın 17-də ke­çi­ri­ləcək. Kon­sti­tu­siy­aya hə­lə 3 il əv­vəl edil­miş dəy­i­şik­liyə əsa­sən, döv­lət baş­çı­sı­nın sə­la­hiyyət­lə­ri cid­di şə­kil­də aza­lıb. Əvə­zin­də hə­min sə­la­hiyyət­lər par­la­men­t­lə hö­ku­mət ara­sın­da bölüşdürülüb. Pre­zi­dent isə Si­lah­lı Qüvvə­lə­rin Ali Baş Ko­man­da­nı ola­raq qa­lır. O, təm­sil­çi fun­k­siy­a­lar­la ya­na­şı, ha­ki­miyyə­tin ay­rı-ay­rı qa­nad­la­rı ara­sın­da mümkün müba­hi­sə­lər za­ma­nı ha­kim ro­lu­na da ma­lik­dir. Am­ma hö­ku­mə­tin tər­ki­bi­nin müəyyən­ləş­di­ril­mə­si, onun fə­a­liyyə­ti­nin is­ti­qa­mət­lən­di­ril­mə­si, hö­ku­mət­dən he­sa­bat tə­ləb olun­ma­sı, yə­ni döv­lə­tin ope­ra­tiv ida­rə­çi­liy­i­nə müda­xi­lə ar­tıq pre­zi­den­tin sə­la­hiyyət­lə­rin­də dey­il.

Gürcüsta­nın ye­ni pre­zi­den­ti­nin xa­rak­te­ri, tem­pe­ra­men­ti və siy­a­si təc­rübə­si bu sta­tu­sa ta­ma­mi­lə uyğun gə­lir. Mar­q­ve­la­ş­vi­li­nin cid­di­liyi, o qə­dər də böyük id­di­a­lar­da ol­ma­dığı onun hə­lə seç­ki­dən əv­vəl ver­diyi bə­y­a­nat­dan görünür. Mar­q­ve­la­ş­vi­li sə­­lə­fi­nin Av­la­ba­ri ray­o­nun­da tik­dir­diyi də­b­də­bə­li iqa­mə­tg­ah­dan im­ti­na edə­cəy­i­ni bil­di­rib. O, ina­u­qu­ra­siy­a­dan so­n­­­ra hö­ku­mət dəf­tər­xa­na­sın­da­kı ka­bi­net­lər­dən bi­rin­də iş­lə­mək fi­k­rin­də­dir.

Yə­qin ki, oxucu­lar üçün Gür­cüs­ta­nın dördüncü pre­zi­den­ti­nin tərcü­meyi-ha­lı da ma­raq­lı olar. Ge­o­rgi Mar­q­ve­la­ş­vi­li 1969-cu il sentya­b­rın 4-də Ti­f­li­s­də doğu­lub. 1992-ci il­də İva­ne Ca­va­xi­ş­vi­li adı­na Ti­f­lis Döv­lət Uni­ver­si­te­ti­nin fəl­sə­fə fakültə­si­ni bi­ti­rib. So­nra­kı il­lər­də Bu­da­pe­ş­tin Mər­kə­zi Av­ro­pa Uni­ver­si­te­tin­də so­si­o­lo­g­iya üzrə ix­ti­sas­la­şan Mar­q­ve­la­ş­vi­li qı­sa müddət­də tu­rizm və mar­ke­tinq sa­hə­sin­də ça­lı­şıb. 1995-2000-ci il­lər­də Ame­ri­ka NDİ-nin Ti­f­lis nümay­ən­də­liy­in­də pro­qram məs­lə­hət­çi­si olub. 1998-ci il­də fəl­sə­fə dok­to­ru el­mi də­rəcə­si­ni qa­za­nan Ge­o­rgi Mar­q­ve­la­ş­vi­li Gürcüsta­nın İcti­mai Əla­qə­lər İn­sti­tu­tun­da (GIPA) Təd­qi­qat De­par­ta­men­­ti­nin sə­d­ri və rek­tor və­zi­fə­lə­ri­ni tu­tub. 2012-ci ilin payı­zın­da Gür­cüs­tan­da İva­ni­ş­vi­li hö­ku­mə­ti­nin elm və təh­sil na­zi­ri təy­in edi­lib. 2013-cü ilin yayı­na­dək bu po­s­tu tu­tub. Hə­min il seç­ki kam­pa­niy­a­sı­na baş­la­maq üçün və­zi­fə­dən is­te­fa ve­rib.

Su­bay­dır, la­kin bir qı­zı var.

Ge­o­rgi Mar­q­ve­la­ş­vi­li icti­ma­iyyət qar­şı­sın­da­kı çı­xış­la­rın­da Gürcüsta­nın öz xa­rici siy­a­si kur­su­nu müəyyən­ləş­dir­diy­i­ni və bun­dan so­nra da Av­ro­pa, Av­ro­at­lan­ti­ka is­ti­qa­mə­tin­də irə­li­ləy­ə­cəy­i­ni bil­di­rir. O, Av­ro­pa İt­ti­fa­qı­nın "Şərq tə­rəf­daş­lığı" pro­qra­mı çər­çi­və­sin­də bu ilin noy­a­b­rın­da Vilnüsdə ke­çi­ri­ləcək top­lan­tı­da Gürcüstan­la qu­rum ara­sın­da As­so­si­a­tiv Sa­zi­şin im­za­la­nı­lacağı­nı id­dia edir.

Gürcüsta­nın Azər­baycan­la müna­si­bət­lə­ri­nə gə­lincə, Mar­q­ve­la­ş­vi­li hə­lə seç­ki öncə­si 1news.az say­tı­na ver­diyi müsa­hi­bə­sin­də Ba­kı ilə ənə­nə­vi sıx, do­stluq müna­si­bət­lə­ri­ni qo­ruy­ub sax­la­maq niyyə­tin­də ol­duğu­nu bil­dir­miş­di: "Biz stra­te­ji tə­rəf­da­şı­mız olan Azər­baycan­la bir­lik­də mö­vcud po­ten­si­al­la­rı­mız­dan is­ti­fa­də et­mək­lə, öl­kə­lə­ri­mi­zin in­ki­şa­fı üçün çox iş­lər gö­rə bi­lə­rik. Biz mütləq şə­kil­də bu­na ça­lı­şacağıq. Stra­te­ji tə­rəf­daş­la­rı­mız­la əmək­daş­lığı da­vam et­di­rəcəy­ik. Azər­baycan və Türkiyə üçün ol­duğu ki­mi, Gürcüstan üçün də bu is­ti­qa­mət­də irə­li­lə­mək çox vaci­b­dir. Re­al­laş­dı­rıl­ma­sı­na Azər­baycan və Türki­yə ilə bi­rgə baş­la­nıl­mış lay­i­hə­lər in­ki­şaf et­di­ri­ləcək. Bu, bi­zim siy­a­sə­ti­mi­zin stra­te­ji is­ti­qa­mə­ti­dir. Biz çə­tin bir yol­dayıq. Düzgün fə­a­liyyət bi­zə yax­şı nə­ticə­lər əl­də et­mək im­ka­nı ve­rəcək".

Ek­s­per­t­lər he­sab edir ki, in­di Gür­cüstan 20 il­lik müstə­qil­liyi ta­ri­xin­də ya­şa­dığı sar­sın­tı­lar ol­may­acağı sa­kit dö­v­rə qə­dəm qoy­ur. Am­ma bu göz­lən­ti­lər doğrul­maya da bi­lər. Mar­q­­ve­la­ş­­vi­li­nin pre­zi­dent seç­ki­sin­də qə­lə­bə qa­zan­ma­sın­dan cə­mi bir gün so­n­ra Ti­f­­lis məh­kə­mə­si öl­kə­nin sa­biq mü­da­fiə na­zi­ri Ba­ço Axa­lay­a­nın həb­sdə ol­duğu dö­v­rə da­ha 4 ilin əla­və olun­ma­sı haq­qın­da qə­rar çı­xa­rıb. Bun­dan baş­qa, VMH par­tiy­a­sı­nın baş ka­ti­bi, sa­biq baş na­zir Va­no Me­ra­bi­ş­vi­li də hə­lə ki, həb­sdə­dir və ona ünvan­la­nan ki­fay­ət qə­dər ağır it­ti­ham­lar tə­s­di­qi­ni ta­par­sa, Me­ra­bi­ş­vi­li hə­lə uzun müd­dət də­mir bar­maq­lıq­lar ar­xa­sın­da qal­ma­lı olacaq.  Ti­f­li­sin ha­zır­kı me­ri Qi­qi haq­qın­da isə döv­lət və­sa­i­ti­nin is­raf­çı­lığı it­ti­ha­mı ilə ci­nay­ət işi açı­lıb. Üstə­lik, baş pro­ku­ror Ar­çil Kbi­la­ş­vi­li sa­biq pre­zi­dent Mi­xa­il Sa­a­ka­ş­vi­li­nin bir ne­çə iş­lə bağlı din­di­ri­ləcəy­i­ni də is­tis­na et­mir. Bütün bun­lar gö­s­tə­rir ki, Gürcüsta­nın ye­ni hö­ku­mə­ti Qər­b­dən olan do­stla­rın və tə­rəf­daş­la­rın si­y­a­si op­po­nen­t­lə­rə qar­şı seç­ki­li əda­lət müha­ki­mə­sin­dən is­ti­fa­də et­mə­mək ha­q­da məs­lə­hət­lə­ri­nə mə­həl qoy­mur. Ha­di­sə­lər bu cür in­ki­şaf edər­sə, VMH par­tiy­a­sı­nın si­ma­sın­da müxa­li­fə­tin sə­fər­bər ola­raq xal­qın ye­ni hö­ku­mə­tin fə­a­liyyə­ti­lə bağlı mütləq mey­da­na çı­xacaq məy­us­luq­la­rın­dan ya­rar­lan­ma­sı is­tis­na olun­mur. Bütün bun­lar müxa­li­fə­tin ha­ki­miyyə­tə kütlə­vi təzyiq gö­s­tər­məyə baş­la­ma­sı­na, hö­ku­mə­tin is­te­fa­sı­nı və növ­bə­dən­kə­nar seç­ki tə­ləb et­mə­si­nə apa­rıb çı­xa­ra bi­lər.

Bu ara­da Gürcüstan hö­ku­mə­ti­nin ha­zır­kı rəh­bə­ri­nin ta­leyi də açıq qa­lır. Xa­tır­la­daq ki, ha­kim "Gürcü ar­zu­su" blo­ku­nun li­de­ri və öl­kə­nin baş na­zi­ri Bid­zi­na İva­ni­ş­vi­li ye­ni pre­zi­den­tin ina­u­qu­ra­siy­a­sın­dan bir həf­tə so­nra po­s­tu­nu tərk edəcəy­i­ni açıq­layıb. Nə­zə­rə al­saq ki, Kon­sti­tu­siy­aya əsa­sən ha­ki­miyyə­tin əsas ağır­lığı pre­zi­dent­dən baş na­zi­rə ke­çir, bun­dan so­nra hö­ku­mət baş­çı­sı po­s­tu­nu ki­min tu­tacağı pre­zi­dent seç­ki­sin­dən də vacib əhə­miyyət da­şıyır. İva­ni­ş­vi­li hə­lə ki, bu ha­q­da qı­sa da­nı­şır: "Baş na­zir po­s­­tu­nu ha­zır­kı na­zir­lər­dən bi­ri, çox ali­cə­nab, pe­şə­kar bir şəxs tu­tacaq".

Gürcüstan­da müşa­hi­də­çi­lər bu və­zi­fəyə bir ne­çə nə­fə­rin na­mi­zəd­liy­i­ni nə­zər­dən ke­çi­rir­lər. On­lar­dan bi­ri sə­hiyyə və so­si­al müda­fiə na­zi­ri Da­vid Se­rg­ey­en­ko­dur. 50 yaş­lı na­zir ar­xa­da qa­lan bir il ər­zin­də öz sa­hə­sin­də ki­fay­ət qə­dər uğur­lu is­la­hat­lar həy­a­ta ke­çi­rə bi­lib. Am­ma onun xa­rici siy­a­sət­də heç bir təcrübə­si yox­dur.

Da­ha bir mümkün na­mi­zəd ki­mi ha­zır­kı da­xi­li iş­lər na­zi­ri İrak­li Qa­ri­ba­ş­vi­li­nin adı çə­ki­lir.

Baş na­zir İva­ni­ş­vi­li isə "Gürcü ar­zu­su" siy­a­si blo­ku­nun li­de­ri ola­raq qa­­lacağı­nı, seç­ki­qa­bağı döv­rdə ver­diyi vəd­lər­dən im­ti­na et­mə­diy­i­ni bil­di­rir. İva­ni­ş­vi­li he­sab edir ki, rə­s­mi döv­lət və­zi­fə­si tut­ma­dan o, çox­mil­yar­d­lıq va­ri­da­tı­nı Gürcüstan­da iri­miq­yas­lı lay­i­hə­lə­rə xa­rici in­ve­s­tor­lar­la bir­lik­də da­ha ge­niş şə­kil­də xərcləyə bi­lər. İva­ni­ş­vi­li bu hal­da hö­ku­mə­tin fə­a­liyyə­ti­nə nə­za­rə­tin həy­a­ta ke­çi­ril­mə­si üçün və­tən­daş cə­miyyə­ti for­ma­laş­dı­ra bi­ləcəy­i­ni də düşünür. Bə­zi şərhçi­lə­rin fi­k­rincə, İva­ni­ş­vi­li ar­tıq gür­cülə­rin Densya­o­pi­ni ol­maq niyyə­tin­də­dir. 

Gürcüstan hö­ku­mə­ti­nə ki­min baş­çı­lıq edəcəy­in­dən, ha­kim blok da­xi­lin­də və müxa­li­fət­lə müna­si­bət­lə­rin necə qu­ru­lacağın­dan ası­lı ol­may­a­raq, Azər­baycan üçün vaci­bi in­diy­ə­dək Gürcüstan hö­ku­mə­ti­lə bi­rgə qə­bul olun­muş qə­rar­la­ra, öh­də­lik­lə­rə əməl edil­mə­si, iki öl­kə ara­sın­da stra­te­ji tə­rəf­daş­lıq və meh­ri­ban qon­şu­luq müna­si­bət­lə­ri­nin möh­kəm­lən­di­ril­mə­si­nə sa­diq qa­lın­ma­sı­dır. Çünki Ba­kı­nın Gürcüstan­da həy­a­ta ke­çir­diyi miqyas­lı ener­ji, kom­mu­ni­ka­siya və di­g­ər lay­i­hə­lər­lə ya­na­şı, həm də bu öl­kə­də yüz min­lər­lə azər­baycan­lı ya­şayır. On­la­rın ri­fah ha­lı bi­zim üçün heç də əhə­miyyət­siz dey­il. Müstə­qil­lik dövründə Ti­f­lis və Ba­kı­da bir-bi­ri­ni əvəz­ləy­ən bütün hö­ku­mət­lər­də Azər­baycan­la Gürcüsta­nın stra­te­ji tə­rəf­daş­lığı­nın vacib­liyi ba­şa düşülüb və qə­bul edi­lib. Odur ki, bu xət­tin bun­dan so­nra da da­vam et­di­ri­ləcəy­i­ni əmin­lik­lə söy­lə­mək mümkündür. 



MƏSLƏHƏT GÖR:

462