25 Noyabr 2024

Bazar ertəsi, 05:25

BÖYÜK TƏMİZLİK

Neft-qaz layihələrini reallaşdırarkən Azərbaycan diqqəti ekoloji problemlərin həllinə də yönəldir

Müəllif:

12.11.2013

SOCAR şir­kə­ti iki ay­dan ar­tıq "Bul­la-də­niz" ya­tağın­da ya­nğın ilə müba­ri­zə apa­rır­dı və qoy­ul­muş və­zi­fə­nin öh­də­sin­dən uğur­­la gə­lə­rək, hət­ta qə­za­lı quy­u­dan qaz çı­xar­mağa baş­la­dı. Bumüddət ər­zin­də öl­kə­ninneft-qazcə­miyyə­ti­nihəmdə birmə­sə­lə ma­raq­lan­dı­rır­dı - alov ət­rafmühi­tə nə də­rəcə­də cid­diziy­anvur­duvə nə­ticə­lə­rinara­danqal­dı­rıl­ma­sı üçüneko­loq­larişə cəlbolun­du­lar­mı?

Uyğunola­raqSOCAR-ınneft-qazha­si­la­tı üzrə si­s­te­min­də iş­lərapa­rı­lar­kən, eko­lo­jiqay­da­la­rari­ay­ətolun­ma­sı­nada­irda­ha çoxsu­al­larya­ran­mağabaş­la­dı. Mə­sə­ləyə şir­kə­tinmütə­xəs­sis­lə­rike­çənhəf­tə Ba­kı­dake­çi­ri­lən "Neftsə­nay­e­sin­də ət­rafmühitmə­sə­lə­lə­ri­nə dünyə­viba­xış" möv­zu­sun­daiki­günlükbey­nəl­xalqkon­frans çər­çi­və­sin­də ay­dın­lıqgə­tir­di­lər.   

 

Az  ziy­an­laqur­tul­du­lar  

Be­lə­lik­lə, birqə­dər ənye­nita­rix­dən: 17 av­qust­dagecə sa­at­la­rın­da 90 №-likəş­fiyyatquy­u­su "Bul­la-də­niz" ya­tağı­nın şi­mal-şərqqa­na­dın­da 29 №-li özüldə ya­nğınbaş ver­di. Gecə sa­at 23 ra­də­lə­rin­də 5 868 metr də­rin­lik­də qaz­ma za­ma­nı quy­u­da qaz tə­zahürlə­ri müşa­hi­də olu­nub. Qaz tə­zahürünün qar­şı­sı­nı al­maq üçün qaz­ma bri­qa­da­sı müm­kün olan bütün təd­bir­lə­ri görüb. La­kin gecə 23:30-da quyu açıq qaz fon­ta­nı­na ke­çib və ya­nğın baş ve­rib. Plat­for­ma­nın 62 iş­çi­si  eva­ku­a­siya olu­­nub, xoş­bəx­tlik­dən xə­sa­rət alan ol­mayıb. Am­ma ya­nğı­nı söndürmək heç də asan və tez ba­şa gəl­məy­ib. Ancaq oktya­b­rın son ta­rix­lə­rin­də elan olun­du ki, ARDNŞ və ABŞ-ın "BOOTS & COOTS" şir­kə­ti mütə­xəs­sis­lə­ri­nin bi­rgə səy­lə­ri nə­ticə­sin­də, quy­u­nun ağzın­da fon­ta­na qar­şı ava­dan­lıq­la­rın qu­raş­dı­rıl­ma­sı pro­se­si ye­kun­la­şıb və quy­u­nun nə­za­rə­tə götürülmə­si üzrə  əmə­liyyat­lar apa­rı­lıb, ya­nğın söndürülüb. Bir qə­dər so­nra SOCAR bu quy­u­dan si­s­te­mə hət­ta qa­zın nə­qi­nə baş­layıb ki, sut­ka­lıq de­be­ti 1,2-1,3 mln kub­metr qaz və 200 ton kon­den­sat təş­kil edib.

Yə­ni sə­naye nöq­teyi-nə­zə­rin­dən mö­vcud zə­rər­dən yayın­maq müm­kün olub. Hər­çənd Döv­lət Neft Şir­kə­ti­nin vit­se-pre­zi­den­ti Xoş­bəxt Yu­­sif­za­də­nin de­diy­i­nə gö­rə, SOCAR köh­nə plat­for­ma­nın yer­ləş­diyi zo­na­da ye­ni plat­for­ma tik­mək və qaz­ma­nı da ar­tıq on­dan həy­a­ta ke­çir­mək niyyə­tin­də­dir. "Quy­u­nun çox böyük de­bet gö­s­tər­diyi ya­ta­q­da blo­kun eh­tiy­at­la­rı nə­zə­rə alı­na­raq, bu­ra­da ye­ni plat­for­ma ti­ki­ləcək. Yüksək nə­ticə­nin alın­dığı ye­ni blo­kun eh­tiy­at­la­rı 10 mlrd kub­metr qaz həcmin­də qiy­mət­lən­di­ri­lir", - deyə X.Yu­sif­za­də bil­di­rib.

Di­g­ər mə­sə­lə - ya­nğı­nın ya­tağın ət­ra­fın­da eko­lo­ji və­ziyyə­tə mən­fi tə­si­ri və at­mo­sfe­rə atı­lan zə­rər­li qaz tul­lan­tı­la­rı­nın ar­t­ma­sı­dır ki,  bun­lar da bir mə­na­lı ola­raq baş ve­rib. Qə­za lap ilk vax­tlar­dan ha­mı­nı na­ra­hat et­məyə baş­la­mış­dı. Əl­bət­tə, nef­tli struk­tur­lar­la (Mek­si­ka kör­fə­zin­də baş ve­rən ha­di­sə hə­lə də yad­daş­lar­da­dır, be­lə ki, "De­epwater Ho­ri­zon" neft plat­for­ma­sın­da par­t­layış ABŞ ta­ri­xin­də ən iri neft daş­qı­nı­na sə­bəb ol­du və qə­za­nı eko­lo­ji mühi­tə mən­fi tə­sir gö­s­tər­mək üzrə ən iri tex­no­g­en fə­lak­lət­lər­dən bi­ri­nə çe­vir­di) müqay­i­sə­də, qaz ya­taq­la­rın­da qə­za­nın baş ver­mə­si ət­raf mühit üçün da­ha az təhlükə­li­dir. La­kin qaz ya­taq­la­rın­da baş ve­rən qə­za hal­lar­da ət­raf­da su, eləcə də at­mo­sfer və s. çir­k­lən­mə­si­nə sə­bəb ola bi­lər.

SOCAR-ın Eko­lo­g­iya İda­rə­si­nin rə­i­si Azər Əliy­e­vin "R+"a de­diyi ki­mi, "Bul­la-də­niz"də baş ver­miş qə­za­nın ən bi­rinci günündən bir ne­çə müşa­hi­də­çi stan­siy­a­sı­nın qu­rul­ma­sı­na uyğun ola­raq eko­lo­ji təd­bir­lər pla­nı ha­zır­lan­mış­dı. Hə­min müşa­hi­də­çi stan­siy­a­lar va­si­tə­si­lə də­niz suyu və ha­di­sə baş ve­rən zo­na­nın ha­va­sı­nın tər­ki­bin­də mümkün dəy­i­şik­lik­lə­rin ölçülə­ri apa­rı­lır­dı. SOCAR-ın mütə­xəs­sis­lə­ri də­niz çöküntülə­ri, ben­tos, eləcə də də­niz suy­un­da fi­to­plank­ton və zoo­plank­ton­la­rın nümu­nə­lə­ri­ni götürüblər, suy­un yu­xa­rı və aşağı qa­tı­nın fi­zi­ki və kimyə­vi pa­ra­metrlə­ri müəyyən edi­lib. "Apa­rı­lan eko­lo­ji təd­qi­qat­lar və mo­ni­to­rin­q­lə­rin nə­ticə­lə­ri­nə əsa­sən de­mək olar ki, qə­za əha­tə da­i­rə­sin­də də­niz suy­u­nun tər­ki­bi­nə tə­sir gö­s­tər­məy­ib, ha­va­nın tər­ki­bi­nə olan tə­sir isə ol­duqca az təş­kil edib", - deyə SOCAR-da İda­rə rə­i­si bil­di­rib. Əliy­e­vin qeyd et­diyi ki­mi, quy­u­nun yan­ma­sı nə­ticə­sin­də ha­vaya kar­bon qa­zı­nın müəyyən tul­lan­tı­la­rı­nın atıl­ma­sı­nı in­kar et­mək mümkün dey­il, la­kin bu gö­s­tə­rici qlo­bal miqya­s­da o  də­rəcə­də az olub ki, hət­ta Xə­zərya­nı öl­kə­lər­də be­lə su­al doğur­ma­dı. "Qə­za nə­ticə­sin­də Qa­za­xı­s­tan tə­rə­fi­nin müraci­ə­ti əsa­sın­da SOCAR ha­di­sə ye­rin­də eko­lo­ji və­ziyyə­tə da­ir ki­fay­ət qə­dər ət­ra­f­lı mə­lu­mat tə­q­dim et­di ki, müraci­ət edən tə­rəf­də su­al­lar doğur­ma­dı. Qa­za­xı­s­tan eko­lo­ji təd­bir­lə­rin həy­a­ta ke­çi­ri­lən plan­la­rı ilə ta­ma­mi­lə məm­nun qa­lıb", - deyə o, bil­di­rib.

 

Prob­lem­lər və on­la­rın həl­li 

Hər­çənd "Bul­la-də­niz" olayı ilə az ziy­an­la qur­tar­maq mümkün ol­sa da, baş ver­miş ha­di­sə müva­fiq struk­tur­la­rın neft-qaz ha­si­la­tı iş­lə­ri­ni apa­rar­kən, eko­lo­ji nor­ma­la­ra ri­ay­ət olun­ma prob­lem­lə­ri­nə diq­qə­tin ar­tı­rıl­ma­sı üçün da­ha bir önəm­li sə­bəb ol­du. Bun­dan baş­qa, bu gün Azər­baycan üçün da­ha bir qlo­bal prob­lem neft-qaz­la çir­k­lən­miş əra­zi­lə­rin tə­miz­lən­mə­si və re­kul­ti­va­siya olun­ma­sı­dır. 

Re­s­pub­li­ka­nın eko­lo­g­iya və tə­bii sər­vət­lər na­zi­ri Hüseyn­qu­lu Bağı­ro­vun söz­lə­ri­nə gö­rə, so­vet dövründə çı­xar­ma sə­nay­e­si ət­raf mühi­tə böyük ziy­an vu­rub. Fay­da­lı qa­zın­tı­la­rın çı­xa­rıl­ma­sı və ha­si­la­tı tə­bi­ə­tin müha­fi­zə­si üzrə müva­fiq təd­bir­lər apa­rıl­ma­dan həy­a­ta ke­çi­ri­lib ki, bu­nun­la əla­qə­dar ola­raq Azər­bayca­na SSRİ-dən neft tul­lan­tı­la­rı ilə çir­k­lən­miş tor­paq sa­hə­lə­ri qi­s­min­də ağır mi­ras qa­lıb. İn­di isə na­zi­rin id­di­a­la­rı­na gö­rə, SOCAR neft-qaz­la çir­k­lən­miş əra­zi­lə­rin tə­miz­lən­mə­si və Ab­şe­ron ya­rı­ma­da­sı, bütün Xə­zər də­ni­zi sa­hi­lin­də ət­raf mühi­tin bər­pa olun­ma­sı­na da­ir iri miqyas­lı ad­dım­lar atır. 

"Azər­baycan­da neft ha­si­la­tı­nın bütün müddə­ti ər­zin­də, o cümlə­dən qu­ru­da cə­mi 1,5 mlrd ton neft ha­sil olu­nub. Bu­nun nə­ticə­sin­də öl­kə­nin ət­raf mühi­ti­nə dəy­ən ziy­a­nın ya­ran­mış miqya­sı­nı ki­çik ma­liyyə va­si­tə­lər he­sa­bı­na qı­sa za­man kə­siy­in­də həll et­mək mümkün dey­il. SSRİ mö­vcud ol­duğu müddət­də Ab­şe­ron ya­rı­ma­da­sı və onun ət­ra­fın­da neft ha­si­la­tı nə­ticə­sin­də 35 min ha çir­k­lə­nib. Bu­nun 15 min ha.-dan ço­xu güclü çir­k­lən­məyə mə­ruz qa­lıb. Ona gö­rə də SOCAR çir­k­lən­miş əra­zi­nin tə­miz­lən­mə­si üzrə güclən­di­ril­miş təd­bir­lər görür. Bu is­ti­qa­mət­də ye­ni par­k­la­rın ya­ra­dıl­ma­sı, neft tul­lan­tı­la­rı­nın yığıl­ma­sı və is­ti­fa­də edil­mə­si üzrə təd­bir­lər həy­a­ta ke­çi­ri­lib", - deyə H. Ba­ğı­­rov qeyd edib.

Bu­nun­la bə­ra­bər, SOCAR rəh­bə­ri Röv­nəq Ab­dul­lay­ev bil­di­rib ki, apa­rı­lan iş­lər nə­ticə­sin­də  "Gü­nəş­li" və "Neft daş­la­rı" də­niz neft-qaz ya­taq­la­rın­da ha­vaya atı­lan səmt qa­zı­nın tul­lan­tı­la­rı 560 mln kub­metr aza­lıb. Bun­dan sa­vayı, onun söz­lə­ri­nə gö­rə, "bp" SOCAR-la bi­rgə də bir sı­ra təd­bir­lər həy­a­ta ke­çi­rib ki,  bu da "Azə­ri-Çı­raq-Gü­nəş­li" ya­taq­la­rı­nın neft-qaz blo­kun­da və Sə­ng­ə­çal neft ter­mi­na­lın­da mə­şəl­də ya­nan qa­zın həcmi­nin azal­ma­sı­na im­kan ve­rib. Bu da öz növ­bə­sin­də, "bp" şir­kə­ti­nin ver­diyi səmt qa­zı­nın həcmi­nin ar­t­ma­sı­na gə­ti­rib çı­xar­dı", - deyə o, qeyd edib.

Bun­dan baş­qa, SOCAR rəh­bə­ri Azər­baycan­da neft və qaz ema­lı,  neft-kimya məh­sul­la­rı­nın is­teh­sa­lı üzrə ye­ni kom­plek­sin ti­kin­ti­si­nin eko­lo­ji mühi­tə müsbət tə­si­ri­ni qeyd edib. Onun söz­lə­ri­nə gö­rə, bu­nun­la əla­qə­dar ola­raq köh­nə neft emal edən za­vo­dla­rın ləvğ edil­mə­si plan­laş­dı­rı­lır. Ye­ni kom­pleks, hə­m­çi­nin so­vet dövründən kimyə­vi məh­sul­la­rın is­teh­sal olun­duğu Sum­qayıt­da eko­lo­ji mühi­tə müsbət tə­sir gö­s­tə­rəcək.

"Biz müva­fiq bey­nəl­xalq kon­ven­siy­a­la­ra qo­şul­mu­şuq, la­kin öl­kə­də be­lə bir qa­nu­nun ol­ma­sı müəs­si­sə­lə­rin mə­su­liyyə­ti­nin ar­t­ma­sı­na, so­si­al və ət­raf mühi­tə tə­sir ha­q­da he­sa­bat­la­rın ha­zır­lan­ma­sı pro­se­sin­də tə­ləb­lə­rin sər­t­ləş­di­ril­mə­si­nə im­kan ve­rəcək", - deyə o, qeyd edib. SOCAR ida­rə rə­i­si­nin söz­lə­ri­nə gö­rə, ye­ni qa­nun lay­i­hə­si ət­raf və so­si­al mühi­tə tə­si­rin qiy­mət­lən­di­ril­mə­si sa­hə­sin­də tət­biq olu­nan bey­nəl­xalq stan­dar­t­lar və tə­ləb­lə­rə ca­vab ve­rir.

Onun de­dik­lə­ri­nə gö­rə, Ba­kı­da fə­a­liyyət gö­s­tə­rən neft emal edən za­vo­dla­rın ləvğ edil­mə­sin­dən so­nra əra­zi­lə­rin tə­miz­lən­mə­si xüsu­si ya­naş­ma tə­ləb edir, bu, nef­tlə çir­k­lən­miş əra­zi­lə­rin tə­miz­lən­mə­sin­dən də mürək­kəb pro­se­s­dir.  

Döv­lət Neft Şir­kə­ti­nin iki neft emal edən za­vo­dlar­nın ya­nın­da yer­lə­şən çir­k­lən­miş tor­paq­la­rın tə­miz­lən­mə lay­i­hə­si ye­ni kom­plek­sin ti­kin­ti­si üzrə eko­lo­ji məs­lə­hət­çi­nin tək­li­f­lə­ri əsa­sın­da ha­zır­la­nacaq.

 Əla­və ola­raq, bu­nun­la bağlı da­ha bir mühüm lay­i­hə tul­lan­tı­la­rın is­ti­fa­də və ida­rə olun­ma­sı­na da­ir mər­­kə­zin ti­kil­mə­si olacaq. Neft-qaz sə­nay­e­sin­də is­teh­sal fə­a­liyyə­ti­nin ge­­di­şin­də ya­ran­mış tul­lan­tı­la­rın ema­lı, qo­run­ma­sı və di­g­ər əmə­liyyat­la­rın təş­kil edil­mə­si­nin tə­min edil­mə­si­nə im­kan ve­rəcək ye­ni mər­kə­zin ya­ra­dıl­ma­sı, Ba­kı­nın Qa­ra­dağ ray­o­nun­da yer­lə­şən, sa­hə­si 35 ha olan köh­nə mər­kə­zin ba­za­sın­da nə­zər­də tu­tu­lub. Bir qə­dər öncə SOCAR-ın eko­lo­g­iya mə­sə­lə­lə­ri üzrə vit­se-pre­zi­den­ti Rə­fi­qə Hü­seyn­­za­də­nin de­diyi ki­mi, mər­kəz, əsa­sən neft-qaz­ma şla­mı və lay su­la­rı­nın ema­lı üçün  ti­ki­ləcək.  Lay­i­­hə­nin də­y­ə­ri 60 mln dol­lar qiy­mət­lən­di­ri­lir və ma­liyyə­ləş­mə SOCAR (50%) və "bp" (50%) tə­rə­fin­dən re­al­laş­dı­rı­lacaq.  Göz­lə­ni­lir ki, tul­lan­tı­la­rın is­ti­fa­də olun­ma­sı üzrə mər­kəz ar­tıq 2014-cü il­də is­ti­s­ma­ra ve­ri­ləcək.  

Gördüyümüz ki­mi, SOCAR-ın müxtəs­sis-eko­loq­la­rı inan­dı­rır­lar ki, prob­lem­lər ar­dıcıl ola­raq həll olu­nur və bu sa­hə cid­di nə­za­rət al­tın­da sax­la­nı­lır. Nə­hay­ət, unut­maq la­zım dey­il ki, neft-qaz sa­hə­si in­di Azər­baycan iq­ti­sa­diyya­tı üçün nə qə­dər mühüm ol­sa da, bu sa­hə­də is­tə­ni­lən eko­lo­ji xə­ta­lar azər­bayca­lı­la­rın bir çox nəs­li üçün ba­şağrı­sı­na çe­v­ri­lə bi­lər.



MƏSLƏHƏT GÖR:

492