25 Noyabr 2024

Bazar ertəsi, 05:40

DOLLARIN ƏVƏZİNƏ

Azərbaycan manatının digər ölkələrin Azərbaycan manatının digər ölkələrin mərkəzi banklarının ehtiyat fondlarına daxil olma şansı nə qədərdir?

Müəllif:

12.11.2013

Bu gün Azər­baycan ma­na­tı re­g­i­o­nun ən sta­bil və eti­bar­lı valyu­ta­sı­dır. Öl­kə­nin ən əsas ban­kı - Mər­kə­zi Ban­kın sə­d­ri El­man Rüstə­mo­vun bu açıq­la­ma­sı­nın möh­kəm  əsa­sı var. Ar­tıq uzun il­lər­dir ki, Azər­baycan valyu­ta­sı müxtə­lif xa­rici böh­ran mey­il­lə­ri­nə, da­xi­li inflya­siya pro­ses­lə­ri­nə və di­g­ər mən­fi amil­lə­rə qar­şı sar­sıl­maz ola­raq day­a­nır. La­kin bu mə­na­da da­ha vacib na­iliyyət on­dan iba­rət­dir ki, di­g­ər öl­kə­lə­rin bir sı­ra apa­rıcı mər­kə­zi ban­k­la­rı ar­tıq ma­na­ta, da­ha doğru­su, bu valyu­ta va­si­tə­si­lə edi­lən əmə­liyyat­lar za­ma­nı xərclə­rin ödə­nil­mə­si üçün ma­nat eh­tiy­at­la­rın for­mal­laş­dı­rıl­ma­sı­na ma­raq gö­s­tə­rir­lər.

 

Qlo­bal sə­viyyə­də olan trans­for­ma­siya 

Dünya iq­ti­sa­diyya­tı ar­tıq beş il­dir ki "na­xoş­dur". Bir çox öl­kə­lər öz iq­ti­sa­diyya­tı­na də­s­tək ver­mək və so­si­al sta­bil­liy­i­ni qo­ru­maq üçün öz valyu­ta­la­rı­nı de­val­va­siya edir­lər. La­kin ümu­mi­lik­də, bu, ABŞ dol­la­rı­nın day­aq ele­men­ti fun­k­siy­a­sı­nı da­şıy­an ma­liyyə "kon­struk­siya"sı­nın qey­ri-sta­bil­liy­i­nə və çök­mə­si­nə gə­ti­rib çı­xa­rır.

     2008-ci ilin böh­ra­nı gö­s­tər­di: təkcə bir valyu­taya eti­bar et­mək ən azın­dan sə­mə­rə­li dey­il. Odur ki, bu gün bey­nəl­xalq tica­rət­də he­sab­la­ma­lar və di­g­ər ma­liyyə əmə­liyyat­lar üçün dol­la­ra (prak­ti­ka gö­s­tər­diyi ki­mi, av­roya da) al­ter­na­tiv valyu­ta­nın ax­ta­rı­şı da­vam edir və bu valyu­ta hər kə­si ra­zı sal­ma­lı­dır. 2009-cu ilin mar­tın­da "G20" sam­mit öncə­si bu tək­li­f­lə, hə­lə 2008-ci il­də Be­la­rus­la bu öl­kə­nin valyu­ta­sın­dan da­ha möh­kəm olan rus rub­la­rı ilə qar­şı­lıq­lı he­sab­laş­ma­la­ra da­ir ra­zı­lığa gə­lən Ru­siya çı­xış et­di.

Ya­po­niya və Çin qar­şı­lıq­lı  he­sab­laş­ma­lar­da ABŞ dol­la­rı­nın is­ti­fa­də edil­mə­sin­dən im­ti­na et­mək qə­ra­rı­na gəl­di­lər - ancaq yen ilə yu­a­nın is­ti­fa­də­si­nə də­s­tək ver­məyə ra­zı­laş­dı­lar. İran və Ru­siya da iki­tə­rə­f­li tica­rət­də dol­lar əvə­zi­nə, yal­nız öz mil­li valyu­ta­la­rın­dan is­ti­fa­də ba­rə­də ra­zı­lığa na­il ol­du­lar. İran özü son il­lər­də xa­rici öl­kə­lər ilə tica­rət­də ar­dıcıl ola­raq dol­la­rın di­g­ər valyu­ta­la­rı ilə əvəz­lən­mə­si­nə doğru ge­dir; mə­sə­lən, Hi­di­s­tan, Çin və Ya­po­niya ilə neft tica­rə­tin­də al­ter­na­tiv valyu­ta­la­ra ke­çib. Ey­ni za­man­da, 2009-cu ilin əv­və­lin­də Mos­k­va­da baş tu­tan Tür­kiyə-Ru­siya biz­nes-fo­ru­mun­da Tür­ki­yə pre­zi­den­ti Ab­dul­lah Gül RF-ə dol­­lar və av­ro­dan im­ti­na et­məyi və qar­şı­lıq­lı  he­sab­laş­ma­lar za­ma­nı rubl və türk li­rə­sin­dən is­ti­fa­də­ni tək­lif et­di. Nə­ticə­də, "Ga­ran­ti" türk ban­kı id­xal-ix­rac əmə­liyyat­la­rın­da rus rub­lun­dan is­ti­fa­də et­məyə baş­la­dı. Bu qə­rar çox haq­lı­dır: Ru­siya və Tür­kiyə iri tica­rət tə­rəf­daş­la­rı­dır. Ey­ni za­man­da, Türkiyə 188 öl­kə ilə tica­rət edir və türk li­rə­sin­dən is­ti­fa­də edir.

Re­g­i­o­nal bir­lik­lər də vax­ta­şı­rı ola­raq eh­tiy­at valyu­ta­la­rın tət­bi­qi mə­sə­lə­si­ni qal­dı­rır­lar. Bir vax­tlar üçüncü öl­kə­lə­rin valyu­ta­sı­nın is­ti­fa­də olun­ma­sın­dan im­ti­na et­mək­lə, GUAM (Gürcüstan, Uk­ray­na, Azər­baycan, Mol­do­va) üzv öl­kə­lə­rin bank si­s­tem­lə­ri­nin qar­şı­lıq­lı nüfuz et­mə­si­nin zə­ru­ri­liyi qeyd olu­nur­du. On­la­rın ara­sın­da olan tica­rət dö­v­riyyə­si­nin həcmi ki­çik ol­du­q­da, dol­la­rın kur­su­nun aşağı düşmə­si za­ma­nı it­ki­lər nə­zə­rə­çar­pacaq dey­il, am­ma tica­rət dö­v­riyyə­si­nin həcmi art­dı­q­da, mal­la­rın mil­li valyu­ta­lar­la he­sa­ba alın­ma­sı ha­q­da cid­di ola­raq fi­kir­ləş­mək la­zım­dır.

Bir söz­lə, bir sı­ra öl­kə­lər dünya iq­ti­sa­diyya­tı­nı bir-iki qlo­bal eh­tiy­at valyu­ta­la­rın do­mi­nan­t­lıq et­diyi mo­del­dən, bir çox re­g­i­o­nal valyu­ta­la­rın və re­g­i­o­nal tex­ni­ki zo­na­la­rın for­mal­laş­dı­rıl­ma­sı mo­de­li­nə trans­for­ma­siy­a­­sı­nı sürət­lən­di­rən lay­i­hə­lə­ri də­s­tək­ləy­ir­lər. Bu öl­kə­lər (Çin, RF, Tür­kiyə və s.) bir növ öz­lə­ri­nə uyğun ola­raq valyu­ta zo­na­la­rı­nı for­mal­laş­dı­rır­lar.

Bu gün dünya­da mər­kə­zi ban­k­lar ara­sın­da öz mil­li valyu­ta­la­rı­nın mü­ba­di­lə təcrübə­si ge­niş in­ki­şaf edir. Bu va­si­tə valyu­ta svo­pu ad­la­nır. Bu mə­na­da mər­kə­zi ban­k­la­rın fə­a­liyyə­ti, söh­bət ar­tıq on­larca öl­kə­dən ge­dir, şir­kət­lə­rə və ban­k­la­ra dünya­da for­ma­la­şan bu və ya di­g­ər re­al­lıq­lar­da müha­fi­zə olun­muş və­ziyyə­tə uyğun­laş­mağa im­kan ve­rir. "Ya­xın gə­ləcək­də ye­ni qlo­bal eh­tiy­at valyu­ta­sı­nın ya­ra­dıl­ma­sı isə mümkün de-y­il. Əsəs məq­səd - tica­rət zo­na­sı­nın, sa­tış ba­zar­la­rı­nın ar­tı­rıl­ma­sı və rə­qa­bə­tin mümkün qə­dər azal­dıl­ma­sı yo­lu ilə öz iq­ti­sa­diyya­tı­nın in­ki­şa­fı­na də­s­tək ve­ril­mə­si­dir", - deyə Ba­kı Ban­k­­la­ra­ra­sı Valyu­ta Bir­ja­sı­nın rəh­bə­ri Fər­had Əmir­bəy­ov he­sab edir.

Be­lə­lik­lə, re­g­i­o­nal valyu­ta zo­na­sı­nın ya­ra­dıl­ma­sı aşağı­da­kı ak­tu­al tap­şı­rıq­la­rı həll et­mə­li­dir: "na­xoş" olan dünya eh­tiy­at valyu­ta­la­rın­dan ası­lı­lığı azal­tmaq; mil­li valyu­ta­nın do­mi­nan­t­lıq edəcəyi bu cür zo­na­nın ya­ra­dıl­ma­sı va­si­tə­si­lə is­teh­sal mal­la­rı­nın və xid­mət­lə­rin sa­tı­şı­nı də­s­tək­lə­mək.

Azər­bayca­nın bə­zi qon­şu­la­rı - Türkiyə və Ru­siya ki­fay­ət qə­dər am­bi­siy­a­lı siy­a­si və iq­ti­sa­di plan­la­rı cı­zır­lar. Bu mə­na­da Azər­baycan çox ma­raq­lı si­tu­a­siy­a­da olur, çünki hər iki öl­kə Ba­kı­nın stra­te­ji tə­rəf­da­şı­dır və on­lar ar­dıcıl ola­raq öz ma­liyyə mər­kəz­lə­ri­ni qu­rur­lar. Ru­siya ar­tıq Mos­k­va Ban­k­la­ra­ra­sı Valyu­ta Bir­ja­sı­nı RTS (Ru­siya Tica­rət Si­s­te­mi) ilə va­hid Mos­k­va bir­ja­sı­na bir­ləş­di­rib. Türkiyə də bu il İs­tan­bul Fond Bir­ja­sı, İz­mir De­ri­va­tiv Bir­ja­sı və İs­tan­bul Qı­zıl Bir­ja­sı ki­mi bir ne­çə xüsu­si bir­ja əsa­sın­da va­hid İs­tan­bul bir­ja­sı­nı ya­ra­dıb.

İl­kin mər­hə­lə­də tica­rət əmə­liyyat­la­rı za­ma­nı he­sab­la­ma­la­ra to­xu­nacaq TL-zo­na­nın (türk li­rə­si) ya­ra­dıl­ma­sı­na ha­zır­lığı ba­rə­də Türkiy­ə­nin baş na­zi­ri Rəcəb Tayyıb Ər­do­ğan da­nı­şıb. F.Əmir­bəy­o­vun fi­k­rin­cə, Türkiyə türk li­rə­si­nin do­mi­nant eh­tiy­at valyu­ta­sı ro­lu­nu oy­nay­acaq özünün tex­ni­ki zo­na­sı­nın ya­ra­dıl­ma­sı üçün zə­min ha­zır­layır. Türk li­rə­si­nin ödə­mə va­si­tə­si ki­mi is­ti­fa­də­si yer­li is­teh­sal­çı­la­rı və ma­liyyə müəs­si­sə­lə­ri­ni ar­tan valyu­ta ri­s­k­lə­rin­dən azad edəcək.

 

Lay­iq­li ma­raq 

Bütün bun­la­rın fo­nun­da ma­na­tın bey­nəl­xalq eh­tiy­at valyu­ta­sı­na çe­v­ril­mə­si re­al­dır­mı?  Uzaq gə­ləcək­də bə­li. Am­ma, əv­vəlcə ma­nat re­g­i­o­nal valyu­taya çe­v­ril­mə­li­dir və Azər­baycan­la qon­şu olan öl­kə­lər - Tür­ki­yə, Ru­siya, Gürcüstan, İran bey­nəl­xalq he­sab­laş­ma­lar­da ma­nat­dan is­ti­fa­də et­məyə ra­zı ol­ma­lı­dır­lar.

Azər­baycan öz mil­li valyu­ta­sı­nı qo­ruy­a­raq, ma­liyyə in­sti­tut­la­rı­nı möh­kəm­lən­di­rə­rək və iri­ləş­di­rə­rək, bir müddət ey­ni vaxtda müxtə­lif valyu­ta zo­na­la­rın­da ef­fek­t­li şə­kil­də iş­ləyə bi­lər. Hə­lə 2007-ci il­də Azər­bayca­nın di­g­ər öl­kə­lə­ri ilə qar­şı­lıq­lı he­sab­laş­ma­la­rı­nı ma­nat­la apar­mağa ha­zır ol­duğu ha­q­da mə­lu­mat ve­ril­miş­di. Bu­günkü və­ziyyət öl­kə­dən təci­li qə­rar­lar tə­ləb et­mir, la­kin ar­tıq gə­ləcək ba­rə­də fi­kir­ləş­məyə va­dar edir.

Öz pul va­hi­di­ni re­g­i­o­nal valyu­ta ki­mi gö­rən hər bir öl­kə, sözsüz ki, öz valyu­ta zo­na­sı çər­çi­və­sin­də apa­rı­lan tica­rə­ti­ni çox cəl­be­dici et­məyə ça­lı­şacaq. Azər­bayca­nın da öz qey­ri-neft iq­ti­sa­diyya­tı­nı qu­ra­raq, bu amil­lə­ri nə­zə­rə al­maq şan­sı var.

Bu gün mə­lum­dur ki, re­g­i­on öl­kə­lə­ri­nin mər­kə­zi ban­k­la­rı sər­hədya­nı tica­rət za­ma­nı edi­lən əmə­liyyat­la­rı asan­laş­dır­maq məq­sə­di ilə müəyyən qə­dər ma­nat kütlə­si­ni sax­la­mağa məcbur­dur­lar. Ha­zır­da müəyyən pul ba­zar­la­rın­da ma­na­ta tə­lə­bat  ar­tır, düzdür, hə­lə az sə­viyyə­də, am­ma Azər­baycan valyu­ta­sı nağd pul kütlə­si for­ma­sın­da bu öl­kə­lə­rin valyu­ta  port­fe­lin­də ar­tıq müəyyən yer tu­tub. Mə­sə­lən, ha­zır­da ki­fay­ət qə­dər ma­nat kütlə­si Gürcüstan­da yığı­lır - bir çox azər­baycan­lı av­to­mo­bil va­si­tə­lə­ri­ni, tex­ni­ka­nı al­maq üçüb ora ma­nat­la ge­dir­lər.

Gürcüstan­dan sa­vayı, Azər­baycan valyu­ta­sı sər­hədya­nə tica­rət­də də is­ti­fa­də olu­nur - As­ta­ra-Cul­fa (İran), Qu­sar-Dər­bənd (Ru­siya), Ba­kı-Ti­f­lis-Qars də­mir yo­lu­nun açıl­ma­sı ilə ma­na­tın Türkiy­ə­də də is­ti­fa­də edil­mə­si­nin mümkünlüyü is­tis­na olun­mur.

Bun­dan baş­qa, Mər­kə­zi Ban­kın İda­rə Hey­ə­ti­nin sədr müa­vi­ni Xa­qa­ni Ab­dul­lay­e­vin qeyd et­diyi ki­mi, bə­zi Asiya öl­kə­lə­ri qar­şı­lıq­lı he­sab­laş­ma­lar üçün is­ti­fa­də olu­nan valyu­ta ki­mi Azər­baycan ma­na­tı ilə ma­raq­lan­ma­ğa baş­layıb­lar. Hə­lə­lik bu cür per­s­pek­tiv yal­nız fi­kir ki­mi irə­li sürülüb, çünki onun re­al­laş­dı­rıl­ma­sı üçün ha­zır­lıq iş­lə­ri tə­ləb olu­nur. AMB sədr müa­vi­ni he­sab edir ki, bu cür per­spek­ti­və yal­nız tex­ni­ki mə­sə­lə ki­mi ya­naş­maq la­zım dey­il, bu­nu qlo­bal sə­viyyə­də nə­zər­dən ke­çir­mək la­zım­dır.

Azər­baycan Ban­k­lar As­so­siy­a­siy­a­sı­nın rəh­bə­ri El­dar İs­may­i­lo­vun fi­k­rincə, ma­nat özü qon­şu öl­kə­lə­rə yol açıb. Onun ar­xa­sın­da ix­rac ta­ma­mi­lə ol­ma­maq­la, beş il­də iq­ti­sa­diyya­tın id­xa­la olan tə­lə­ba­tı­nı ödəyə bi­ləcək və ÜDM-in 70%-ni təş­kil edən 49,4 mlrd dol­lar həcmin­də qı­zıl valyu­ta eh­tiy­at­la­rı­na ma­lik güclü və di­na­mik şə­kil­də in­ki­şaf edən iq­ti­sa­diyyat day­a­nır.  Qeyd edək ki, dünya ma­liyyə ba­zar­la­rın­da da­vam edən qey­ri-sta­bil­lik fo­nun­da mil­li valyu­ta­nın möh­kəm­lən­mə­si­nin qar­şı­sı­nı al­maq üçün Azər­baycan Mər­kə­zi Ban­kı (AMB) 2013-cü il ər­zin­də 1,7 mlrd dol­lar həcmin­də valyu­ta­nın ste­ri­li­za­siy­a­nı həy­a­ta ke­çi­rib. Bu­nun nə­ticə­sin­də AMB-nin nə­za­rə­tin­də olan valyu­ta re­zer­v­lə­ri 10 ay ər­zin­də 16,2% ar­ta­raq 13,6 mlrd dol­lar təş­kil edib.

Mər­kə­zi Ban­kın İda­rə Hey­ə­ti­nin sə­d­ri El­man Rüstə­mo­vun qeyd et­diyi ki­mi, məhz mil­li valyu­ta­nın sta­bil sə­viyyə­də qo­run­ma­sı say­ə­sin­də ma­na­tın sər­hədya­nı tica­rət­də ödə­niş va­si­tə­si ki­mi is­ti­fa­də edil­mə­si ar­tır.

Müva­fiq ola­raq, qon­şu öl­kə­lər­lə tica­rət-iq­ti­sa­di əla­qə­lə­rin ar­t­ma­sıy­la, re­g­i­on öl­kə­lə­ri­nin ma­nat­dan is­ti­fa­də et­mək eh­ti­ma­lı ar­tır. Be­lə ki, mil­li valyu­ta re­g­i­o­nun di­g­ər öl­kə­lə­ri­nin valyu­ta­sı ilə müqay­i­sə­də özünü da­ha sa­bit valyu­ta ki­mi büru­zə ve­rib, dol­lar və av­ro ilə müqay­i­sə­də heç də az day­a­nıq­lı­lığa ma­lik dey­il.

Bu­nun­la bə­ra­bər vu­rğ­u­lay­aq ki, ABŞ hö­ku­mə­ti­nin və av­ro­zo­na­nın məq­səd­li siy­a­sə­tin­dən fər­q­li ola­raq, Azər­baycan­da heç vaxt ma­na­tın eh­tiy­at valyu­ta ki­mi tət­biq edil­mə­si və onun bütün dünya­da yayıl­ma­sı ki­mi və­zi­fə­si qar­şıya qoy­ul­mayıb. Bu­na gö­rə də ma­na­ta olan ma­raq bu gün da­ha qiy­mət­li və nüfuz­lu­dur.


MƏSLƏHƏT GÖR:

637