14 Mart 2025

Cümə, 21:47

DƏMƏŞQDƏN CENEVRƏYƏ APARAN ÇƏTİN YOL

Suriya ilə bağlı növbəti sülh konfransı təxirə düşür

Müəllif:

12.11.2013

Suriya müna­qi­şə­si­nin həl­li­nə da­ir növ­bə­ti bey­nəl­xalq kon­fran­sın ke­çi­ril­mə­si­nə da­ir ha­zır­lı­q­da cid­di çə­tin­lik­lər ya­şan­ma­q­da­dır. On­lar, əsa­sən, kə­naroy­un­çu­la­rınyox, Su­riy­a­da­kı müna­qi­şə tə­rə­f­lə­ri­ninmöv­qe­lə­rin­də­kizid­diyyət­lər­lə bağlı­dır. Hər hal­da, müxa­li­fət­çi­lər "Ce­ne­v­rə-2" kon­fran­sın­da iş­ti­rak et­mə­lə­ri üçün müəyyən şər­t­lər irə­li sürürlər. Ək­sər müşa­hi­də­çi­lər Su­riya müxa­li­fə­ti­nin şər­t­lə­ri­nin sülh kon­fran­sı­nın ke­çi­ril­mə­si­ni əng­əl­lə­diyi qə­na­ə­tin­də­dir.

 

Qan­lı fon 

Kon­fran­sın çağı­rıl­ma­sı­na da­ir da­nı­şıq­la­rın da­vam et­diyi bir vaxtda, Su­riy­a­da müha­ri­bə sə­ng­i­mək bil­mir. Müxtə­lif he­sab­la­ma­la­ra gö­rə, ar­tıq müna­qi­şə­də ölən­lə­rin sayı 100-120 min ara­sın­da­dır. Mə­lu­mat­la­ra gö­rə, Su­riya hö­ku­mət qüvvə­lə­ri öl­kə­nin böyüklüyünə gö­rə ikinci şə­hə­ri olan Hələbdən cə­nu­ba və cə­nub-şər­qə hücum­la­rı ge­niş­lən­di­rib. Bun­dan baş­qa, öl­kə­nin qərb his­sə­si də si­lah­lı müxa­li­fət­çi­lər­dən tə­miz­lə­nib. Söh­bət Sa­dad ilə Mxin ara­sın­da yer­lə­şən yay­la­lar­dan ge­dir. Rə­s­mi Də­məş­qin ter­ror­çu təş­ki­lat say­dığı "Li­va əl-Qu­ra­ba" qrup­laş­ma­sı məhz bu əra­zi­də dar­ma­dağın edi­lib. Pay­taxt­da və Şər­qi Qut­da "Di­ra əl-Asım" bri­qa­da­sı­nın 400-dən ar­tıq ya­raq­lı­sı hö­ku­mət qüvvə­lə­ri­nə təs­lim olub. On­lar Su­riya pre­zi­den­ti Bə­şər Əsə­din elan et­diyi am­ni­s­tiy­aya düşmək üçün si­la­hı ye­rə qoy­ub­lar.

Ən ra­di­kal müxa­li­fət qrup­laş­ma­la­rın­dan bi­ri, "Əl-Qa­idə" ter­ror təş­ki­la­tı­na ya­xın­lığı ilə ta­nı­nan "Ceb­hat an-Nu­s­ra" isə əsa­sən ələ­vi­lə­rin ya­şa­dığı Tab­tiya ya­şayış mən­tə­qə­sin­də tö­rə­dil­miş miqyas­lı ter­ror ak­tı­na gö­rə mə­su­liyyə­ti öz üzə­ri­nə götürüb. Qeyd edək ki, bu ya­şayış mən­tə­qə­sin­də­ki or­ta mək­təb bi­na­sı­nın qar­şı­sın­da mi­na­lan­mış av­to­mo­bi­lin par­t­la­dıl­ma­sı nə­ticə­sin­də 6 nə­fər hə­lak olub, 40-dək in­san ya­ra­la­nıb. "An-Nu­s­ra"nın ya­raq­lı­la­rı Su­riy­a­nın cə­nub-qər­bin­də yer­lə­şən, druz­la­rın ya­şa­dığı Kur­na kən­di­nə də hücum edib­lər...

Bu ara­da in­for­ma­siya ag­en­t­lik­lə­ri müxa­li­fət qüvvə­lə­ri­nin sı­ra­la­rın­da hər ke­çən gün əcnə­bi muz­d­lu­la­rın sayı­nın da­ha da art­dığı­nı xə­bər ve­rir. Bu və di­g­ər fak­t­lar gö­s­tə­rir ki, müxa­li­fət­çi­lər suriy­a­da­xi­li müna­qi­şəyə di­ni xa­rak­ter­li qar­şı­dur­ma do­nu gey­dir­mək üçün əl­lə­rin­dən gə­lə­ni edir­lər.

Bu cür qan­lı ha­di­sə­lə­rin fo­nun­da ma­raq­lı bey­nəl­xalq güclər ikinci Ce­ne­v­rə kon­fran­sı­nın ke­çi­ril­mə­si­nə ha­zır­la­şır.

 

Növ­bə­ti uğur­suz­luq

Kon­fran­sın təş­ki­lat­çı­la­rı olan ABŞ, Ru­siya və BMT xüsu­si görüşdə "Ce­ne­v­rə-2"yə ha­zır­lıq mə­sə­lə­lə­ri­ni müza­ki­rə edib­lər. Bu, ana­lo­ji for­mat­da ke­çi­ri­lən üçüncü görüş ol­sa da, tə­rə­f­lər tə­əssüf ki, bu də­fə də uğur əl­də edə bil­məy­ib. Kon­fran­sın təş­ki­li­nin bu qə­dər uzan­ma­sı­nın iki əsas sə­bə­bi var: bi­rinci­si, müxtə­lif tər­kib­li Su­riya müxa­li­fə­ti va­hid nümay­ən­də hey­ə­ti­nin for­ma­laş­dı­rıl­ma­sı mə­sə­lə­sin­də ra­zı­lığa gə­lə bil­mir, ikinci­si, Bə­şər Əsə­din pre­zi­den­t­lik­dən get­mə­si  ilə bağlı kon­kret ta­ri­xin müəyyən­ləş­dirilmə­si­ni tə­ləb edir. Am­ma bey­nəl­xalq xa­rak­ter­li da­ha bir əng­əl də  var. Su­riy­a­lı qi-y­a­m­çı­lar Də­məş­qin müttə­fi­qi olan İran nümay­ən­də hey­ə­ti­nin kon­fran­sa qa­tı­lacağı tə­q­dir­də, top­lan­tı­da iş­ti­rak et­məy­əcək­lə­ri­ni bil­di­rir­lər. İra­nı "Ce­ne­v­rə-2"də gör­mək is­tə­məy­ən­lər ara­sın­da Bir­ləş­miş Ştat­lar da var. Ru­siya isə tam ək­si­nə, Teh­ra­nın re­g­i­o­nal siy­a­sət­də böyük ro­la, Su­riy­a­da­kı və­ziyyə­tə cid­di tə­sir im­kan­la­rı­na ma­lik ol­duğu­nu bil­di­rir və İra­nın kon­fran­s­da iş­ti­ra­kı­nı vacib sayır.

Sülh pro­se­si üçün qə­bu­le­dil­məz olan da­ha bir mə­qam Su­riy­a­da­kı 19 is­la­m­çı qrup­laş­ma­nın Ru­siya və ABŞ-ın sülh da­nı­şıq­la­rı­na qa­tıl­maq tək­li­fi­ni rədd et­mə­si­dir. Qrup­laş­ma­lar möv­qe­lə­ri­ni "Ce­ne­v­rə-2"nin on­la­rın tə­ləb­lə­ri­nə ca­vab ver­mə­mə­si­lə əsas­lan­dı­rır­lar.  Ra­di­kal qrup­laş­ma­la­rın ya­rat­dığı təhlükə­ni get­dikcə Qər­bdə də da­ha yax­şı an­la­mağa baş­layıb­lar. Dünya­nın bir sı­ra KİV-də Av­ro­pa xüsu­si xid­mət or­qan­la­rı ana­li­tik­lə­ri­nin giz­li mə­ru­zə­si­nin mət­ni dərc edi­lib.  Mə­ru­zə­də bil­di­ri­lir ki, "Av­ro­pa üçün təhlükə da­ha çox Bə­şər Əsəd re­ji­min­dən dey­il, onun­la vu­ru­şan qüvvə­lər­dən gə­lir". INTCEN (IntelligenceAnalyseCenter) bey­in mər­kə­zin­də be­lə qə­na­ə­tə gə­lib­lər ki, "hə­min qrup­laş­ma­la­rın ha­mı­sı mü­ha­ri­bə­dən Av­ro­paya qayı­dacaq­la­rı ba­xı­mın­dan Av­ro­pa üçün bir­ba­şa təhlükə­dir­lər".

 

ABŞ və Sə­u­diyyə Ərə­bi­s­ta­nı 

Bütün əng­əl­lə­rə rəğmən, bey­nəl­xalq kon­fran­sın təş­ki­lat­çı­la­rı onun ilin so­nu­na­dək baş tu­tacağı­na olan ümid­lə­ri­ni itir­mir­lər. Bu mə­sə­lə­də bir müddət əv­və­lə­dək Su­riy­aya qar­şı hər­bi əmə­liyyat­la­ra baş­la­mağa ha­zır­la­şan ABŞ-ın möv­qeyi xüsu­si­lə ma­raq doğu­rur. Öl­kə­nin döv­lət ka­ti­bi Con Ker­ri "Su­riya müna­qi­şə­si­nin güc tət­bi­qi ol­ma­dan, yal­nız sülh yo­lu ilə həll olu­na bi­ləcəy­i­ni" bir da­ha di­lə gə­ti­rib. O, Va­şinq­to­nun bu ərəb öl­kə­sin­də­ki və­tən­daş müha­ri­bə­si­nə müda­xi­lə et­mək üçün "nə sə­la­hiyyə­ti­nin, nə də ar­zu­su­nun ol­duğu­nu" bil­di­rib. Plan­laş­dı­rı­lan "Ce­ne­v­rə-2" kon­fran­sı­na gə­lincə, Ker­ri Su­riy­a­da müa­sir, ke­çid ha­ki­miyyət or­qa­nı­nın ya­ra­dıl­ma­sı­nın məq­sə­də­uyğun ol­duğu­nu söy­ləy­ib. O, he­sab edir ki, ya­ra­dı­lacaq hə­min or­qan­da həm ha­zır­ki ha­ki­miyyə­tin, həm də müxa­li­fə­tin təm­sil­çi­lə­ri yer al­ma­lı­dır­lar. Be­lə­lik­lə, Va­şinq­ton Əsəd re­ji­mi­ni qey­ri-le­g­i­tim say­sa da, re­al qüvvə­lər nis­bə­ti­nə əsas­la­na­raq, prob­­le­min bu cür dinc yol­la həl­li­nə tə­rəf­dar­dır. Bu isə ra­di­kal Su­riya mü­xa­li­fə­ti­nin mə­sə­ləyə ya­naş­ma­sı ilə tam zid­diyyət təş­kil edir - müxa­li­­fət öl­kə­də ha­ki­miyyə­tin dər­hal və qeyd-şərt­siz dəy­işilmə­si­ni tə­ləb edir.

Ye­ri gəl­miş­kən, müxa­li­fə­tin bu cür kəskin möv­qeyi bə­zi ərəb döv­lət­lə­ri tə­rə­fin­dən də­s­tək­lə­nir. On­la­rın ara­sın­da Əsə­din "ke­çid pro­se­si"ndə iş­ti­ra­kı­na qə­tiyyən ra­zı ol­may­an Sə­u­diyyə Ərə­bi­s­ta­nı da var. Rə­s­mi Də­məşq isə öz növ­bə­sin­də, Ər-Riy­a­dın "ter­ror­çu­luğa də­s­tək kur­­su­nun ərəb xal­qı və is­la­mı bi­a­bır et­diy­i­ni" bil­di­rir.

Su­riya müna­qi­şə­si­nin həl­li pro­se­sin­də uğur­lu mə­qam­lar da var. Öl­kə­nin kimyə­vi si­la­hı­nın məh­vi pro­se­si bu­na mi­sal­dır. Öl­kə­də kimyə­vi si­lah is­teh­sal edən qu­rğ­u­la­rın uti­li­za­siy­a­sı nə­zər­də tu­tul­duğu ki­mi, no­y­a­b­rın 1-nə ba­şa çat­dı­rı­lıb. İn­di Kim­yəvi Si­lah­la­rın Qa­dağan Olun­ma­sı Təş­ki­la­tı Suriy­a­da kimyəvi si­la­hın məh­vi üzrə ikinci mər­hə­lə­nin pla­nı­nı tə­s­diq­lə­mə­li­dir. Hə­min mər­hə­lə­də 1,3 ton zə­hər­li mad­də­nin məhv edil­mə­si nə­zər­də tu­tu­lub. BMT Təhlükə­siz­lik Şu­ra­sın­da apa­rı­lan din­lə­mə­lər­də Su­riy­a­da kimyəvi si­la­hın məh­vi üzrə bey­nəl­xalq mis­siy­a­nın rəh­bə­ri Si­q­rid Ka­aq rə­s­mi Də­məş­qin bu sa­hə­də bey­nəl­xalq bir­lik­lə əmək­daş­lığı­nı yüksək qiy­mət­lən­di­rib. O, bey­nəl­xalq ek­s­per­t­lə­rin Su­riya müxa­li­fə­ti­nin nə­za­rə­tin­də olan ray­on­la­rı­na get­mə­lə­rin­də müəyyən prob­lem­lə­rin ol­duğu­nu da eti­raf edib.

 

İs­ra­il izi? 

Su­riy­a­da­kı və­ziyyə­ti nə­zər­dən ke­çi­rən za­man onun La­ta­ki­də­ki ha­va hücu­mun­dan müda­fiə ba­za­sı­na avia­zər­bə­lə­rin en­di­ril­mə­si mə­sə­lə­si­nə də mütləq diq­qət ye­ti­ril­mə­li­dir. Ame­ri­ka ad­mi­ni­s­t­ra­siy­a­sı­nın mə­lu­ma­tı­na gö­rə, ai­vahücum İs­ra­il HHQ tə­rə­fin­dən həy­a­ta ke­çi­ri­lib. Ağ Ev rə­s­mi­si bil­di­rib ki, hücum­da məq­səd ba­za­da­kı ra­ket ar­se­na­lı olub. İs­ra­il tə­rə­fi­nin id­di­a­sı­na gö­rə, hə­min ar­se­na­lın Li­viy­a­nın "Hiz­bul­lah" hə­rə­ka­tı­na ve­ri­ləcəyi təhlükə­si var imiş.

Va­şinq­to­nun bu mə­sə­lə­nin üzə­ri­nə bu qə­dər işıq sal­ma­sı ki­fay­ət qə­dər göz­lə­nil­məz­dir. Çünki Təl-Əviv bu­na­dək avia­zər­bə­lə­rin "müəl­li­fi" ol­duğu­nu in­kar edir­di. İn­di İs­ra­il baş ve­rən­lə­rin Ame­ri­ka ilə ara­la­rın­da­kı müttə­fiq müna­si­bət­lə­ri üçün "an­la­şıl­maz və mə­na­sız" ol­duğu­nu bil­di­rir. Ek­s­per­t­lər isə ABŞ-ın ən ya­xın müttə­fi­qi­ni "sat­mağa" va­dar edən amil­lər üzə­rin­də "baş sın­dı­rır­lar". Qərb ana­li­tik­lə­ri­nin fi­k­rincə, Ba­rak Oba­ma ad­mi­ni­s­t­ra­siy­a­sı İs­ra­i­li bu cür if­şa et­mək­lə Su­riya re­ji­mi­ni ade­k­vat re­ak­siy­aya sövq et­məyə ça­lı­şır. Çünki bu hal­da Su­riy­aya qar­şı ca­vab ad­dım­la­rı­nın atıl­ma­sı mə­sə­lə­si gün­də­mə gə­ləcək.

Am­ma bu mə­sə­lə­nin müza­ki­rə­sin­də Türkiy­ə­nin də adı çə­ki­lir. Bə­zi dünya KİV-də İs­ra­i­lin La­ta­ki­də­ki ba­zaya də­qiq zər­bə­lər en­dir­mə­si­nə məhz Türkiyə kəş­fiyya­tı­nın kö­mək­lik gö­s­tər­diyi ya­zı­lır. Rə­s­mi An­ka­ra dey­i­lən­lə­ri tək­zib edir. Türkiy­ə­nin xa­rici iş­lər na­zi­ri Əh­məd Da­vu­doğlu öl­kə­si­nin İs­ra­i­lin "hər han­sı müsəl­man döv­lə­ti­nə hücu­mu­na yar­dım gö­s­tər­mə­diy­i­ni və bun­dan so­nra da be­lə yar­dım­la­rın ol­may­acağı­nı" bil­di­rib. Ancaq Qər­bin Türkiyə-Su­riya və Türkiyə-İs­ra­il müna­si­bət­lə­ri­nə ya­naş­ma­sı, həm də An­ka­ra­nın çox us­ta­lıq­la qu­rul­muş Ya­xın Şərq siy­a­sə­ti ta­mamilə baş­qa söh­bə­tin möv­zu­su­dur.



MƏSLƏHƏT GÖR:

412