14 Mart 2025

Cümə, 21:47

SEÇİMSİZ SEÇKİ

Kosovoda azad iradə ifadəsi serblərlə albanların münasibətlərini, çətin ki, yaxşılaşdıra bilsin

Müəllif:

12.11.2013

2008-ci il­də bir­tə­rə­f­li şə­kil­də, la­kin dün­ya­­nın bir çox nü­fuz­­lu oy­un­çu­la­rı­nın də­s­təyi  ilə müstə­qil­liy­i­ni elan et­miş Ko­so­vo­nun müs­tə­­qil­lik im­ta­ha­nın­dan keç­diy­i­ni söy­lə­mək ol­maz. Onun serb-ko­so­va­lı mü­na­­si­bət­lə­ri­nin nor­mal­laş­dı­rıl­ma­sı im­ta­ha­nın­dan da uğur­la çıx­dığı­nı de­mək mümkün dey­il.

ABŞ, Aİ, ATƏT, BMT nümay­ən­də­lə­ri ki­mi bey­nəl­xalq müşa­hi­də­çi­lər Ko­so­vo­da noy­a­b­rın 3-də yer­li or­qan­la­ra ke­çi­ril­miş seç­ki­dən ra­zı qal­sa­lar da, hət­ta "ruh­lan­sa­lar" da, seç­­ki­nin nə­ticə­lə­ri or­taya bir sı­ra su­al­lar çı­xa­rıb. Mer və yer­li məclis­lə­rə de­pu­tat­la­rı heç də hər yer­də se­ç­mək mümkün ol­mayıb. Am­ma söh­bət heç bun­da da dey­il. Mə­sə­lə on­da­dır ki, Ser­­biya ilə Ko­so­vo­nun al­ban ha­ki­miyyə­ti ara­sın­da ba­za ra­zı­laş­ma­sı olan Brüssel müqa­vi­lə­si­nə əsa­sən, serb icma­sı­nın sə­s­ver­mə­də iş­ti­ra­kı əsas şər­t­lər­dən bi­ri­dir. Xa­tır­la­daq ki, bu ilin ap­re­lin­də im­za­lan­mış Brüssel müqa­vi­lə­si­nin əsas məq­sə­di məhz Bel­q­rad­la Pri­şti­na ara­sın­da müna­si­bət­lə­rin nor­mal­laş­dı­rıl­ma­sı­na na­il ol­ma­q­dır.

Am­ma seç­ki, hə­m­çi­nin on­dan əv­vəl və so­nra ya­şa­nan­lar gö­s­tər­di ki, ser­blər nə­in­ki Ko­so­vo­da­kı si­s­te­mə in­te­q­ra­siya olun­mayıb­lar, hət­ta kütlə­vi ola­raq bu­ra­da ke­çi­ri­lən seç­ki­də nə səs ver­mək, nə də rəh­bər po­stla­ra se­çil­mək is­təy­ir­lər. Bu da əl­bət­tə ki, ba­şadüşülən­dir - in­di on­la­rın seç­ki hü­qu­qun­dan is­ti­fa­də et­mə­lə­ri fak­ti­ki ola­raq, Ko­so­vo ha­ki­miyyə­ti­nin le­g­i­tim­liy­i­nin eti­ra­fı­dır. Mə­sə­lən, on­la­rın səs ver­mə­li ol­duq­la­rı bülle­ten­lə­rin üzə­­rin­də ta­nın­ma­mış re­s­pub­li­ka­nın döv­lət rəm­zlə­ri əks olu­nub.

Yer­li özünüi­da­rə­et­mə or­qan­la­rı­na seç­ki­də ümu­mi­lik­də 100-dən ar­tıq si­y­a­­si subyekt iş­ti­rak edib. On­lar­dan 33-ü siy­a­si par­tiya, 52-si və­tən­daş bir­­lik­lə­ri­dir. Bun­dan baş­qa, 16 müstə­qil na­mi­zəd və 2 ko­a­li­siya (ümu­mi­lik­də 7932 na­mi­zəd), bir ne­çə serb si­y­a­si par­tiya və bir­liyi də seç­kiyə qa­tı­lıb. Na­mi­zəd­lik­lə­ri­ni irə­li sürən­lər ara­­sın­da mil­li az­lıq­la­rın nümay­ən­də­lə­ri də var idi - bos­niy­a­lı­lar, türk­lər, qa­­ra­çı­lar, çer­no­qo­riy­a­lı­lar, xor­vat­lar və b. Qaç­qın və məcbu­ri köç­künlə­rin sə­s­ver­mə­də iş­ti­rak et­mə­lə­ri üçün Mər­kə­zi Ser­biy­a­da, o cümlə­dən Bel­qrad­da seç­ki mən­tə­qə­lə­ri açıl­mış­dı. Ha­­zır­da Ko­so­vo­da sə­s­ver­mə hü­qu­­qu olan və­tən­daş­la­rın sayı 1 mil­yon 779 min 357 nə­fər­dir.

Brüssel ra­zı­laş­ma­sı əl­də edi­lə­nə­dək da­nı­şıq­lar ki­fay­ət qə­dər uzun, ağır və Aİ-nin kö­məyi  ilə, ən yüksək sə­viyyə­də apa­rı­lıb. Müqa­vi­lə­nin Ser­biy­aya mümkün ol­may­a­nı ger­çək­ləş­dir­mək im­ka­nı ve­rəcəyi göz­lə­ni­lir­di - Ko­so­vo ilə bö­lg­ə­nin müstə­qil­liy­i­ni ta­nı­ma­dan be­lə, bi­rgə ya­şa­maq, hət­ta əmək­daş­lıq et­mək. Seç­ki isə bu pro­se­sin təcrübə­də nə qə­dər uğur­lu alın­dığı­nı gö­s­tər­mə­li idi.

Bu ilin ap­re­lin­də Ko­so­vo­nun baş na­zi­ri Ha­şim Ta­çi və Ser­biya hö­ku­mə­ti­nin baş­çı­sı İvi­sa Da­çiç Ko­so­vo­nun, hət­ta ser­blə­rin da­ha sıx ya­şa­dığı və fak­ti­ki ola­raq Bel­qra­dın nə­za­rə­tin­də qa­lan şi­mal bə­lə­diyyə­lə­ri­nin Pri­ş­ti­na­nın nə­za­rə­ti­nə ve­ri­ləcəy­i­nə da­ir ra­zı­lıq əl­də edib­lər. Nə­ticədə, Ser­biya hö­ku­mə­ti sentyab­r­da Ko­so­vo­nun şi­ma­lın­da 4 serb bə­lə­diyyə­si­ni ləğv edib. Qeyd edək ki, hə­min bə­lə­diyyə­lə­rin üzvlə­ri bir sı­ra prin­si­pi­al mə­sə­lə­də rə­s­mi Bel­qra­dın möv­qeyi  ilə ra­zı dey­il­di.

Ser­biya üçün Brüssel ra­zı­laş­ma­sı­nın uğuru bu­nun Aİ-yə tamhüquq­lu üzv ol­maq is­ti­qa­mə­tin­də atıl­mış ilk ad­dım ol­ma­sı ba­xı­mın­dan vacib idi. Ser­biy­a­nın bə­zi apa­rıcı siy­a­sət­çi­lə­ri he­sab edir ki, Ko­so­vo ser­blə­ri Ko­so­vo­da­kı ma­raq­la­rı­nın la­zı­mi sə­viyyə­də qo­run­ma­sı və Ko­so­vo al­ban­la­rı­nın ix­tiy­a­rı­na ve­ril­mə­mə­si­nin ye­g­a­nə yo­lu siy­a­si pro­ses­lər­də ak­tiv iş­ti­rak et­mək­dir. Ser­biya Pro­qres­siv Par­tiy­a­sı (SPP) baş­da ol­maq­la, ha­kim ko­a­li­siya məhz bu möv­qe­də­dir. SPP li­de­ri, baş na­zi­rin bi­rinci müa­vi­ni Alek­san­dar Vu­çiç əmin­dir ki, və­tən­daş­la­rın hü­quq­la­rı­nın müda­fi­ə­si­nə yal­nız bu yol­la zə­ma­nət ver­mək olar. Onun bu möv­­qey­i­ni baş na­zir Da­çiç də də­s­tək­ləy­ir. Hö­ku­mət baş­çı­sı bil­di­rib ki, ser­b­lər sə­s­ver­məyə qa­tıl­maz­lar­sa, ha­zır­da on­la­rın nə­za­rə­tin­də­ki ray­on­lar­da ha­ki­miyyət al­ban­la­rın və ya kol­la­bo­ra­si­o­nist­lə­rin əli­nə ke­çə bi­lər.

"Biz an­la­ma­lıyıq ki, seç­ki­nin boy­kot olun­ma­sı Ko­so­vo və Me­to­xiya prob­lem­lə­ri­nin Ser­biy­a­nın iş­ti­ra­kı ol­ma­dan həl­li is­təy­i­nin gö­s­tə­rici­si­dir. Bu, nə­in­ki mə­nə­vi və siy­a­si ba­xım­dan qə­bu­le­dil­məz­dir, həm də bi­zə uğur qa­zan­maq şan­sı sax­la­mır", - deyə pre­zi­dent To­mis­lav Ni­ko­liç, baş na­zir İvi­sa Da­çiç və baş na­zi­rin müa­vi­ni Alek­sandr Vu­çi­çin bi­rgə bəy­a­nat­la­rın­da bil­di­ri­lir.

"Ya­xın per­spek­tiv üçün hə­dəf Ko­so­vo­da serb mö­vcud­luğu­nun qo­ru­nub-sax­la­nıl­ma­sı, bi­zim ya­şayı­şı­mı­zın han­sı­sa for­ma­da qay­daya qoy­ul­ma­sı, bu seç­ki­də əla­və le­g­i­tim­lik qa­zan­maq­la stra­te­ji müba­ri­zə­ni da­vam et­dir­mək­dir". Bu fi­kir­lər isə "Və­tən­daş tə­şəbbüsü So­si­al De­mo­krat Par­tiy­a­sı"nın li­de­ri, Ko­so­vo-Mi­t­ro­vi­sa şi­mal vi­lay­ə­ti­nin me­ri po­s­tu­na na­mi­zəd Oli­ver İva­no­vi­çə məx­su­s­dur: "Bu­nun al­ter­na­ti­vi seç­ki pro­se­sin­dən kə­nar­da qal­ma­q­dır. Nə­ticə­də nə olacaq? Biz özümüz-özümüzü təcrid du­ru­ma sa­lacaq, Ko­so­vo­da­kı serb ami­li fə­al­lığı­nı iti­rəcək".

Am­ma bu möv­qe həm Ko­so­vo­nun serb icma­sı­nın və­tən­pər­vər qüvvə­lə­ri, həm də Ser­biy­a­nın özündə müxa­li­fət tə­rə­fin­dən eti­raz­la qar­şı­la­nıb. Ko­so­vo­nun şi­ma­lın­da eti­raz ak­siy­a­la­rı ke­çi­ri­lib, yol­lar bağla­nıb. Ak­siya təş­ki­lat­çı­la­rı rə­s­mi Bel­qra­dı Ko­so­vo­dan im­ti­na et­mək­də it­ti­ham edib­lər. On­lar fi­kir­lə­ri­ni Ser­biy­a­nın ta­nın­ma­mış re­s­pub­li­ka­nın qa­nun­la­rı ilə seç­ki ke­çi­ril­mə­si­nə ra­zı­laş­ma­sı ilə əsas­lan­dı­rıb­lar. Vi­os­lav Ko­ş­tu­ni­sa­nın Ser­biya De­mo­krat Par­tiy­a­sı Ko­so­vo ser­b­lə­ri­ni seç­ki­ni boy­kot et­məyə, bu­nun­la da "Ko­so­vo Re­s­pub­li­ka­sı"nın müstə­qil­liy­i­ni ta­nı­ma­dıq­la­rı­nı nümay­iş et­dir­məyə çağı­rıb. Ra­di­kal sağçı "Ob­raz" və "Dve­ri" qrup­laş­ma­la­rı da bu möv­qeyə də­s­tək ve­rib.

"Ötən il ke­çi­ril­miş re­fe­ren­dum gö­s­­tər­di ki, Ko­so­vo­nun şi­ma­lın­da ya­şa-y­an ser­blə­rin 99%-i qey­ri-le­g­i­tim "Ko­so­vo döv­lə­ti"nin ha­ki­miyyət in­s­ti­tut­la­rı­na ta­be ol­maq is­tə­mir. Bun­dan əv­vəl çox say­da prob­lem öz həl­li­ni tap­ma­lı­dır: ser­blə­rin dağı­dıl­mış və ya qəsb edil­miş da­şın­maz əm­lak­la­rı, yan­dı­rıl­mış kil­sə­lər, sər­bəst hə­rə­kət hüqu­qu və ya­şa­maq hüqu­qu prob­lem­lə­ri. Bir söz­lə, Ser­biya və bey­nəl­xalq bir­liy­in bi­zi bu seç­kiyə sürüklə­məz­dən əv­vəl gör­mə­li ol­duq­la­rı çox iş var", - deyə Ko­so­vo və Me­to­xiya Mux­­tar Vi­lay­ə­ti­nin müvəq­qə­ti skup­şi­na­sı­nın rəh­bə­ri Slav­ko Ste­va­no­viç bil­di­rib.

Po­li­to­loq Ste­van Qay­iç (Av­ro­pa Araş­­dır­ma­lar İn­sti­tu­tu, Bel­qrad /Ser­biya) isə "R+" jur­na­lı­na açıq­la­ma­sın­da da­ha sərt möv­qe or­taya qoy­ub.

"Bu seç­ki Bel­qrad­la Pri­şti­na ara­sın­da­kı "Brüssel ra­zı­laş­ma­sı"nın bir his­sə­si idi. Hə­min ra­zı­laş­ma­nın im­za­lan­ma­sı ilə nə­ticə­lən­miş da­nı­şıq­lar Aİ-nin hi­may­ə­si  ilə apa­rı­lıb və məq­səd yal­nız Ser­biy­a­nın Ko­so­vo və Me­to­xiya bö­lg­ə­si­nin müstə­qillyi­ni defakto ta­nı­ma­sı­na na­il ol­maq idi. Baş na­zir İvi­sa Da­çiç və onun müa­vi­ni (əs­lin­də, öl­kə­nin ən nüfuz­lu şəx­si) Al­dek­sandr Vu­çi­çin si­ma­sın­da Ser­biya hö­ku­mə­ti prak­ti­ki ola­raq, bu­nu et­di­lər. Nə ol­sun ki, on­lar Ko­so­vo və Me­to­xiy­a­nın Ser­biy­a­dan müstə­qil­liy­i­ni açıq şə­kil­də ta­nı­mır­lar? Ser­biya hö­ku­mə­ti nə­dən bir­ba­şa öz döv­lə­ti və xal­qı­nın ma­raq­la­rı­na qar­şı ge­dir? Ca­vab son də­rəcə çə­tin­dir və onun öz ta­ri­xi var. İki kəl­mə isə de­sək, söh­bət on­la­rın öh­də­lik­lə­rin­dən ge­dir. Am­­ma serb xal­qı qar­şı­sın­da­kı öh­də­lik­lər­dən dey­il (xalq bir il əv­vəl on­la­rı di­g­ər və­tən­pər­vər şüar­lar­la ya­na­şı, ke­ç­miş hö­ku­mə­tin Ko­so­vo ilə apar­dığı da­nı­şıq­la­ra ye­ni­dən ba­xacaq­la­rı­nı və Ko­so­vo­nu ver­məy­əcək­lə­ri­ni de­dik­lə­ri üçün se­ç­miş­di), Va­şinq­ton­dan, Ber­lin­dən, Brüssel­dən olan "tə­rəf­daş­la­rı" qar­şı­sın­da­kı öh­də­lik­lər­dən. On­la­rın ha­ki­miyyət  ba­şı­na ke­ç­mə­si­nə məhz bu "tə­rəf­daş­lar" kö­mək edib", - deyə Qay­iç bil­di­rir.

Politoloqun fikrincə, "indi nəinki Serbiy­a­nın Ko­so­vo bö­lg­ə­si, ümu­mi­lik­də, Ser­biya işğ­al­da­dır - Bel­qrad­da işğ­al yum­şaq, Ko­so­vo­da isə sərt və hər­bi­dir".

Ste­van Qay­iç­də olan mə­lu­ma­ta gö­­rə, Ko­so­vo­nun şi­ma­lın­da ya­şay­an ser­blər sə­s­ver­məyə qa­tıl­mayıb­lar: "Da­­ha doğru­su, on­la­rın yal­nız 2%-i seç­kiyə ge­dib".

Fi­kir­lə­rin bu qə­dər ha­ça­lan­dığı bir şə­ra­it­də bey­nəl­xalq nə­za­rə­tə rəğmən, seç­ki günü cid­di in­si­den­t­lə­rin ya­şan­ma­sı heç də tə­əccüblü dey­il. Pro­ses boy­unca na­mi­zəd­lə­rə hücum­la­rın edil­mə­si, se­çici­lə­rin qor­xu­dul­ma­sı ki­mi hal­la­ra da rast gə­li­nib. Noy­a­b­rın 1-də ma­s­ka tax­mış iki na­mə­lum şəxs Ko­so­vo-Mi­ro­vi­sa şə­hə­ri­nin me­ri və­zi­fə­si­nə na­mi­zəd, Bel­qra­dın də­s­tək­lə­diyi "Srpa­s­ka" və­tən­daş bir­liy­i­nin təm­sil­çi­si Krsti­mir Pan­ti­çi döyüblər. Pan­ti­çin söz­lə­ri­nə gö­rə, hücum edən­lə­rin məq­sə­di onu öldürmək olub. Bun­dan cə­mi bir gün so­nra "Ko­so­vo azad­lıq or­du­su"nun ke­ç­miş döyüş­çü­sü, son za­man­la­ra­dək isə uğur­lu biz­ne­s­men olan Be­kim Bi­rink­sxi­ki­nin qət­lə ye­ti­ril­diyi mə­lum olub. O, Srbi­sa yer­li məcli­sin­də de­pu­tat­lığa na­mi­zəd idi və al­ban­la­rın ən nüfuz­lu siy­a­­si qüvvə­lə­rin­dən olan "Ko­so­vo­nun gə­ləcəyi uğrun­da Alyans"ı təm­sil edir­di.

Ko­so­vo-Mi­t­ro­vi­sa, Le­po­sa­viç, Zve­çan və Zu­bin Po­tok sa­kin­lə­ri ara­sın­da (təx­mi­nən, 50 min serb) so­si­al şə­bə­kə­lər və mək­tub­lar va­si­tə­si­lə sə­s­ver­məyə qa­tıl­ma­mağa da­ir təb­liğat apa­rı­lıb. Noy­a­b­rın 3-də bir ne­çə ma­s­ka­lı şəxs Ko­so­vo-Mi­t­ro­vi­sa şə­hə­ri­nin şi­mal his­sə­sin­də­ki bə­zi seç­ki mən­tə­qə­lə­ri­nə so­xu­lub, ora­da ət­raf­da­kı­la­ra gözya­şar­dıcı qaz vu­rub, dəy­ə­­nək­lər­lə zər­bə­lər en­di­rib­lər. ATƏT müşa­hi­də­çi­lə­ri dər­hal hə­min əra­zi­dən eva­ku­a­siya olu­nub­lar, sə­nəd­lər isə sa­hib­siz qa­lıb.

Be­lə­lik­lə, Bel­qrad­la Pri­şti­na ara­sın­da müna­si­bət­lə­rin nor­mal­laş­dı­rıl­ma­sı­nı nə­zər­də tu­tan Brüssel ra­zı­laş­ma­sı­nın təcrübə­də nə qə­dər re­al ol­duğu­na da­ir su­al ca­vab­sız qa­lır... və ya bu su­al ki­fay­ət qə­dər ay­dın ca­va­bı­nı alıb. Ar­tıq bu, mə­sə­ləyə han­sı nöq­teyi-nə­zər­dən ya­na­şıl­ma­sı ilə bağ­lı­dır. İs­tə­ni­lən hal­da, düşünmək olar ki, müna­si­bət­lə­ri seç­ki­lər­lə sı­na­q­dan ke­çir­mək hə­lə tez­dir, bəl­kə də, sa­də­lövhlükdür. Ya­ran­mış və­ziyyət­də re­p­re­hen­ta­tiv de­mo­kra­tiy­a­nın və le­g­i­tim yol­la se­çil­miş in­sti­tut­la­rın ən cid­di prob­lem­lə­rin be­lə həl­li üçün ki­fay­ət et­diy­i­ni düşünmək səhv olar­dı.

 Ste­van Qay­i­çin de­diyi ki­mi, əs­lin­də, Ko­so­vo­da ke­çi­ri­lən seç­ki bir tə­rəf­dən al­ban­la­rın ar­xa­lan­dığı Aİ-NATO-nun tim­sa­lın­da­kı "od"un, di­- g­ər tə­rəf­dən,  rə­s­mi Bel­qra­dın tim­sa­lın­da­kı "su"yun ara­sın­da qa­lıb. Səs ver­­mək al­ban ha­ki­miyyə­ti­nin le­g­i­tim­liy­i­nin qə­bul edil­mə­si, boy­kot tam ma­rg­i­nal­laş­maya, öz ta­ley­i­nə hər han­sı for­ma­da tə­sir et­mək im­ka­nın­dan im­ti­naya ra­zı­lı­q­dır. Tə­rə­f­lə­rə doğ­ru­dan da qib­tə edi­lə­si dey­il...



MƏSLƏHƏT GÖR:

439