25 Noyabr 2024

Bazar ertəsi, 05:54

ÜMİDVERİCİ RƏYLƏR

Azərbaycan hökumətinin fəaliyyəti beynəlxalq maliyyə institutlarının tövsiyələrini qabaqlamağa başlayıb

Müəllif:

19.11.2013

Azər­bayca­nın ye­ni döv­lət büdcə­si­nin qə­bul olun­ma­sı ərə­fə­sin­də apa­rıcı bey­nəl­xalq ma­liyyə in­s­ti­tut­la­rı öl­kə­nin iq­ti­sa­di in­ki­şa­fı­nın ca­ri və­ziyyə­ti və gə­lə­cəyi ilə bağlı ümid­ve­rici rəy­lə­ri­ni açıq­­layıb­lar. Bu ara­da hö­ku­mət­də də bil­di­rir­lər ki, iq­ti­sa­diyya­tı ida­rə­et­mə siy­a­sə­ti­nin əsa­sı­nı, xa­rici böh­ran hə­y­əca­nı­nın ne­qa­tiv tə­si­ri və qey­ri-neft sek­to­ru­nun da­ha da güclən­di­ril­mə­si­nə ar­tı­rıl­mış diq­qət fo­nun­da, ar­­tı­mın sta­bil tem­plə­ri­nin qo­run­ma­sı təş­­kil et­mək­də da­vam edir. 

Be­lə ki, Av­ro­pa Ye­ni­dən­qur­ma və İn­ki­şaf Ban­kı (AYİB) 2013-cü il­də Azər­baycan­da iq­ti­sa­di ar­tım  tem­pi­nin sürət­lən­mə­si­ni qeyd edir. Bu­nun­la əla­qə­dar, bu ilə olan ÜDM-in ar­tım tem­pi 4,5%-ə qə­dər ar­tıb. May ayın­da isə bu rə­qəm 3,5% təş­kil edir­di. "Azər­baycan­da iq­ti­sa­di in­ki­şa­fın ar­tı­mı əhə­miyyət­li fi­s­kal və mo­­ne­tar sti­mul­laş­dı­rıcı təd­bir­lər, eləcə də son iki il­də kar­bo­hi­d­ro­g­en­lə­rin azal­ma­sın­dan so­nra on­la­rın ha­si­la­tı­nın sta­bil­ləş­mə­si say­ə­sin­də sü­rət­­lən­di", - deyə AYİB-in re­g­i­on­da iq­ti­sa­di ar­tı­mın per­spek­tiv­lə­ri­nə da­ir ye­ni­lən­miş he­sa­ba­tın­da dey­i­lir.

AYİB mütə­xəs­sis­lə­ri­nin fi­k­rincə, Azər­baycan iq­ti­sa­diyya­tı­nın qey­ri-neft sek­to­ru­nun ar­tım tem­pi hö­ku­mət tə­rə­fin­dən döv­lət xərclə­ri­nin çə­kil­mə­si və kre­dit bu­mu nə­ticə­sin­də iki­rə­qəm­li sə­viyyəyə qə­dər ge­niş­lə­nib. Ey­ni za­man­da "həd­din­dən ar­tıq qız­ma" təhlükə­si mö­vcud­dur.

"Gə­lən il­də iq­ti­sa­diyya­tın ar­tım tem­pi sta­bil sə­viyyə­də qa­lacaq - öl­kə­də apa­rı­lan ma­k­ro­iq­ti­sa­di siy­a­sət və neft ha­si­la­tı­nın bər­pa olun­ma pro­­se­si­nin ye­kun­laş­ma­sı say­ə­sin­də, təx­mi­nən, 3-4% təş­kil edəcək", - de­yə he­sa­bat­da bil­di­ri­lir.

Ey­ni za­man­da AYİB Er­mə­ni­s­ta­nın 2013-cü  il­də iq­ti­sa­di ar­tım pro­q­no­zu­nu 2,5%-ə qə­dər və 2014-cü il­də isə 0,5% (3,5%-ə qə­dər) aşağı sa­lıb. Gürcüsta­nın müva­fiq sa­hə üz­rə gö­s­tə­rici­lə­ri­ni isə 3-dən 2%-ə, elə­cə də uyğun ola­raq 5-dən 4%-ə ki­mi en­di­rib. Azər­bayca­nın isə bu il Şər­qi Av­ro­pa və Qaf­qaz re­g­i­o­nu öl­kə­lə­ri ara­sın­da ən yüksək iq­ti­sa­di ar­tım tem­pi qeyd olu­nur. 

"Re­g­i­on­da iq­ti­sa­di ar­tım bir sı­ra öl­kə­lər­də çə­tin xa­rici mühit və öl­kə­lər­də da­xi­li siy­a­si sa­bit­liy­in ol­ma­ma­sı­na gö­rə məh­dud­laş­mış ola­raq qa­lır. Ar­tım tem­pi Er­mə­ni­s­tan, Be­la­rus və Gürcüstan­da əhə­miyyət­li də­rəcə­də lə­ng­iy­ib, la­kin nef­tin sta­bil­ləş­diyi Azər­baycan­da isə güclə­nib",- deyə ban­kın icma­lın­da qeyd olu­nur.

Azər­baycan­da iq­ti­sa­di və­ziyyət­lə bağlı nik­bin qiy­mət­lən­di­ril­mə­lər­lə Bey­nəl­xalq Valyu­ta Fon­du­nun (BVF) mütə­xəs­sis­lə­ri də çı­xış edib­lər. "Azər­baycan­da iq­ti­sa­di ar­tım tem­­pi nor­mal­dır. Pro­qnoz­la­ra əsa­sən, 2013-2014-cü il­lər­də ar­tım il­də 5% təş­kil edəcək", - deyə xüsu­si­lə BVF-in Azər­baycan üzrə mis­siy­a­nın rəh­bə­ri Raca Al­mar­zo­qi fon­dun növ­bə­ti mis­siy­a­sı­nın nə­ticə­lə­ri­nə da­ir Ba­kı­da ke­çi­ri­lən mət­bu­at kon­fran­sın­da bil­di­rib. Onun söz­lə­ri­nə gö­rə, Azər­bayca­nın 2014-cü ilə olan döv­lət büdcə­si lay­i­hə­si özündə müəy­yən müsbət si­qnal təcəssüm et­di­rir. "2014-cü ilin büdcə lay­i­hə­si qey­ri-neft gə­lir­lə­ri­nin ar­t­ma­sı he­sa­bı­na döv­­lət büdcə­si­nin qey­ri-neft de­fi­si­ti­nin bir qə­dər azal­ma­sı­nı nə­zər­də tu­tur. La­kin ey­ni za­man­da döv­lət xərc­lə­ri­nin yüksək sə­viyyə­si müəyyən büdcə ri­s­k­lə­ri­nin qal­ma­sı­nı gö­s­tə­rir", - deyə o, qeyd edib.

Hə­m­çi­nin BVF inflya­siy­a­nın Azər­­baycan­da nə­za­rət olu­nan sə­viy­yə­də ol­ma­sı fak­tı­nı xo­şa gə­lən he­sab edir. Be­lə ki, fon­dun pro­qnoz­la­rı­na gö­­rə, 2013-cü ilin nə­ticə­lə­ri­nə əsa­sən inflya­siya 3%-dən az, 2014-cü il­­də isə 3% həd­din­də olacaq. 

Ye­ri gəl­miş­kən, AYİB-in ye­ni­lən­miş pro­qnoz­la­rı­na gö­rə, Azər­baycan­da inflya­siya bank tə­rə­fin­dən 2013-cü il­də 2,7% sə­viyyə­sin­də eh­ti­mal edi­lir. May­da isə ana­lo­ji rə­qəm 3,4% (2012-ci il­də ar­tım 1,1% sə­viyyə­sin­də idi) qeyd edil­miş­di.

Hər­çənd Mər­kə­zi Ban­kın İda­rə Hey­ə­ti­nin sə­d­ri El­man Rüstə­mov bil­­­dir­miş­di ki, öl­kə­nin qey­ri-neft sek­to­ru­nun 10%-dən çox ar­tı­mı və yax­şı­la­şan in­ve­s­ti­siya və iş mühi­ti şər­t­lə­rin­də, inflya­siy­a­nın aşağı sə­viyyə­də sax­la­nıl­ma­sı mil­li iq­ti­sa­diyyat üçün ol­duqca məq­bul nə­ticə­dir. "Ha­zır­kı inflya­siya 2,3% təş­kil edir və göz­lə­nil­diyi ki­mi ilin so­nu­na o, 3,2% ola­caq. Bu, əmək­haq­qı və pen­siy­a­la­rın ar­tım tem­pin­dən bir ne­çə də­fə az­dır. İlin so­nu­na qə­dər bu gö­s­tə­rici 10%-dən ar­tıq həd­də göz­lə­nil­mir. Bu da, öz növ­bə­sin­də, an­ti-inflya­siya siy­a­sə­tin­də  mühüm rol oy­nayır. İlin əv­və­lin­dən ötən 9 ay müddə­tin­də AMB pul kütlə­si­nin ar­tım tem­pi­ni, təx­mi­nən, 7,3% həd­din­də sax­layıb",- deyə Mər­kə­zi Ban­kın sə­d­ri bil­di­rib.  

BVF-in fi­k­rincə­sə, Azər­baycan Mər­­kə­zi Ban­kı öl­kə­nin ma­liyyə-bank sek­to­ru­nun möh­kəm­lən­mə­si­nə yö­nəl­dil­miş təd­bir­lə­ri da­vam et­dir­mə­li­dir. Be­lə ki, qı­samüddət­li za­man üçün pri­o­ri­tet­lər - ban­k­la­rın ak­tiv­lə­ri­nin təs­ni­f­lə­ri­nin tək­mil­ləş­di­ril­mə­si, tə­mi­nat mə­sə­lə­lə­ri­nin həl­li, eləcə də ye­ni ma­k­ro­pru­den­si­al təd­bir­lə­rin ke­çi­ril­mə­si ol­ma­lı­dır. Fond, hə­m­çi­nin AMB-yə is­teh­lak kre­di­ti­nin ar­tı­mı­nın nə­za­rə­ti­nə yö­nəl­miş təd­bir­lə­rin ke­çi­ril­mə­si­ni da­vam et­dir­məyi tö­v­siyə edir. 

Ma­raq­lı­dır ki, ey­nən BVF-nin mis­­siy­a­sı­nın bit­diyi gün - 15 noy­ab­r­­da AMB  ban­k­la­rın məcmu ka­pi­ta­lı ilə bağlı tə­ləb­lə­ri­nin ye­ri­nə ye­ti­ril­mə­si müddə­ti­nin da­ha 1 il uza­dıl­ma­sı ha­q­da mə­lu­mat ver­di. Be­lə ki, 2014-cü ilin 1 yan­var ta­ri­xi­nə qə­dər 50 mln. ma­nat sə­viyyə­si­nə çat­may­an məcmu ka­pi­ta­lı üçün 2015-ci ilin 1 yan­var ta­ri­xi­nə qə­dər möh­lət ve­ri­lib.

E. Rüstə­mo­vun qeyd et­diyi ki­mi, ban­k­la­rın cə­mi 5%-i qoy­u­lan tə­lə­bi ye­ri­nə ye­ti­rə bil­məy­ib və on­lar­la bağlı AMB tə­rə­fin­dən ka­pi­tal­laş­ma üzrə fər­di pro­qram ha­zır­la­nır. "La­kin bu, ban­k­la­rın ra­hat­laş­ma­sı an­la­mı­na gəl­mə­mə­li­dir. On­la­rın ça­lış­ma­sı və in­ki­şaf et­mə­si zə­ru­ri­dir",- deyə öl­kə­nin əsas ban­ki­ri he­sab edir. Onun söz­lə­ri­nə gö­rə, ka­pi­tal­laş­ma üzrə bu tə­ləb­lər qlo­bal iq­ti­sa­di böh­ran­la bağlı olan ha­di­sə­lə­rə ca­vab ol­du. "Özünü təhlükə­siz­ləş­dir­mək üçün bu cür pre­sen­den­t­lər di­g­ər öl­kə­lər­də də olub. Bu­nun nə­ticə­sin­də Azər­bayca­nın bank sek­to­ru­nun ka­pi­ta­lı 48% art­dı", - deyə E. Rüstə­mov bil­di­rib.

İs­teh­lak kre­dit­ləş­mə­si­nə gəl­dik­də isə, o, qeyd edib ki, bu ba­zar­da tə­lə­bat tək­li­fi üstə­ləy­ir. "Ümid edi­rəm ki, gə­ləcək­də bi­zim həy­a­ta ke­çi­rəcəy­i­miz təd­bir­lər is­teh­lak kre­di­ti ba­za­rı­nın tək­lif ba­za­rı­na çe­v­ril­mə­si­nə gə­ti­rib çı­xa­racaq. Onun ar­dınca bu cür tək­lif ba­za­rı biz­nes-kre­dit­lə­rin seq­men­ti olacaq və gə­ləcək­də on­la­rın də­rəcə­lə­ri bir­rə­qəm­li sə­viyyəyə qə­dər düşə bi­lər", - deyə baş ban­kir əla­və edib.

Bir söz­lə, dey­i­lən­lə­rə əsa­sən, Azər­baycan hö­ku­mə­ti­nin qə­rar­la­rı və fə­a­liyyə­ti BMİ-nin tö­v­siy­ə­lə­ri­ni üstə­lə­məyə baş­la­dı. Bu­nun nə­ticə­sin­də isə on­la­rın nəşr et­dik­lə­ri müsbət rəy və rey­tin­q­lər ha­zır­la­nır.



MƏSLƏHƏT GÖR:

630