14 Mart 2025

Cümə, 11:03

ETİMAD MÜHİTİNIN BAŞINI QARA BULUDLAR ALIR

Amma total dinləmələrin növbəti "kulisarxası" siyasi sövdələşmə ilə bitəcəyi istisna deyil

Müəllif:

19.11.2013

ABŞ xüsu­si xid­mət or­qan­la­rı­nın sa­biq əmək­da­şı  Ed­vard Sno­u­de­nin if­şa­e­dici ma­te­ri­al­la­rı bey­nəl­xalq müna­si­bət­lər si­s­te­min­də eti­ba­ra əsas­la­nan müna­si­bət­lə­rə xə­ləl gə­ti­rib. Uzun il­­lər ər­zin­də milyon­lar­la in­sa­nın te­le­fon da­nı­şıq­la­rı və elek­tron mək­tub­la­rı­nın iz­lə­nil­diyi mə­lum olub. On­la­rın ara­sın­da 35 öl­kə­nin li­der­lə­ri də var. Bu qal­ma­qal Va­şinq­to­nun imici­nə cid­di zər­bə vu­rub. Hal­bu­ki in­diy­ə­dək ABŞ li­be­ral-de­mo­krat dəy­ər­lə­rin, in­san haq­la­rı­nın qo­run­ma­sı sa­hə­sin­də əsas ro­la ma­lik öl­kə sayı­lır­dı.

Qal­ma­qal­da Va­şinq­to­nu ən pis və­­ziyyət­də qoy­an mə­qam da­nı­şıq­la­rı din­lə­ni­lən şəx­slər ara­sın­da Aİ-yə üzv olan bütün döv­lət rəh­bər­lə­ri­nin, hə­m­çi­nin ək­sər bey­nəl­xalq (hət­ta BMT də da­xil ol­maq­la) və re­g­i­o­nal təş­­ki­lat li­der­lə­ri­nin də ad­la­rı­na rast gə­lin­mə­si­dir.

 

İnan, am­ma eh­tiy­a­tı əl­dən ver­mə?! 

Əv­vəlcə Va­şinq­ton bu ha­q­da or­taya çıx­mış id­di­a­la­rı bir­mə­na­lı şə­kil­də rədd edir­di. La­kin so­nra­dan o, bütün mə­su­liyyə­ti Mil­li Təhlükə­siz­lik Ag­en­t­liy­i­nin (MTA) üzə­ri­nə yı­xa­raq, ha­mı­nı, guya, qu­ru­mun bu işi öz­ba­şı­na gördüyünə inan­dır­mağa ça­lış­dı. Am­ma sa­biq və ha­zır­kı kəş­fiyyat əmək­daş­la­rı­nın hər şey­in ar­xa­sın­da Ame­ri­ka hö­ku­mə­ti­nin dur­duğu­nu söy­lə­mə­sin­dən so­nra əsl hə­qi­qə­ti giz­lət­mək mümkün ol­ma­dı. Nə­ticə­də, Va­şinq­ton gü­na­hı­nı eti­raf edə­rək, ba­rış­dı­rıcı ad­dım­lar at­mağa baş­la­dı. Ba­rak Oba­ma mən­zil-qə­ra­r­g­ah­la­rı Va­şinq­ton­da yer­lə­şən BVF və DB-nin te­le­fonları haqqında gö­s­tə­riş ver­di. BMT-nin Nyu-York­da­kı mən­zil-qə­ra­rg­a­hı­nın da dinlənilmə-sinə məhdudiyyət­lər qoy­ul­du. Oba­ma Ame­ri­ka xüsu­si xid­mət or­qan­la­rı­nın öl­kə­nin müttə­fi­qi olan döv­lət baş­çı­la­rı­nın te­le­fon da­nı­şıq­la­rı­nın din­­lə­nil­mə­si­ni qa­dağan edən sə­rəncam im­za­la­mağa ha­zır ol­duğu­nu bil­dir­mək­lə baş ve­rən­lər­dən hid­dət­lən­miş Av­ro­pa li­der­lə­ri­ni sa­kit­ləş­dir­məyə də ça­lış­dı.

Am­ma bütün bun­lar Aİ-ni qa­ne et­mir. Qu­rum ABŞ-dan qar­şı­lıq­lı ca­sus­luğa tam son qoy­ul­ma­sı­na da­ir ra­zı­laş­ma im­za­la­nıl­ma­sı­nı tə­ləb edir. Av­ro­pa Par­la­men­ti in­for­ma­siya mü­ba­­di­lə­si və ödə­mə­lər üzrə bey­nəl­xalq bank si­s­te­mi ha­q­da müqa­vi­lə­nin de­non­sa­siy­a­sı­na  da­ir qət­na­mə qə­­bul edib. Bu ra­zı­laş­ma Av­ro­pa­nın bank mə­lu­mat­la­rı­nı əl­də et­mək im­ka­nı ve­rir­di. Qə­bul edil­miş qət­na­mə­­nin icra­sı mütləq ol­ma­sa da, o, siy­a­si si­qnal sayı­la bi­lər.

ABŞ-ın əməl­lə­ri­nə ən cid­di eti­raz edən­lər­dən bi­ri son il­lər­də bü­tün ümum-Avro­pa mə­sə­lə­lə­rin­də rə­yi həl­le­dici rol oy­nay­an Al­ma­niya kan­s­le­ri Ang­e­la Mer­kel­dir. Ba­rak Oba­­maya zə­ng vu­ran Mer­kel do­stla­rın bir-bi­ri­ni iz­lə­mə­si­nin qə­ti şə­kil­də yol­ve­ril­məz ol­duğu­nu bil­di­rib. Bu­nun­la ki­fay­ət­lən­məy­ən kan­s­ler Bra­zi­liya pre­zi­den­ti Dil­ma Ru­se­f­lə bir­lik­də BMT-yə müraci­ət də edib. On­lar qu­rum­dan elek­tron kom­mu­ni­ka­siy­a­la­rın müda­fi­ə­si­nə da­ir qət­na­mə­nin qə­bu­lu­nu is­təy­ir­lər. Bra­zi­liya öl­kə­də fə­a­liyyət gö­s­tə­rən in­ter­net şir­kət­lə­ri­nin üzə­ri­nə ser­ver­lə­ri­ni məhz Bra­zi­liya əra­zi­sin­də yer­ləş­dir­mək öh­də­liyi qoy­acaq ye­ni qa­nu­nun qə­bu­lu­na da ha­zır­la­şır.

 

"Mə­lu­mat­lı­dır­sa, de­mək, si­lah­lı­dır" 

Din­lə­mə və iz­lə­məyə olan hə­vəs elə bə­şə­riyyə­tin ta­ri­xi qə­dər qə­dim­dir. İn­di tex­no­lo­g­iy­a­la­rın son də­rəcə in­kişaf et­mə­si ilə o, da­ha da ar­tıb. Be­­lə bir ifa­də var: "Mə­lu­mat­lı­dır­sa, de­mək, si­lah­lı­dır". Müa­sir dünya­da in­for­ma­siy­a­la­rın top­la­nıl­ma­sın­da əsas ro­lu məhz elek­tron və vir­tu­al kom­mu­ni­ka­siya şə­bə­kə­lə­ri, hə­m­çi­nin mo­bil ra­bi­tə oy­nayır. Məhz in­for­ma­siya pa­ra­diq­ma­sı­nın pey­da ol­ma­sı XX əs­rin so­nu, XXI əs­rin əv­vəl­lə­ri­nin ye­ni ge­o­siy­a­si re­al­lığı­na çe­v­ri­lib. İn­for­ma­siya pa­ra­diq­ma­sı dünya siy­a­sə­tin­də qlo­bal qüvvə­lər ba­lan­sı­na fər­q­li in­ter­p­re­ta­siya ve­rir. Ona əsa­sən, dünya­da ge­o­siy­a­si tə­kamülün və bey­nəl­xalq müna­si­bət­lər si­s­te­mi­nin müa­sir mər­hə­lə­sin­də həl­le­dici amil in­for­ma­siy­a­dır. Baş­qa söz­lə, dünya üzə­rin­də hök­mran­lığa apa­ran yol in­for­ma­siya kom­mu­ni­ka­siy­a­la­rı, o cümlə­dən ra­bi­tə va­si­tə­lə­ri üzə­rin­də to­tal nə­za­rət­dən ke­çir. Bu kon­tek­s­də "Microsoft" və "Apple" şir­kət­lə­ri­nin ABŞ xüsu­si xid­mət or­qan­­la­rı ilə sıx əmək­daş­lığı heç də tə­­sadüf ki­mi görünmür. Ey­ni söz­lə­ri MTA-nın "Yahoo" və "Google" ax­ta­rış si­s­tem­lə­ri­nin bütün dünya üzrə mə­lu­mat­lar mər­kə­zi­ni əla­qə­lən­di­rən kom­mu­ni­ka­siya şə­bə­kə­si­nə gir­mə­si ha­q­da da söy­lə­mək olar. Bu, ona yüz milyon­lar­la is­ti­fa­də­çi ha­q­da mə­lu­mat top­la­maq im­ka­nı ve­rib. Ax­ta­rış si­s­tem­lə­ri­nin nümay­ən­də­lə­ri MTA-nın bu­nu öz­ba­şı­na et­diy­i­ni söy­lə­sə­lər də, müttə­fiq­lər, çə­tin ki, bu­na inan­sın.

ABŞ-ın if­şa olun­muş əməl­lə­rin­dən hid­dət­lən­miş öl­kə li­der­lə­ri­nin sərt, bə­zən isə qəd­dar siy­a­si re­a­liz­min prin­sip­lə­rin­dən xə­bər­siz sa­də­lövhlər ol­duğu­nu düşünmək ol­maz. On­la­rın müttə­fiq­lər ara­sın­da bu cür əməl­lə­rin yol­ve­ril­məz­liyi ha­q­da dü­şüncə­lə­ri­nə gə­lincə, ame­ri­ka­lı ge­o­siy­a­sət­çi N.Spayk­me­nin "Ame­ri­ka­nın dünya siy­a­sə­tin­də­ki stra­te­g­iy­a­sı: Bir­ləş­miş Ştat­lar və qüvvə­lər ba­lan­sı" ki­ta­bın­da­kı fi­kir­lə­ri­nə nə­zər sal­maq ki­fay­ət­dir. O, hə­lə 1942-ci il­də ya­zıl­mış ki­ta­b­da dey­ir: "ABŞ müba­ri­zə­ni nə­in­ki düşmən­lə­ri, hət­ta müt­tə­fiq­lə­ri üzə­rin­də də qə­lə­bə qa­za­na­na­dək da­vam et­dir­mə­li­dir". Yə­ni Spayk­men, hət­ta müttə­fiq­lər ara­sın­da da, da­im rə­qa­bət və müba­ri­zə­nin get­diy­i­ni id­dia edir. Baş­qa söz­lə, müt­­tə­fiq müna­si­bət­lə­ri heç də tam eti­ba­rı nə­zər­də tut­mur. Ye­ri gəl­miş­kən, ey­ni möv­qe­ni Va­şinq­to­nu mü­da­­fiə edən Böyük Bri­ta­niy­a­nın Baş na­zi­ri De­vid Ke­me­ron da or­taya qo­y­ub. Onun fi­k­rincə, ABŞ və Bri­ta­ni­ya müttə­fiq­lə­ri­ni ter­ror­la müba­ri­zə məq­­sə­di­lə din­ləy­ib.

 

Han­sı əsas­la?! 

Va­şinq­to­nun av­ro­pa­lı müttə­fiq­lə­ri­nə, xüsu­si­lə Al­ma­niy­aya qar­şı  inam­sız­lığı­nın sə­bəb­lə­ri­nin ol­duğu da qeyd edil­mə­li­dir. Ağ Ev Ber­lin­lə Mos­k­va­nın "ku­li­sar­xa­sı" "dil­xoş­luq"ları­na" hər za­man şübhə ilə ya­na­şıb. Üstə­lik, o, Ni­ko­la Sar­ko­zi­nin dövründə Fran­sa­nın da bu oy­un­la­ra qo­şul­duğu­nu düşünürdü.

Bun­dan baş­qa, A.Mer­ke­lin Li­viy­a­da Müəmmar Qəd­da­fi re­ji­mi­nə qar­şı sərt təd­bir­lə­rin görülmə­si­nə cid­di müqa­vi­mət gö­s­tər­mə­si də ABŞ-ın diq­qə­tin­dən yayın­mayıb. Şübhə­siz, Ber­li­nin bu cür ad­dım­la­rı Va­şinq­to­nun na­ra­hat­lığı­nı da­ha da ar­tı­rıb və nə­ticə­də, bu öl­kə rəh­bər­liy­i­nin iz­lə­nil­mə­si pro­se­si da­ha ge­niş vüsət alıb. Üstə­lik, İkinci Dünya müha­ri­bə­sin­dən so­nra Av­ro­pa­nın iq­ti­sa­di cə­hət­dən dir­çəl­mə­sin­də əvəz­siz rol oy­na­maq­la ya­na­şı, həm də ümum-Avro­pa təhlükə­siz­lik si­s­te­mi­nin əsa­sı­nı qoy­ub, bu gü­nə­dək onun qa­ran­tı ki­mi çı­xış edib. Be­lə olan tə­q­­dir­də, əl­bət­tə ki, bu cür oy­un­lar Ame­ri­ka­nın ürəy­incə dey­il. Ola bil­sin, Va­şinq­ton Av­ro­pa qar­şı­sın­da­kı əvəz­siz xid­mət­lə­ri­nə gö­rə, özünü Aİ li­der­lə­ri­nin te­le­fon da­nı­şıq­la­rı­nı din­lə­mək­də haq­lı sayır. Am­ma bu, sa­dəcə eh­ti­mal­dır. Də­qiq olan bir mə­qam­dır - bütün müttə­fiq müna­si­bət­lə­rin­də bir­mə­na­lı ola­raq do­mi­nat­lığın özündə ol­ma­sı­na üstünlük ve­rən Va­şinq­ton heç za­man Av­ro­pa İt­ti­fa­qı­nı bə­ra­bərhüquq­lu, mükəm­məl siy­a­si subyekt say­mayıb. ABŞ Aİ-ni iq­ti­sa­di nə­hə­ng saya bi­lər, am­ma siy­a­si mə­na­da Av­ro­pa Va­şinq­to­nun gözündə cırt­dan­dır. Ma­raq­lı­dır ki, bu və­ziyyət­də Va­şinq­ton yal­nız müda­fiə möv­qeyi tut­mur. Mə­­sə­lən, Kon­qre­sin Nümay­ən­də­lər Pa­la­ta­sı­nın kəş­fiyyat ko­mi­tə­sin­də çı­xış edən mil­li kəş­fiyya­tın di­rek­to­ru C.Klep­per av­ro­pa­lı həm­kar­la­rı­nın da öz növ­bə­lə­rin­də ABŞ hö­ku­mə­ti   ha­q­­da mə­lu­mat yığdıq­la­rı­nı eh­ti­mal edib. MTA-nın di­rek­to­ru K.Alek­san­de­­rin çı­xı­şı­nı isə əsl şok say­maq olar. O, əs­lin­də, in­for­ma­siy­a­la­rın Av­­ro­pa kəş­fiyyat xid­mət­lə­ri tə­rə­fin­dən top­la­nıl­dığı­nı və son­da top­la­nıl­mış mə­­lu­mat­la­rın ABŞ-la pay­la­şıl­dığı­nı bil­di­rib. Bir söz­lə, iki kəş­fiyyat xid­mə­ti rəh­bər­lə­ri­nin söz­lə­rin­dən be­lə çı­xıb ki, dünya­da bu­na im­ka­nı olan və tən­bəl­lik et­məy­ən hər bir döv­lət kim­lə­ri isə iz­ləy­ir, on­la­rın da­nı­şıq­la­rı­nı din­ləy­ir. Sa­dəcə, bu­nu da­ha uğur­la həy­a­ta ke­çi­rən Ame­ri­kaya hə­səd apa­rı­lır.

Bə­zi Qərb ana­li­tik­lə­ri­nin fi­kir­lə­ri də ki­fay­ət qə­dər ma­raq­lı­dır. On­lar he­sab edir­lər ki, ha­zır­da ya­ran­mış və­ziyyət­dən is­ti­fa­də et­məyə ça­lı­şan ay­rı-ay­rı Av­ro­pa öl­kə­lə­ri ABŞ-ın ca­sus­luq sa­hə­sin­də­ki fə­a­liyyə­ti­nə "so­xu­la­raq", on­dan bəh­rə­lən­məyə ça­­lı­şır. Mə­sə­lən, NATO-nun Av­ro­pa­dan olan üzvlə­ri ha­zır­da beş ing­i­li­s­dil­li öl­kə - ABŞ, İng­il­tə­rə, Ka­na­da, Av­stra­liya və Ye­ni Ze­lan­diy­a­nın yer al­dığı, "beş göz" ad­lan­dı­rı­lan dar kəş­­fiyyat da­i­rə­si­nə da­xil ol­mağa ça­lı­şır­lar. Bu qru­pun pak­tı­na gö­rə, onun iş­­ti­rak­çı­la­rı bir-bir­lə­ri­nə qar­şı ca­sus­luq fə­a­liyyə­ti həy­a­ta ke­çir­mir və "ən cid­di sir­lə­ri" be­lə, bir-bi­ri ilə bölü­şürlər.

Bu­nun­la ya­na­şı, Ame­ri­ka­nın "Google" və ya "Yahoo" ki­mi şir­kət­lə­rin­dən Av­ro­pa qa­nun­la­rı­na ta­be ol­ma­la­rı­nı tə­ləb et­məyə ha­zır­la­şır­lar. On­lar əks tə­q­dir­də, bu qu­rum­la­ra külli mi­q­dar­da cə­ri­mə­lər tət­biq et­mək niyyə­tin­də­dir­lər. Odur ki, in­for­ma­siya mə­ka­nın­da to­tal din­lə­mə­lər və iz­lə­mə­lər­lə bağlı bey­nəl­xalq qal­ma­qa­lın növ­bə­ti "ku­li­sar­xa­sı" si­y­a­si söv­də­ləş­mə ilə bi­təcəyi və ya­vaş-ya­vaş "unu­du­lacağı" is­tis­na dey­il.



MƏSLƏHƏT GÖR:

613