26 Dekabr 2024

Cümə axşamı, 18:19

SU DAVASI

Qonşularla həll edilməmiş münaqişələr ucbatından Ermənistan enerji böhranı ilə üzləşə bilər

Müəllif:

19.11.2013

Ermə­ni­s­tan­da bu ayın əv­vəl­lə­rin­də İran­dan alı­nan elek­tri­kin kə­sil­mə­si sə­bə­biy­lə qı­samüddət­li bir ener­ji böh­ra­nı ya­şa­nıb. Gümrü və Va­nad­zor şə­hər­lə­ri ilə bir­lik­də İrə­va­nın 70 fa­i­zi  noy­a­b­rın 2-də elek­trik ener­ji­siz qa­lıb və bu və­ziyyət hö­ku­mə­tin ener­ji siy­a­sə­ti­nin müza­ki­rəyə çıx­ma­sı­na sə­bəb olub.

Nor­mal şə­ra­it­də Er­mə­ni­s­ta­nın elek­trik ener­ji­si­nə tə­lə­ba­tı­nın 35 fa­i­zi Met­sa­mor atom elek­trik stan­siy­a­sı­nın he­sa­bı­na tə­min olu­nur, la­kin İran­dan ener­ji ve­ri­li­şi­nin day­an­dı­rıl­ma­sı stan­siy­a­da tə­mir iş­lə­ri ilə üst-üstə düşdüyündən pay­taxt çox çə­tin və­ziyyət­lə üz-üzə qa­lıb. Er­mə­ni­s­tan Ener­ji və Tə­bii Sər­vət­lər Na­zir­liyi ver­diyi açıq­la­ma­da sentya­b­rın 22-də stan­siy­a­da baş­lay­an tə­mir iş­lə­ri­nin noy­abr ayı­nın so­nun­da bi­təcəy­i­ni və bu müddət ər­zin­də elek­trik eh­tiy­acı­nın İran­dan qar­şı­la­nacağı­nı bil­di­rib.

İran­dan elek­trik təchi­za­tı­nın qı­samüddət­li kə­sil­mə­si­nin sə­bə­bi isə xət­lər­də apa­rı­lan tə­mir iş­lə­ri ilə əla­qə­lən­di­ri­lib.  Ene­rg­e­ti­ka na­zi­ri Ar­men Mo­v­sisyan mö­vcud xət­tin köh­nəl­diy­i­ni və ən ya­xın vaxtda ye­ni­lən­mə­si la­zım ol­duğu­nu dey­ib. Bu ara­da son ay­lar ya­şa­nan tə­bii qaz və elek­trik ener­ji­si böh­ran­la­rı nə­ticə­sin­də Er­mə­ni­s­ta­nın qey­ri-hö­ku­mət təş­ki­lat­la­rı al­ter­na­tiv ener­ji mən­bə­lə­ri ax­ta­rı­şı­na çı­xıb­lar.

Or­tamüddət­li per­spek­tiv­də öl­kə­nin ener­ji tə­lə­ba­tı­nın öz eh­tiy­at­la­rı he­sa­bı­na ödə­nil­mə­si­nə tə­rəf­dar olan siy­a­sət­çi­lər isə su mən­bə­lə­rin­dən is­ti­fa­də üçün tə­şəbbüs gö­s­tə­ril­mə­si­ni la­zım bi­lir­lər. Bu tək­lif öl­kə­nin Ru­siya və İran­dan ası­lı­lığı­nı azal­tmağa he­sab­lan­dığı üçün icti­ma­iyyət­dən da cid­di də­s­tək gör­mək­də­dir. Ha­zır­da Er­mə­ni­s­tan­da­kı mö­vcud çay­lar və su eh­tiy­at­la­rı təd­qiq edi­lir.

Bu gün Er­mə­ni­s­tan 10-a ya­xın su elek­trik stan­siy­a­sı­na ma­lik­dir və bu stan­siy­a­lar say­ə­sin­də öl­kə­da­xi­li elek­trik ener­ji­si is­teh­sa­lı­nın yüzdə 33 fa­i­zi­ni özü tə­min et­mək­də­dir. Ener­ji sa­hə­sin­də da­ha çox sə­mə­rə əl­də et­mək is­təy­ən İrə­van, İran­la bu sa­hə­də  əmək­daş­lığı in­ki­şaf et­dir­mək­də­dir. Er­mə­ni­s­tan­la İra­nın müştə­rək tə­şəbbüsü  olan Meh­ri su elek­trik stan­siy­a­sı­nın lay­i­hə­si də bu əmək­daş­lığın əhə­miyyət­li bir par­ça­sı­dır. 2016-cı il­də ta­mam­lan­ma­sı göz­lə­ni­lən və 350 milyon dol­la­ra ba­şa gə­lən lay­i­hə­nin ma­liyyə spon­so­ru İran­dır. Bu­nun­la be­lə, lay­i­hə Araz çayı əra­zi­sin­dən axan Azər­bayca­nın kə­s­kin eti­ra­zı ilə üzləş­mək­də­dir. Ba­kı Azər­bayca­nın işğ­al olun­muş əra­zi­lə­rin­dən öz qo­şun­la­rı­nı ge­ri çək­məy­ə­nə qə­dər, Er­mə­ni­s­tan­la hər han­sı re­g­i­o­nal əmək­daş­lığı is­tis­na edir. Bun­dan baş­qa, Er­mə­ni­s­tan hə­lə də "Trans­sər­həd su­lar haq­qın­da" Bey­nəl­xalq Kon­ven­siy­aya qo­şul­mayıb və bey­nəl­xalq nor­ma­la­ra zidd ola­raq  su eh­tiy­at­la­rı­na ne­qa­tiv tə­si­ri­ni da­vam et­di­rir. 

Qər­bdə­ki Ar­pa­çay su an­ba­rı və Araz çayı­nın qərb his­sə­si də Er­mə­ni­s­tan üçün çox böyük əhə­miyyət da­şı­ma­q­da­dır. Ancaq bu mən­bə­lər  müna­qi­şə­li əra­zi­lər­də ol­duq­la­rı üçün bu­raya la­zı­mi in­ve­s­ti­siy­a­la­rın ya­tı­rıl­ma­sın­dan söh­bət ge­də bil­məz.

Öl­kə­nin qər­bin­də­ki  ki­çik elek­trik stan­siy­a­la­rı­nı bir­tə­hər ma­liyyə­ləş­di­rən Er­mə­ni­s­tan, da­ha bir re­g­i­o­nal tə­şəbbüsdə - Gürcüstan sər­hə­di ya­xın­lığın­da axan De­bed çayı üzə­rin­də həy­a­ta ke­çi­ri­lən lay­i­hə­də də iş­ti­rak edə bil­mir. Bu lay­i­hə iki öl­kə­nin su eh­tiy­at­la­rı­nın is­ti­fa­də­si ilə bağlı həll olun­ma­mış mə­sə­lə­lər ucba­tın­dan lə­ng­i­mək­də­dir.

Di­g­ər tə­rəf­dən 1970-ci il­lər­dən bə­ri fə­a­liyyət gö­s­tə­rən və qə­za­lı və­ziyyət­də olan Met­sa­mor AES öl­kə­nin, təx­mi­nən, 40%-lik  elek­trik tə­mi­na­tı­nı ödəyə bi­lir. 1988-ci il­də Spi­tak baş ver­miş zəl­zə­lə nə­ticə­sin­də böyük ziy­an görmüş və ha­zır­da ət­raf mühi­tə böyük təhlükə tö­rə­dən stan­siy­a­nın bağla­nıl­ma­sı və re­g­i­o­na zə­rər vur­ma­ma­sı üçün qon­şu döv­lət­lər böyük səy gö­s­tər­məkdə­dir­lər. Mə­sə­lə Av­ro­pa İt­ti­fa­qı­nın da gündə­liy­in­də yer alıb və Er­mə­ni­s­ta­na stan­siy­a­nın 2016-cı ilə qə­dər bağla­nıl­ma­sı ba­rə­bə xə­bər­dar­lıq­lar edi­lib. Ancaq bütün xə­bər­dar­lıq­la­ra bax­may­a­raq, İrə­va­nın stan­siy­a­nı is­ti­s­mar et­mək­də is­rar­lı ol­mas­lı və­ziyyə­ti da­ha da qə­liz­ləş­di­rir. Er­mə­ni rə­s­mi­lə­ri bu stan­siy­a­nın böyük təhlükə ol­duğu­nu qə­bul et­mək­lə bə­ra­bər, öl­kə­nin ener­ji eh­tiy­acı­nı tə­min edəcək baş­qa al­ter­na­ti­vin ol­ma­dığı üçün stan­siy­a­nın la­zım ol­duğu­nu bil­di­rir­lər. Met­sa­mor bağla­nacağı hal­da Er­mə­ni­s­ta­nın ener­ji eh­tiy­acı­nın han­sı yol­la qar­şı­la­nacağı mə­sə­lə­si isə müxa­li­fət­lə iq­ti­dar ara­sın­da olan zid­diyyət­lə­ri bir az da də­rin­ləş­di­rir. Müxtə­lif mütə­xəs­sis­lə­rin rəy­i­nə gö­rə, Er­mə­ni­s­ta­nın su mən­bə­lə­rin­dən olan ası­lı­lığı qar­şı­da­kı il­lər­də da­ha da ar­taca­q­dır.

 Er­mə­ni­s­tan 2013-ci il­də tə­bii qaz böh­ra­nı ya­şayıb və bu böh­ran öl­kə­də­ki di­g­ər ener­ji is­teh­sa­lı sa­hə­lə­ri­nə bir­ba­şa tə­sir edib. İrə­van­da yax­şı ba­şa düşürlər ki, elek­trik stan­siy­a­la­rı­nı iş­lət­mək və əkin sa­hə­lə­ri­ni su­var­maq üçün su eh­tiy­at­la­rın­dan da­ha ak­tiv is­ti­fa­də olun­ma­lı­dır. La­kin bu­nun üçün is­teh­sal güclə­ri­nin aşağı ol­ma­sı və bö­lg­ə­də ener­ji sa­hə­sin­də tə­rəf­da­şı­nın ol­ma­ma­sı nə­ticə­sin­də öl­kə böyük da­xi­li siy­a­sı prob­lem­lər için­də­dir. Er­mə­ni­s­tan­da qaz böh­ra­nı Türkiyə rə­s­mi­lə­ri­nin bu öl­kə­nin sər­hə­di­nin cə­mi 2 ki­lo­metrliy­in­də, İğdır şə­hə­ri ya­xın­lığın­da, Araz çayı üzə­rin­də ye­ni bir bənd sa­lı­nacağı ba­rə­də bəy­a­na­tı ilə tam üst-üstə düşüb. Özü də Türkiyə tə­rə­fi eti­raf edib ki, bu obyekt Er­mə­ni­s­ta­nın Ara­zın su eh­tiy­at­la­rın­dan is­ti­fa­də­si­ni məh­dud­laş­dı­racaq. Bu isə İrə­van­da güclü na­ra­zı­lığa sə­bəb olub. İs­tər bu lay­i­hə­də,  is­tər­sə Ar­pa­çay üzə­rin­də­ki heç bir su­var­ma və bənd lay­i­­hə­sin­də iş­ti­rak edə bil­məy­ən Er­mə­ni­s­ta­nın, üstə­lik, Türkiyə ilə mü­na­si­bət­lə­ri yax­şı­laş­dı­ra bil­mə­mə­si müxa­li­fət tə­rə­fin­dən iq­ti­da­ra qar­şı is­­ti­fa­də edi­lən bir ar­qu­men­tə çe­v­ri­lib. Prob­lem­lə­rin gü­zəş­tli həll yol­la­rı­nı in­kar edən Er­mə­ni­s­tan rəh­bər­liyi isə Türkiyə tə­rə­fi­ni Er­mə­ni­s­ta­na su em­bar­qo­su tət­biq et­mək­də gü­nah­lan­dı­rır.

Di­g­ər tə­rəf­dən Sər­sə­ng su an­ba­rıy­la bağlı acı­nacaq­lı və­ziyyət də gündə­lik­də qal­ma­q­da­dır. Obyekt Er­mə­ni­s­tan tə­rə­fin­dən işğ­al olun­muş Dağlıq Qa­ra­bağ əra­zi­sin­də yer­lə­şir. Qon­dar­ma  Dağlıq Qa­ra­bağ re­ji­mi 2013-cü ilin av­qu­s­tun­da Sər­sə­ng su an­ba­rı­nın Azər­baycan­la bir­lik­də is­ti­s­­ma­rı­nı tək­lif edib. La­kin tə­bii ki, Ba­kı er­mə­ni se­pa­rat­çı­la­rı­nın müraci­ə­ti­nə əhə­miyyət ver­məy­ib. Çünki Azər­bayca­nın Er­mə­ni­s­tan ilə hər han­sı bir ener­ji mə­sə­lə­sin­də müştə­rək hə­rə­kət et­məyə eh­tiy­acı yox­dur.

Ümu­mi su eh­tiy­at­la­rı­nın is­ti­fa­də­si möv­zu­sun­da Azər­baycan­la ey­ni möv­qeyə sa­hib olan Türkiy­ə­nin də Er­mə­ni­s­ta­nı ya­xın za­man­lar­da hər han­sı bir ener­ji lay­i­hə­si­nə da­xil et­mə­si mümkün görünmür.

Be­lə­lik­lə, Dağlıq Qa­ra­bağ müna­qi­şə­si nə­ticə­sin­də qon­şu­la­rı tə­rəf­dən Er­mə­ni­s­ta­na qar­şı həy­a­ta ke­çi­ri­lən "ener­ji em­bar­qo"su bu öl­kə­nin iq­ti­sa­di və eləcə də siy­a­si və­ziyyə­ti­nə mən­fi tə­sir et­mək­də da­vam edir.

Və nə qə­dər ki, Er­mə­ni­s­tan öz qon­şu­la­rı­na qar­şı təcavüzkar siy­a­sə­ti­ni da­vam et­di­rir İrə­van­la trans­sər­həd su eh­tiy­at­la­rı­nın müştə­rək is­ti­fa­də­si mümkün görünmür.



MƏSLƏHƏT GÖR:

970