Müəllif: İlkin ƏHMƏDOV Bakı
Böhran və böhrandansonrakı müddətdəki şərtlərdə maliyyə bazarı iştirakçıları və onların müştəri bazaları arasında qarşılıqlı etimadın zəifləməsi baş verir. Nəticədə, maliyyə-bank sisteminin əməkdaşlığının dərinləşdirilməsinin zəruriliyi yaranır. Bununla bağlı olaraq müxtəlif ölkələrin bank nümayəndələrinin vaxtaşırı görüşləri son dərəcə önəmli əhəmiyyətə malikdir. Bu günlərdə Bakıda keçirilən MDB-nin Maliyyə-Bank Şurası tərəfindən Azərbaycan Beynəlxalq Bankı və MDB-nin İcraiyyə Komitəsinin dəstəyi ilə MDB ölkələrinin VI Bakı Beynəlxalq Bank Konfransı zamanı bu amillər növbəti dəfə sübut olundu. Demək lazımdır ki, tədbir Azərbaycan Mərkəzi Bankının yerli bankların kapitallaşma üzrə tələbləri 50 mln manata çatdırılmasına dair möhlətin verilməsi haqda qərarın elan olunması və bunun ardından bank ictimaiyyəti tərəfindən fəal şəkildə müzakirə edilməsi müddətində baş verdi. Azərbaycanın bank sektorunda bu vəziyyət, həmçinin yuxarıda qeyd olunan forumda da müzakirə obyekti olub.
"R+"a müsahibəsində MDB Maliyyə-Bank Şurasının Koordinasiya Şurasının sədri Anatoli Kazakov bu məsələ, eləcə də bank ictimaiyyəti üçün mühüm olan məqamlarla bağlı fikirlərini oxucularımızla bölüşüb.
- Siz Azərbaycanda bank sektorunun vəziyyətini necə qiymətləndirirsiniz, AMB-nin bankların kapitallaşma üzrə meyarları yerinə yetirmə müddətinin artırılmasına dair qərarı nöqteyi-nəzərindən, bazarın inkişafına dair proqnozlar necədir?
- Azərbaycanın bank sektoru son dərəcə inkişaf edib və MDB ölkələri arasında ən sabit sahələrdən biridir. Bunu böhran da kifa- yət qədər açıq göstərdi. Lakin eyni zamanda bank sistemi çox sürətlə inkişaf edir, öz aktivlərini genişləndirir, təbii ki, risklər də artır. Ona görə də biz qanunvericilik nöqteyi-nəzərindən də, sistemin unifikasiya olunmasına çalışırıq. Deyək ki, Azərbaycanın da, Rusiyanın da bank sistemində problemli kreditlərin payının yüksək olması müşahidə olunur. Digər tərəfdən, yaxşı borc alanlar uğrunda böyük mübarizə gedir. Bunu Ukraynada da müşahidə etmək olar.
Mərkəzi Bankın minimum tələbinə gəldikdə isə qeyd etmək istərdim ki, təyin olunmuş planka yüksəkdir. Məsələn, Rusiyada hədd 6 mln dollar təyin olunub və biz bu məsələlərə yumşaq davranırıq. Biz bu cür kəskin "baltalamırıq", çünki bu tapşırığın öhdəsindən gəlmək banklar üçün çox çətindir.
Mənim proqnozlarıma görə, Azərbaycanda az da olsa, bankların sayı yenə də azalacaq. Normativi yerinə yetirə bilməyən bankların bir hissəsi satılacaq: görünür, xarici kapital daxil olacaq - Qərbi və ya MDB. Məsələn, Rusiya Kənd Təsərrüfatı Bankı ("Rosselxozbank") bu vəziyyətdən istifadə edə bilərdi.
Lakin ümumilikdə qeyd edim ki, Azərbaycan Mərkəzi Bankının nəzarət fəaliyyətini olduqca yüksək effektli qiymətləndirirəm. Bunu Azərbaycan Beynəlxalq Bankı kimi bankların nailiyyətləri əsasında da müşahidə etmək olar.
- Siz MDB məkanında ödəniş sisteminin yaradılmasına dair maraqlı fikir ifadə etdiniz. Bu sistemin yaradılması hansı məqsəd güdür?
- MDB məkanında "Master Card"a bənzər bizə məxsus ödəniş sistemi lazımdır. Lakin hələlik belə bir sistemin yaradılmasına nail olmaq olmur. Çünki bu bazarda oyunçular, həqiqətən, çox ciddidirlər. Böhrandan çıxsaq da, durğunluq prosesi hələ də davam edir. Özümüzün daxili MDB bazarına girməliyik, bizdə olan inteqrasiya üstünlüklərindən istifadə etməliyik: qarşılıqlı tamamlanma, şəbəkələşmə və iqtisadiyyatımızın qarşılıqlı asılılığı.
Sirr deyil ki, iqtisadiyyatımız Qərb ölkələrinin iqtisadiyyatından daha çox bir-birindən asılıdır. Daxili bazarımızı inkişaf etdirməyə məcburuq, başqa çıxış yolumuz yoxdur. Həmçinin bank sistemləri, istiqraz vərəqələri bazarı, birjaların yaxınlaşması da zəruridir. Bütün istiqamətlər üzrə böyük perspektivlər mövcuddur. Öz ödəniş sisteminin yaradılması istənilən böhran kolliziyalarından qorunmağa imkan verəcək, işə sabitlik gətirəcək.
- Siz hər zaman İslam bankçılığının inkişafının fəal tərəfdarı olmusunuz. Bundanəvvəlki konfransların birində hətta işçi qrupu yaradıldı, buraya həmin sahə ilə bağlı mütəxəssislər də daxil edildi. Bu gün hər hansı bir praktiki nəticələr varmı?
- İşçi qrupu aktiv fəaliyyətini davam etdirir. İslam bankçılığı Qazaxıstan, Azərbaycan, Tatarıstanda pis uyğunlaşmayıb. Layihələr çərçivəsində maliyyə resursları cəlb olunur, hərçənd bu, hələlik böyük pullar deyil. Biz Rusiyada İslam bankının yaradılması haqda düşünürdük, lakin bu gün bu addımı atmaq üçün bir sıra qanunverici prosedurlar buna imkan vermir. Bu məsələni ölkənin yuxarı rəhbərliyi ilə həll etmək lazımdır. Bu bank təkcə Rusiya bankı olmayacaq, MDB ölkələrini də əhatə edəcək. Ərəb həmkarlarımız ilə birgə əməkdaşlıq sayəsində yaradılacaq. Hələlik biz öyrənirik, Azərbaycan Beynəlxalq Bankı və Qazaxıstan banklarının təcrübəsini izləyirik, bundan sonra həmin təcrübəni özümüzdə tətbiq etmək niyyətindəyik.
Əminəmki, İslambankçılığınınirəliləməsinidəstəkləməkzəruridir, qanunvericiliyə dəyişiklikləretməksondərəcə vacidir. "Uzun pullar" (iqtisadiyyatda istifadə olunan ifadə, məs:, uzunmüddətli investisiya - red.) Azərbaycan iqtisadiyyatına çox lazımdır. Enerji resurslarının satışından əldə olunan böyük gəlirlərə baxmayaraq, Rusiyada da olduğu kimi, fürsətdən istifadə edərək, pullar var ikən iqtisadiyyatın diversifikasiya olunmasını davam etmək və innovasiya relslərinə keçmək zəruridir. İslam pulları, kobud desək, "uzun"dur və bu mənada onların alternativi yoxdur.
- Yeri gəlmişkən, siz həmçinin Xəzəryanı ölkələrin İslam bankının yaradılmasını da təklif etmişdiniz. Bu prosesdə hər hansı bir irəliləyiş varmı?
- Fikrimcə, bu çox maraqlı la- yihədir. Lakin eyni zamanda, onu region ölkələrinin rəhbərləri də müzakirə etməlidirlər. Siyasətçilər razılığa gələrlərsə, biz - bankirlər bu layihəni reallaşdırarıq. Bu bank Xəzər regionu ölkələrinin inkişafına çox böyük töhfələr verərdi. Onun mərkəzi ofisinin Bakıda yerləşməsi də pis olmazdı, çünki Bakı Cənubi Qafqazın mərkəzidir. Azərbaycan çox inkişaf edir və bir çox mövqelərdə real liderə çevrilir. Bu məsələyə biz hələ qayıdacağıq.
- Artıq müəyyən müddətdir ki, Azərbaycanda ixtisaslaşmış aqrar bankın yaradılması haqda şayiələr gəzir. Rusiya Kənd Təsərrüfatı Bankı ("Rosselxozbank") bu layihədə iştirak edə bilərmi?
- Bu məsələ ilə bağlı heç bir məlumatım yoxdur. Amma niyə də yox? "Rosselxozbank" çox güclü oyunçudur. Heç kimə sirr deyil ki, Azərbaycan meyvələrinin böyük həcmi Rusiyaya ixrac olunur. Bu həcmin artmasına yardım edəcək alətlər lazımdır. Bu nöqteyi-nəzərdən "Rosselxozbank"ın iştirakı ilə aqrar bankın yaradılması prosesə stimul verə bilərdi. Yeri gəlmişkən, mən ancaq Azərbaycan tərəvəzlərini yeyirəm...
MƏSLƏHƏT GÖR: