14 Mart 2025

Cümə, 21:45

YENİ "QAZ MÜHARİBƏSİ" GÖZLƏNİLİRMİ?

Ukrayna yeni böhranlardan xilas yolunu Azərbaycanda axtarır

Müəllif:

26.11.2013

Avro­pa­nın al­ter­na­tiv qaz mən­bə­lə­ri­nə eh­tiy­acı­nın ol­duğu çox­dan mə­lum­dur. O da bəl­li­dir ki, Ru­siya qa­zı­na əsas al­ter­na­tiv Xə­zər re­g­i­o­nu­na məx­sus "ma­vi ya­nacaq"dır. Hə­lə­lik, bu iş­də əsas tə­darükçü ro­lu­nu Trans­ana­do­lu bo­ru xət­ti (TANAP) lay­i­hə­si­nin tə­şəbbüska­rı olan Azər­baycan öz üzə­ri­nə götürüb. Azər­baycan qa­zı bu bo­ru xət­ti va­si­tə­si­lə Türkiy­ə­nin şərq sər­həd­lə­rin­dən qərb sər­həd­lə­ri­nə, ora­dan isə Trans­ad­ri­a­tik qaz kə­mə­ri  ilə (TAP) Yu­na­nı­s­ta­na, İta­liy­aya, so­n­ra­dan da Bol­qa­rı­s­ta­na nəql olu­nacaq. İl­kin mər­hə­lə­də il­də 10 mil­yard kub­metr qa­zın nəq­li nə­zər­də tu­tu­lub. Bu­nun­la əla­qə­dar ola­raq, ar­tıq bir sı­ra şir­kət­lər­lə müqa­vi­lə­lər im­za­la­nıb.

Am­ma Azər­baycan qa­zı­na, ey­ni za­man­da, onun Qər­bə nəq­li lay­i­hə­lə­ri­nə ma­raq gö­s­tə­rən­lər heç də ha­zır­da bu lay­i­hə­lər­də iş­ti­rak edən öl­kə­lər­lə məh­dud­laş­mır. Azər­baycan Pre­zi­den­ti İl­ham Əliy­e­vin Uk­ray­naya bu ya­xın­lar­da et­diyi sə­fər bu­nu bir da­ha tə­s­diq­ləy­ib. Qeyd edək ki, sə­fər za­ma­nı əsas diq­qət iki öl­kə ara­sın­da məhz ener­ji sa­hə­sin­də əmək­­daş­lığa yö­nəl­di­lib.

"Ener­ji sa­hə­sin­də əmək­daş­lıq pri­o­­ri­tet mə­sə­lə­lər­dən bi­ri­dir. Bi­zim öl­kə­lə­ri­mi­zin kar­bo­hi­d­ro­g­en­lə­rin Av­­­ro­pa is­ti­qa­mə­tin­də nəq­li mə­sə­lə­sin­də səy­lə­ri bir­ləş­dir­mə­si üçün bütün im­kan­lar var", - deyə Uk­ray­na­nın döv­lət baş­çı­sı Vik­tor Ya­nu­ko­viç Uk­ray­na-Azər­baycan da­nı­şıq­la­rın­dan so­nra bil­di­rib.

O, he­sab edir ki, bu sa­hə­də əmək­daş­lıq Uk­ray­na və Azər­bayca­nın Qa­ra də­niz-Xə­zər də­ni­zi re­g­i­o­nun­da möv­qe­lə­ri­nin möh­kəm­lən­mə­si­nə kö­mək edəcək.

Pre­zi­dent İl­ham Əliy­ev də ya­na­caq-ener­ji mə­sə­lə­lə­ri­nin iki öl­kə­nin müna­si­bət­lə­rin­də hər za­man xü­su­si yer tut­duğu­nu söy­ləy­ib. "Bi­zim fə­al qar­şı­lıq­lı əla­qə sax­laya bi­ləcəy­i­miz is­ti­qa­mət­lər çox­dur. Azər­baycan ener­­ji eh­tiy­at­la­rı­nın is­teh­sal­çı­sı ki­mi, Uk­ray­na isə is­teh­lak­çı­sı və tran­zit öl­kə ki­mi bir sı­ra öl­kə­lə­rin ener­ji təhlükə­siz­liy­i­nin tə­min edil­mə­sin­də mühüm rol oy­nayır­lar. Bu­na gö­rə də Xə­zər və Qa­ra də­niz re­g­i­on­la­rı­nın əmək­daş­lığı, o cümlə­dən ene­rg­e­ti­ka sa­hə­sin­də əmək­daş­lıq məhz bi­zim bi­rgə fə­a­liy­yə­­ti­mi­zin nə­ticə­si­dir. Azər­baycan uzun il­lər­dir ki, öz ener­ji eh­tiy­at­la­rı­nın Qa­ra də­niz, Ara­lıq də­ni­zi ba­zar­la­rı­na və dünya ba­zar­la­rı­na eti­bar­lı nəql olun­­ma­sı­nı və çat­dı­rıl­ma­sı­nı tə­min edir", - deyə İl­ham Əliy­ev bil­di­rib.

Uk­ray­na­nın ener­ji sa­hə­sin­də əmək­­­daş­lığa da­ir möv­qey­i­ni da­ha kon­kret şə­kil­də öl­kə­nin ener­ji və kömür sə­nay­e­si na­zi­ri Edu­ard Sta­vit­ski or­taya qoy­ub: "Biz bu gün Uk­ray­na­nın TANAP lay­i­hə­sin­də iş­ti­ra­kı im­­kan­la­rı­nı nə­zər­dən ke­çi­ri­rik. Biz Uk­ray­na­nın lay­i­hə­də həm in­ve­s­ti­siya ba­­xı­mın­dan, həm bi­zim şir­kət­lə­rin bo­ru is­teh­sa­lı, həm də bi­zim qaz nəq­liyyat şə­bə­kə­miz və Qər­bi Uk­ray­na­da­kı an­bar­la­rı­mız ba­xı­mın­dan iş­ti­ra­kı tək­lif edi­rik", - deyə na­zir qeyd edib. O, Uk­­ray­na­nın müva­fiq tək­li­f­lə­ri Uk­ray­na-Azər­baycan da­nı­şıq­la­rı za­ma­nı səs­lən­dir­diy­i­ni söy­ləy­ib.

Sta­vit­ski he­sab edir ki, bu gün həm Türkmə­ni­s­tan, həm Azər­baycan, Gür­cüstan, Uk­ray­na, həm də Av­ro­pa İt­ti­fa­qı öl­kə­lə­ri söz­üg­e­dən lay­i­hə­nin uğur­­la re­al­laş­dı­rıl­ma­sın­da ma­raq­lı­dır­lar.

"Kom­mer­sant" qə­ze­ti bu bəy­a­nat­lar­dan dər­hal so­nra mümkün ra­zı­laş­ma­nın de­tal­la­rı­nı dərc edib. Uk­ray­nanın Ener­ji Na­zir­liy­i­nin mə­lu­ma­tı­na gö­rə, öl­kə lay­i­həyə 800 milyon dol­lar in­ve­s­ti­siya ya­tır­maq­la, Xə­zər re- ­g­i­o­nun­dan Ru­siya qa­zın­dan da­ha ucuz qaz əl­də edə bi­lər.

Kiy­ev TANAP bo­ru kə­mə­ri­nin Bol­­­qa­rı­s­tan­dan Ru­mı­niy­aya ge­dən xət­lə bir­ləş­di­ril­mə­si­ni, da­ha so­nra isə onun "Ananyev-Ti­ra­s­pol-İz­ma­il" bo­ru xət­ti­nə qo­şul­ma­sı­nı tək­lif edir. Ya­ra­dı­lacaq bu dəh­liz il­də 10 milyard kub­metr qa­zın nəq­li­nə im­kan ve­rəcək. "Nə­zə­rə al­saq ki, Azər­baycan qa­zı­nın hər min kub­me­t­ri bu­günkü qiy­mət­lər­lə Uk­ray­naya Ru­siya qa­zın­dan 60-80 dol­lar ucuz ba­şa gə­ləcək, bu in­ve­s­ti­siy­a­nın əvə­zi uzağı, 5 il­dən so­nra çı­xacaq", - deyə na­zir­lik­dən "Kom­mer­sant"a bil­di­rib­lər.

Uk­ray­na üçün al­ter­na­tiv qaz tə­darükü son də­rəcə vaci­b­dir. Av­ro­pa­nın ən iri qaz is­teh­lak­çı­la­rın­dan olan Uk­ray­na ha­zır­da Ru­siy­a­nın "ma­vi ya­nacaq"ın­dan tam ası­lı və­ziyyət­də­dir və Ru­siy­a­dan qa­zı re­g­i­on­da ən ba­ha qiy­mə­tə alan­lar­dan­dır - min kub­me­t­ri 410-450 dol­lar. Hə­lə Ru­siya Se­va­s­to­pol­da­kı Qa­ra də­niz do­nan­ma­sı­nın mö­v­cud­luğu­na gö­rə Uk­ray­naya 100 dol­lar gü­zəşt edir.

Kiy­ev Ru­siy­a­dan al­dığı qa­zın qiy­mə­ti­ni aşağı sal­maq üçün cəh­dlər gö­s­­tər­sə də, heç cür özünü qa­ne edən şər­t­lə­ri ra­zı­laş­dı­ra bil­mir. Hal­bu­ki, "Qaz­prom"un Av­ro­pa­da­kı, de­mək olar ki, bütün tə­rəf­daş­la­rı bu­na na­il olub­lar. Nə­ticə­də, Uk­ray­na qaz is­teh­la­kı­nın azal­dıl­ma­sı, ar­ter­na­tiv ax­ta­rı­şı və da­xi­li ha­si­la­tın ar­tı­rıl­ma­sı kur­su­nu se­çib.

Son bir ne­çə il­də Uk­ray­na­nın qaz is­teh­la­kı­nın həcmi 50% aza­lıb. 2005-ci il­də bu, 75 milyard kub­metr idi­sə, 2012-ci ilin ye­kun­la­rı­na gö­rə, qaz is­teh­la­kı 55 milyard kub­metr təş­kil edib. 2013-cü il­də də, təx­mi­nən, ey­ni gö­s­tə­rici­nin qey­də alı­nacağı göz­lə­ni­lir.

Bu­nun­la ya­na­şı, əg­ər 2005-ci il­də Uk­ray­naya qaz id­xa­lı 60 milyard kub­metr təş­kil edir­di­sə, 2012-ci il­də öl­kə 33 milyard kub­metr "ma­vi ya­nacaq" alıb. Bu il i­sə Kiy­ev 28 milyard kub­metr qaz al­maq niyyə­tin­də­dir. Am­ma id­xa­lın həcmi  ilə bağlı mə­sə­lə ki­fa-y­ət qə­dər müba­hi­sə­li görünür. Ha­zır­da qüvvə­də olan müqa­vi­ləyə əsa­sən, Uk­ray­na il­də 52 milyard kub­metr qaz al­ma­lı­dır. İd­xa­lın 20% azal­dığı­nı nə­zə­rə al­saq, bu rə­qəm 41 milyard kub­­met­rdən az ola bil­məz. Am­ma Uk­­ray­na ar­tıq id­xa­lı cid­di şə­kil­də azal­dıb. "Qaz­prom" ötən ilin so­nu­na Uk­ray­naya qaz kə­s­ri ilə bağlı 7 milyard dol­lar­lıq qə­biz tə­q­dim edib. Kiy­ev isə bu­na əhə­miyyət ver­mir. Ya­ran­mış və­­ziyyət bu il ar­tıq söh­bə­tin 10 milyard dol­lar­lıq kəs­rdən get­mə­si­nə yol aça bi­lər.

Uk­ray­na isə al­ter­na­tiv qaz tə­da­rü­kü mən­bə­lə­ri­nin ax­ta­rı­şı­nı fə­al şə­kil­də da­vam et­di­rir. Bu yer­də Kiy­e­­vin kö­­məy­i­nə Av­ro­pa­da­kı qon­şu­la­rı - Pol­­şa ilə Maca­rı­s­tan gə­lib. Qeyd edək ki, bu öl­kə­lə­ri də tə­bii qaz­la Ru­siya tə­min edir. Pa­ra­doks Uk­ray­na­nın bu öl­kə­lər­dən al­dığı Ru­siya qa­zı­nın ona da­ha ucuz ba­şa gəl­mə­sin­də­dir. Av­ro­pa­dan tə­darük olu­nacaq qa­zın həcmi­nə gə­lincə, bu, o qə­dər də böyük de­y­il - 1,5-2 milyard kub­metr ci­va­rın­da.

Bu­nun­la ya­na­şı, Uk­ray­na­nın Av­ro­pa­nın di­g­ər öl­kə­lə­rin­dən, mə­sə­lən, Slo­va­kiy­a­dan qaz id­xal et­mə­si üçün yax­şı per­spek­tiv­lə­ri var. Bu is­ti­qa­mət Uk­ray­naya il­də 30 milyard kub­me­t­rə­dək qaz nəql olun­ma­sı­na im­kan ve­rir. Uk­ray­na­nın ener­ji və kömür sə­nay­e­si na­zi­ri Edu­ard Sta­vit­ski­nin söz­lə­ri­nə gö­rə, bu dəh­li­zin açıl­ma­sı­na ümid­lər Aİ ilə As­so­si­a­tiv Sa­zi­şin im­za­lan­ma­sıy­la əla­qə­li­dir.

Da­ha bir al­tet­na­tiv tə­darük va­ri­an­tı Ad­ri­a­tik qaz dəh­li­zi­dir. Bu qaz kə­mə­ri Maca­rı­s­tan və Xor­va­tiy­a­nı bir­ləş­di­rir və ha­zır­da onun va­si­tə­si­lə ke­ç­­miş Yu­qos­la­viya re­s­pub­li­ka­sı­na "ma­vi ya­nacaq" nəql olu­nur. Üstə­lik, Ad­ri­a­tik də­ni­zi­nin Xor­va­tiya sa­hil­lə­rin­də­ki Krka ada­sın­da may­e­ləş­di­ril­miş qa­zın qə­bu­lu üçün ter­mi­na­lın in­şa­sı nə­zər­də tu­tu­lub. Bu hal­da qaz bo­ru xət­ti  ilə əks is­ti­qa­mət­də vu­ru­lacaq və bu onun Uk­ray­naya nəq­li­nə im­kan ya­ra­dacaq. Bu va­ri­ant ət­ra­fın­da da­nı­şıq­lar ki­fay­ət qə­dər in­ten­siv ge­dir. Mar­ş­ru­tu Av­ro­pa İt­ti­fa­qı da də­s­­tək­lə-y­ir. Ye­ri gəl­miş­kən, bu va­ri­ant Azər­baycan qa­zı­nın Uk­ray­naya nəq­li ba­xı­mın­dan da ki­fay­ət qə­dər re­al im­kan­lar açır. Azər­bayca­nın plan­la­rın­da on­suz da Trans­ad­ri­a­tik bo­ru xət­ti­nin qo­lu va­si­tə­si­lə Xor­va­tiy­aya qaz nəql et­mək var. Ora­dan isə bu "ma­vi ya­nacaq" Uk­ray­na is­ti­qa­mə­tin­də nəql olu­na bi­lər.

Hə­lə­lik­sə Uk­ray­na ba­ha­lı Ru­siya qa­zı ilə ki­fay­ət­lən­məyə məcbur­dur. O, pa­ra­lel ola­raq bu qa­zın id­xa­lı­nı və is­teh­la­kı­nı azal­dır və da­xi­li is­teh­sa­lı ar­tır­mağa ça­lı­şır.

Qeyd et­mək la­zım­dır ki, Uk­ray­na­nın özündə qaz ha­si­la­tı­nın həcmi ki­fay­ət qə­dər yüksək­dir. Ha­zır­da bu həcm 20-21 milyard kub­me­t­rə ça­tır. Am­ma is­teh­lak həcmi bun­dan da ar­tı­q­dır. Son dövrlər­də şist qa­zı­nın kəş­fiyya­tı və ha­si­la­tı məq­sə­di­lə "Che­v­ron" və "Shell" şir­kə­tləri  ilə müqa­vi­lə im­za­la­nıb. Qeyd edək ki, Uk­ray­na şist qa­zı eh­tiy­a­tı­nın həcmi­nə gö­rə, dünya­da üçüncü yer­də­dir. Kiy­ev Qa­ra də­niz şel­fin­də iş­lə­rə baş­la­nıl­ma­sı is­ti­qa­mə­tin­də "ExxonMobil" şir­kə­ti  ilə də da­nı­şıq­lar apa­rır. Bu da­nı­şıq­lar uğur­lu alı­nacağı tə­q­dir­də, Uk­ray­na hö­­ku­mə­ti qaz ha­si­la­tı­nın həcmi­ni növ­bə­ti 10 il üçün il­də 30 milyard kub­me­t­rə­dək ar­tır­mağı, is­teh­la­kın həcmi­ni azal­tmağı və bu­nun­la da ix­racdan tam ya­xa qur­tar­mağı düşünür.

Uk­ray­na-Ru­siya müna­si­bət­lə­rin­də sa­kit­lik ilə ye­ni "qaz müha­ri­bə­si" ha­q­­da hə­də­lər bir-bi­ri­ni əvəz­lə­mək­də­dir. Bu hə­də­lər əv­vəl­ki il­lər­də "mü­ha­ri­bə"dən əziyyət çək­miş bütün Av­ro­pa­nı dik­sin­di­rir. Hə­min il­lər­də Kiy­ev­­lə Mos­k­va­nın tə­darük olu­nan qa­zın qiy­mə­ti və həcmi  ilə bağlı ra­zı­lığa gə­lə bil­mə­mə­lə­ri Uk­ray­na­nın Av­­ro­­paya "ma­vi ya­nacaq" tran­zi­ti­ni tam day­an­dır­ma­sı ilə nə­ticə­lən­miş­di. So­nuncu "qaz müha­ri­bə­si"nin ye­ku­nu ola­­raq, Uk­ray­na qaz qiy­mət­lə­ri­nin ba­­zar nor­ma­la­rı əsa­sın­da müəyyən­ləş­di­ril­mə­si sxe­mi­nə ke­çib.

Bu müha­ri­bə­lər Av­ro­pa­da ener­ji təhlükə­siz­liy­i­nin tə­mi­ni və al­ter­na­tiv  mən­bə­lə­rin ax­ta­rıl­ma­sı mə­sə­lə­si­ni ak­tu­al­laş­dı­rıb.

Ye­ri gəl­miş­kən, bu ilin so­nun­da tə­rə­f­lər ara­sın­da növ­bə­ti "qaz müha­ri­bə­si" baş­laya bi­lər. Noy­a­b­rın əv­və­lin­də "Qaz­prom" Uk­ray­na­nın "Naf­to­qaz" şir­kə­ti­nin ona 1 milyard dol­lar­dan ar­tıq borcu­nun ol­duğu­nu bəy­an edib. Ru­siya tə­rə­fi­nin id­di­a­sı­na gö­rə, borc av­qust və oktyab­r­da nəql edil­miş qa­za gö­rə yığı­lıb. İn­di "Qaz­prom" Uk­ray­na­nın "ma­vi ya­nacaq"ı yal­nız 100%-lik ödə­niş­dən so­nra sa­ta bi­ləcəyi  ilə hə­də­ləy­ir. "Naf­to­qaz" isə ca­va­bın­da ar­tıq Ru­siy­a­dan qaz alı­şı­nı day­an­dı­rıb və öz an­bar­la­rın­da sax­la­dığı "ma­vi ya­nacaq"dan is­ti­fa­də et­mə­yə baş­layıb. Bu, "Qaz­prom"u qıcıq­­­lan­dı­rır. O, ilin soy­uq ay­la­rın­da Av­ro­paya qaz ix­racı ilə bağlı prob­lem­lər ya­şaya bi­ləcəy­in­dən na­ra­hat­lıq ke­çir­məyə baş­layıb. Bu yer­də Uk­ray­na­nın qaz nəq­li si­s­te­mi­nin xüsu­siyyə­ti­ni ya­da sal­maq la­zım­dır - Av­ro­paya, xüsu­si­lə şax­ta­lı döv­rdə "ma­vi ya­nacaq" qaz an­bar­la­rın­dan ge­dir. Bu yer­də or­taya əsas­lı su­al çı­xır: Uk­ray­na­nın qaz an­bar­la­rı­nı kim dol­dur­ma­lı­dır? "Qaz­prom"da he­sab edir­lər ki, bu, Av­ro­pa­nı qaz­la tə­min edən Uk­ray­na­nın prob­lem­dir. Kiy­ev isə Ru­siy­a­nı mo­no­po­liy­a­da gü­nah­lan­dı­rır.

İs­tə­ni­lən hal­da, hə­lə ki, ye­ni gə­r­g­in­lik­dən qa­çıl­ma­sı mümkün olub - tə­rə­f­lər həm borcun mər­hə­lə­li şə­kil­də ödə­nil­mə­si, həm də tran­zi­tin tə­mi­ni mə­sə­lə­sin­də ra­zı­lığa gə­lib­lər.

Bu­nun­la ya­na­şı, qış hə­lə qar­şı­da­dır və ye­ni "müha­ri­bə" üçün bə­ha­nə axtarmaq is­təyi baş qal­dı­rar­sa, bu­nu tap­maq elə də çə­tin ol­may­acaq. Amma  Ukraynanın  Aİ ilə Assosiativ Sazişin imzalanmasına hazırlıq prosesinin dayandırmasına dair artıq qərar qəbul  etməsini nəzərə alsaq çox güman ki, bu qış Kiyev üçün elə də "soyuq" keçməyəcək.



MƏSLƏHƏT GÖR:

608