24 Noyabr 2024

Bazar, 10:01

HEMABANK KÖMƏYİNİZ OLSUN!

Azərbaycanda kök hüceyrələri bankının yaradılmasına ehtiyac var

Müəllif:

03.12.2013

Qanın yeni hüceyrələrin yaradılmasına şərait yaradan və özündə insan orqanizminə kök hüceyrələrin daxil edilməsini birləşdirən ili-yin transplantasiyası leykoz, limfoza, aplastik anemiya, beta-talassemiya, anadangəlmə maddələr mübadiləsinin pozulması və immun sistemi ilə bağlı (HİV infeksiya, sistematik qırmızı qurdeşənəyi və s. bu kimi) bir sıra xəstəliklərin müalicəsində istifadə olunur.

İliyin transplantasiyası ilə bağlı xəstəliklərin müalicəsi üçün Azərbaycan vətəndaşları xaricə getməyə və əməliyyat üçün böyük vəsaitlər xərcləməyə məcbur olurlar. Eyni zamanda Azərbaycan həkimləri də Türkiyədə, Belarusda və digər ölkələrdə müvafiq ixtisasartırma keçərək, təhsillərini atrırmaqla iliyin köçürülməsi ilə bağlı əməliyyatlar aparmağa alışırlar. Şübhə yoxdur ki, Azərbaycan kimi ölkədə əhalinin sağlamlığına xidmət edən elmtutumlu  texnologiyaların mənimsənilməsinin çoxdan vaxtı yetişib.

 

Əhali üçün bank 

Tibbi nöqteyi-nəzərdən iliyin köçürülməsi çox çətin prosedurdur və özündə bir sıra mərhələləri birləşdirir. Amma bunun əvvəlində münasib donorun axtarışı durur. Donorun və resipiyentin (kök hüceyrələri qəbul edəcək insan) uyğunluğunu müəyyən edən müayinələrin kompleksi böyük önəm daşıyır. Donor rolunda remissiya (xəstəliyin sakitləşməsi və analizlərin normal göstəricilərə malik olması zamanı) dövründə insanın özündən götürülən və lazım olan səviyyədə emal olunan kök hüceyrələr; əgər varsa, eyni yumurtalı əkizdən alınan hüceyrələr və ailə üzvündən alınan hüceyrələr çıxış edə bilər. Lakin bu zaman maksimal uyğunluq olmalıdır, qohumlarla isə bu ehtimal çox da yüksək olmur - bacı və qardaşlarla 25 faizdən çox olmur, digər qohumlarla isə bundan da azdır. Bu mənada donorun kök hüceyrələrin xüsusi, yəni hemabanklarda axtarılması məqsədəuyğun sayılır.  

Bununla da, bu cür strukturun Azərbaycanda yaradılması iliyin köçürülməsində ehtiyacı olan xəstələrin müalicəsində çox vacib və qiymətsiz rol oynayardı. O zaman xaricdə bahalı əməliyyatlara ehtiyac olmazdı. "R+" ilə söhbətində Leykoz Xəstələri Assosiasiyasının rəhbəri Mehriban Bağırova bildirib ki, kök hüceyrələri bankı yaradılmasında əsas arqument ölkə əhalisidir - bankı əhalisi çox olan ərazilərdə yaratmaq məqsədəuyğundur. 

Bununla da, kök hüceyrələr bankının mövcud olması xaricdə müalicə almaq kimi ağır maliyyə yükü daşıyan xəstələrə kömək edərdi və eyni zamanda münasib donorun axtarılmasını sadələşdirərdi.  Həmçinin, ölkədə kök hüceyrələrinin köçürülməsi əməliyyatı zamanı xaricdə tələb olunan materialın alınmasına böyük vəsaitlərin xərcləməsi  də lazım olmazdı. Bu kök hüceyrələri haradan əmələ gəlir? Hər gün Azərbaycanda minlərlə körpə dünyaya gəlir. Həmin zaman körpədə ayrılan və sonra atılan göbəkbağında kök hüceyrələrlə bol qan mövcuddur. Həkim ginekoloq, tibb elmləri namizədi  Lalə İmanovanın sözlərinə görə, göbəkbağının qanını saxlamaq olar, lakin bunun üçün əvvəlcədən hazırlanan şərait, sterillik və xüsusi ixtisaslaşmış kadrlar lazımdır. Bu qan çox aşağı temperaturda saxlanılmalıdır və gələcəkdə götürüldüyü insanın özü ya da yaxınları və qohumları üçün istifadə oluna bilər. Həmin qan, həmçinin digər ehtiyacı olan resipiyentlər üçün də istifadə oluna bilər, amma bunun mümkünlüyü azdır. 

Belə bir qanın saxlama müddəti 15 ildən çox deyil. Bundan əlavə, göbəkbağı qanın ömür boyu  uşağın özünə lazım olacağı mümkünlüyü çox aşağıdır, təxminən, 1400 haldan bir dəfə (təbii ki, uşağın sağlamlığı üçün). Çox güman ki, qan yaxın qohumlardan birinə lazım ola bilər. Göbəkbağı qanından əlavə kök hüceyrə bankı könüllü donorlar hesabına arta bilərdi. Çünki hər sağlam insan istəsə, iliyin donoru ola bilər.  Amma bizdə donorluq praktikası da yoxdur, çünki yığılmış kök hüceyrələrin saxlanılması üçün yer də yoxdur. Ona görə iliyin köçürülməsində ehtiyacı olanlar yalnız qohumlar arasında münasib donorun tapılacağına ümid bəsləməyə məcburdurlar. 

 

Gözlənilmədən 

Təbii ki, kök hüceyrələri bankının yaradılması çox çətin və bahalı işdir. Lakin bu, xərclərini bir neçə ildən sonra çıxardacaq prosesdir. Hələ insanlara faydasından demirik. M. Bağırovanın sözlərinə görə, bu halda yaxın və uzaq xarici ölkələr kimi, Azərbaycana da insanlar müalicəyə gələrdi. Məsələn, məşhur Minsk klinikasının  fəaliyyət göstərdiyi  Belarusda dövlət öz vətəndaşları üçün müalicəni və kök hüceyrələrin transplantasiyasının xərclərini ödəyir, amma müalicəyə gələn xaricilər əməliyyat üçün böyük məbləğ ödəməlidirlər. Bu, yerli vətəndaşların müalicəsini qarşılamağa qismən kömək edir. Bu praktikanı Azərbaycanda da istifadə etmək olardı.

Bir çox digər ölkələrdə xüsusi banklar var ki, orada sütun hüceyrələri saxlanılır. Bu, həm münasib donor axtarışlarını asanlaşdırır və sağlam olmaq şanslarını artırır. Məsələn, İsraildə  iri kök hüceyrələri bankı mövcuddur, bu da Almaniya və Türkiyə ilə yanaşı, xüsusilə onkoloji xəstəliklərin müalicəsi üzrə ən böyük mərkəz  sayılır və bu ölkədə xəstələrin sağ qalması şansı artır.

Azərbaycanda kök  hüceyrələri bankı ilə bağlı sual nəinki açıq olaraq qalmaqdadır, heç qanunvericilik səviyyəsində də qaldırılmayıb. Səhiyyə Nazirliyin mətbuat xidmətindən "R+"a verilən məlumata görə, Azərbaycanda kök hüceyrələrin istifadəsinə icazə yoxdur, çünki bunun üçün müvafiq qanun mövcud deyil.



MƏSLƏHƏT GÖR:

536