24 Noyabr 2024

Bazar, 10:39

MÜSTƏQİLLİYİN BAŞLANĞICI

Azərbaycan ADR-in banilərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyini qeyd edəcək

Müəllif:

03.12.2013

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Demokratik Respublikasının (ADR) banilərindən biri olmuş Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinə dair sərəncam imzalayıb. «Məhəmməd Əmin Rəsulzadə xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərib, siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr verib», - deyə sərəncamda bildirilir.

Rəsulzadənin 130 yaşı 2014-cü ilin yanvarında tamam olur. O, 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində, ruhani ailəsində dünyaya gəlib. Məhəmməd Əminin atası Hacı Ələkbəroğlu axund olub. Amma bu, onun oğlunu dünyəvi məktəbə verməsinə mane olmayıb. Rəsulzadə ibtidai təhsilini ikinci rus-tatar məktəbində alıb. Həmin vaxt məktəbin direktoru istedadlı pedaqoq, dövrünün tanınmış ictimai xadimi Sultan Məcid Qənizadə idi. Daha sonra Məhəmməd Əmin təhsilini texniki məktəbdə (1920-ci ildə məktəbin bazasında Sənaye İnstitutu - sonradan Neft və Kimya İnstitutu yaradılıb - red.) davam etdirib. Lakin məlum olmayan səbəblərdən o, təhsilini başa vura bilməyib. Ola bilsin ki, məktəbi bitirdikdən sonra neft sahəsində texniki işçi işləməkdənsə, siyasi mübarizəyə qatılmaq Rəsulzadənin təbiətinə daha uyğun gəlirmiş. 

 

Çarizm əleyhdarı 

1902-ci ildə Məhəmməd Əmin 18 yaşında ikən "Müsəlman Gənclər Təşkilatı"nı yaradıb. Qeyd edək ki, həmin dövrdə Bakıda azərbaycanlıların nəinki siyasi partiya və ya ictimai təşkilatı, heç xeyriyyə təşkilatı da yox idi. Gənc Məmməd Əminin bu təşəbbüsündə onun xalqının azadlığı uğrunda gələcək mübarizəsinin konturlarını görmək mümkün idi.

1903-cü ildə Rəsulzadənin "Bakıdan məktub" adlı ilk məqaləsi Tiflisdə Məhəmməd Tağı Şaxtaxtinski tərəfindən buraxılan "Şərqi-Rus" adlı Azərbaycan qəzetində çap olunub. Məqalədə o, soydaşlarını öz uşaqlarını dünyəvi məktəblərə verməyə çağırır, bunun uşaqların savadlı, təhsilli böyüməsi üçün vacib olduğunu bildirirdi. M.Ə. Rəsulzadənin siyasi fəaliyyətinin ilk dövrlərində qarşısına çarizmdən qurtulmaq, xalqa azadlıq vermək, xalq hakimiyyəti qurmaq vəzifələrini qoymuş sosial-demokratlara qoşulması heç də təəccüblü deyildi. 1904-cü ildə "Müsəlman Gənclər Təşkilatı"nın Rəsulzadənin başçılıq etdiyi özəyi Zaqafqaziyada ilk müsəlman siyasi təşkilatını yaradıb. "Hümmət" adlanan bu təşkilat "azadlıq yolunda" digər partiyalarla "həmrəy və dostcasına" işləməyə hazır olduğunu bəyan etmişdi. O, müstəqil təşkilat sayılsa da, bolşeviklərin tərəfində idi və Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (RSDFP) Bakı bölməsilə sıx əməkdaşlıq edirdi.

XX əsrin əvvəllərində Bakı bolşeviklərin inqilabi mübarizəsinin əsas mərkəzlərindən biri idi. Hərəkatın əsas dirçəlişi 1905-1907-ci illərdə qeydə alındı. Məhəmməd Əmin Rəsulzadənin SSRİ xalqlarının gələcək "rəhbəri" İosif Stalinlə tanışlığı və birgə fəaliyyəti də bu dövrə təsadüf edir. Yeri gəlmişkən, 1954-cü ildə Rəsulzadənin Türkiyədə dərc olunmuş "Stalin haqqında xatirələr"ində Stalin bəşəriyyət tarixinin mütləq hökmdarı kimi xarakterizə olunurdu.

Birinci rus inqilabından (1905-1907) sonra M.Ə. Rəsulzadənin dünyaya baxışı dəyişdi. Tarixçi A.Bala- yevin dediyi kimi, "Rəsulzadənin si- yasi-ideoloji baxışlarındakı təkamüldə, şübhəsiz ki, əsas rolu onun türkizm ideyaları ilə tanışlığı oynayıb. Bu ideyalar Azərbaycanda həm 1905-1907-ci illərin inqilabi hadisələri, həm də dünyada millətçilik ideologiyasının möhkəmlənməsi tendensiyasının təsirilə geniş yayılmışdı". M.Ə.Rəsulzadənin getdikcə fəallaşan siyasi və publisistik fəaliyyəti ona ciddi nəzarət edən gizli çar polisinin nəzərindən qaça bilməzdi. Nəticədə, o, təqibdən yaxa qurtarmaq üçün 1908-ci ilin sonunda Bakını tərk edərək İranda məskən salmalı oldu.

 

Müstəqil Azərbaycan 

Rəsulzadə siyasi fəaliyyətini İranda da davam etdirib. Avropada təhsil almış iranlı ziyalılardan ibarət qrupla birlikdə o, 1910-cu ilin sentyabrında İran Demokrat Partiyasını yaradıb və "İrane Nou" ("Yeni İran") qəzetini buraxmağa başlayıb. Çar Rusiyası Rəsulzadənin İrandakı fəaliyyətini özünün bu ölkəyə təsir imkanları üçün təhlükə sayaraq onun oradan çıxarılmasına nail olur. 1911-ci ilin mayında Məhəmməd Əmin Tehranı İstanbula dəyişmək məcburiyyətində qalır. Bakıya isə o, yalnız 1913-cü ilin fevralında Romanovlar sülaləsinin taxta çıxmasının 300 illiyilə əlaqədar elan edilmiş amnistiyadan sonra qayıda bilir.

Bu vaxtadək Bakıda "Müsavat" partiyası yaradılmışdı. Partiyanın əsasını Rəsulzadənin əmisi oğlu Məhəmməd Əli Rəsulzadə, Bakı Dumasının qlasnısı Tağı Nağıyev və kitab mağazasının sahibi olan Abbasqulu Kazımzadə qoymuşdular. Partiyaya üzv olan Məhəmməd Əmin Rəsulzadə tezliklə onun liderinə çevrildi. Mütəmadi olaraq qəzetlərdə məqalələrlə çıxış edən Rəsulzadə hər kəsi milli şüuru formalaşdırmağa çağırırdı. O, hesab edirdi ki, milli dövlətin yaradılması üçün məhz bu, əsas olmalıdır. "Tamerlanın, Çingizxanın, Makedoniyalı İs-gəndərin və Roma imperatorlarının nümunəsində təcrübə göstərir ki,  dövləti ittifaq qurmaq arzusunu sərbəst şəkildə dilə gətirən qüvvədən başqa heç kəs dövlətə daxil olan ayrı-ayrı millətlər arasında möhkəm birlik yarada bilməz", - deyə o, bildirirdi.

M.Ə.Rəsulzadənin Azərbaycanı müstəqil dövlət kimi görmək arzusu 1918-ci il mayın 28-də gerçəkləşdi. Həmin gün Zaqafqaziya seyminin azərbaycanlı fraksiyası - Rusiya Müəssisələr Məclisinə seçilmiş, lakin bolşeviklər tərəfindən pərən-pərən salınmış 44 deputat müstəqil Azərbaycan Respublikasını elan etdilər. Bundan bir gün əvvəl isə onlar Azərbaycanın Müvəqqəti Milli Şurasını yaratmışdılar. Gizli səsvermə yolu ilə M.Ə.Rəsulzadə onun sədri seçilmişdi.

Tale elə gətirdi ki, Rəsulzadə və silahdaşları arzuladıqları müstəqil Azərbaycanı çox az müddətdə görə bildilər. Azərbaycan Demokratik Respublikası mövcudluğunu cəmi 23 ay qoruya bildi. Bu, müstəqil dövlətin qurulması, möhkəmlənməsi və inkişafı üçün bir göz qırpımıdır.

 

Mühacir 

1920-ci il aprelin 28-də ölkədə çevriliş baş verdi. Demokratik Azərbaycanı bolşevik Azərbaycanı əvəzlədi. ADR liderlərinin həyatına real təhlükə yarandı. Rəsulzadə bir müddət o zamankı Şamaxı qəzasının Lahıc kəndində gizləndi. Lakin hələ müstəqil olan Gürcüstan ərazisinə keçməyə çalışan zaman həbs olunaraq Bakıya gətirildi. Burada onun köməyinə 1905-1907-ci illərdə bolşeviklərlə birgə fəaliyyəti və həmin dövrdə Stalinlə şəxsən dostluq etməsi yetişdi. Stalin Bakı Sovetinin plenumunda iştirak etmək üçün Bakıya gəlmişdi və məhz o, Rəsulzadəni Bayıl həbsxanasından çıxararaq ona Moskvada Millətlər üzrə Komissarlıqda çalışmağı təklif etdi. Həmin dövrdə komissarlığa məhz Stalin rəhbərlik edirdi. Rəsulzadə təkliflə razılaşdı.

M.Ə.Rəsulzadənin özünün etiraf etdiyinə görə, Stalinlə dostluğu ona Moskvada da kömək edib. Amma o, Vətəninin müstəqilliyi ideyası və arzularına xəyanət edə bilməyərək Moskvadan da getməli olub.

Rəsulzadənin mühacir həyatı ağır keçib. Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsini davam etdirən Rəsulzadəni bəzən, hətta dünənədək onunla eyni cür düşünənlər də başa düşmürdülər. Müxtəlif ölkələri dolaşan Məhəmməd Əmin sonda Türkiyədə məskunlaşdı. Onun həyat yoldaşı, iki oğlu və qızı isə Bakıda qalmışdılar. Mühacirətdə olduğu ilk illərdə o, ailəsilə yazışa bilirdi. Lakin onun ailəsini Bakıdan çıxarmaq üçün etdiyi cəhdlərin heç bir nəticəsi olmadı.

30-cu illərin repressiyaları görkəmli siyasətçinin ailəsindən də  yan keçə bilməzdi. Rəsulzadənin böyük oğlu Rəsul Bakıda güllələndi, xanımı Ümbülbanu, 70 yaşlı analığı Maral xanım və uşaqları isə Qazaxıstana sürgün olundular. Maral xanım yolda dünyasını dəyişdi, hə-yat yoldaşı və qızı Lətifə isə sürgündə vəfat etdilər.

Şəkərli diabetdən əziyyət çəkən M.Ə.Rəsulzadə isə 1955-ci il martın 6-da İstanbulda dünyasını dəyişib. Bundan bir il sonra isə onun kiçik oğlu Azər intihar edib.

 

MƏHƏMMƏD ƏMIN RƏSULZADƏNIN İ.V.STALINƏ MƏKTUBUNDAN

 

Möh­tə­rəm Sta­lin! 

Qur­tu­lu­şum do­stla­rım üzə­rin­də xoş bir hey­rət tə­si­ri bu­rax­mış­dır. On­lar, tə­bii, haq­lı­dır­lar. Fəh­lə­lər­dən bir ço­xu müsa­vat­çı ol­duq­la­rı üçün güllə­lən­mə­di­lər­mi? Bu sa­at­lar da­xi­lin­də, adı çə­ki­lən par­tiy­a­nın rə­i­si ol­maq he­sa­bı ilə mə­nim qur­tu­lu­şum bir növ möcüzə imiş. Va­qi­ə­nin tə­ri­fi, bu tə­bi­rə lay­i­q­dir­sə, in­saf tə­ləb edir, qeyd edim ki, bu möcüzə­nin sə­bə­bi-kə­ra­mə­ti Siz­si­niz; çünki ke­ç­miş do­stluğu unut­may­a­raq mə­ni Ba­kı zin­da­nın­dan çı­xar­mağa lüzum gördünüz.

Mos­k­va­da ol­duğum iki il əs­na­sın­da do­stluğu­muz­dan fay­da­lan­dım. Bə­zi məh­ru­miyyət­lə­rə mə­ruz qal­dım­sa da bun­lar hər kə­sin, ümu­miyyət­lə, yüklən­diyi məh­ru­miyyət­lər­dən iba­rət olub, mə­nə aid bir xüsu­siyyə­tə ma­lik dey­il­dir. Ək­si­nə, bə­zən elə olur­du ki, bir sı­ra im­tiy­az­lar­dan be­lə fay­da­la­nır­dım. Bu­nun üçün Si­zə tə­şəkkür edi­rəm.

Mos­k­va­dan ay­rı­lar­kən Si­zin­lə görüşə bil­mə­dim. Çünki Ru­siy­a­nı giz­lincə tərk et­məyə qə­rar ver­miş­dim. Bu hə­rə­kə­tim­də Si­zə qar­şı hör­mət­siz­lik gör­məy­əcəy­i­ni­zə ümid edi­rəm. Sə­fər üçün ica­zə is­tə­mə­dim; işin mən­fi tə­rə­fi­ni müla­hi­zə et­dim. Bəl­kə, Siz ica­zə ver­məz­di­niz; o za­man hər nə cür ol­sa da Ru­siy­a­nı tərk et­mək haq­qın­da­kı qə­ra­rım­dan ta­ma­mi­lə vaz ke­ç­mək la­zım gə­lər­di. Hal­bu­ki bu, mə­nim üçün mümkün olan iş dey­il­di. Çünki bu, özümü rədd et­mək və əbə­di ola­raq tam bir fə­a­liyyət­siz­liyə məh­kum et­mək de­mək idi. Ey­ni za­man­da bu, Ru­si-y­a­da cə­rəy­an edən ha­di­sə­lə­rin və hüsu­lə gəl­mək­də olan ha­lın dil­siz bir müşa­hi­di qal­maq olar­dı.

Ha­zır­da Ru­siy­a­da hüsu­lə gə­lən ha­di­sə­lər isə bun­dan yüz il əv­vəl cə­rəy­an edən ha­di­sə­lər­dən baş­qa bir şey dey­il­dir. Yüz il əv­vəl­də ol­duğu ki­mi in­di də Ru­siya müstəm­lə­kə­lə­ri bir ye­rə top­la­ma­q­­­da­dır.

... Bol­şe­vik par­tiy­a­sı­nın mər­kə­ziyyət­çi ol­duğu­nu bil­diy­im­dən bu par­tiy­a­nın növü özünə­məx­sus bir im­pe­ri­a­list ol­duğu­nu sez­miş və zə­ru­ri bir dəy­i­şik­liyə ke­çə bi­ləcəy­i­ni da­ha əv­vəl söy­lə­miş­dim. Qey­ri-ix­tiy­a­ri müşa­hi­də­çi du­ru­mun­da ol­duğum­dan bu dəy­iş­mə göz­lə­ri­min önündə baş ve­rir­di. Mos­k­va­da ol­duğum iki il ər­zin­də mən Şərq mil­lət­lə­ri­nin və xüsu­si­lə türk el­lə­ri­nin nica­tı­nın yal­nız öz­lə­rin­də, özünü bir mil­lət ki­mi ta­nı­ma­la­rın­dan iba­rət ol­duğu­na qə­ti su­rət­də inan­dım. Bu­nun üçün si­s­te­mi­niz­də mil­lə­tin özünə bəs­lə­diyi bu ina­mın kökündən yox edil­diy­i­ni və mil­li an­la­mı­nın mil­li in­qi­lab an­la­mı­na tə­b­dil edil­diy­i­nə soy­uq­qan­lı ba­xa bil­mir­dim.

Si­zin is­tə­diy­i­niz bu müba­di­lə baş tu­ta bil­məz. Şərq mil­lət­lə­ri kom­mu­nist həy­a­tı ilə dey­il, öz mil­li həy­at­la­rı ilə ya­şa­maq is­təy­ir­lər.

Bu məq­səd­lə də on­lar öz­lə­ri­ni əsir edən qüvvə­lə­rə qar­şı müba­ri­zə apa­rır­lar və bu müba­ri­zə­lə­rin­də on­la­ra yar­dım edə bi­ləcək müttə­fiq­lər ax­ta­rır­lar. Bir za­man on­lar Vil­so­nun prin­sip­lə­ri­nə inan­dı­lar; si­zin şüar­la­rı­nız isə on­la­ra da­ha cəl­be­dici göründü. Fə­qət, hey­hat, Vil­son prin­sip­lə­ri Ver­sal, Tri­a­non və Sevr müqa­vi­lə­lə­ri­nə müncər ol­du­sa, si­zin şüar­la­rı­nız da Uk­ray­na, Tür­küs­tan və Qaf­qa­zın ye­ni­dən is­ti­la­sı ilə nə­ticə­lən­di. Bu­na gö­rə də və­tə­nim Azər­bayca­nın si­zin işğ­al və əsa­rə­ti­ni­zə qar­şı müba­ri­zəyə qəh­­rə­man Türkiy­ə­nin An­tan­taya qar­şı yürütdüyü müca­di­lə qə­dər bir haq­qı var­dır.

Öz siy­a­si əqi­də­mə sa­diq qal­maq­la bə­ra­bər, mən ey­ni za­man­da Si­zin də xey­ir­xa­hı­nız ola­raq qa­lır, şəx­si­ni­zə qar­şı eh­ti­ram his­si bəs­ləy­i­rəm. Nə­ticə­də, mə­nə qar­şı gö­s­tər­diy­i­niz əla­qə­ni heç bir za­man unut­may­acağı­ma inan­­ma­nı­zı xa­hiş ilə Si­zə yax­şı bir xid­mət gö­s­tər­mək fürsə­ti­ni ca­ni-dil­dən tə­mən­ni et­diy­i­mi ərz edi­rəm. 

Ehtirami-tamla: Rəsulzadə Məmməd Əmin. Dekabr 1923 

 

Bu mək­tub vax­ti­lə İs­tan­bul­da çı­xan "Ye­ni Qaf­qa­ziya" də­rg­i­si­nin 23.01.1923-cü il ta­rix­li  5-ci sayın­da nəşr olu­nub.

 



MƏSLƏHƏT GÖR:

546