Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Artıq ikinci il ardıcıl olaraq Azərbaycanın avtomobil bazarı artan tələbat fonunda təklifin dayanıqlı artım tendensiyasını nümayiş etdirir. Bu, prinsipcə, son illər ölkədə müşahidə olunan iqtisadi stabillik və əhalinin gəlirlərinin artması nöqteyi-nəzərindən gözləniləndir. On ayın statistik məlumatlarına əsasən, cari ilin sonuna 2012-ci ildə avtomobil idxalının yığılmış rekord tempini saxlamaq olar.
Qeyd etmək lazımdır ki, ötən on ildə Azərbaycan avtomobil parkının böyüdülməsində az uğurlara nail olmayıb. Belə ki, 2002-ci ildə ölkədə bütün növ avtomobilləin sayı, təxminən, yarım milyon idisə, indi onların sayı 1,2 mln. ədəddir. Hərçənd nəqliyyat vasitələrinin üçdə ikisi paytaxtın payına düşür. Bir sözlə, on ildən bir az müddətə avtopark 2,4 dəfə artıb. İndi Bakının hər min nəfər sakininə 330 "yüngül maşın" düşür və bu göstəriciyə görə ölkə Avropa dövlətlərinə yaxınlaşıb.
Artım stimulu
Son illər ölkədə avtomobilləşdirmədə artım dinamikası qalxma və enmələrə məruz qalıb, lakin axır iki ildə ölkədə əsl avtomobil bumu müşahidə olunur. Bu, inflyasiyanın son dərəcə aşağı səviyyəsini və əhalinin gəlirlərinin real artım templərini nəzərə alsaq, təəccüblü deyil. Belə ki, cari ilin üç rübünün nəticələrinə görə, Azərbaycan əhalisinin gəlirləri 7,6% artaraq, 25, 4 mlrd. manata çatıb. Orta aylıq məvacib isə 417 manat təşkil edərək 7,4% artıb.
Əhalinin alıcılıq qabiliyyətinin stabil artımı yeni avtomobillərin satış dinamikasında daha açıq əks olunur. Həmçinin bu tendensiya keçən il daha nəzərəçarpacaq şəkildə özünü büruzə verdi. Belə ki, 2012-ci ildə Azərbaycana 1,119 mlrd. dollardan artıq məbləğə 101 min avtomobildən artıq maşın idxal olunub. İdxalın əsasını yüngül avtomobillərin gətirilməsi təşkil edib - ümumi də-yəri 760 mln. dollardan çox 89,6 min ədəddən artıq avtomobil.
Bununla da, ötən ilin rekord göstəriciləri, daha müvəffəqiyyətli keçən 2008-ci ilin nəticələrini üstələ-yib. Belə ki, həmin ildə ölkəyə 89 min avtomobil gətirilmişdi. Müqayisə üçün qlobal böhrandan sonrakı bütün illərdə ölkəyə avtomobil idxalının həcmi ardıcıl olaraq azalırdı, 2011-ci ildə isə onların idxalı 30 min ədədə düşdü. Təkcə keçən il, idxal həcminin üç dəfə artımından sonra, uzun çəkən azalma müddəti bitdi.
Aydındır ki, təklifin üç qat artması öz-özünə yarana bilməzdi. Avtomobil salonlarının satışının genişlənməsi ölkədə orta sinfin geniş təbəqəsinin formalaşması hesabına təmin olunub. Yəni sosial statusun dəstəklənməsi üçün ənənəvi təsəvvürlərə görə ailədə ən azı bir avtomobilin olması tələb olunur.
Son illərin bank statistikası bir faktı təsdiq edir: bu gün avtosalonlarda əldə olunan "yüngül avotomobil"lərin üçdə ikisi 3-5 il müddətinə olan kreditlərlə rəsmiləşdirilir. Bu, bu dərəcədə sadə olmayan - bahalı nəqliyyat vasitəsinin möhlətlə alınması qərarının qəbul olunmasını stimullaşdıran ümumi qənaətbəxş iqtisadi vəziyyəti əks etdirir. Bu isə o deməkdir ki, vətəndaşlar iqtisadiyyatın (dörd rübə əsasən artım 10%-dir) qeyri-neft sektorunun uzunmüddətli stabil inkişafına əmindirlər. Bu gün ölkənin əmək qabiliyyətli əhalisinin dörddə üçü qeyri-neft sektorunda çalışır.
Avtomobil bumunu stimullaşdıran aspektlər sırasında 2009-2011-ci illərdə təxirə salınmış tələbat faktoru da mühüm rol oynayıb. Həmin illərdə yeni avtomobillərin satışı nisbətən aşağı səviyyədə idi. Keçən ildən yeni "yüngül avtomobil"lərə göstərilən maraq, həmçinin 2012-ci ildə verilən bəzi qərarlarla da artdı. Belə ki, qəbul edilən qərarda təhlükəsizlik vasitələri ilə təchiz olunmayan və avtomobillərin (əsasən Rusiya istehalı) köhnəlmiş modellərinin idxalının məhdudlaşdırılması və belə maşınların taksi qismində istifadə olunmasının qadağan edilməsi nəzərdə tutulur.
Sonuncu mühüm məqam - nəzərə alsaq ki, ölkədə qeydə alınan 1,2 mln.-dan artıq yüngül maşınların, təxminən, 40%-i köhnə modellərə aid edilir və bir qayda olaraq, aşağı təhlükəsizlik (təhlükəsizlik yastıqları, korpus müdafiəsinin güc düyünləri, ABS və TBS sistemləri və s. ) səviyyəsinə malikdirlər. Bu isə çox vacibdir, belə ki, statistik məlumatlara əsasən, ölümlə və ya ağır zədələrlə sonuclanan qəzaların üçdə ikisindən çoxu aktiv və passiv müdafiə vasitələri ilə təchiz olunmayan avtomobillərin payına düşür. Müdafiənin bütün sistemləri və digər zəruri elementləri ilə təchiz olunan müasir modellərin idxalçıları üçün nə dərəcədə böyük satış bazarlarının açıldığını hesablamaq çətin deyil.
Bonus və endirimlər
Əhalinin sabit ödəniş qabiliyyətli tələbatı ilə dəstəklənən köhnəlmiş avtomobil parkının yenilənməsində obyektiv ehtiyac, cari ildə yenidən ölkənin avtomobil bazarının inkişafının əsas trendi oldu. Dövlət Gömrük Komitəsinin (DGK) cari ilin yanvar-oktyabr aylarına olan məlumatına görə, ölkəyə, təxminən, 84,4 min avtomobil idxal olunub. Təxminən, eyni miqdarda nəqliyyat vasitəsi ötən ilin analoji dövründə də gətirilib. Avtomobillərin və onların ehtiyat hissələrinin ümumi idxalı pul ekvivalentində 1,235 mlrd. dolları ötüb və bu, ötən ilin on ayı ərzində idxalın həcmindən ancaq 1,66% geri qalır.
Cari tendensiyaların saxlanacağı halda ilin sonuna, təxminən, bu sayda avtomobil idxal olunacaq, yəni yerli bazar üçün 2012-ci pik ilində olduğu kimi. Bu proqnozların doğrulacağı yaxın aylarda məlum olacaq.
Artıq bu gün daxili tələbatın və idxalın artması yeni avtomobillər satan yerli avtosalonların pul siyasətinə də son dərəcə pozitiv təsir edib. Böyük ödəmə qabiliyyətli tələbat zamanı avtosalonlar istehsalçılardan bonuslar alaraq, çox sayda avtomobil idxal edirlər. Həmçinin böyük satışlar zamanı avtosalonlar və servis mərkəzlərində tam gücü ilə işləyənlərin saxlanılmasına çəkilən xərclər azalır.
Bu isə öz növbəsində, qiymət endirimi üçün gecikmələr yaradır. Ötən ilin ortalarından populyar Koreya, yapon və amerikan avtomobillərinin yerli distribüterləri potensial müştərilər üçün, eyni zamanda bonus qismində pulsuz sığorta, avtoaksessuarlar və s. təklif edərək, endirim kampaniyaları keçirirlər. Bütün bu proseslər birgə əhalini istehlak artımına cəlb edir.
Diqqətəlayiqdir ki, avtomobil satışlarının stimullaşdırma prosesində pərakəndə satışın ölkənin avtobazarında mühüm katalizator olan kredit təşkilatları sonuncu rolu oynamırlar. 2011-ci ildən avtomobil alışında bank kreditləri şərtlərinin yumşalma tendensiyası açıq şəkildə müşahidə olunur. Belə ki, ölkənin aparıcı avtosalonlarının tərəfdaş bankları ilkin ödənişin həcmini, faiz dərəcələrini azaldıblar və əsas borcun ödənilmə müddətini uzadıblar. Bir sıra hallarda kreditlə avtomobil almaq ilkin ödəniş 10% və illik dərəcə 12% olmaqla beş il müddətinə ödəməklə mümkündür. Lakin hələ üç il bundan öncə eyni vaxtda avtomobilin dəyərinin beş mislinin ödənilməsi zəruri idi, borcun tam ödənilmə müddəti isə bank dərəcəsi 20% olmaqla, 3 illə məhdudlaşırdı.
Bir sıra ekspertlərin fikrincə, avtomobil alınmasına dair bank kreditləşməsi şərtlərinin yumşaldılması bazarın stabil artımını təmin edən uzunmüddətli və sabit trend ola bilər. Gözlənilir ki, gələn ildən ölkədə köhnəlmiş avtoparkın tədricən dəyişilməsinə yönəlmiş növbəti inzibati tədbirlər qəbul ediləcək. Söhbət, əsasən, gələn ilin yanvar ayından yanacaqda yeni "Avro-3" standartına keçiddən gedir. Nəticə olaraq, bu, mühərrikləri həmin parametrlərə cavab verməyən avtomobillərin idxalının mədudlaşmasına təsir göstərəcək.
Üçillik müsbət təcrübəni nəzərə alaraq, bu tədbirin qeyri-effektivliyinə qiymət verməmək olmaz. Belə ki, 2010-cu ilin 1 iyul tarixində ölkədə "Avro-2" ekoloji standart tətbiq olundu. "Avro-2" ölkəyə idxal olunan avtomobillərin yanacaq keyfiyyətini və işlənmiş qazlarda zərərli maddələrin tərkibini nizamlayır. Bu qərar texniki olaraq köhnəlmiş avtomobillərin gətirilməsinin azalmasına səbəb oldu və ikinci bazarda qüvvələrinin yerləşməsini əhəmiyyətli şəkildə dəyişdi. Artıq 2011-ci ilin əvvəlində ölkədə sovet və İran avtosənayesi məhsuluna maraq nəzərəçarpacaq şəkildə azalması müşahidə olundu. Eyni zamanda bu tendensiya investisiya riski dərəcəsinin artmasına görə digər ölkələrin texniki cəhətdən köhnəlmiş modellərinə münasibətdə də davam etdi.
1999-cu ildə Avropa Birliyində hazırlanmış və tətbiq olunmuş "Avro-3" standartı dizel və benzin mühərriki ilə çalışan nəqliyyat vasitələrinin işlənmiş qazlarında zərərli maddələrin tərkibini ciddi şəkildə tənzimləyir. Azərbaycanda yeni standartın tətbiqi ilə postsovet məkanında, Çin, Türkiyə və İranda istehsal olunan avtomobillərin köhnəlmiş modellərinin idxalı qaçılmaz olaraq dayancaq. Və təbii ki, məhdudiyyət mühərrikləri "Avro-3" standartının parametlərinə uyğun olmayan işlənmiş xarici markaların idxalına da toxunacaq. Bununla da, köhnəlmiş modellərin və işlənmiş avtomobillərin ölkəyə gətirilməsinin azaldılması, avtosənayenin müasir məhsullarının gələcək illərə idxalının artırılması üçün katalizator olacaq.
MƏSLƏHƏT GÖR: