26 Dekabr 2024

Cümə axşamı, 20:47

"SONUNCU İMPERATOR"

Qarışıq döyüşün ən güclü təmsilçisi Fyodor Yemelyanenko sirlərini "R+"a açdı

Müəllif:

24.12.2013

Son il­lər dünya­da qa­rı­şıq döyüş növ­lə­ri­nə olan ma­raq get­dikcə ar­tır. Ar­tıq "M-1 Glo­bal"ın də­s­təyi ilə qa­rı­şıq döyüş növ­lə­ri üzrə (MMA) pe­şə­kar döyüşlər ke­çi­ri­lir, dünya çem­pi­on­la­rı müəyyən­ləş­di­ri­lir. Sözsüz ki, MMA in­ki­şaf et­dikcə bir müddət so­nra ye­ni ti­tul­lu id­man­çı­lar üzə çı­xacaq. On­lar ara­sın­da ul­duz isim­lə­rə çe­v­ri­lən ad­lar da ola­caq. Yal­nız Fyodr Ye­melya­nen­ko ki­mi ta­nı­nan id­man­çı ye­ni­dən dünyaya gəl­məy­əcək.

Ye­melya­nen­ko ai­lə­si­nin böyük qar­da­şı Ru­siy­a­nı bütün dünya­da id­man öl­kə­si ki­mi ta­nıt­dı. Sam­bo, cü­do və döyüş sam­bo­suy­la mə­şğ­ul olan Fyodr 4 də­fə dünya, 7 də­fə Ru­siya çem­pi­o­nu olub. "M-Glo­bal", ESPN tə­rə­fin­dən apa­rı­lan so­rğu­da MMA-ın ta­ri­xin­də ən güclü id­man­çı se­çi­lib. Ye­melya­nen­ko­nun ən baş­lı­ca uğu­ru isə karye­ra­sın­da 10 il müd­də­tin­də məğlub ol­ma­ma­sı­dır. 2000-ci ilə qə­dər ke­çir­diyi bütün görüş­lər­də qə­lə­bə qa­za­nan Fyo­d­run ilk məğ­lu­biyyə­ti ya­pon id­man­çı­sı Çu­se­ki Ka­sa­ka ilə görüşdə müba­hi­sə­li şə­kil­də baş ve­rib. Görüşün 17-ci sa­niy­ə­sin­də qa­dağan olan fənd iş­lə­dən ya­pon id­man­çı Ye­melya­nen­ko­nun qa­şı­nı par­t­la­dıb. Bu­na gö­rə də hə­kim­lər görüşü day­an­dır­ma­lı olub. Bu­nun­la be­lə, azar­keş­lər hə­min görüşdə Fyodr Ye­melya­nen­ko­nu qa­lib ki­mi qə­bul edib və ona "so­nuncu im­pe­ra­tor" lə­qə­bi­ni ve­rib.

Ha­zır­da Ru­siya Fe­de­ra­siy­a­sı id­man na­zi­ri­nin müa­vi­ni olan ve­te­ran id­man­çı So­çi Olim­piya Oy­un­la­rı­nın təş­ki­lat ko­mi­tə­sin­də də mə­sul və­zi­fə da­şıyır. Fyodr Ye­melya­nen­ko həm də Ümumdünya MMA As­so­si­a­siy­a­sı­nın fə­x­ri pre­zi­den­ti­dir.

Bu məş­hur id­man­çı pay­tax­tı­mız­da olar­kən onun­la görüşmək fürsə­ti­ni əl­dən ver­mə­dik. Ha­va li­ma­nın­da Fyodr Ye­melya­nen­koya eksklüziv müsa­hi­bə ha­zır­la­maq is­təy­i­mi­zi bil­dir­dik. Fyodr Ye­melya­nen­koy­la söh­bə­ti­miz nə az, nə çox - düz 2 sa­at da­vam et­di. 

- Dey­ə­sən, Ba­kı­da heç vaxt ol­ma­mı­sı­nız?      

- Har­dan bil­di­niz? Azər­bayca­na ilk də­fə­dir gəl­mi­şəm. Azər­baycan MMA Li­qa­sı­nın fə­x­ri pre­zi­den­ti Röv­şən Hə­sə­nov və pre­zi­den­ti Kə­nan Məm­mə­do­vun də­və­ti ilə bur­day­am. Sə­fər za­ma­nı gənclər və id­man na­zi­ri Azad Rə­hi­mov­la gö­rüş­düm. Biz gə­ləcək­də bur­da MMA üz­rə mö­tə­bər ya­rış­lar ke­çir­mək is­təy­i­mi­zi bil­dir­dik. Cə­nab na­zir Azər­­­baycan­da döv­lə­tin id­ma­nın bü­tün növ­lə­ri­nə də­s­tək ol­duğu­nu de­di.

- Azər­baycan ha­q­da han­sı mə­lu­ma­tı­nız var?  

- Azər­baycan­da id­man se­vi­lir və in­ki­şaf et­di­ri­lir. Döv­lət baş­çı­sı İl­ham Əliy­ev id­ma­nı hər za­man diq­qət­də sax­layır. İd­man­çı­lar hər za­man bu­nu qeyd edir. Məhz döv­lə­tin qayğı­sı nə­ticə­sin­də Azər­baycan dün­ya id­man hə­rə­ka­tı­nın ay­rıl­maz his­sə­si­nə çe­v­ri­lib. Bu gün öl­kə­niz­də MMA - qa­rı­şıq döyüş növ­lə­ri­nə də bö­yük ma­raq var. Bu növ də in­ki­şaf edir. Bu­na gö­rə Azər­bayca­na tə­şəkkür edi­rəm.

- Dünya Ku­bo­kun­dan so­nra Ba­­kı­da ke­çi­ri­ləcək növ­bə­ti ya­rış han­sı olacaq?

- Dünya Ku­bo­ku­nun təş­ki­lat­çı­lığı bi­zi ra­zı sal­dı. Üç min­dən ar­tıq azar­ke­şin sa­lo­na gəl­mə­si böyük ma­rağın gö­s­tə­rici­si­dir. 2014-cü il­də da­ha böyük ya­rı­şı pay­tax­tı­nı­za hə­va­lə edə bi­lə­rik. Sə­mi­mi söh­bət za­ma­nı Azər­baycan MMA Li­qa­sı Av­ro­pa Çem­pi­o­na­tı­nı ke­çir­mək is­tə­diy­i­ni bil­di­rib. Biz Azər­baycan­la əmək­daş­lığa ha­zı­rıq və bu mə­na­da qi­tə bi­rinci­liy­i­nin şə­hə­ri­niz­də ke­çi­ril­mə­si re­al­dır. Rə­s­mi qə­rar gə­lən il qə­bul edi­ləcək. 3-4 na­mi­zəd şə­hər var. Ba­­kı on­la­rın ara­sın­da fa­vo­rit­lər­dən­dir.

- Azər­baycan­da MMA-nın və­ziyyə­ti­ni necə görürsünüz?

- Son dünya çem­pi­o­na­tın­da 1 qı­zıl və 1 gümüş me­da­lı­nız ol­du. Bu, yax­şı nə­ticə­dir. Çünki cə­mi bir ne­çə il­dir sürət­li in­ki­şa­fa baş­layıb. Azər­baycan­da çox­lu say­da yax­şı id­man­çı­lar var. Fi­k­rimcə, Dünya Ku­bo­ku MMA-ın in­ki­şa­fı­na tə­kan olacaq. Mən öl­kə­niz­də bu növün po­pulyar­laş­ma­sı­na gəl­mi­şəm. Əmi­nəm ki, Dünya Ku­bo­ku azar­keş­lə­rin ya­dın­da uzun müddət qa­lacaq. Növ­bə­ti il­lər­də pe­şə­kar­lar ara­sın­da Chal­le­ng tur­ni­ri­ni ke­çir­mək ba­rə­də düşünürük. Ola bi­lər, be­lə görüşlər­dən bi­ri Ba­kı­da baş tut­sun.      

- İlk də­fə gəl­diy­niz Ba­kı si­zə necə tə­sir bağış­la­dı?

- Gö­zəl şə­hər ol­duğu­nu eşit­miş­dim. Yə­qin, bu fi­k­ri bütün qo­naq­la­rı­nız söy­ləy­ir. Ən çox ya­dım­da Alov Qüllə­lə­ri və Döv­lət Bay­raq Mey­da­nı qal­dı. Çox gö­zəl düzəl­di­lib. Çox gəz­məyə im­kan ol­ma­dı, ona gö­rə gə­lən də­fə sə­fə­ri­mi bir qə­dər uzun müddə­tə nə­zər­də tu­tacağam.

- Fyodr Ye­melya­nen­ko karye­ra­sı­nı bi­ti­rən­dən so­nra da­rıx­mır?

- Da­rıx­mağa vaxt ol­mur. Rə­s­mi iş­lər­lə mə­şğ­ul olu­ram. Əl­bət­tə, hər­dən no­s­tal­ji his­slə­ri olur. İn­di ça­lı­şı­ram, bil­dik­lə­ri­mi gənc id­man­çı­la­ra çat­dı­rım. On­la­rın ara­sın­da ki­fay­ət qə­dər güclü döyüşçülər var.        

- Si­zə "so­nuncu im­pe­ra­tor" dey­ir­lər, han­sı id­man­çı Fyodr Ye­melya­nen­ko­nun da­va­m­çı­sı ola bi­lər?..          

- Bir qə­dər düşünmə­liy­əm. Am­ma qa­rı­şıq döyüş növ­lə­rin­də per­spek­tiv­li id­man­çı­lar çox­dur. Ru­siy­a­da da güclü id­man­çı­lar var. On­lar böyük ya­rış­lar­da qə­lə­bə qa­zan­mağa ha­zır­dır. MMA-ın gə­ləcəyi böyük­dür. Bu id­man növü day­an­ma­dan in­ki­şaf edir. Biz də ça­lı­şı­rıq ki, bütün öl­kə­lər­də irə­li­ləy­iş ol­sun.

- Fyodr Ye­melya­nen­ko­nun uğu­­ru­nun sir­ri?   

- İş­lə­mək la­zım­dır. İd­man­çı gə­rək hər za­man zal­da ol­sun. Ça­lı­şan in­san hər za­man is­təy­i­nə na­il olur. Özüm ha­q­da da­nış­maq is­tə­mi­rəm. La­­kin əsl id­man­çı azar­keş­lə­ri­ni dü­şünmə­li­dir. İd­man­da ol­duğum za­man hər an on­la­rı düşünürdüm. İs­tə­mir­dim, on­lar mə­ni məğlub görsün.

- Ona gö­rə 10 il müddə­ti­nə bütün görüşlə­ri­ni­zi qə­lə­bə ilə ba­şa vur­mu­su­nuz?

- Si­zə elə gə­lir asan­dır ha­mı üzə­rin­də qə­lə­bə qa­zan­maq. Öm­rü­mü id­ma­na həsr et­mi­şəm və heç vaxt peş­man ol­ma­mı­şam. Mə­ni Fyodr Ye­melya­nen­ko ki­mi ta­nı­dan id­man olub.

- Bə­zən ki­şi­lər qa­dı­nın id­man­la mə­şğ­ul ol­ma­sı­nı bir­mə­na­lı qar­şı­la­mır­lar. Bəs si­zin bu­na müna­si­bə­ti­niz necə­dir?

- Şəx­si fi­k­rim pi­s­dir. Qa­dın id­man­la mə­şğ­ul ol­ma­lı dey­il. O, incə­liy­i­ni qo­ru­ma­lı, ai­lə­si üçün ya­şa­ma­lı­dır. Al­lah ki­şi­ni onu müda­fiə et­mək üçün ya­ra­dıb. İd­man ki­şi işi­dir. Mən qa­dı­nı id­man­da görmürəm. Heç ki­min xə­t­ri­nə dəy­mək is­tə­məz­dim. La­kin qa­dın və id­man ay­rı-ay­rı dünya­lar­dır. Xa­nım­la­rı incə gör­mək bi­zə həy­at ve­rir.

- Niyə Fyodr Ye­melya­nen­ko gənclə­rə məşq ke­ç­mir?

- Ma­s­ter­k­las­slar və se­mi­nar­lar ke­çi­rəm. Am­ma məşq ke­ç­mi­rəm. Yə­ni heç ki­mi ha­zır­la­mı­ram. Məşqçi ol­maq asan dey­il. Mən bir sı­ra id­man qu­rum­la­rın­da rəh­bər ki­mi ça­lı­şı­ram.     

- Ola bi­lər­mi ki, 5 il so­nra han­sı­sa əla­mət­dar ha­di­sə ilə bağlı Fyodr Ye­melya­nen­ko ye­ni­dən rin­qə çıx­sın və gücünü gö­s­tər­sin?

- Yox, karye­ra­mı bi­tir­mi­şəm. Ar­tıq nöq­tə qoy­u­lub. Qoy ye­ni id­man­çı­lar sözünü de­sin. İd­man­la ya mə­şğ­ul olur­san, ya ol­mur­san. İs­tə­diy­in vaxt ge­dib-qayıt­maq mümkün dey­il. Mən mak­si­mum im­kan da­xi­lin­də ar­dıcıl bir ne­çə il çı­xış et­dim və karye­ra­mı bi­tir­dim.

- MMA-nın əf­sa­nə­si ol­maq nə de­mək­dir?

- Mən adi in­sa­nam. Sa­dəcə, in­di qa­rı­şıq döyüş növ­lə­ri­nin in­ki­şa­fı­na ça­lı­şı­ram. Mə­nə eh­ti­ram gö­s­tə­rən­lə­rə "çox sağ ol" dey­i­rəm. Azər­bay­can­da bu qə­dər se­vil­diy­i­mi bil­məz­dim. Mütləq vaxt edib ye­ni­dən gə­ləcəyəm.


MƏSLƏHƏT GÖR:

702