25 Noyabr 2024

Bazar ertəsi, 04:37

SABİT KURS

Mərkəzi Bank bazarda sabitliyi dəstəkləməkdə davam edəcək

Müəllif:

24.12.2013

Hələ Mərkəzi Bankın (AMB) 2013-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərinə dair bəyanatında uzunmüddətli dövrdə inflyasi-yaya və iqtisadi yönümə təsiri baxımından pul siyasətinin yeni, daha effektiv rejiminin tətbiqi ilə əsas hədəfin, inflyasiyanın 5-6% səviyyəsində təmin edilməsi əks olunmuşdu. 

Əslində isə bu il ölkədə orta illik inflyasiya cəmi 2,3% təşkil edib. Əhalinin gəlirlərinin artım tempi inflyasiyanın artım tempini üstələ- yib. Nəticədə real gəlirlər 4%-dən çox yüksəlib. İlin əvvəlindən bəri ölkənin əsas xarici ticarət tərəfdaşı olan ölkələrdə orta çəkili inflyasiya Azərbaycandakı inflyasiyadan 2,8 faiz bəndi yüksək olub. AMB-nin rəhbəri Elman Rüstəmov hesab edir ki, ölkənin qeyri-neft sektorunun 10 faizdən çox artması, investisiya və işgüzar mühitin yaxşılaşması şəraitində inflyasiyanın belə aşağı səviyyədə saxlanması yerli iqtisadiyyat üçün çox məqbul nəticədir. 

Gələn il istehlak inflyasiyası 3,5% səviyyəsində pronozlaşdırılır. Lakin bu proqnoz benzin, dizel yanacağı və sənaye üçün təbii qaz olan qiymətlərin qaldırılmasından əvvəl formalaşmışdı. Deməli, gələn il istehlak qiymətlərinin artımı gözlənilən səviyyəni ötə bilər. 

Aydındır ki, AMB qərarlarının iqtisadiyyata təsirini nəzərə almaqla, öz əməliyyatları üzrə faiz dərəcələrini müəyyənləşdirərək, inflyasiya ilə bağlı  məqsədlərinə nail olmağa çalışacaq. AMB-nin əməliyyatları üzrə faiz dərəcələri  (uçot dərəcəsini bu gün 4,75% təşkil edir) pul bazarında (maliyyə bazarının daha qısa müddətli seqmentində) birbaşa vəsaitlərin dəyərinin formalaşmasına təsir edir. Bu da öz növbəsində orta və uzunmüddətli faiz dərəcələrinə təsir göstərir. 

ABM-nin rəhbəri Azərbaycanda kreditlər üzrə faiz dərəcələri ilə bağlı məsələyə daha geniş baxmağı təklif edir. Azərbaycan banklarının kredit portfeli 14,5 mlrd. manatı üstələyir. Bu həcmin üçdə birindən çoxu 15 faizdən 30 faiz dərəcəsi ilə istehlak kreditlərinin payına düşür. Bu həcmin qalan üçdə ikisini biznes kreditlər  təşkil edir. Bu növ kreditlərin illik faiz dərəcəsi 14 faizdir, 5 faiz bəndi aşağı düşüb. Mərkəzi Bank bu faiz dərəcələrini yüksək hesab edir və ölkədə biznes kreditləri üzrə faiz dərəcələrinin birrəqəmli səviyyəyədək azala biləcəyinə ümid bəsləyir. Eyni zamanda Azərbaycan banklarının rentabelliyi 15% təşkil edir.   

Yaxın vaxtlarda AMB faiz dərəcələrinin azadılması ilə bağlı məsələni müzakirə etmək üçün ölkə banklarının nümayəndələri ilə görüş keçirməyi planlaşdırır. Eyni zamanda bankların fəaliyyətinə nəzarət edən Mərkəzi Bankda yaradılmış bank xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə xüsusi struktur, banklardan bütün müştərilərə faktiki illik faiz dərəcələri haqda məlumatların təqdim olunmasını tələb edir. Bundan başqa, həmin tələblərə borc götürənlərin aldıqları kreditlər haqda tam məlumat əldə etmələri üçün faizdə ifadə olunan kreditin xidmət edilməsinə sərf olunan xərcləri də özündə birləşdirən informasiyalar daxildir. 

E. Rüstəmovun bildirdiyi kimi, dərəcələrin azalma tempinə həmçinin kredit resurslarına olan tələbatın təklifdən üstün olması faktoru təsir göstərir. Ölkə iqtisadiyyatında pula tələbat hələ də böyükdür. Toplamaq və ya investisiya yatırmaq əvəzinə pulların nağd ödəmələrdə istifadə olunması kredit resurslarının çatışmazlığının əsas səbəbidir.  Bu şəkildə, Azərbaycanda nağdsız ödənişlərin gələcək inkişafı sözügedən  problemin həllinə öz töhfəsini verə bilər. Bu, gələcəkdə AMB-nin qarşında duran əsas məqsədlərindən biridir.  

 

Valyutaların kursu və ehtiyatların idarə olunması 

Son 15 ildə Azərbaycan milli valyutasının kursunun ABŞ dollarına münasibətdə orta illik dəyişmə templəri 1%-i ötməyib. Manatın sabitliyi makroiqtisadiyyat və maliyyə sabitliyi, milli valyutaya inamın möhkəmlənməsi və iqtisadiyyatın dollarlaşdırılmasının səviyyəsinin azaldılmasına müsbət  təsir göstərib. 

2013-cü ildə Mərkəzi Bank tənzimlənən kurs rejimi çərçivəsində kurs siyasətini həyata keçirib. Valyuta bazarında ölkənin (ÜDM-dən 16% çox) ödəniş balansının böyük profisiti, eləcə də yüksək fiskal aktivliklə əlaqədar olaraq təklif tələbi üstələyib. Bu şərtlərdə manatın kursunun kəskin möhkəmlənməsinin qarşısını almaq və qeyri-neft sektorunun rəqabətqabiliyyətliliyinə mənfi təsirin neytrallaşdırılması üçün, 2013-cü ildə ABM 2 mlrd. dollar ekvivalentində xarici valyuta əldə edib.

Bunun nəticəsində yanvar-sentyabr ayları ərzində manatın dollara münasibətdə olan kursu sabit qalıb və ümumilikdə, cəmi 0,06% möhkəmlənib. AMB-nin İdarə Heyəti sədrinin müavini Aftandil Babayev hesab edir ki, manatın sabitliyinin dəstəklənməsi üçün 2014-cü ildə də Mərkəzi Bank intervensiya həyata keçirməlidir. İlkin məlumatlara görə, onun həcmi 1,5 mlrd. dollar təşkil edəcək. 

AMB-nin kurs siyasəti sayəsində, manat bu gün regionun ən sabit və etibarlı valyutasıdır. AMB-nin idarə heyətinin sədri qeyd edib ki, digər ölkələrin mərkəzi bankları manatın ehtiyat valyutalarının biri qismində istifadə olunması ilə bağlı maraqlarını ifadə etmişlər. 

Gələcəkdə AMB çevik kurs rejiminə keçəcək. Bu da pul kütləsi və faiz dərəcələri üzərində daha səmərəli monetar nəzarətin olmasını təmin edir. Mərkəzi Bankın dollar pul kütləsini alması milli valyutanın kursunu stabilləşdirsə də, digər tərəfdən, onun sərəncamında olan valyuta ehtiyatlarının artmasına yardım edəcək. 

Onların həcmi artıq 13,7 mlrd.  dolları aşıb. Bu da 9 ay müddətində mallar və xidmətlərin idxalının maliyyələşməsi üçün kifayət edir. İlin nəticələrinə əsasən 15 mlrd. dollara çatacağı gözlənilir. 

Valyuta ehtiyatlarının idarə olunması zamanı AMB, əsasən, konservativ siyasətin tərəfdarı olmaqla, təhlükəsizlik, likvidlik və gəlirlilik prinsiplərinə riayət edir. Ehtiyatların idarə olunmasının səmərəliliyini artırmaq məqsədilə AMB xarici menecerlərin siyahısını genişləndirmək niyyətindədir.

Bu gün AMB-nin menecerləri Dünya Bankının xəzinə idarəsi, İsveçrənin "UBS" bankı və Amerikanın "JP Morgan" bankıdır. Onların sərəncamında 400 mln. dollar var, daha 300 mln. dollar hazırda idarəyə verilir. Burada məqsəd həmin həcmi 1 mlrd. dollara qədər çatdırmaqdır. 

Dünya bazarlarında müsbət dinamikanın  müşahidə olunmasını nəzərə alaraq, Mərkəzi Bank ehtiyatlarının investisiya hissələrini artırmaq qərarına gəldi və daha aktiv alətlərə müraciət etmək niyyətindədir. Onlardan biri xarici idarə institutunun genişləndirilməsi, digəri isə coğrafi diversifikasiyadır. Coğrafiyanın genişlənməsi Asiya bazarlarında qiymətli kağızların əldə olunmasını nəzərdə tutur və ilkin mərhələdə Mərkəzi Bank onlara 500-600 mln. dollar investisiya yatırmağa hazırdır. Lakin Mərkəzi Bank şirkətlərin səhmləri, daşınmaz əmlak və ya qızıl kimi alətləri riskli hesab edir.

Babayevin sözlərinə görə, AMB Asiya bazarlarında işlərlə əlaqədar artıq yeni xarici menecerlərlə danışıqlar  aparır. Danışıqlar əsasən Sinqapur, Malayziya, İndoneziya, Cənubi Koreyada davam etdirilir. Çin bazarı da Azərbaycan Mərkəzi Bankının maraqlarna daxildir.

ABM-nin valyuta ehtiyatlarının artması fonunda Azərbaycanın, Dövlət Neft Fondunun vəsaitlərindən və xaricdəki nümayəndəliklərinin aktivlərindən də formalaşan birgə aktivləri artır. Azərbaycanın strateji valyuta ehtiyatları 50 mlrd. dollara çataraq, ÜDM-dən 70%-ə yaxınlaşır. Bu da 3 il ərzində mallar və xidmətlərin idxalının ödənilməsinə kifayət edir. 

Strateji valyuta ehtiyatlarının yüksək artım templəri ölkə iqtisadiyyatının xarici böhran hadisələrinə və güclü makroiqtisadi bufer formalaşdırılmasına qarşı həssaslığını azaldan faktordur. Hazırda ölkənin strateji valyuta ehtiyatlarının həcmi xarici dövlət borcunu  9 dəfə üstələyir. 

 

Maliyyə sabitliyi  

Ümumilikdə bank sektoruna gəldikdə, 2013-cü il çox güman ki, iki mühüm hadisə ilə yadda qalacaq: Mərkəzi Bankın xüsusi icazəsi alınmadan bankın xüsusi struktur bölmələrinin yerləşdiyi ünvanlardan kənarda bank xidmətlərinin göstəriliməsinə qadağa qoyur və ölkə banklarının kapitallaşması müddətini daha bir il uzadır. 

AMB-nin birinci qərarını son yarım ildə fiziki şəxslərin kreditləşmə bazarının kəskin artması ilə izah etmək olar. Banklar bu cür seqmentin müştəriləri ilə daha fəal işləməyə başlayıblar. Onlar çox vaxt borc alan şəxsin yoxlanma keyfiyyətinə dair tələbləri əsassız olaraq azaldırlar.  Bununla əlaqədar olaraq bir nəfərə düşən aktiv paralel kreditlərin orta sayı nəzərəçarpacaq dərəcədə artıb. Bu cür yanaşma son dərəcə təhlükəli tendensiyaların yaranmasına gətirib çıxara bilər.

Göründüyü kimi, ABM banklara dincəlmək üçün imkan vermir. Eyni zamanda inzibati üsullarla bazardan kənarlaşdırmaq və ya kommersiya banklarının fəaliyyəti üçün çətinlik yaratmaq niyyəti yoxdur. Ona görə də AMB bankların ümumi kapitalının minimum həcminin 50 mln. manata çatdırılmasına dair tələbin yerinə yetirilməsi üçün daha bir il möhlətin verilməsini qərara alıb. Bu qərar 2014-cü ilin 1 yanvar tarixindən qüvvəyə minəcək. Eyni zamanda, Mərkəzi Bank yeni kapital tələblərini hələlik icra edə bilməyən banklara, kapitallaşdırılmalarının artırılmasına dair 2014-cü ilin 15 yanvar tarixinə qədər fərdi proqramlarını təqdim etməyə dair öhdəlik də qoyub.

Hərçənd bank sektorunun 95%-i ümumi kapitalın tələb olunan səviyyəyə qədər çatdırılmasına dair tələbi yerinə yetiriblər. Və ya ən azından, bu tələbi ilin sonuna qədər icra edə bilərlər. Bu gün ölkənin səkkiz bankının kapitalı 100 mln. manatı aşır. Bu surətlə, 2013-cü ildə əvvəllər də güman olunduğu kimi, bazarda kəmiyyət dəyişiklikləri gözlənilmir. AMB-nin baş direktoru Rəşad Orucov hesab edir ki, əsas bank indikatorlarının, xüsusən, əhalinin depozitlərinin dinamik artımı,güman etməyə əsas verir ki, Azərbaycanın bank sektoru dünya böhranının sınağına davam gətirib və ona olan etibarı qoruyub saxlayıb. Belə ki, hətta böhrandan sonrakı müddətdə bank sistemi ildə orta hesabla 16-17% artım nümayiş etdirirdi.Kredit portfeli və kapitallaşma üzrə analoji göstəricilər 20 və 30% təşkil edirdi. Əhalinin əmanətləri də hər il orta səviyyədədir. 

AMB-nin proqnozlarına görə, ölkənin bank sektorunun artımı 2013-cü ilin sonuna ÜDM-nin artım tempini dörd dəfə üstələyəcək.

Bankların aktivləri son 10 ildə 24 dəfə atıb. Gözlənilir ki, ilin nəticələrinə görə, ölkə banklarının kredit və depozit portfelləri 20-22% səviyyəsində qeydə alınacaq. Bu da cari ilin sonuna ölkənin gözlənilən ÜDM-nin artım tempini 4-5 dəfə üstələyir. Bu cür tendensiya qeyri-bank kredit təşkilatlarının (QBKT) fəaliyyətində də gözlənilir. Ölkədə fəaliyyət göstərən, təxminən, 145 qeyri-neft kredit təşkilatlarının kredit portfeli, demək olar ki, dörddəbir dəfə artıb. Maraqlıdır ki, daha böyük artım tempi regionların kreditləşməsində nümayiş olunur - 30%-dən artıq.

Bir sözlə, dünyanın və regionun bir sıra ölkələrindən fərqli olaraq,  Azərbaycanın bank sektoru dayanıqlı,  davamlı artım və komfortlu zonada yerləşərək, sabit vəziyyətdədir.



MƏSLƏHƏT GÖR:

577