20 Dekabr 2024

Cümə, 02:54

"RUSİYADAN ÇOX ŞEY ASILIDIR"

Belçika Senatının fəxri sədri Anna Mariya Lizinin "R+" jurnalına müsahibəsi

Müəllif:

24.12.2013

Vilnüsdə ke­çi­ri­lən "Şərq tə­rəf­daş­lığı" sam­mi­ti Aİ ilə Ru­siy­a­nın tə­şəb­bü­sü ilə ya­ra­dıl­ma­q­da olan Gömrük İt­ti­fa­qı ara­sın­da­kı zid­diyyət­lə­ri tam şə­kil­də üzə çı­xar­dı. Aİ ilə As­so­si­a­tiv Sa­zi­şi pa­ra­fla­mış Uk­ray­na son an­da sə­nə­di im­za­la­ma­q­dan im­ti­na et­di. On­dan əv­vəl Er­mə­ni­s­tan da ey­ni sə­nə­də im­za at­ma­q­dan boy­un qa­çı­ra­raq, Gİ-yə sa­diq­liy­i­ni nümay­iş et­dir­miş­di.

Nə­ticə­də, Aİ ilə Azər­baycan ara­sın­da vi­za re­ji­mi­nin sa­də­ləş­di­ril­mə­si­nə da­ir ra­zı­laş­ma­nın im­za­lan­ma­sı, hə­m­çi­nin Gürcüstan­la Mol­do­va­nın Aİ ilə As­so­si­a­tiv Sa­zi­şi pa­ra­fla­ma­sı Vilnüs sam­mi­ti­ni if­la­s­dan xi­las et­di.

Be­lə olan tə­q­dir­də, "Şərq tə­rəf­daş­lığı" pro­qra­mı­na da­xil olan 6 post­so­vet re­s­pub­li­ka­sı ara­sın­da on­la­rın Av­ro­paya inte­q­ra­siy­a­da ma­raq­lı ol­ma­la­rı və bu is­ti­qa­mət­də gö­s­tər­dik­lə­ri səy­lə­rə əsa­sən, fərq qoy­ul­ma­sı çağı­rış­la­rı eşi­dil­mək­də­dir. Bu pro­se­sə pro­qra­mın iş­ti­rak­çı­sı olan öl­kə­lə­rin əra­zi­sin­də həll edil­mə­miş müna­qi­şə­lə­rin qal­ma­sı da cid­di tə­sir gö­s­tə­rir. Be­lə müna­qi­şə­lər­dən bi­ri də Dağlıq Qa­ra­bağ prob­lem­idir. ATƏT Par­la­ment As­sam­bley­a­sı­nın sa­biq vit­se-pre­zi­den­ti, Bel­çi­ka Se­na­tı­nın fə­x­ri sə­d­ri An­na-Ma­ri Li­zin Aİ-nin "Şərq tə­rəf­daş­lığı" öl­kə­lə­ri­nin Av­ro­paya in­te­q­ra­siy­a­sı­na ve­rə bi­ləcəyi sti­mul, müna­qi­şə­lə­rin həl­lin­də oy­naya bi­ləcəyi rol ha­q­da fi­kir­lə­ri­ni "R+" jur­na­lı­na müsa­hi­bə­sin­də açıq­layıb.

- Azər­baycan iq­ti­sa­di in­ki­şaf tem­plə­ri­nə gö­rə, öncül yer­lər­də­dir və dünya­nın ən di­na­mik in­ki­şaf edən iq­ti­sa­diyyat­la­rın­dan sayı­lır. Bu in­ki­şaf Av­ro­pa­dan necə görünür?

- Mən dünyanın heç bir ye­rin­də bu cür sürət­li, ba­lan­s­laş­dı­rıl­mış in­ki­şaf gör­mə­mi­şəm. Bu, 1994-cü il­dən gö­s­tə­ri­lən səy­lə­rin uğu­ru de­mək­dir. Cə­nu­bi Qaf­qaz­da­kı və­ziyyə­ti nə­zə­rə al­saq, bu, hə­qi­qə­tən də is­tis­na hal­dır. Bu­ra­da 1990-cı il­lər­də bütün Qaf­qaz­da iq­ti­sa­diyya­tın du­ru­mu da nə­zə­rə alın­ma­lı­dır. Azər­­baycan məhz o şə­ra­it­də is­teh­sa­lı ar­tır­mağa, ener­ji re­sur­sla­rı­nı dünya ba­zar­la­rı­na çı­xar­mağa və di­vi­dend­lər qa­zan­mağa na­il olub. Be­lə uğur­lar­la öyünə bi­ləcək hö­ku­mət­lər çox az­dır.

Bu­nun­la ya­na­şı, Azər­baycan gə­ləcək in­ki­şaf ilə bağlı çox düşünül­müş təh­lil apa­rır, kənd tə­sərrüfa­tı, tu­rizm ki­mi ye­ni per­spek­tiv­li sa­hə­lə­ri in­ki­şaf et­di­rir.

- Azər­baycan­da əha­li­nin ək­sər his­sə­si­nin müsəl­man ol­ma­sı­na, öl­kə­nin is­lam dəy­ər­lə­ri­nə sa­diq­liy­i­nə bax­may­a­raq, Ba­kı üçün Av­ro­paya in­te­q­ra­siya xa­rici siy­a­sə­tin pri­o­ri­te­ti­dir. Bu müna­si­bət­lə­rin gə­ləcəyi ha­q­da nə deyə bi­lər­si­niz?

- Bu müna­si­bət­lə­rin çox eti­bar­lı, gö­zəl gə­ləcəyi var. Uni­ver­si­tet­də dərs de­diy­im Kiy­ev­dən ye­nicə qa­yıt­mı­şam. Ora­da­kı siy­a­si və­ziyyət uk­­ray­na­lı­la­rın Av­ro­paya olan ümid­lə­ri­ni yox edir. Azər­baycan­da isə be­lə şübhə­li və­ziyyət yox­dur. Öl­kə Av­ro­pa­nı se­ç­mək, ey­ni za­man­da, Ru­­siya ilə müna­si­bət­lə­ri in­ki­şaf et­dir­mək iq­ti­da­rın­da­dır. Bu, öl­kə rəh­bər­liy­i­nin müdrik­liy­i­ni və Uk­ray­na­dan fər­q­li ola­raq, Azər­bay­an­da baş­qa ta­ri­xi ger­çək­liy­in ol­duğu­nu gö­s­tə­rir. Azər­baycan,  sa­dəcə, Av­ro­pa­nın bə­zi tən­qid­lə­ri­ni aş­ma­lı­dır. Am­ma Av­ro­pa ilə Qaf­qaz ara­sın­da­kı müna­si­bət­lə­rin kö­məyi  ilə, Xə­zər də­ni­zi­nin ener­ji ami­li də nə­zə­rə alın­maq­la, bu­nu et­mək asan olacaq.

- Aİ təmsilçiləri regionun Av­ro­­pa­nın stra­te­ji ma­raq­lar zo­na­sı­na da­xil ol­duğu­nu da dey­ir­lər. Be­lə olan tə­q­dir­də, Brüssel bu re­g­i­on­la bağlı mə­sə­lə­lər­də nə­dən ki­fay­ət qə­dər fə­al dey­il?

- Av­ro­pa Qaf­qa­za müna­si­bət­də qə­­rar­sız­dır. Bal­kan ya­rı­ma­da­sın­da hər­bi əmə­liyyat­la­rın get­diyi 1990-cı il­lə­rin əv­vəl­lə­rin­də Azər­baycan­da ya­şa­nan­lar Av­ro­pa­nın diq­qə­ti­ni o qə­­­dər də cəlb et­mir­di. Av­ro­pa Qaf­qa­zı, təx­mi­nən, 2000-ci il­dən "ye­ni­dən kəşf et­di" və "Şərq tə­rəf­daş­lı"­ğı­nın oraya çıx­ma­sı ilə bu diq­qət da­ha da art­dı. Av­ro­pa­lı­la­rın Cə­nu­bi Qaf­qa­zın üç öl­kə­si  ilə bağlı qlo­bal fə­a­liyyət stra­te­g­iy­a­la­rı­nın ol­ma­dığı­nı an­la­ma­la­rı üçün 3 il la­zım gəl­di. Bu­nun­la ya­na­şı, on­lar ta­ri­xi sə­bəb­lər üzündən 3 öl­kə­nin hər bi­ri  ilə iki­tə­rə­f­li şə­kil­də iş­lə­məy­in vacib­li-y­i­ni də gec an­la­dı­lar.

Am­ma bu­nu da yetərli say­maq ol­maz. Bütün bu tə­rəddüdlər­dən so­n­ra ma­liyyə yar­dı­mı alə­ti ya­ra­dıl­dı. Doğru­dur, Azər­bayca­nın ha­zırkı döv­­­lət büdcə­si­ni nə­zə­rə al­dı­q­da, bu gün hə­min alə­tin miqya­sı rəm­zi tə­sir bağış­layır. Odur ki, iki­tə­rə­f­li əmək­­daş­lığın can­lan­dı­rıl­ma­sı ma­liy­yə mə­sələlə­ri  ilə yox, müəyyən də­y­ər­­­lər­lə, azad­lıq idey­a­la­rı ilə bağlı­dır.

Ümid edi­rəm ki, Ba­kı gə­ləcək­də Brüssel­də mö­vcud­luğu­nu ar­tı­racaq. Bu, öl­kə re­al­lıq­la­rı­nın da­ha yax­şı iz­ah olun­ma­sı, spesifik, müstə­qil mü­­səl­­man öl­kə­sin­də­ki həy­at azad­lığı, qa­dın hüquq­la­rı, di­ni azad­lıq­lar ha­q­da da­nı­şıl­ma­sı ba­xı­mın­dan vaci­b­dir. Av­ro­pa bu öl­kəyə da­ha müsbət ba­xış for­ma­laş­dır­ma­lı­dır. Vilnüs sam­mi­tin­də Aİ ilə As­so­si­a­tiv Sa­zi­şi "Şərq tə­rəf­daş­lığı" pro­qra­mı­nın 6 üzvün­dən yal­nız 2-si - Gürcüstan və Mol­do­va pa­ra­fla­dı. Av­ro­pa bu if­las­la ba­rış­ma­ma­lı, diq­qə­ti­ni Cə­nu­bi Qaf­qa­zın ən güclü iq­ti­sa­diyya­tı­na yönəl­t­mə­li,  Ba­kıya müsbət si­qnal­lar gön­dər­mə­li­dir.

- Av­ro­pa­nın Cə­nu­bi Qaf­qaz siy­a­sə­tin­dən da­nı­şar­kən, ilk növ­bə­də, Aİ-nin Dağlıq Qa­ra­bağ mü­na­qi­şə­si ilə bağlı həd­din­dən ar­­tıq pas­siv möv­qe tut­duğu­nu da vu­rğ­u­la­ma­maq mümkün dey­il. Sə­bəb Brüsse­lin bu mə­sə­lə­də öz va­si­tə­çi­lik ro­lu­nu yer­siz say­ma­sı ilə əla­qə­dar ola bi­lər­mi?

- Şəx­si düşüncəm on­dan iba­rət­dir ki, bu­ra­da çox şey son za­man­lar Er­mə­ni­s­tan­la bağlı bir sı­ra ad­dım­lar at­mış Ru­siy­a­dan ası­lı­dır. Gömrük İt­ti­fa­qı ilə bağlı ya­şa­nan­la­rı və Ru­si-y­a­nın Er­mə­ni­s­tan­da hər­bi mö­vcud­luğu­nu ar­tır­ma­sı­nı nə­zər­də tu­tu­ram.

İs­tə­ni­lən sülh ra­zı­laş­ma­sı la­zı­mi yer­də, yax­şı ar­qu­men­t­lər­lə müza­ki­rə olun­ma­lı­dır. Bu­nun­la ya­na­şı, pro­se­sin müda­fi­ə­si, ye­ni qur­ban­lar­dan qa­çıl­ma­sı üçün bütün im­kan­lar­dan is­ti­fa­də edil­mə­li­dir.

 - Bəs müna­qi­şə­nin həl­li pro­se­sin­də bey­nəl­xalq təş­ki­lat­la­rın, mə­sə­lən, Av­ro­pa­dan da­nı­şı­rıq­sa, Av­ro­pa Par­la­men­ti­nin, onun müna­qi­şə ilə bağlı qət­na­mə­lə­ri­nin ro­lu nə­dən iba­rət ola bi­lər?

- Müna­qi­şə­nin həl­li­nin ax­ta­rıl­ma­sın­da yal­nız Ru­siy­a­nın da yer al­dığı bey­nəl­xalq qu­rum ef­fek­tiv ola bi­lər. Bu mə­na­da,  Av­ro­pa İt­ti­fa­qı yal­­­nız Azər­bayca­nın möv­qey­i­nin bey­nəl­xalq hüqu­qun tə­ləb­lə­ri­nə uy­ğun ol­duğu­nu tə­s­diq­lə­mək işin­də fay­­da­lıdır. Xüsu­si­lə də Er­mə­ni­s­ta­nın Av­ro­pa­dan im­ti­na edə­rək, Ru­siy­aya üz tut­duğu­nu açıq şə­kil­də bəy­an et­diyi in­di­ki şə­ra­it­də.

ATƏT hə­lə də bu­nun üçün ən yax­şı mey­dan­dır. Am­ma Minsk qru­pu heç za­man or­taya cid­di siy­a­si ira­də qoy­may­acaq. Fi­k­rimcə, bu iş­də re­al irə­li­ləy­i­şə na­il ola bi­ləcək ye­g­a­nə öl­kə ABŞ-dır. He­sab edi­rəm ki, cə­nab Ker­ri (ABŞ-ın döv­lət ka­ti­bi - red.) İra­nın nüvə pro­qra­mı mə­sə­lə­sin­də uğu­run əl­də olun­ma­sın­dan so­nra Dağlıq Qa­ra­bağ müna­qi­şə­si­nin həl­li üçün də for­mu­lun ta­pıl­ma­sın­da cə­nab La­v­ro­vun (Ru­siy­a­nın XİN baş­çı­sı - red.) ən yax­şı həm­söh­bə­ti ola bi­lər. Av­ro­pa Er­mə­ni­s­tan­da heç vaxt uğur əl­də edə bil­məy­əcək.

 

 

 


MƏSLƏHƏT GÖR:

715