13 Mart 2025

Cümə axşamı, 15:40

PARÇALANMA

Ukraynada vətəndaş müharibəsinin başlanma təhlükəsi var

Müəllif:

28.01.2014

Görəsən, prezident Viktor Yanukoviç Avropa İttifaqı ilə Assosiativ Sazişi imzalamaqdan imtinasının Ukrayna üçün hansı fəsadlara yol açacağını təsəvvür edirdimi? Onun Avropaya inteqrasiyadan Rusiya ilə daha sıx inteqrasiya naminə imtinası (ölkə müxalifəti Yanukoviçin ötən ilin noyabrında "Şərq tərəfdaşlığı"nın Vilnüs sammitindəki addımını məhz bu cür qiymətləndirir) müxalifətin etirazları üçün katalizator rolunu oynadı. Etirazlar tezliklə kütləvi iğtişaşlara çevrildi, Kiyevdən başla- yan iğtişaşlar Ukraynanın digər re-gionlarına da yayıldı.

Ukraynada təhlükəli hadisələr sürətlə inkişaf edir. Dünya KİV-in Maydandan, o cümlədən Kiyevin hərbçilər və zirehli texnikanın mühasirəyə aldığı digər yerlərindən verdiyi xəbərlər heç bir şişirtməsiz, döyüş meydanından verilən məlumatları xatırladır. Artıq qarşıdurmalarda yalnız "Molotov kokteyli" və daşdan yox, həm də odlu silahdan istifadə olunur. Son günlərdə nümayişçilərlə asayiş keşikçiləri arasında baş verən toqquşmalar mindən artıq insanın yaralanmasına səbəb olub. Artıq ölənlər də var.

Həlak olanlar haqda xəbər (müxtəlif məlumatlara görə, onların sayı 2-5 nəfərdir) hökumətə qarşı olan qüvvələrin daha da radikallaşmasına səbəb olub. Onlar hakimiyyəti öz xalqına qarşı cinayətdə ittiham etməyə başlayıblar. Hökumət isə dərhal həlak olanlara görə məsuliyyəti boynundan atıb. Baş nazir Nikolay Azarov ölənlərin məsuliyyətinin hakimiyyətin üzərində olmadığını bildirib. "Qurbanlar kütləvi iğtişaşların təşkilatçıları və iştirakçılarının vicdanına yazılmalıdır", – deyə o, bildirib. Baş nazir iğtişaşlarda iştirak edən radikalları "yaraqlılar" və "terrorçular" adlandırıb.

Bu xarakteristika qarşı-qarşıya duran tərəflər arasındakı antaqonizmin səviyyəsini göstərir. Amma Azarovun sözlərində müəyyən həqiqət də var: qətlə yetirilənlərdən biri, erməniəsilli Ukrayna vətəndaşı Ser- gey Niqoyan ölümündən bir qədər əvvəl sosial şəbəkədəki səhifəsində ASALA erməni terror təşkilatının rəmzinin fonunda çəkdirdiyi şəklini paylaşıb.

Tərəflər Ukraynada yaşananlara tam fərqli qiymət verir: nümayişlərin təşkilatçıları onu "ikinci narıncı inqilab", hakimiyyət isə dövlət çevrilişinə cəhd adlandırır.

Nümayişçilərin əsas tələbi prezident və hökumətin istefası, növbədənkənar prezident və parlament seçkisinin keçirilməsidir. Müxalifət liderlərinin prezidentlə saatlarla davam edən danışıqlarında sanki kompromis nəticə əldə edilib: Azarov hökuməti istefaya göndərməyə hazır olduğunu, amma bunun üçün bu qərara parlamentin dəstək verməsinin vacibliyini bildirib. Yeri gəlmişkən, yanvarın 28-nə Ali Radanın növbədənkənar sessiyası təyin edilib.

Bundan başqa, Azarov Ukrayna hakimiyyətinin müxalifətlə prezident seçkisinə dair qanunvericiliklə bağlı da dialoqa hazır olduğunu söyləyib.

Danışıqların növbəti mərhələsindən sonra müxalifət təmsilçisi, parlamentin "Batkivşşina" fraksiyasının lideri Arseni Yasenyuk "qan tökülməsinin qarşısını almaq üçün şansın çox olduğunu" bildirib.

Amma bir müddət sonra Maydanda mitinq keçirənlər müxalifəti hakimiyyətlə danışıqlardan çıxmağa çağırıb, Kiyevin mərkəzində nümayişlərin davam etdirilməsinin vacibliyini bildiriblər.

Hər halda, müxalifət regionlarda da müəyyən uğura nail olub. Lvov vilayətinin qubernatoru Oleq Salo mitinqçilərin təzyiqi qarşısında duruş gətirə bilməyərək, istefa verib. Onun ardınca Rovno, Ternopol, İvano-Frankovsk və digər şəhər administrasiyalarının rəhbərləri də eyni addımı atıblar. İstefalar administrasiya binalarının mitinqçilər tərəfindən ələ keçirilməsindən sonra baş verib. Yaşananlar göstərir ki, bütün bunlar hələ yalnız başlanğıcdır.

Viktor Yanukoviç Avropa Komissiyasının sədri Joze Manuel Barrozu və bir sıra Qərb ölkələrinin liderləri ilə telefon danışığında ölkədə fövqəladə vəziyyət elan etmək fikrində olmadığını, müxalifətlə dialoqa sadiqliyini bildirsə də, istənilən an ölkədə fövqəladə vəziyyət elan oluna bilər.

Ukraynada yaşananlar göstərir ki, hakimiyyətlə müxalifət arasında ziddiyyət yalnız ölkənin xarici siyasi kursu ilə bağlı deyil, daha dərin və daha ciddidir. Dövlət başçısı Yanukoviçin Vilnüs sammitində açıqladığı qərar sadəcə hökumətə qarşı olan qüvvələrin beynindəki etirazçı əhval üçün katalizator rolunu oynayıb.

Ukraynada hakimiyyət çətin vəziyyətdədir. Hökumət əleyhinə nümayişlər o qədər böyük miqyas alıb ki, artıq onların tələblərilə razılaşmamaq mümkün deyil. Üstəlik, müxalifət indi hakimiyyətin kompromis variant kimi təklif edə biləcəyi addımla - hökumətin istefası ilə kifayətlənmək niyyətində də  deyil. Bundan başqa, Yanukoviçin komandası ABŞ və Avropa İttifaqı tərəfindən də ciddi problemlərlə üzləşmək riski ilə qarşı-qarşıyadır. Həm Vaşinqton, həm də Brüssel Kiyevdə mitinqçilərə qarşı sərt tədbirlər görəcək şəxslərə sanksiyaların tətbiq olunacağını birmənalı şəkildə bəyan edib. ABŞ-ın Kiyevdəki səfirliyi artıq bəzi Ukrayna vətəndaşlarının vizasını ləğv edib. Söhbət nümayişçilərə güc tətbiqinə aidiyyəti olan şəxslərdən gedir.

Prezident Yanukoviç son anda Ukraynanın Aİ ilə yaxınlaşması prosesini dayandıraraq, Moskvaya tərəf istiqamətlənməklə yalnız yerli müxalifətlə deyil, həm də Qərbin "qırğı"ları ilə də qarşı-qarşıya qalıb. Qərb Ukraynanın vahid Avropa ailəsinə qəbulunu Rusiyanın nüfuz dairəsinə soxulmaq və sonda Mos-kvanı zəiflətmək məqsədi daşıyan strateji planın tərkib hissəsi sayır. Bu halda Yanukoviçin yeganə da- yağı Rusiyadır. Amma Moskvanın artıq hər şeyin nəzarətdən çıxdığı qonşusuna nə iləsə yardım etməsi çətindir. Hökumət əleyhinə nüma-yişlər getdikcə daha çox regionu və daha çox insanı əhatə edir. Qərb bu aksiyaların iştirakçılarına onların radikallıq dərəcəsindən asılı olmayaraq, rəğbətlə yanaşır. Amma əlbəttə ki, Moskva da öz mövqelərini əldən vermək niyyətində deyil. Demək, Ukrayna Moskva ilə Qərb arasındakı növbəti qarşıdurmanın meydanına çevrilə bilər. Bu qarşıdurmada müxtəlif təxribatlar isə təəssüf ki, artıq ənənəyə çevrilib. Ümid ölkənin vətəndaş müharibəsi üçün meydana çevrilməsinə imkan verməyəcək, hadisələrin dinc yolla həllinə nail olacaq Ukrayna xalqının müdrikliyinədir.



MƏSLƏHƏT GÖR:

505