12 Mart 2025

Çərşənbə, 12:53

BARIŞMAZ DÜŞMƏNLƏR ARASINDA YAXINLAŞMA

İndiana Universitetinin professoru, İran üzrə ekspert Cəmşid K.ÇOKSİNİN "R+" jurnalına müsahibəsi

Müəllif:

04.02.2014

Son ay­lar­da dünya siy­a­sə­tin­də­ki ən əhə­miyyət­li ten­den­siy­a­lar­dan bi­ri, şübhə­siz ki, İran-Qərb müna­si­bət­lə­rin­də­ki mü­əy­yən isin­mə­dir. Bə­zi ek­s­per­t­lər, hət­ta İra­nın ən ba­rış­maz düşmə­ni olan ABŞ-la be­lə, müna­si­bət­lə­ri­nin qay­daya düşə bi­ləcəy­i­ni düşünür. İn­di­a­na Uni­ver­si­te­ti­nin (ABŞ) pro­fes­so­ru, İran üzrə ek­s­pert Cəm­şid K.Çok­si İra­nın ye­ni pre­zi­den­ti Hə­sən Ru­ha­ni­nin siy­a­sə­ti ha­q­da fi­kir­lə­ri­ni "R+" jur­na­lı ilə bölüşüb.

- İra­nın ye­ni rəh­bər­liyi Qər­b­lə müna­si­bət­lə­ri qay­daya sal­ma­ğa ha­zır ol­duğu­nu nümay­iş et­di­rir. Teh­ra­nın xa­rici siy­a­sə­tin­də­ki bu son də­rəcə önəm­li dəy­i­şik­liyi nə ilə əla­qə­lən­di­rir­si­niz? Öl­kə­də­ki çox­luq rəh­bər­liy­in bu ya­naş­ma­sı­nı qə­bul edir­mi?

- İran­lı­la­rın ək­sə­riyyə­ti, xüsu­si­lə şə­hər əha­li­si­nin və gənclə­rin ço­­xu, Qər­blə, ilk növ­bə­də də, ABŞ-la da­ha in­tel­lek­tu­al, kom­mer­siya və so­si­al əla­qə­lər ax­ta­rır. Söh­­bət ötən il Hə­sən Ru­ha­ni­ni pre­­zi­dent se­ç­miş əha­li­dən ge­dir. Bun­dan baş­qa, dip­lo­ma­tik təcrid və iq­ti­sa­di san­k­siy­a­lar uzun il­lər ər­zin­də İra­na cid­di zər­bə vu­rub. İran ar­tıq san­k­siy­a­la­rı, üzləş­diyi təcrid və­ziyyə­ti­nin ya­rat­dığı prob­lem­lə­ri ört-ba­s­dır edə bil­mir. Bu ba­xım­dan, öl­kə­nin li­der­lə­ri da­xi­li təzyiq­lər qar­şı­sın­da Qər­blə bağlı xa­rici siy­a­sə­ti­ni dəy­iş­mək məcbu­riyyə­tin­də­dir. Bu, ən azı əha­li­nin ya­şa­yış sə­viyyə­si­ni yax­şı­laş­dır­maq üçün san­k­siy­a­la­rın yüngülləş­di­ril­mə­si, təc­rid və­ziyyə­tin­dən çıx­maq məq­sə­di­lə edi­lir.

- Bəs, İran-İs­ra­il müna­si­bət­lə­ri­nin gə­ləcəyi ha­q­da nə düşü­nür­sünüz?

- Ya­xın gə­ləcək­də İran­la İs­ra­il ara­sın­da sə­mi­mi müna­si­bət­lə­rin ya­ra­nacağı­nı düşünmək doğru ol­maz­dı. İran li­der­lə­ri an­ti­se­mit ri­to­ri­ka­dan im­ti­na et­mə­li, İs­ra­i­li re­al döv­lət ki­mi ta­nı­ma­lı­dır­lar. On­lar İs­ra­i­lin məh­vi­nə çağı­rış­la­ra, Li­van­da "Hiz­bul­lah"ın, Qəz­za zo­lağın­da HƏMAS-ın də­s­tək­lən­mə­si­nə son qoy­ma­lı­dır­lar. Bun­dan baş­qa, İs­ra­i­lə qar­şı nüvə təhlükə­si­nin ara­dan qal­dı­rıl­ma­sı üçün Teh­ran öz nüvə pro­qra­mın­dan im­ti­na et­mə­li­dir. Qüds­də­ki li­der­lər yal­nız bun­lar­dan so­nra Teh­ran­la ya­xın­laş­maya ra­zı ola bi­lər­lər. Be­lə­lik­lə, İran pre­zi­den­ti­nin səs­lən­dir­diyi xey­ir­xah fi­kir­lər İra­nın rə­s­mi hə­də­f­lə­ri və da­v­­ra­nış­la­rın­da­kı dəy­i­şik­lik­lər­lə tə­s­diq­lən­mə­li­dir. 

- ABŞ və İs­ra­i­lin "İran prob­le­mi" ilə bağlı möv­qe­lə­rin­də hər han­sı dəy­i­şik­lik göz­lə­ni­lən­dir­mi?

- ABŞ-la İs­ra­i­lin İra­na müna­si­bə­tin­də­ki fər­q­lər qal­ma­q­da­dır.

- Bəs, İra­nın qon­şu­la­rı­na, mə­sə­lən, Azər­bayca­na qar­şı siy­a­sə­tin­də han­sı ye­ni­lik­lər ola bi­lər?

- İran ta­ri­xən re­g­i­on­da ek­s­pan­si­o­nist qüvvə olub. Ru­siy­a­dan da çox. İra­nın Azər­baycan­la bağlı siy­a­­sə­ti hə­lə də Teh­ra­nın iki­tə­rə­f­li müna­si­bət­lər­də özünü do­mi­nat say­ma­sı­na əsas­la­nır. İran­da İraq hö­ku­mə­ti­nin onun tə­rəf­da­şı olacağı­nı göz­ləy­ir­lər. Azər­bayca­na müna­si­bət­də də iran­lı­lar ey­ni cür düşünür. He­sab edir­lər ki, şi­mal qon­şu­su re­g­i­o­na aid xa­rici siy­a­sət­də Qər­bə dey­il, ona qu­laq asacaq.

- Bir müddət əv­vəl İran par­la­men­ti­nin kürd de­pu­tat­la­rın­dan bi­ri "Qər­bi Azər­baycan" vi­lay­ə­ti­nin adı­nın dəy­iş­di­ril­mə­si, onun ye­rin­də kürd vi­lay­ə­ti­nin ya­ra­dıl­ma­sı tək­li­fi­lə çı­xış et­miş­di. Bu ide­­ya ha­q­da nə düşünürsünüz? Bu ideya İran hö­ku­mə­ti tə­rə­fin­dən də­s­tək­lə­nə bi­lər­mi? Bu İra­nın kürd və azər­baycan­lı əha­li­si ara­sın­da qar­şı­dur­maya yol aç­maz ki?

- İran hö­ku­mə­ti Azər­bayca­na və İran­da ya­şay­an azər­baycan­lı­la­ra gücünü hiss et­dir­mək üçün bu mə­sə­lə ilə spe­kulya­siya edə bi­lər. İran li­der­lə­ri öl­kə­nin kürd əha­li­si­nin İraq, Su­riya, Türkiyə kürdlə­ri­lə bir­ləş­məyə cəhd edə bi­ləcək­lə­ri­ni an­layır­lar. Bu sə­bə­b­dən də, hö­­ku­mət üçün kürdlər ara­sın­da mil­lət­çi­liy­in güclən­mə­si öl­kə­nin şi­­mal-qər­bin­də ya­şay­an azər­bay­can­­lı­la­rın güclən­mə­sin­dən da­ha ar­zu­o­lun­maz­dır. Be­lə­lik­lə, İran hö­ku­mə­ti­nin bu re­g­i­on­la­rı çox cid­di nə­za­rət­də sax­lay­acağı­nı, ora­da müm­kün et­nik toq­quş­ma­la­rın ön­lə­nil­mə­si üçün la­zı­mi təd­bir­lər gö­rəcəy­i­ni göz­lə­mək olar.

- Bə­zi ek­s­per­t­lər he­sab edir­lər ki, İra­na qar­şı san­k­siy­a­la­rın yum­şal­dıl­ma­sı və bu öl­kəyə ener­ji re­sur­sla­rı­nı Qər­bə ix­rac et­mək im­ka­nı­nın ve­ril­mə­si Azər­bayca­na siy­a­si və iq­ti­sa­di ba­xım­dan mən­fi tə­sir gö­s­tə­rəcək. Bu fi­k­rə müna­si­bə­ti­niz necə­dir?

 - İra­nın öz ener­ji re­sur­sla­rı­nın id­xa­lı­na baş­la­ma­sı, neft və tə­bii qaz id­xal edən bütün döv­lət­lə­rə iq­ti­sa­di, siy­a­si və coğra­fi ba­xım­dan tə­sir gö­s­tə­rəcək. Dünya­da ener­ji re­sur­sla­rı­na sərt tə­lə­ba­tın ol­duğu şə­ra­it­də bu, baş­qa cür də ola bil­məz. İs­tə­ni­lən hal­da, İran dünya­da tə­s­diq­lən­miş qaz eh­tiy­a­tı­na gö­rə  1-ci, neft eh­tiy­a­tı­nın həcmi­nə gö­rə isə 4-cü yer­də­dir.


MƏSLƏHƏT GÖR:

672