14 Mart 2025

Cümə, 22:35

Uşaqlar nə haqda oxuyurlar?

Bu gün azərbaycanlı uşaqlar hansı mahnılarla tərbiyə olunur?

Müəllif:

09.07.2013

Bu gün istənilən kitab və ya musiqi dükanında ən balaca dinləyicilər üçün nəzərdə tutulmuş audiokitabların zəngin seçimini, tamaşaların yazılarını, xüsusi mahnların çeşidlərini tapmaq mümkündür. Çox təəssüf ki, bu məhsulların böyük əksəriyyəti rus, ingilis, ya da türk dillərindədir.

 

Yenisini haradan tapaq?

Uşaq malları dükanındakı satıcı Taleh Qurbanov iddia edir ki, uşaq mahnıları, filmləri və cizgi filmlərinə tələbat, uşaq qidası, oyuncaqları və ya uşaq oyunlarına olan tələbata bərabərdir. Və onlara tələbat olub, var və olacaq. “Bu, həmişə tələb olunan maldır. Uşaq mahnılarının musiqi diskləri, cizgi filmlərи və filmlərlə bağlı tez-tez müraciətlər olur. Uşaq məhsullarından çox vaxt biz ancaq rus, ingilis və türk dillərində olan diskləri təklif edə bilirik. Bu parametrlərə görə yerli məhsullar geridə qalır. Bizdə olan uşaq mahnıları kimi kino və cizgi filmlərinin də böyük əksəriyyəti sovet dövrünə məxsusdur. Müasir yerli cizgi filmləri, ya da yeni aranjmanda keçmişdə yazılmış Azərbaycan uşaq filmlərinin məcmuəsi nadir hallarda olur. Məhsulların keyfiyyəti də yaxşı deyil. Görünür, bizim uşaqlarımızı unudublar, çünki yeni məhsul mağazalara hərdənbir gəlir. Gəlsə də, az sayda gətirilir və çox tez satılıb qurtarır”,- deyə o, etiraf edir.

Uşaq mahnılarının olmamasından valideynlər də şikayət edirlər. Onlar məktəbə qədər və məktəb müəssisələrində uşaqların əzbərləməli olduqları yeni repertuarın keyfiyyətindən  narazıdırlar. Məktəbdə oxuyan 12 yaşlı Nigarın və bağçaya gedən 4 yaşlı Fidanın anası Vüsalə Mirzəyeva hesab edir ki, məktəb proqramı çərçivəsində “Musiqi” dərsinin tədrisi olduqca aşağı səviyyədədir. Bağçalarda isə ancaq vətənpərvər mahnılar və himn öyərdilir.

“Böyük qızım oxuyan məktəbin sinfində əvvəllər piano var idi. Təmirdən sonra onu akt zalına köçürdürlər. Ora isə uşaqlar ancaq əlamətdar günlərdə gedirlər. Onun zümzümə etdiyi bütün uşaq mahnıları isə bağçadan öyrəndikləriдир. Kiçik qızımlaбаьлы vəziyyət bir qədər pisdir. Yeni evə köçdükdən sonra uşaq bağçasını da dəyişməli oldum. Orada isə uşaqlara ancaq marş, himn və bir sıra vətənpərvər mahnılar öyrədirlər. Bu yaxşıdır. Lakin həyatda başqa sahələr də vardır ki, uşaqların diqqətini onlara yönəltmək lazımdır. Bizim uşaqlığımızda vətənpərvər mahnılardan savayı, daha az əhəmiyyətli mahnılar da var idi. Bu gün söhbət köhnə sovet, ya da yeni uşaq mahnılarından getmir. Ümumiyyətlə, uşaq bağçaları və məktəblərdə uşaqların mənəvi tərbiyə olunması məsələlərinə az diqqət ayırırlar. Uşaq cizgi filmləri və диэяр filmlər çəkilmir, yeni uşaq mahnılarını da eşitməmişəm. Uşaqlar öz yaşlarının mahnılarını əzbərləməkdənsə, indi müasir müğənnilərin oxuduqları ikinci dərəcəli mahnıları əzəbərləyirlər. Yaxşı ki,  mənim dövrümün şeir və mahnıları var. Elə onları qızımla əzbərləyirik. Lakin etiraf etmək lazımdır ki, o vaxtdan çox şey dəyişib. Artıq nəsə yeni bir şey yaratmaq vaxtıdır”,- deyə Vüsalə Mirzəyevə danışır.

Uşağa yaxşı mahnı öyrədilməsi –kompleks yanaşma tələb edən çətin məsələdir.  İbtidai və qismən də orta məktəblərin proqramında həqiqətən musiqi dərsləri nəzərdə tutulub. Burada məqsəd uşaqdan musiqiçi və ya musiqişünas-nəzəriyyəçi hazırlamaq deyil, əsas məsələ uşağın mədəni səviyyəsini yüksəltməkdir. Lakin açıq görünür ki, bu mühüm zəncirin щазырда öz zəif tərəfləri var.

“”Musiqi” fənni üzrə məktəb proqramı ilə tanış olmaq üçün 1-ci və 2-ci sinif dərsliklərinə baxmaq kifayətdir. Qızım Azərbaycan bölməsində ikinci sinifdə oxuyur. Nəğmə dərsində onlara yeni mahnılar öyrədirlər, lakin mahnının mətni uşaqların qavraması üçün elə çətin olur ki, uşaqlar onu uzun müddət yadda saxlaya bilmirlər. İndiyə kimi uşaq mahnılarımızı xatırlayıram. Onların hamısını yadda saxlamaq və təkrar etmək çox sadə idi, nəinki indikilər. Nəticədə,əvvəllər ləzzət aldığımız musiqi dərsi indi mətnlərin əzbərlənməsinə çevrilir. Şeirlərin чalındığı musiqi motivi heç də vacib deyil. Yeri gəlmişkən, uşaq mahnının mətnini öyrənməsə, buna görə ona iki yazırlar. Xatırlayıram ki, sadə mahnların mətnlərini elə dərsdə öyrənirdik, evə öyrənməyə onları vermirdilər”,- deyə 8 yaşlı Svetlananın anası Rəqsanə Quliyeva qeyd edir.

Bяс бу gün bizim nəyimiz var? İnsanın inkişafında uşaq mahnılarının rolu  qiymətləndirilməyə bilməz. Bu günsə o, ümumiyyətlə, qiymətləndirilmir. Uşağı pozitiv dünyagörüşünə kökləmək olduqca mühümdür. Şən uşaq mahnları özü ilə xeyirxahlıq və ədalət, ətrafdakılara sevgi gətirir. Onların vasitəsilə uşaq özünü necə düzgün aparmağı, bir-birinə dəstək olmaq və yardım etməyin nə qədər mühüm olduğunu, hansı hərəkət və addımlardan uzaq durmağı, hansıları isə etməyi dərk edir. Onlar balaca insanın tərbiyəsində mühüm faktorlardır. Nəğmə özü ilə sevinc gətirir, bəzənsə kədər ciddi düşüncələrə itələyir. Balaca adama nəticə çıxarmağı öyrədir. Ona görə də cəmiyyət uşaq mahnılarının yaradılmasına böyük diqqət ayırmalıdır.

 

Auditoriya

Uşaq mahnıları şifahi xalq yaradıcılığından götürülən xalq nəğmələri ola bilər. Cizgi filmləri və ya kinofilmlər üçün yazılmış mahnılar var ki, onları müəlliflər yaradır. Onlar düzgünlüyü, dostluğu, fədakarlığı, sadiqliyi, gücü və cəsarəti tərənnüm edirlər. Onlar sanki balacanı böyüklər aləminə istiqamətləndirir, ona əslində olmalı olduğunu, щансы  hərəkətин йолверилмязлийини göstərir. Mahnıların bu və digər formaları etimad, hörmət və diqqətli münasibətə layiqdirlər. Professor, əməkdar  yazıçı, uşaq əsərlərinin müəllifi Zahid Xəlil “R+”la söhbəti zamanı bildirib ki, bu gün problem təkcə uşaq mahnılarında deyil, uşaq yaradıcılığı ilə bağlı olan praktiki olaraq bütün sahələrdədir.

“Yüksək texnologiyaların inkişafı, kompüterləşmə ilə həyatın tempi, ritmi sürətlənib, uşaqlar isə bu həyatın ayrılmaz hissələridir. Uşaqlara kompüterdən istifadə etməyi, oyunlarla oynamağı və s. qadağan edə bilmərik. Nəticə etibarilə bizə öz yaradıcılığımızda müasir nüanslara köklənməyimiz qalır. Mahnıları elə yazmaq və bəstələmək lazımdır ki, uşaq xarici auditoriya üçün yaradılmış oyun və cizgi filmlərindəki izlədiyi dinamikanı hiss etsin.  Lakin etiraf etmək lazımdır ki, bizim uşaq auditoriyasının öz xüsusiyyətləri var. Bizə buna bənzər, lakin özümüzün olanы lazımdır.  Bunun üçünsə müsabiqələr təşkil едилмялидир. Məhz belə uşaqlar üçün yeni istedadlar və keyfiyyətli əsərlər üzə çıxarmaq olar. Uşaqlar üçün yazmaq çətin işdir. Burada sadəcə şair, ya da yazıçı olmaq azdır. Uşağı, onun yaş xüsusiyyətlərinin incəliklərini hiss etmək lazımdır. Nəticə etibarilə pedaqoq da olmaq lazımdır. Ona görə də şair və yazıçılar uşaq ədəbiyyatına yaradıcılıqlarının müəyyən dövründən sonra gəlirlər. Uşaq məktəbə gedirsə, bu o demək deyil ki, o böyüyüb. O, məktəbdə də uşaq qalır. Ona qavraması üçün sadə əsərlər lazımdır. Şeirlərdə, mətnlərdə süjet, sadə zarafatла olmalıdır, çünki bu ilk növbədə xüsusi uşaq təfəkkürü üçün nəzərdə tutulub”,- deyə o, qeyd edib. Ekspert deyir ki, uşaq beyni çox həssas, çevik olur, o, asanlıqla ətrafında baş verən hər şeyi canına çəkir.

Xalq artisti, bəstəkar, uşaqlar üçün 500-dən çox nəğmənin müəllifi, Bəstəkarlar İttifaqının uşaq bölməsinin sədri Oqtay Zülfüqarov “R+”la söhbətində uşaq mahnılarının onun üçün ağrılı mözvu olduğunu qeyd edib.

“Uşaqlar ciddi və həyəcanlı yanaşma tələb edirlər. Bir çoxları anlamır ki, mahnının əhəmiyyəti nə deməkdir. Balacalar isə oxuyanda bir-birlərini hiss edirlər. Onlar yaradıcılıqda inkişaf edirlər, dünyanın rəsmini formalaşdırırlar.  Bundan başqa, mahnılar uşaqlarla valideynlər arasında dostluğu bərkidirbu, nəsillərin körpüsüdür. Bu gün məsələ təkcə yeni uşaq mahnılarının olmamasında deyil. Əvvəllər mahnıların böyük əksəriyyəti cizgi filmləri və kino filmlə yazılırdı. Həmin cizgi filmləri məşhur idilər. “Cücələrim”i yazmaq kifayət idivə bütün 250 milyonluq ölkə oxuyurdu, çünki hamı “Nu, poqodi!” cizgi filminə dəfələrlə baxmışdı. İndi artıq belə cizgi filmləri yoxdur, xüsusilə də musiqili, yenilərinin isə elə geniş auditoriyası yoxdur. Nəticə etibarilə populyarlaşdırma lazımdır, filmlər, cizgi filmlər çəkmək və onlara mahnı yazmaq lazımdır. Telekanallarda bu gün dolu olan çox işlənən mallar deyil, yaxşı, keyfiyyətli məshullar göstərmək lazımdır”.

 

Tərpəniş var?

O.  Zülfüqarovun fikrincə, musiqi və mahnı ya pis, ya da yaxşı ola bilər.           “Kukla” mahnısı çoxdan yazıldığına görə pis, ya da köhnə adlandırmaq olarmı? O, indi də aktualdır. Nəticə etibarilə problem mahnının çoxdan yazılmasında deyil. Problem mahnının necə və kim tərəfindən yazılmasındadır. Tepmlər tapmaq, uşaqların  tez qavradıqları mahnılar bəstələmk və populyarlaşdırmaq lazımdır”.

Yaranmış vəziyyətdən çıxış yolunu ekspert müsabiqələrin keçirilməsində görür. Sovet dövründə olduğu kimi, məsələn, həmin dövrdə hər il müsabiqələr keçirilirdi, bəstəkarları isə həvəsləndirirdilər. İndi isə belə ənənələr dəstəklənilmir. Lakin O. Zülfüqarov bu istiqamətdə aparılan işə rəhbərlik etmək və bu ilin sentyabrayında uşaq mahnıları müsabiqəsi təşkil etmək niyyətindədir. Müsabiyə də rəhbərliyi O. Zülfüqarov özü edəcək.  Bəstəkar əmindir ki, bu tədbir çərçivəsində uşaqlar üçün yazılmış ən yaxşı əsərlər seçiləcək.

Animasiya və uşaq kinosu çərçivəsində mahnıların yaradılmasına gəlincə isə sovet illərində bu iş üçün dünyada ən güclü və yeganə Qorki adına “Soyuzmultfilm”- animasiyalı, uşaq kinostudiyası yaradıldı. İttifaqın hər bir, hətta kiçik şəhərinin belə mütləq özünün uşaq teatrı var idi, bütün ölkənin tərbiyə oldunduğu pioner evləri yaradılırdı. Mənəvi tərbiyəyə böyük diqqət ayrılırdı. İttifaqın dağılması ilə bu sahədə durğunluq bütün ittifaq ölkələrində yaranırdı. Bu gün də ekspertlərinölkənin milli ideyasının uşaqlar və onların mənəvi tərbiyəsi olandan sonra vəziyyəti düzəldə bilməsinə dair fikirləri üst-üstə düşür. Ölkənin gələcəyi bundan asılıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə əhalisinin 29%-ni 18 yaşa qədər uşaqlar təşkil edir.  Lakin bu böyük auditoriya üçün bir, ən çoxu 2 animasiya filmi istehsal olunur.

“Problem təkcə uşaq mahnısında deyil. O, uşaq musiqisinin bir-birinə keçdiyi bütün sahələrdə gizlənir”, deyə “Azan” multiplikasiya filmləri studiyasının rejissoru Arif Məhərrəmov bildirir.

Onun sözlərinə görə, hazırda istehsal olunan multiplikasiya filmlərində musiqi ancaq əlavə rol oynayır. “Animasiya filmləri üçün bu cür mahnılar yoxdur. Filmlər çəkmirlər və onlar əvvəllər çəkildikləri saydadırlar. Animasiya filmləri sahəsi heç yaxşı dövrünü yaşamır. Kadrlar, vəsait çatmır. Böyük sərmayə tələb olunur. Və ona dəyər də. Axı biz öz gələcəyimizə, uşaqlarımızın gələcəyinə sərmayə yatırırıq. Öz istehsalımız olan filmlərin yerli kanallar tərəfindən təşviq olunması da vacibdir. Filmlər çəkilə bilər, lakin onlar yayımlanmırsa, kimə lazımdır? Efirlər isə xarici cizgi filmlər ilə doludur. Onların əksəriyyəti kompüter oyunlarına analogiya olan fikirsiz, mexaniki cizgi filmləridir.  Mən demirəm ki, onların yaşamaq hüququ yoxdur. Lakin onlar uşaq üçün nəzərdə tutulmuş efir vaxtını tamamilə monopoliyalaşdırmamalıdır, təcavüz və zorakılıq deyil, uşaqların ağlında obraz və fikirlərin yaranmasına yardım edəcək ibrətli, uşaqların sevəcəkləri, yaddaşlarında qalacaq, humanist, xeyirxah ideyalar daşıyacaq cizgi filmləri ilə paralel şəkildə birgə mövcud olmalıdırlar”, deyə rejissor qeyd edir.

A. Məhərrəmov yeni “Ən güclü” cizgi filminin istehsalı haqda xəbərlə bizi sevindirdi. Bu cizgi film 5-7 yaş arasında uşaqlar üçün nəzərdə tutulub, ən əsası isə orada yeni uşaq mahnısı üçün yer olacaq.

 

Təəssüf ki, bu gün problem uşaq mahnılarında olduğu kimi, uşaq ədəbiyyatı və animasiyasında, kinematoqrafiyada da var və qalır. Ona görə də valideynlərin yerli və xarici kanallarda dolu olan mənfi musiqinin təsirlərindən uşaqlarını qorumaq üçün öz keçmişlərinə müraciət etməkdən başqa çıxış yolları olmur. Gələcək nəslin musiqi tərbiyəsinə dövlət orqanları da, müasir şair və bəstəkarlar da, kinematoqrafçılar və multiplikatorlar da, televiziya işçiləri də laqeyd  qalmamalıdırlar. Bununla da uşaq mahnılarının problemi həll olunmaq üçün kompleks yanaşma tələb edir. Цmid edək ki, yaxın vaxtlarda bu məsələ müvəffəqiyyətlə həllini tapacaq.


MƏSLƏHƏT GÖR:

409