25 Noyabr 2024

Bazar ertəsi, 10:49

SIĞORTALANMIŞ AVTOMOBİL YOLU

Yaxın bir neçə ildə Azərbaycan "Green card" beynəlxalq sisteminin üzvü olacaq

Müəllif:

09.07.2013

Son illər Azərbaycanda şəxsi avtomobillə səyahətə çıxmaq getdikcə populyarlaşır. Bu, rahat və qənaətlə səyahət etməyə imkan yaradır. Burada söhbət yalnız «daxili turizm»dən getmir. Uzaq yola çıxmaq həvəskarlarını yolun uzunluğu qorxutmur və onlar Avropada sevimli avtomobillərini məharətlə «çapır», bununla da bütün yolboyu təbiətin gözəlliyini, turizm baxımdan görməli yerləri seyr etmək imkanı qazanırlar. Üstəlik, maşında aparılan yükün qeydiyyatı problemi, onun həcmilə bağlı məhdudiyyət, ailənin bütün üzvləri üçün aviabiletlərin alınmasına pulun çatıb-çatmayacağı haqda hesablamalar da yoxdur. Belə səyahət zamanı bir neçə sənədi götürmək kifayətdir: pasport, viza və əlbəttə ki, sürücülük vəsiqəsi, avtomobilin texniki pasportu, tibbi sığorta. Yolunuz Köhnə Dünyayadırsa, buraya mütləq «green card» («yaşıl kart») da əlavə olunur. Məhz bu məqamda Azərbaycandan olan əksər səyahətçini bir məsələ narahat edir – bu nədir və onu haradan əldə etmək olar?

 

Yolda yaşıl işıq

«Yaşıl kart» «green card» beynəlxalq sisteminə daxil olan ölkələrin ərazisi ilə hərəkət edən nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin məcburi sığortasıdır. Bu sığorta vərəqəsini verən şirkətlər yol qəzası nəticəsində üçüncü şəxsin nəqliyyat vasitəsinə, digər mülkiyyətinə, həyatına və sağlamlığına dəyəcək zərəri ödəyir. Sistemin üzvü olan istənilən ölkənin ərazisinə daxil olan sürücü bu zaman vahid formalı sertifikata («green card» sığorta vərəqəsinə) malik olmalıdır. Əks təqdirdə, onun həmin ölkənin ərazisində hərəkəti qadağandır.

 «Yaşıl kart»la bağlı müqavilə əsasında sığorta məbləğinin (məsuliyyət limiti) həcmi ərazisində yol qəzası baş vermiş ölkənin qanunvericiliyinə əsasən müəyyənləşdirilir. Bilavasitə kartın qiyməti  isə nəqliyyat vasitəsinin növündən, müqavilənin müddətindən və ziyarət edilən ölkədən asılıdır.

«Ggreen card» sisteminin üzvü olan hər bir ölkədə sığorta təşkilatının milli bürosu olur. Zərərlərin ödənilməsi bürosu sığortaçılara verilməsi üçün «green card» sertifikatları buraxır, iddiaların tənzimlənməsi bürosu isə iştirakçı dövlətin ərazisində yaranan narazılıqların aradan qaldırılması, iddiaların həllilə məşğul olur, əcnəbi  vətəndaşın avtomobilinə, onun sahibinə zərər vurmuş şəxslərə qarşı iddialar qaldırır. Xarici dövlətdə sığorta hadisəsi baş verərsə, «yaşıl kart» sertifikatına sahib şəxs yerli hakimiyyət orqanlarında (yol polisi, gömrük xidməti) baş verənlərə şahidlik etməli, müvafiq sənədləri imzalamalıdır. Qeydiyyat zamanı şəxs hadisənin baş verdiyi dövlətin dilini başa düşüb-düşmədiyini göstərməli, «green card»ın ikinci hissəsini hadisənin digər iştirakçısına verməlidir. Evə qayıdandan sonra isə «yaşıl kart»ı aldığınız sığorta şirkəti baş verənlər haqqında dərhal məlumatlandırılmalı, lazımi sənədlər şirkətə təqdim olunmalıdır.

Sistemin üstünlüyünə şübhə yoxdur: birincisi, bu, avtomobil sahibinin milli qanunvericiliyə əsasən tələb olunan digər məcburi avtosığortalardan xilasıdır. İkincisi, bu zaman əcnəbi vətəndaşın iştirakı ilə baş vermiş yol qəzası zamanı avtomobil sahibinin maraqları qorunur. Yəni, bir dəfə ödəniş etməklə, müxtəlif ölkələrin yolları ilə rahatlıqla hərəkət etmək olar.

Yeri gəlmişkən, «yaşıl kart»ın müddəti müxtəlif ola bilər – iki həftədən bir ilədək. Bu, sığortaçının istəyindən asılıdır. Onu baş çəkəcəyiniz ayrıca dövlət üçün də, razılaşmanın qüvvədə olduğu bütün dövlətlər üçün də rəsmiləşdirmək mümkündür. Bu da turne həvəskarları üçün daha bir müsbət məqamdır.

 

Prosesgedir

Təəssüf ki, bu gün Azərbaycan «green card» sisteminin yalnız tranzit iştirakçısıdır. Lakin Maliyyə Nazirliyi 2015-ci ildə respublikanın sistemin tamhüquqlu üzvü olacağını bildirir.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilovun sözlərinə görə, «green card» sisteminə qoşulmaq üçün qanunvericilikdə dəyişikliklər edilməsi vacibdir. Məsələn, «green card»ın Milli Bürosu funksiyasını hansı qurumun həyata keçirəcəyi, onun səlahiyyətləri müəyyənləşdirilməlidir. «Bununla əlaqədar olaraq, hazırda qanunvericiliyə müvafiq dəyişikliklər hazırlayırıq. Dəyişikliklər takje predusmatrivaöt ustanovku pravil perestraxovaniə kontraktov na obəzatelğnoe straxovanie qrajdanskoy otvetstvennosti vladelğüev transportnıx sredstv v kompaniəx s vısokimi reytinqami, a takje naliçie qarantii, predostavlennoy bankami s vısokim reytinqom», - deyə N.Xəlilov bildirib.

Qeyd edək ki, əvvəllər Azərbaycanda «green card»ın Milli Bürosu funksiyasını Məcburi Sığorta Bürosunun (ISB) həyata keçirə biləcəyi bildirilirdi. Hazırda o, özündə Azərbaycanda fəaliyyət göstərən 12 sığorta şirkətini cəmləşdirir.

N.Xəilov bildirib ki, qanunvericiliyə ediləcək dəyişikliklər avtomobil sahiblərinin mülki məsuliyyətinin məcburi sığortası ilə məşğul olan bütün şirkətlərə «green card» Bürosuna daxil olmaq imkanı da verəcək: «Amma məsələ ondadır ki, belə şirkətlərin hamısı büroya daxil olmaq istəyəcək, ya yox? Çünki bunlar müxtəlif istiqamətlərdir və bunun üçün müəyyən maliyyə təminatı tələb olunur: «green card» üçün hər hansı digər ehtiyatlarla kəsişməyən ayrıca maliyyə fondu tələb olunur». N.Xəlilov hesab edir ki, istənilən halda bu məhsul Azərbaycanın sığorta şirkətlərini maraqlandıra bilər. Çünki avtomobil vasitəsilə səyahət edən insanların «yaşıl kart» almaları vacibdir: «Hazırda region ölkələri arasında yalnız Azərbaycan, Gürcüstan və Ermənistan bu sistemin üzvü deyil. Digər qonşularımız artıq ona qoşulublar və müvafiq olaraq, azərbaycanlıların həmin ölkələrin sərhədini keçməsi üçün «green card» tələb olunur. Bu isə yerli sığorta şirkətləri üçün əlavə bazarın yaranması deməkdir».

Xatırladaq ki, hələ 2013-cü ilin fevralında Brüsseldə keçirilmiş toplantıda Azərbaycanın sistemə qoşulması ilə bağlı ilkin müsbət rəy verilmişdi. Bunun üçün qanunvericiliyə dəyişikliklər isə 2015-ci ildə həyata keçirilməlidir. N.Xəlilovun sözlərinə görə, bu, «green card» sisteminə daxil olmaq üçün tələb edilən prosedurlardan asılıdır.

Bir sözlə, bir neçə il sonda avtomobilə səyahətə çıxmağı xoşlayan azərbaycanlıların problemlərinin biri də aradan qaldırılacaq. Bu, xarici turizmlə bağlı statistik göstəricilərin yaxşılaşdırılması üçün daha bir stimul olacaq.


MƏSLƏHƏT GÖR:

441