25 Noyabr 2024

Bazar ertəsi, 02:50

KƏNDƏ KART-BLANŞ, KORRUPSİYAYA SAVAŞ!

Azərbaycan Prezidenti regionların inkişafına dair 3-cü Dövlət Proqramının əsas hədəflərini açıqladı

Müəllif:

11.02.2014

Azərbaycan 10 il əvvəl regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramını qəbul edərkən öz iqtisadi inkişaf modelini ortaya qoydu. 2013-cü ildə 2-ci belə proqramın icrası başa çatdı. 

"2004-cü ildə əgər birinci proqram qəbul edilməsəydi, bugünkü Azərbaycan reallıqları tam fərqli ola bilərdi. Regionların inkişafı, sahibkarlara verilən dəstək, qeyri-neft sektorunun inkişafı, idxaldan asılılığımızın azaldılması, ixrac potensialının yaradılması son illərin əlamətidir", - deyə İlham Əliyev regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransdakı çıxışında bildirib.

Ümumilikdə, 2 proqramın icrasına bütün mənbələr hesabına 50,7 milyard manat yönəldilib. İlk proqramın icrası 16 milyard, 2-ci proqramın reallaşdırılmasına isə 34,7 milyard manat xərclənib. Amma artıq şeyd olunduğu kimi, çəkilən zəhmət hədər getməyib. İndi növbədə bir çox parametrlərdə yekunlaşdırıcı olacaq 3-cü proqramdır.

 

İsrarlı təklif

Əldə edilmiş nəticələr göstərir ki, hər iki proqram artıqlaması ilə yerinə yetirilib. "Sıfırdan" başlamaqla müqayisədə, başlanılanın davam etdirilməsi hər zaman daha asandır. Üstəlik, bu illər ərzində ölkənin maddi imkanları ciddi şəkildə artıb.

Yeni proqramdakı hədəflərin bəziləri prinsipcə, əvvəlki proqramlardakıların eynidir. Sadəcə, bu dəfə həmin işlər son mərhələsinə qədəm qoyacaq. Söhbət infrastruktur layihələrinin reallaşdırılmasıdan, enerji, qaz və su təchizatı ilə bağlı problemlərin həllindən gedir.

Bununla yanaşı, aqrar sahənin inkişafı və ölkənin özünün özünü ərzaqla təmininin 100%-ə çatdırılması prioritetdir. Qeyd edək ki, bəzi ərzaq növlərində buna nail olmaq elə də çətin deyil: hazırda ət və ət məhsulları ilə təminat 94%, toyuq əti ilə təminat 92%, yumurta ilə 96,5%, süd və süd məhsulları ilə 75%, taxıl ilə 65%, üzümlə 94%, kartofla 98%, bostan bitkiləri ilə təminat 100%, meyvə və giləmeyvə ilə 126%, tərəvəzlə 100%, duzla 72%, şəhər və şəhərdən hazırlanan məhsullarla təminat 174% (bu bizim ən nəhəng ixrac potensialımızdır), bitki yağları və marqarinlə 70%, kərə yağı ilə 50%-dir.

Bununla əlaqədar olaraq, dövlət başçısı kənd təsərrüfatı sahəsində islahatların həyata keçirilməsini nəzərdə tutan yeni xüsusi sərəncamın hazırlandığını bildirib: "Yerli istehsalın gücləndirilməsi, idxaldan asılılığımızın azaldılması, ixracyönümlü məhsulların yetişdirilməsi prioritet məsələdir", - deyə İ.Əliyev bundan sonrakı 5 ildə qarşıda duran məsələlər haqda danışarkən bildirib.

Hökumətin qarşısında məhsul istehsalının artırılması, yeni nəhəng meliorasiya layihələri hesabına yeni əkin sahələrinin yaradılması, müasir texnologiyaların tətbiqi (məsələn, fermerlerin elektron qeydiyyatı və torpaq sahələrinin elektron uçotu sistemi yaradılmalıdır) və digər vəzifələr durur. Bundan başqa, qarşıdakı 5 il üçün hökumətə regionlar üzrə speüializaüiə aparılması, hər bir məhsulun yetişdirilməsi üçün xüsusi stimullaşdırıcı amillərin yaradılması tapşırılıb.

Maddi dəstək məsələsinə gəlincə, Prezident İlham Əliyev bu dəstəyin bundan sonra da olacağını bildirib. Bununla yanaşı, dövlət başçısı xəbərdarlığını da edib: "Subsidiyaların verilməsində tam şəffaflıq təmin edilməlidir. Bu mənim son xəbərdarlığımdır".

Yeri gəlmişkən, prezident bir daha xatırladıb ki, Azərbaycanı Ümumdünya Ticarət Təşkilatına üzv olmaqdan saxlayan məqam məhz yerli istehsalçının dəstəklənməsidir: "Baxmayaraq ki bizi böyük təkidlə oraya dəvət edirlər".

"Bunun səbəbləri var və səbəblərdən ən birincisi, yerli istehsalçının müdafiəsidir, Azərbaycan bazarının qorunmasıdır. Biz öz bazarımızı, necə deyərlər, açsaq və buraya keyfiyyətsiz, ucuz xarici məhsullar sərbəst şəkildə buraxılsa, o zaman yerli istehsal öləcək, kəndli zərər çəkəcək", - deyə dövlət başçısı qeyd edib. İlham Əliyevin sözlərinə görə, Azərbaycan ÜTT-yə yalnız Azərbaycanda həm kənd təsərrüfatında, həm sənaye sahəsində ixracyönümlü məhsullar üstünlük təşkil edəcəyi zaman üzv olacaq: "Baxarıq görərik, o vaxt bizi belə təkidlə oraya dəvət edəcəklər, yoxsa yox".

 

Son xəbərdarlıq

İlham Əliyev problemlər sırasında korrupsiya, rüşvətxorluq, bürokratiya, məmur özbaşınalığı kimi halları da sadalayıb, bu hallarla mübarizənin sərtləşdirilməli olduğunu bəyan edib. Üstəlik, prezidenin şəxsi iradəsi ilə artıq bu mübarizədə effektivliyin artırılması üçün real əsas var. Yalnız "ASAN xidmət"in yaradılması əhali tərəfindən şikayətlərin böyük bir hissəsinə son qoyub. İndi əhali bu qurumun göstərdiyi xidmətlərin sayının artmasını arzulayır. "Cəmi bir il ərzində "ASAN xidmət"ə bir milyon müraciət olub. Tam şəffaflıq təmin edilib, mədəni xidmət və Azərbaycan vətəndaşına layiq olan hörmət göstərilir. Bütün insanlarla birbaşa ünsiyyətdə olan qurumlar da bu prinsiplərlə yaşamalıdırlar", - deyə İ.Əliyev qeyd edib.

Korrupsiya xəstəliyinin yalnız radikal müalicə metodu ilə "müalicəsi" mümkündür. Bu üzdən də konfransda dövlət başçısı son xəbərdarlığını səsləndirib: "Biz korrupsiyaya, rüşvətxorluğa niyə göz yummalıyıq?! Niyə bu yara bizi içimizdən sarsıtsın, niyə bu yara bizi zəhərləsin?! Ona görə də mən deyirəm ki, hər kəs nəticə çıxarsın. Cəza tədbirləri görülür, görüləcək. Burada heç kimdə immunitet yoxdur, olmayacaq. Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər".

 

 

İLK MƏNBƏDƏN

«Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər». 

İlham ƏLİYEV, Azərbaycan Prezidenti

 

 

REGIONLARIN İNKİŞAFI DÖVLƏT PROQRAMININ ICRA OLUNDUĞU 10 ILDƏ AZƏRBAYCAN IQTISADIYYATININ INKİŞAFI 

Göstərici                                                                                      Artım

ÜDM                                                                                              3,4 dəfə

Qeyri-neft sektoru                                                                         2,6 dəfə

İnvestisiyalar                                                                                 6,5 dəfə

Əhalinin gəlirləri                                                                            6,5 dəfə

Regionlarda məhsul istehsalı                                                       3,2 dəfə

Orta aylıq əməkhaqqı                                                                    7,3 dəfə

Regionlarda vergi ödəmələri                                                       14,2 dəfə

Qeyri-neft məhsullarının ixracı                                                      4,7 dəfə

İxrac olunan qeyri-neft məhsullarının çeşidi                                 1,7 dəfə

 

 

RƏQƏMLƏR VƏ FAKTLAR 

«Ötən 10 il­də Sa­hib­kar­lığa Kö­mək Mil­li Fon­du­nun və­sa­it­lə­ri he­sa­bı­na 19 min­dən çox sa­hib­ka­ra 1,2 milyard ma­nat gü­zəş­tli kre­dit ve­ri­lib və bu lay­i­hə­lər he­sa­bı­na 110 mi­nə­dək ye­ni iş ye­ri ya­ra­dı­lıb. Kre­dit­lə­rin 78 fa­i­zi, açı­lan iş yer­lə­ri­nin isə 81 fa­i­zi re­g­i­on­la­rın payı­na düşür».

Şa­hin MUSTAFAYEV, iq­ti­sa­diyyat və sə­naye na­zi­ri

***

«İki Döv­lət Pro­qra­mı da­xi­lin­də 8332 ki­lo­metr yol çə­ki­lib və tə­mir olu­nub, 222 körpü və yo­lötürücüsü ti­ki­lib, 85 körpü əsas­lı tə­mir olu­nub. Bun­dan əla­və, 400 ki­lo­met­rdən çox də­mir yo­lu əsas­lı tə­mir olu­nub, re­g­i­on­lar­da ye­ni 4 ha­va li­ma­nı ti­ki­lib, 2 li­man tam ye­ni­dən qu­ru­la­raq is­ti­s­ma­ra ve­ri­lib, ye­ni ha­va gə­mi­lə­ri alı­nıb. Bu təd­bir­lə­rin ye­ri­nə ye­ti­ril­mə­si­nə müxtə­lif mən­bə­lər­dən 8,2 milyard ma­nat və­sa­it sərf olu­nub».

Ziya MƏMMƏDOV, nəq­liyyat na­zi­ri

***

«2004-2013-cü il­lər­də kənd əha­li­si sayı­nın 10,2 fa­iz ar­tı­mı ilə müqay­i­sə­də ümu­mi kənd tə­sərrüfa­tı məh­sul­la­rı is­teh­sa­lı­nın həcmi 3,3 də­fə ar­tıb. Hə­min döv­rdə bit­ki­çi­lik məh­sul­la­rı is­teh­sa­lı 3 də­fə ar­ta­raq 2 milyard 627 milyon ma­nat təş­kil edib. Hey­van­dar­lıq məh­sul­la­rı is­teh­sa­lı isə 2013-cü il­də 2 milyard 617 milyon ma­nat (3,8% ar­tım) təş­kil edib».

Hey­dər ƏSƏDOV, kənd tə­sərrüfa­tı na­zi­ri

***

«2004-cü il­də… öl­kə üzrə qaz­laş­ma sə­viyyə­si cə­mi 39,8 fa­iz təş­kil edir­di. 2013-cü il­də qaz­laş­ma sə­viyyə­si 89,8, o cümlə­dən Ba­kı şə­hə­ri üzrə 99,  re­g­i­on­lar üzrə 83,4 fa­i­zə çat­dı­rı­lıb. Öl­kə üzrə re­al qaz­la əha­li abu­nə­çi­lə­ri­nin sayı 2004-cü il­də 700 min­dən aşağı ol­duğu hal­da, bu gün 1 milyon 600 min­dən ar­tı­q­dır».

Röv­nəq ABDULLAYEV, “SOCAR” pre­zi­den­ti

***

«Döv­lət pro­qram­la­rı­nın icra­sın­dan əv­vəl öl­kə üzrə xid­mət gö­s­tə­ri­lən əha­li­nin cə­mi 26 fa­i­zi fa­si­lə­siz iç­mə­li su alır­dı­sa, ha­zır­da bu rə­qəm 55 fa­i­zə çat­dı­rı­lıb».

Qor­x­maz HÜSEYNOV, «Azər­su» ASC-nin sə­d­ri



MƏSLƏHƏT GÖR:

659