Müəllif: Vəfa ZEYNALOVA Bakı
Bir çoxlarımız internet olmayanda kitab və informasiya aclığını yatırmağın ancaq kitabxanada mümkün olduğu sehrli dövrü xatırlayırıq. Köhnəlmiş cildlərlə dolu rəflər arasında dolaşanlara sirli aləmi xatırladan toz qoxulu kitabları evə gətirərkən keçirdiyimiz təkrarolunmaz zövq hamıya məlumdur...
Yaxud da oxu zalının sükutunu, ədəbiyyat məbədinin xidmətçiləri tərəfindən mühafizə edilən sakitliyi, vərəqlənən dövri mətbuatın incə xışıltısı və astadan növbəti kitabın verilməsi üçün xahişlər pozur.
İndi dövrün tələbləri bir çoxlarını bu zövqdən məhrum edib. Təəssüf ki, hazırkı internet əsri kitabxanaların əzəmətli keçmişindən ancaq xoş xatirələr saxlayıb. Əgər əvvəllər kitabxanalar mədəniyyət və təhsilin dayağı hesab olunurdusa, bu gün etiraf edək ki, hər yerdə mövcud olan internet, kompyuter və digər elektron daşıyıcılar qismində çoxlu rəqibləri var. Odur ki, ümumilikdə bu 10 ildə kitab oxuyanların sayı dəfələrlə azalıb. Və kitabxanalar da oxucularını qoruyub saxlamaq üçün müxtəlif hiylələrə əl atmalı olurlar. Buna baxmayaraq, kitab anbarları və onların işçilərinin vəziyyəti son dərəcə acınacaqlı haldadır.
Oxucu uğrunda mübarizə
Lakin bu o demək deyil ki, Azərbaycan kitabxanaları öz əsas funksiyalarını - yaşından, cinsindən, təhsilindən asılı olmayaraq, oxucuların tələblərini tamamilə pulsuz əsasda təmin olunmasını şərəflə yerinə yetirməyi bacarmırlar. Bu, "R+"la söhbəti zamanı Mədəniyyət və Turizm Nazirliyinin kitabxana sektorunun müdiri Lətifə Məmmədovanın da dediyi kimi - ictimai kitabxanaların əsas sosial missiyasıdır.
"Həyatımız o qədər sürətlə inkişaf edir ki, üzərinə düşən informasiyanı sadəcə olaraq qavramağı çatdırmır. Hətta ali təhsil müəssisələrini 5 il bundan qabaq bitirənlər mövcud dəyişikliklər və ixtisaslarının sahəsində tərəqqi ilə rastlaşırlar. Lakin belə şərtlərdə hamı heç də ucuz olmayan kitabları, eləcə də qəzet, jurnal şəklində adi dövri mətbuatı ala bilmir",- deyə Lətifə xanım bildirir. Kitabxanada isə hər bir kəs nəinki sadəcə bədii ədəbiyyat oxumaqla zövq ala bilər, həm də elmi işlərlə maariflənmək və dünyada baş verənlər haqda dövri mətbuatdan da xəbər tuta bilərlər.
Eyni zamanda kitabxanalar sadəcə olaraq dəyişən həyatın şərtlərinə uyğunlaşmalıdırlar. Necə deyərlər, öz adını saxlamaq üçün hazırda bir çox maraqlı layihələr də həyata keçirilir. Məsələn, inkişafın prioritet istiqamətlərindən biri - həm də nəinki kompyuterləşməni, həm də internetləşməni, eləcə də elektron resursların yaradılmasını birləşdirən kitabxanaların informasiyalaşmasıdır.
"Sirr deyil ki, internet resurslarının böyük əksəriyyəti ingilis dilindədir. Azərbaycan dilinin öz layiqli yerini tutması üçün biz informasiyanı Azərbaycan seqmentində artırmağa səy göstəririk",- deyə Lətifə xanım şərh edir.
Qabağa getmiş bütün oxucuları maraqlandıran ən mühüm layihələrdən biri - azad Wi-Fi zonalarının yaradılmasıdır. Bundan başqa, kitabxanaların bütün internet-resursları mərkəzləşdirilmiş qaydada yığıldığı və azad kataloqun yaradıldığı az.lib.net elektron kataloq sistemi yaradılıb.
Lətifə Məmmədovanın dediyi kimi, mobil kənd kitabxanalarının yaradılması üzrə layihə hazırlıq mərhələsindədir. Lətifə xanımın sözlərinə görə, bu cür üsullar artıq bütün dünyada mövcuddur - Baltikyanı ölkələr və ABŞ-da. Mahiyyət ondan ibarətdir ki, regional kitabxanaların xüsusi kənd klubları - sadəcə kitabxana deyil, həm də mini-muzey, mini-kinozal, ana və uşaq otağı, eləcə də hüquq informasiya mərkəzi rolunu da oynaması mühümdür.
Nadir və müstəsna nəşrlərin əbədiləşməsinə "Kitablar-abidələr" layihəsi kömək edir. Bütün informasiya Azərbaycana (burada yazılmış və nəşr edilmiş Azərbaycan haqqında əsərlər, müəllif və həmmüəllifləri azərbaycanlılardır və s.- müəl.) hər hansı aidiyyəti olan əntiq və bukinist nəşrlər ehmalca toplanır və kataloqlaşdırılır. Bununla belə, bu yığma artıq kompakt-disk formasında buraxılıb və nəinki dövlət idarələri, eləcə də şəxsi kolleksiyalardan olan nəşrləri birləşdirir.
Bakının qocaman kitabxanası
Çətinliklərə baxmayaraq, kitabxanalar möhkəm qalaylı əsgərciklər kimi mövcud olmağa və fəaliyyət göstəməyə davam edirlər. Bu sırada bayraqdar qismində Bakının ən böyük kitabxanası - M.F. Axundov adına Azərbaycan Milli Kitabxanası (AMK) çıxış edir. O, nəinki Azərbaycanda ən böyük kitabxanadır, həm də dünyanın ən iri universal kitabxanalarından biri hesab olunur. O, işinə demək olar ki, 100 il bundan öncə - 1920-ci ildə başlayıb. Təxminən, 40 il (1920-ci ildən 1961-ci ilə kimi) müddətində 3 otaqlı yerdən möhtəşəm dördmərtəbəli binaya qədər böyüyüb.
Bu gün kitabxananın fondu 4, 552 milyon kitabdan (2013-cü ilin 1 yanvar tarixinə qədər) ibarətdir, bununla yanaşı, kitabxana daim nəşriyyat evləri, UNESCO-nun fondları, şəxsi gəlirlər hesabına yeni kitablarla dolur. Kitabxananın əməkdaşları Aygün Məmmədova və Könül Məmmədovanın dedikləri kimi kitabxanada nadir nəşrlər də var. Ən qiymətli nüsxələrdən və qədim kitablardan biri Abbasqulu ağa Bakıxanovun 1831-ci ilə aid olan "Qanuni-Qüdsi" əsəridir. Azərbaycan ədəbiyyatı arxivində və nadir kitablar sektorunda miniatür kitablar kolleksiyası qorunub saxlanılır.
Könül Məmmədovanın sözlərinə görə, kitabxanaya gələnlərin axını keçmiş 15 illə müqayisədə, təbii ki, əhəmiyyətli dərəcədə azalıb. Lakin Bakıda hər hansı bir kitabxananın bu qədər vizitorlarla qürrələnməsi yenə də şübhəlidir: tədris vaxtı gün ərzində 800 minə qədər oxucu. "Təbii ki, tətillərdə daha azdır",- deyə o, bildirir. Orta hesabla oxucuların sayı gündə 30 nəfər təşkil edir. Göründüyü kimi, tələbələr və hər növ elmi işçilər üçün "axundovka" xalq arasında kitabxananı belə adlandırırlar, yenə də elmə yiyələnməkdə ən əsas informasiya mənbələrindən biri olaraq qalır. Baxmayaraq ki, kitabxana fondu, demək olar ki, tamamilə elektron formata köçürülüb, internetdə onu tapmaq son dərəcə çətindir. "Əks halda, heç kim bura gəlmək istəməz və nəticədə biz işsiz qalarıq",- deyə əməkdaşlar gülürlər.
Lakin kitabxanada "gəzmək" üçün bu gün bütün imkanlar yaradılıb: zalda darıxdırıcı basabas, kitablar üçün sonsuz növbələr yoxdur, sifarişin gözlənilmə vaxtı bir saat yarımdan 10-15 dəqiqəyə endirilib. Elmi-texniki tərəqqini sevənlər isə lazımi ədəbiyyatı oxumaq üçün kompyuter masasının arxasına keçə bilərlər.
Kitabxanın özündə də dəyişikliklər yoxdur. Lakin əməkdaşın dediyinə görə, oxucuların qeydiyyat sistemi hətta 2009-cu ildə dəyişdirilib və girişdə isə turniket qoyulub. Düzdür, indi oxucu biletinin nömrəsini göstərməklə, kitab sifarişini internet vasitəsilə də həyata keçirmək olar.
Dövlət dəstəyi
Maliyyə - kitabxana işində ən acı problemlərdən biridir. Məsələn, Lətifə Məmmədovanın verdiyi məlumata görə, Nərimanov rayonunun iki kitabxanası-Firdovsi adına kitabxana və T.Şahbazi adına kitabxana bağlıdır. Belə ki, bir neçə il ərzində icarə haqqını verə bilmədikləri üçün kitabxanalar bağlanıb.
Regional kitabxanaların fondlarının kitabla təmin olunması üçün ildə 5-8 min manat buraxılır. "Bu, çox kiçik məbləğdir",- deyə Mədəniyyət Nazirliyinin əməkdaşı bildirir. Onun sözlərinə görə, elə bu səbəbdən, regional kitabxanalara uzun illərdir ki, nəinki qəzet və jurnallar, heç yeni kitablar da daxil olmur. Vəsaitlərin çox hissəsi kitabxana inventarlarına - formulyar, kitabxana kartoçkalarının "cibləri", təslim-bildiriş kağızlarına gedir.
Başqalarında isə vəziyyət daha pisdir. Paytaxtın rayon kitabxanaları heç bu məbləği də almırlar. Ancaq dörd iri şəhər kitabxanası -AMK, Cəfər Cabbarlı adına Respublika Uşaq Kitabxanası, F. Köçərli adına Respublika Uşaq Kitabxanası və Gözdən Əlillər üçün Respublika Kitabxanası -dövlət büdcəsi və nazirliyin büdcəsindən maliyyələşirlər. Onlarda ildə 50-60 min manat buraxılır.
Xoşbəxtlikdən, Azərbaycan Prezidentinin 2004-cü il 27 dekabr tarixli sərəncamına əsasən, kitabxana fondları müxtəlif istiqamətli kitablarla - istər bədii ədəbiyyat, istərsə də soraq kitabçası, elmi işlər və ensiklopediyalarla təkmilləşdirilib. Hazırda fondlar Mədəniyyət və Turizm Nazirliyinin hesabına tamamlanır.
MƏSLƏHƏT GÖR: