25 Noyabr 2024

Bazar ertəsi, 09:20

BENEFİSİYARDAN DONORLUĞA

FAO Azərbaycanı BMT-nin layihələrini birgə maliyyələşdirəcək dövlətlər sırasına daxil edib

Müəllif:

25.06.2013

XXI əsrin əvvəllərində BMT və onun struktur bölməsi - Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşəbbüsü ilə dünyanın 185 dövləti "Minilliyin inkişaf məqsədləri" bəyannaməsini qəbul ediblər. Bu sənədin əsas məqsədi  2015-ci ilə kimi planetdə aclıq və yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılmasıdır. 13 il ötəndən sonra, dünyanın təxminən iyirmi ölkəsi nəzərəçarpacaq dərəcədə acların sayını aşağı sala və öz ərzaq təhlükəsizliyini təmin edə bildi. Onların sırasında FAO-nun xüsusi mükafatına layiq görülmüş Azərbaycan da var. Mükafat 15-22 iyun tarixlərində Romada keçirilən konfransda təqdim olunub. 

 

Məqsəd nömrə "1"

Romada FAO Şurasının növbəti iclasının əsas mövzusu aclıqla beynəlxalq mübarizənin aspektləri - 2000-ci ildə BMT Baş Assambleyasının iclasında qəbul olunmuş "Minilliyin  inkişaf məqsədləri"nin əsas vəzifələri oldu. Ərzaq çatışmazlığı və aclıq hələ də bəşəriyyətin ən ağır bəlası olaraq qalır: FAO-nun hesabatında qeyd edildiyi kimi, 2012-ci il ərzində aclıq çəkənlərin böyük əksəriyyəti, daha dəqiq, 852 mln insan inkişaf etməkdə olan ölkələrdə yaşayır. Bu isə onların əhalisinin ümumi sayının təqribən 15%-ni təşkil edir. 16 mln.-dan artıq insan isə inkişaf etmiş ölkələrdə doyunca yeməməkdən əziyyət çəkir. 

"Bununla belə, bir sıra inkişaf etməkdə olan ölkələrin nümunələri göstərir ki, siyasi iradə, koordinasiya və beynəlxalq əməkdaşlıq olduğu təqdirdə, aclığın səviyyəsinin tez və uzunmüddətli azalması tamamilə mümkündür", -  deyə FAO-nun baş direktoru Joze Qrasianu da Silva bildirib.  

Dövlət başçıları və hökumət üzvləri, eləcə də Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəliyi də daxil olmaqla, Roma sessiyasının gedişində aclıqla mübarizədə ən yaxşı göstəricilərə nail olan dövlətlərin mükafatlandırma mərasimi də təşkil olunub.  FAO rəhbərliyinin qərarı ilə 18 dövlət "Minillyin inkişaf məqsədləri" - 2015-ci ilə qədər aclıq çəkənlərin payının iki dəfə azalması, eləcə də Dünya Ərzaq Sammitinin (DƏS) daha sərt məqsədi - tələb olunan vaxt üçün aclıq çəkənlərin mütləq sayının azalmasını təmin etmək məqsədilə aqrar kompleksin dayanıqlı inkişafı vəzifəsinə vaxtından əvvəl nail olduqları üçün diploma layiq görüldülər. 

Azərbaycan əminliklə hər iki məqsədə nail olan ölkələr siyahısına daxil oldu. Digər mükafatçılar arasında Afrikanın, Asiya və Latın Amerikanın bir sıra dövlətləri də var, postsovet regionundan isə həmçinin Gürcüstan, Qırğızıstan, Türkmənistan və Ermənistan təmsil olunmuşdu. 

Bu yaxınlarda baş tutmuş mükafatlandırma mərasimində FAO-nun baş direktoru Joze Qrasianu da Silva Azərbaycan kənd təsərrüfatı naziri İsmət Abbasov da daxil olmaqla, hökumətlərin rəsmi nümayəndələrinə əldə olunmuş nailiyyətlərə görə təşkilatların xüsusi mükafatlarını təqdim edib. 

Ölkəmiz "Minilliyin inkişaf məqsədləri" bəyannaməsinin baza vəzifələrinin reallaşması prosesində hansı konkret nailiyyətləri əldə edib?

Ölkədə son on illikdə regionların sosial-iqtisadi inkişafı, sahibkarlığa, sənayenin inkişafına, ərzaq təhlükəsizliyinə yardım üzrə reallaşdırılan bir sıra dövlət proqramları işsizliyin azaldılmasına və yoxsulluğun səviyyəsinin aşağı düşməsinə imkan verib. Beləliklə, ancaq ötən ildə ölkədə  117 min yeni iş yeri açılıb, ümumilikdə isə 2004-cü ildən isə 1,2 mln.-dan artıq insan işlə təmin olunub.  BMT ekspertlərinin qiymətləndirmələrinə görə, dünyada aclığın ən əsas səbəblərindən biri məhz yoxsulluğun və işsizliyin yüksək həddi ilə bağlıdır.  

Azərbaycanda son 10 ildə yoxsulluğun həddini ötən ilin sonuna qədər 48%-dən 6%-ə azaltmaq mümkün olub. Nəzərə alsaq ki, BMT yoxsulluq və aclıq problemini məhz işsizliklə əlaqələndirir, onda FAO-nun ekspertləri güman ediblər ki, bizim ölkəmiz tam mənada məqsəd "nömrə 1"-in reallaşmasına nail olub. 

 

Ərzaq müstəqilliyi  

Dünyada aclıq və ərzaq çatışmazlığının digər səbəbi bir sıra inkişaf etməkdə olan ölkələrin tam mənada ölkə əhalisini zəruri qida məshulları ilə təmin etmək üçün kənd təsərrüfatı və qida sənayesinin lazımi inkişafına nail ola bilməmələri ilə bağlıdır. 

Belə dövlətlər dünya ərzaq bazarlarının konyukturlarının tərəddüdlərinə son dərəcə həssasdırlar. Qiymət artımının pik dövrlərində kasıb ölkələrin əhalisi ucuz çörək, düyü, tərəvəz və digər əsas qida məhsullarının çatışmazlığı ilə üzləşirlər,  multiplikasiyanın yaranmış effekti isə sürəkli aclığın başlamasını tez-tez təhrik edərək, aqrosənayenin digər sektorlarında qiymət artımını şişirdir.

Yaranmış şəraitdə Azərbaycan hökumətinin fəaliyyəti ərzaq inflyasiyasının və digər "qloballaşmış" neqativin ölkəyə "idxalını" buraxmamağa yönəlmişdi. Azərbaycan son illər ərzaq müstəqilliyinə nail olmaq üçün nəzərəçarpacaq uğurlar əldə edib. Buna dövlət fondlarının xətti ilə - Sahibkarlığa Kömək Milli Fondu (ANFES) və Azərbaycan İnvestisiya Şirkəti (AİŞ), "Aqrolizinq" ASC dövlət lizinq strukturunun formalaşdırılması, fermerlərə subsidiyalar və dotasiyaların ayrılması, irriqasiya sisteminin və s. inkişaf etdirilməsi kənd təsərrüfatının ardıcıl maliyyələşdirilməsi siyasətinə yardım edib. 

Ölkədə özəl sektorun dövlət dəstəyi sayəsində onlarca yeni quşçuluq təsərrüfatı, quşçuluq və parnik kompleksləri yaradılıb, taxılçılıq elevatorları və soyuducu kameralar tikilib, iri taxılsəpən aqrokomplekslər formalaşdırılır. 

Bu gün Azərbaycan əhalisi zəruri ərzağın 80%-ni yerli qida sənayesindən alır, bununla yanaşı, hər il yerli məhsullar iri həcmdə idxal analoqlarını sıxışdırıb çıxarır. Xüsusilə, daxili istehsal praktiki olaraq, ət məhsulları, bitki yağları, şəkər, meyvə-tərəvəz konservləri və təbii ki, təzə mövsümi bitkiçilik məsullarına olan tələbatı yüz faiz ödəyir. 

Azərbaycan taxıl məshulları ilə özünün təmin edilməsi məsələsində də stabiliyyə nail olub: keçən il 2,8 mln.-dan artıq məhsul yığlıb. Bununla da yerli istehsalçılar artıq bu gün ölkənin çörək və yemə olan tələbatını praktiki olaraq 90% təmin edir.  

Kənd Təsərrüfatı Nazirliyinin proqnozlarına görə, bu gün yaradılan iri aqrokomplekslər yaxın 1-2 il ərzində 3 mln tondan artıq taxıl əldə edəcək, bununla da taxıl idxal etmək zərurəti tamamilə yox olacaq. 

Ərzaq təhlükəsizliyi siyasətinin effektliyi əyani surətdə hazırkı statistikanı nümayiş etdirir: belə ki, cari ilin yanvar-fevral aylarında Azərbaycan 2,2 mlrd dollardan artıq mal idxal edib, bundan əlavə, ölkənin idxalının ümumi həcmində  ərzaq payı 10%-dən bir az çox təşkil edib. Müqayisə üçün hələ 5-6 il bundan qabaq qida məshulları bizim ölkəmizin ümumi idxalının, təxminən, dörddəbirinə düşürdü. 

Ekspert Oqtay Haqverdiyevin fikrincə, bu çox yaşı göstəricidir, belə ki, bir çox inkişaf etməkdə olan ölkələrdə idxal strukturunda ərzaq payı 50%-ə yaxınlaşır. 

Bununla da kənd təsərrüfatını və ərzaq sənayesini inkişaf etdirən Azərbaycan  DƏŞ-nın baza şərtlərini yerinə yetirə bildi. Söhbət, əsasən, kənd təsərrüfatında dövlət və beynəlxalq maliyyənin artması, yeni intensiv texnologiyalara investisiyanın cəlb edilməsi, eləcə də aqrar sahədə dövlət və özəl sektorun tərəfdaşlığından gedir.

Yeri gəlmişkən, FAO-nun ekspertləri ötən il də, son illər kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunmasında xeyli uğurlar əldə edən və aclıq probleminin qarşısını almaq üçün böyük uğurlara nail olan ölkəmizi dəfələrlə misal çəkiblər. Beləliklə, 2005-2007-ci illərin statistikasına əsaslanaraq, FAO hələ iki il əvvəl Azərbaycanı aclığın ən aşağı səviyyəsi - 5%-dən az olan dövlətlər sırasına daxil edib. Ərzaq təhlükəsizliyində ölkənin uğurları FAO-nu Azərbaycanı donor-dövlətlərin tərkibinə daxil etməyə təhrik edib. Respublika sazişlərin bağlanmasında iştirak edəcək və regional səviyyədə ərzaq təhlükəsizliyini təmin etməklə, üçüncü ölkələrdə BMT ilə birlikdə birgə layihələri maliyyələşdirəcək. Keçən ilin aprel ayında Bakıda keçirilən FAO-nun 28-ci regional konfransının gedişində Azərbaycanda bu təşkilatın regional ofisinin açılması haqda qərar qəbul olundu. Regional ofisin öhdəsinə təkcə bizim ölkədə layihələrin reallaşdırılması deyil, həm də Azərbaycana BMT strukturlarının dəstəyi ilə qonşu dövlətlərlə texniki tərəfdaşlığın qurulmasına yardım etməsi də düşür. FAO Şurasının Romada keçirilən iclası zamanı Bakıda yaradılan regional ofisin yekun detalları razılaşdırılıb, nümayəndəliyin açılış mərasimi isə cari ilin sonuna planlaşdırılıb.


MƏSLƏHƏT GÖR:

636