25 Noyabr 2024

Bazar ertəsi, 01:59

KÖLGƏDƏN ÇIXIŞ

Vergi amnistiyası kölgə iqtisadiyyatındakı biznesi leqallaşdıra bilər

Müəllif:

18.02.2014

Vergilər Nazirliyi üçün ÜDM-in ikiqat çoxalmasını və iqtisadiyyatın qeyri-neft sektorunun keyfiyyətli artımını nəzərdə tutan, hökumət tərəfindən hazırlanmış "Azərbaycan 2020: Gələcəyə baxış" inkişafın uzunmüddətli konsepsiyasında əsas hədəflər müəyyənləşdirilib. Keçən ildən qurum biznes-mühitin yaxşılaşmasına, fiskal qanunvericiliyin liberallaşmasına, inzibati mexanizmlərin tam avtomatlaşdırılmasına yönəlmiş, eləcə də vergilərin könüllü ödənilməsinin stimullaşdırılmasına dair yeni islahatlar mərhələsini həyata keçirir.  

Sadalanan planların reallaşdırılması ilə  yanaşı, Vergilər Nazirliyi irimiqyaslı vergi amnistiyası keçirməyə də hazırlaşır. Bu, təxminən, 2020-ci ilə qədər ölkədə gəlirlərin ümumi bəyannaməsini tətbiq etmək məqsədini daşıyır. 

 

Problem var, həll olunmalıdır 

Liberal iqtisadi siyasətin vergi inzibatçılığının təkmilləşdirilmiş mexanizmlərinin səmərəliliyi son illər dövlət vəsaitlərinin strukturunun dəyişməsi ilə təsdiq olunur. Dövlət xəzinəsinə vergi daxil olmalarının təmin elilməsi məsələsində qeyri-neft sektoru dominantlıq edir. Belə ki, onun payına 55% ümumi daxilolmalar düşür. Vergilər Nazirliyi artıq beş il ardıcıl olaraq neft sektorunda vergiqoyma bazasının genişləndirilməsi məsələsinə nəzərəçarpacaq dərəcədə böyük zaman ayırır. 

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qeyd edilmiş əsas tapşırıqlardan biri - yaxın illərdə dövlət büdcəsinin bütün cari xərcləri qeyri-neft sektorundan vergi daxilolmaları hesabına ödənilməsindən ibarətdir. Həmçinin Dövlət Neft Fondundan transfertlərin isə əsasən iri investisiya layihələrinin maliyyələşməsinə yönləndirilməsi nəzərdə tutulub.  

Lakin bu tapşırığın həll edilməsi üçün dövlət vergi siyasətində nəzərəçarpacaq dəyişikliklərin edilməsi zəruridir. Amma bu tapşırığı yerinə yetirmək üçün dövlət vergi siyasətində, ilk növbədə, maliyyə dövriyyəsinə bütün potensial vergi ödəyicilərinin daxil edilməsinə yönələn nəzərəçarpacaq dəyişikliklər edilməlidir. Söhbət, əsasən, hələ də "kölgəli dövriyyədə" qalan kapital və əmək resurslarının leqallaşdırılmasından gedir. Bu islahatın yekun nəticəsi əhalinin bütün əmək qabiliyyətli təbəqəsinin gəlirlərinin rəsmi şəkildə bildirilməsi mexanizminə keçməsi  olmalıdır. 

"Vergi inzibatçılığı sisteminin ardıcıl təkmilləşdirilməsi ilə yanaşı, maliyyə qurumu vergilərin ümumi bəyannaməsinə keçməyə hazırlaşır. Bu, çox böyük və irimiqyaslı layihədir. Onun hazırlıq prosesinə bir neçə il lazımdır. Belə ki, ümumi bəyannaməni təcrübədə tətbiq edənə qədər, ilk növbədə, vergi amnistiyası mexanizmlərini hazırlamaq və kölgəli sektorda olan mülkiyyət və kapitalları leqallaşdırmaq lazımdır. Bu tədbirlər digər postsovet ölkələri ilə oxşar iqtisadi reallıqlara malik olan ölkəmiz üçün də kifayət qədər aktualdır", - deyə vergilər naziri Fazil Məmmədov bildirib.  

Söhbət, əsasən, iqtisadiyyatın leqal sektorunda istər qeydiyyata alınmış və fəaliyyət göstərən şirkətlərin, istərsə də tamamilə "köl-gəli" biznesdə vergidən yayınma yolu ilə əldə olunmuş əmlak və gəlirlərin leqallaşdırılmasından gedir. Yeri gəlmişkən, maliyyə qurumu və digər dövlət strukturlarının səyləri nəticəsində son illər Azərbaycanda qanunsuz sahibkarlığın fəaliyyəti durmadan azalıb. Dövlət Statistika Komitəsinin araşdırmalarına əsasən, təxminən, on il bundan əvvəl şirkətlərin qeydə alınmayan istehsalı və rəsmən bəyan edilməyən gəlirlərinin payı ölkə ÜDM-in 20%-ni təşkil edirdi. 

"Kölgəli bizneslə bağlı problemin kəskinliyi nəzərəçarpacaq dərəcədə azalıb: keçən il vergi uçotuna alınmadan fəaliyyət göstərən 3 mindən bir qədər artıq sahibkar və xüsusi icazə (lisenziya) almadan xidmət göstərən, təxminən, 6,7 min vergi ödəyicisi aşkar olunub. Nəzərə alsaq ki, əvvəllər hər il yüz minlərlə belə fakt qeydə alınırdı, bu, nisbətən yüksək rəqəmlər deyil. Bu pozitiv dəyişikliklərə vergi mədəniyyəti və bazarın dəyişən reallıqları səbəb olub - bu gün uçota alınmadan, yaradılan şərtlərdən, xüsusən elektron qeydiyyat sistemi və bankda elektron hesabın açılmasından istifadə etmədən fəaliyyət göstərməyin mənası yoxdur və bu, sadəcə, ciddi iş deyil", - deyə F. Məmmədov vurğulayıb. Nazirliyin Vergi cinayətləri departamenti əvvəllər bununla bağlı yüzlərlə işə baxdığı halda, son illər belə işlərin sayı, orta hesabla, 10-dək azalıb. Həmçinin əmək müqaviləsi olmadan işə götürənlərlə bağlı qanun pozuntularının sayı dəfələrlə azalıb. 

Buna baxmayaraq, Azərbaycanda hələ də, əsasən, kiçik sahibkarlıq və xidmət sahəsində fəaliyyət göstərən müəyyən sayda sahibkarlar vardır ki, vergi qeydiyyatından keçməyiblər, müvafiq lisenziya olmadan fəaliyyət göstərirlər, həmçinin qeydiyyata alınmayan işçi qüvvəsindən istifadə edir və digər vasitələrlə vergi ödəməkdən yayınırlar. Vergi nəzarətinə cəlb olunmayan orta və iri sənaye və emal müəssisələrinə daha az rast gəlinir.

 

Vaxt - 2020-ci ilə qədərdir 

Vergilər Nazirliyi amnistiyanın və ya onun reallaşmasının bilavasitə mexanizmlərinin dəqiq başlanması tarixini açıqlamayıb. Lakin ümumi qəbul olunan dünya təcrübəsi və keçən ilin yazında "Vergi sisteminin inkişafı üzrə 2013-2020-ci illər üçün Strateji Plan", qeydə alınmayan iqtisadiyyatın leqallaşdırılması prosesində tətbiq oluna biləcək bəzi tədbirlər və inzibati üsulları qeyd etməyə əsas verir. Belə ki, ortamüddətli perspektivdə qurum vergi nəzarətinin yeni mexanizmlərini formalaşdırmaq niyyətindədir. Elektron audit sisteminin tammiqyaslı tətbiqi, transfert qiymətlərinin tənzimlənməsi mexanizmi yaradılacaq, elektron ticarətə nəzarət edilməsinə dair xarici təcrübə öyrəniləcək və reallaşdırılacaq, nağdsız hesablaşmaların stimullaşdırılması həyata keçiriləcək. 

Vergi bəyannamələrinin vergi orqanları tərəfindən əvvəlcədən doldurulması keçidin təmin olunması, kameral yoxlamaların keçirilməsi qaydalarının sistemləşdirilməsi planlaşdırılır, eləcə də müxtəlif vergi güzəştləri mexanizminin hazırlanması gözlənilir. Vergi imtiyazları innovasiya iqtisadiyyatının inkişaf stimullarından biri qismində artıq tətbiq olunur. Belə ki, texnoparkların inkişafını stimullaşdırmaq üçün həmin parklarda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər 7 il müddətinə, parkların idarəedici təşkilat və operatorları isə müddətsiz vergilərdən azad ediliblər. Bütün bu tədbirlər ölkədə sağlam işgüzar mühitin möhkəmlənməsinə yardım edir və nəticə etibarilə 2020-ci ilə qədər "kölgəli" biznesin böyük hissəsini aradan qaldırmağa yardım edəcək. 

Beynəlxalq təcrübəyə əsaslanaraq, vergi amnistiyasının səmərəli keçirilməsi üçün növbəti şərtlərin yerinə yetirilməsi zəruridir. Cinayət cəzasının verilməməsi və uçota alınmayan biznesini leqallaşdırmaq istəyən şirkətlər haqda informasiyanın məxfiliyinin saxlanılmasına dair ciddi zəmanət verilməlidir. Vergi amnistiyası, bir qayda olaraq, vergi ödəyicilərinin vergi və digər məcburi ödənişləri üzrə borcunun ödənilməsini nəzərdə tutur. Lakin büdcəyə və büdcədənkənar dövlət fondlarına könüllü ödənilən məbləğdən cərimə və pensiyaların verilməsindən azad edilməsini də nəzərdə tutur.   

Qeydə alınmamış və hər hansı bir uçotda olmayan şirkətlərə gəlincə, amnistiyanın qaydaları bir sıra hallarda onların da əsas aktivlərinə - daşınmaz əmlak, istehsal və digər avadanlıqlara şamil olunur. Lakin anbar ehtiyatları - xammal, tərkib hissələri, hazır məhsullara uçota alındıqdan sonra uyğun vergilər təyin olunur. Əlbəttə ki, vergi amnistiyası müsadirə oluna bilmə-yən xarakter daşımalıdır və geniş izahedici və təbliğatçılıq kampani-yası ilə uyğunluq təşkil etməlidir. Eyni zamanda amnistiya olunan şirkətlər gəlirləri haqda məlumatı gələcəkdə də gizlədəcəkləri halda, üzləşəcəkləri real təhlükəni anlamalıdırlar - vergi amnistiyası  birdəfəlik xarakter daşıyır. Sahibkarların bütün sonrakı fəaliyyəti vergi və mülki məcəllələrinin maddələrinə uyğun qurulmalıdır.

Gözlənilir ki, Azərbaycanda vergi amnistiyasının uğurlu keçirilməsi, ölkəmizə də 2020-ci ilə qədər vətəndaşların əmlakının və gəlirlərinin ümumi bəyannaməsi sisteminə keçməsinə imkan verəcək. "Ümumi bəyannamə üzrə hazırlıq işləri altı-yeddi il sonra yekunlaşmalıdır. Ümumi bəyannamənin tətbiq olunması nazirlik qarşısında qoyulan strateji məqsəddir. Bu, son dərəcə çətin prosesdir və onun fəallaşmasında vətəndaş cəmiyyəti iştirak etməlidir", - deyə vergilər nazirinin müşaviri Ələkbər Məmmədov bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanda, təxminən, 538 min vergi ödəyicisi var. Onlara 2 300 vergi müfəttişi xidmət göstərir. Lakin ümumi bəyannamə sisteminin tətbiqindən sonra, söhbət milyonlarla vergi ödəyicisindən gedəcək. Azərbaycan əhalisi artıq 9,4 mln. nəfərə çatıb. Ölkənin iqtisadi fəal hissəsi isə 5,4 mln. təşkil edir. Ona görə də bu prosesdə və vergi ödəyicilərinin sayının kəskin artmasına tam gücü ilə hazır olmaq üçün, maliyyə qurumlarının qarşısında böyük iş durur.

 

 

VERGİ AMNİSTİYALARININ BEYNƏLXALQ TƏCRÜBƏSİ 

Vergi amnistiyasının xrestomatiya nümunəsi 1988-ci ildə İrlandiyada yaşanıb. Belə ki, həmin vaxt bu dövlətin büdcəsinə daxil olan qalıq ÜDM-in 2,5%-ni təşkil edib. Vergi amnistiyasının bu cür uğurlu nümunəsi Böyük Britaniyada da qeydə alınıb. Bu sistem sayəsində qeydə alınmayan offşor, xaricdəki hesab sahiblərinin böyük əksəriyyətini üzə çıxarmaq mümkün olub. ABŞ-da mütəmadi olaraq ayrı-ayrı ştatların səviyyəsində amnistiya keçirilir: 1982-ci ildən 1997-ci ilə qədər 35 ştat müxtəlif vergi amnistiya proqramı həyata keçirib. Bu tədbirlər çərçivəsində yerli büdcələrə, ümumilikdə, 2,1 mlrd. dollar vəsait daxil olub. Daha bir nümunə Hindistanı göstərmək olar. Bu ölkədə tətbiq edilən müvafiq sistem sayəsində kiçik şirkətlər və fərdi sahibkarlar ənənəvi olaraq dominantlıq edirlər. 1997-ci ildə təşkil edilmiş amnistiya, 466 mindən artıq vergi ödəyicisini əhatə edib və təxminən, 2,5 mlrd. dollar toplanıb. Bundan başqa, 8,2 mlrd. dollar həcmində (əvvəllər gəlir vergisindən gizlədilirmiş) aktivlər bəyan olunub. Vergi amnistiyaları müxtəlif uğur dərəcələri ilə MDB ölkələrində də keçirilib - Moldova, Rusiya, Qazaxıstan. Moldovada 2007-ci ildə may ayından iyula qədər 32 min insanın gəlirlərini yenidən bəyan etmək mümkün olub. Qazaxıstanda isə amnistiya zamanı 6,8 mlrd. dollar leqallaşdırılıb. Bir sözlə, Qazaxıstan 2015-ci ildən 2017-ci ilə qədər vətəndaşların gəlirlərinin və əmlakının ümumi bəyannaməsinə mərhələli şəkildə keçməyi planlaşdırır.


MƏSLƏHƏT GÖR:

618