15 Mart 2025

Şənbə, 23:52

ÖZ ULDUZUNA DOĞRU

Eksklüziv: Fərid Məmmədovu "Eurovision"la bağlı nə sevindirir və nə üzür?

Müəllif:

18.06.2013

Eu­ro­vi­si­on 2013" ya­rış­ma­sın­da Azər­bayca­nı təm­sil edən və öl­kə­mi­zə ikinci­lik gə­ti­rən Fə­rid Məm­mə­dov­la görüşümüzdə ifa­çı­nın üzündə se­vinclə bə­ra­bər tə­əssüf his­si də var­dı. Fə­rid tə­əssüflə­nir­di ki, Azər­baycan müsa­bi­qə­də ye­ni­dən qa­lib ol­mayıb. Ke­çir­diyi his­slə­ri "R+"la bölüşən gənc və per­spek­tiv­li müğən­ni, gə­ləcək plan­la­rı­nı da bi­zə açıq­la­dı. 

- "Eu­ro­vi­si­on" müsa­bi­qə­si bit­di. Bəs, "Eu­ro­vi­si­on"  həy­əca­nı necə? Həy­at adi rit­mi­nə qayı­dıb­mı?

- Şükür Al­la­ha ki, hər şey öz axa­rın­da­dır. Heç vaxt özümü həy­əca­na, tə­ş­vi­şə sal­ma­mı­şam. Hər şeyi Al­la­ha hə­va­lə et­miş­dim ki, özü mə­nə yol gös­tər­sin. İn­diyə ki­mi də hə­min axar­day­am. "Eu­ro­vi­si­on" ya­rış­ma­sın­da ol­duğum vaxtda da elə bir həy­əcan yox idi. Bi­rinci məş­qdə bir az na­ra­hat­çı­lıq var idi. Bu­nun sə­bə­bi isə hə­min səh­nəyə ilk də­fə çıx­mağım, səh­nə­ni ta­nı­ma­mağım şüşə de­ko­run üzə­rin­də ifa et­məy­im, di­zi­min üstünə ot­urub ifa et­məy­im tə­bii ki, na­ra­hat­çı­lıq ya­ra­dır­dı. Bi­rinci məş­qdən so­nra isə ar­tıq ra­hat­la­mış­dım. Və ba­şa düşürdüm ki, işi­min öh­də­sin­dən mə­ha­rət­lə gə­ləcəy­əm.

- Çox­la­rı si­zin çı­xı­şı­nı­zı bi­rinci ye­rə layıq görürdü. Bəs, özünüz necə, ikinci­lik­dən ra­zı­sı­nız­mı?

- Hər şeyə şükür edən ada­mam. Am­ma bu­na bax­may­a­raq, fi­na­lı ke­çən­dən so­nra qa­lib ol­mağı­mı­za inam var idi və qa­lib ol­maq üçün əli­miz­dən gə­lə­ni et­miş­dik. Məş­qlər çox gə­rg­in ke­çir­di, hər bir iş mə­su­liyyət­lə görülürdü. Ürək­dən iş­lə­diy­i­miz üçün qa­lib olacağı­mı­zı de­məyə haq­qı­mız ça­tır­dı. Biz­dən baş­qa öl­kə­lə­rin də bi­zi ya­rış­ma boy­unca fa­vo­rit ola­raq gös­tər­mə­si də bizə ar­tıq bi­rinci olacağı­mı­za da­ir ümid­lər ver­miş­di. Şou, mu­si­qi, tər­ti­bat hər şey ye­rin­də idi. Və bu bi­zə əsas ve­rir­di ki, bi­rinci­liy­i­mi­zə ina­naq. Bi­zim nö­m­rə­miz özünü bi­rinci ki­mi gö­s­tər­di. İkinci­liyə gə­lincə isə yə­qin be­lə qi­s­mət imiş. Bu da pis nə­ticə dey­il. Çünki ar­tıq bir də­fə qa­lib ol­muş­duq. Düşünürdüm ki, bun­dan so­nra çə­tin olar. So­nra məş­qlər baş­la­dı, səh­nəciyi gördüm və an­la­dım ki, bu çı­xış da ma­raq­lı və yad­da­qa­lan ol­ma­lı­dır. Çox mə­su­liyyət­lə və cid­di ha­zır­lıq­lar­la işə baş­la­dıq və ikinci ye­rə gəl­dik ki, bu da ki­çik nə­ticə dey­il. Tə­bii ki, bi­rinci ol­say­dım da­ha çox se­vi­nər­dim, çünki hə­mi­şə ça­lış­mı­şam ki, Azər­bayca­nın adı yüksək­lər­də ol­sun. Və­tə­ni­min adı gə­lən­də da­ha böyük uğur­lar göz önü­nə gəl­sin.

Mən əmi­nəm ki, ya­rış­maya da­xil ol­duğu­muz il­dən bu ilə ki­mi Və­tə­ni­min yad­da­qa­lan ol­may­an çı­xış­la­rı ol­mayıb. İs­təy­ər­dim ki, bu hə­mi­şə be­lə da­vam et­sin. Düşünürəm ki, Azər­baycan tə­rə­fi bu müsa­bi­qəyə da­ha cid­di ya­naş­dığı­na gö­rə, çı­xış­la­rı­mız uğur­lu alı­nır. Bu da o de­mək­dir ki, biz bu­na qa­di­rik və bi­zim is­te­dad­lı ifa­çı­la­rı­mız və hər­tə­rə­f­li im­kan­la­rı­mız var. Av­ro­pa­lı­lar öz­lə­ri bi­zə hə­səd­lə ya­na­şır­lar. İl­dən ilə in­ki­şa­fı­mız on­la­rı tə­əccüblən­di­rir, il­dən ilə biz­dən çə­ki­nir­lər və əmin­dir­lər ki, hər ke­çən il­də biz da­ha ma­raq­lı per­for­man­s­lar­la çı­xış edəcəy­ik.

- Bəs, ye­ni­dən "Eu­ro­vi­si­on"a qa­tıl­maq is­təy­in var­mı?

- Öncə­dən heç bir şey deyə bil­mə­rəm. Ola bi­lər ki, hə­və­sim ol­sun məhz gə­lən il ye­ni­dən qa­tı­lım. Təm­sil­çi ki­mi in­sa­nın öz öl­kə­si­ni təm­sil et­mək­dən yax­şı nə ola bi­lər ki? Bu in­sa­na fə­rəh ve­rən mə­su­liyyət­li bir nüan­s­dır. Am­ma ifa­çı ki­mi Av­ro­pa ta­ma­şa­çı­sı­nın qar­çı­sın­da çı­xış et­məy­in özünün də müsbət mə­qam­la­rı var. Müğən­ni ki­mi ta­nın­maq, xa­rici öl­kə­lə­rin böyük səh­nə­lə­rin­də çı­xış et­mək, dünya sə­viyyə­sin­də müğən­ni ol­maq mə­nim üçün ən ümdə mə­qam­lar­dan­dır. Və bu yol­da ya­rış­ma­nın mə­nə ver­diyi töh­fə­lə­ri da­na bil­mə­rəm. Tə­bii ki, "Eu­ro­vi­si­on" iş­ti­rak­çı­sı ki­mi yad­daş­lar­da qa­lacağam, am­ma mən bun­dan da­ha ar­tığı­nı is­təy­i­rəm. Əmi­nəm ki, ikinci də­fə qa­tıl­sam, mütləq qa­lib olacağam.

- Məş­hur­laş­maq, dünya sə­viyyə­sin­də müğən­ni ol­maq üçün məhz "Eu­ro­vi­si­on" səh­nə­si la­zım­dır­mı? Bu­nun baş­qa yo­lu yox­dur­mu?

- Tə­bii ki, var. Am­ma bu çox uzun, da­ha çə­tin­dir. Bu yol mad­di cə­hət­dən də çox böyük və­sa­it tə­ləb edir. Ya­rış­ma elə­dir ki, ora­da adi səh­nə ilə müqay­i­sə­də in­sa­na da­ha çox şey qa­zan­dı­rır. Bu­ra ta­ma­şa­çı au­di­to­riy­a­sın­dan tut­muş səh­nə hə­rə­kət­lə­ri­nə qə­dər hər şey da­xil­dir. İn­san bir növ özünü tə­s­diq­ləy­ir.

- "Eu­ro­vi­si­on"  qa­li­bi­nin se­çil­mə­si za­ma­nı öl­kə­lə­rin bir-bi­ri­nə müna­si­bə­ti çox böyük rol oy­nayır. Səncə, bu il top­la­dığı­mız xal­lar və tut­duğu­muz yer da­ha çox Azər­bayca­nın coğra­fi və siy­a­si müna­si­bət­lə­ri­nə gö­rə ol­du, yox­sa sırf nö­m­rə­mi­zə gö­rə?

- Bu mə­sə­lə mə­nə də ma­raq­lı ol­du. Av­ro­pa­nın elə öl­kə­lə­rin­dən səs gəl­di ki, on­lar bi­zə iş­ti­rak­çı ol­duğu­muz müddət­dən bu gü­nə ki­mi bir də­fə də qiy­mət ver­mə­miş­di. Av­striy­a­dan, İs­pa­niy­a­dan öl­kə­mi­zə 12 bal ve­ril­di, Fran­sa­dan da yüksək qiy­mət al­dıq. Hə­min öl­kə­lər heç də hər il Azər­bayca­na bu qə­dər bal ver­mir­lər, bu isə o de­mək­dir ki, çox şey məhz çı­xış­dan ası­lı­dır. De­mək, bu­ra­da əsas mə­sə­lə mah­nı, şou, per­for­man­s­dır. Ola bi­lər ki, bu ya­rış­ma­da siy­a­si mə­sə­lə­lər də var. Am­ma bu in­sa­na müəyyən fa­iz uğur gə­ti­rə bi­lər. Qa­lib ol­maq üçün mu­si­qi, şou, ifa mütləq vəh­dət təş­kil et­mə­li­dir. Əg­ər bun­lar ha­mı­sı bir­lik­də mükəm­məl­dir­sə, de­mək, nə­ticə də yax­şı olacaq. De­mək, Azər­baycan təkcə siy­a­si və iq­ti­sa­di müna­si­bət­lə­rin uğu­ru­nu dey­il, ifa­nın və şo­u­nun da uğu­ru­nu qa­za­nıb.

- Da­ni­mar­ka təm­sil­çi­si­nin qa­li­biyyə­ti­ni əda­lət­li he­sab edir­sən­mi?

- İs­ve­çin təm­sil­çi­si­ni çox bəy­ə­nir­dim. Da­ni­mar­ka­nın mah­nı­sı isə o qə­dər mə­nim zövqümdə dey­il­di, mən xoş­la­dığım baş­qa mu­si­qi­dir. Düşünürəm ki, bi­zim qa­lib ol­mağa şan­sı­mız var idi. Əg­ər baş­qa cür ol­du­sa, de­mək, qi­s­mət be­lə imiş. Əg­ər bi­rinci yer­də Mal­ta, İs­veç, Ru­siya, Gürcüstan ol­say­dı da­ha çox se­vi­nər­dim.  Da­ni­mar­ka yal­nız on­lu­q­da, ya da beş­lik­də ola bi­lər­di. Am­ma qa­li­biyyə­ti şəx­sən mən baş­qa­la­rı­na ve­rər­dim. Bu­nun­la be­lə,  sə­s­ver­mə tam əda­lət­li­dir və məhz bu­na gö­rə Azər­baycan öz gö­zəl çı­xış­la­rı ilə to­pa düşür.

- Müsa­bi­qə ilə bağlı ən çox nəyə tə­əssüf edir­sən?

- Bi­rinci ol­ma­dığı­ma gö­rə. Baş­qa heç bir tə­əssüflən­diy­im mə­qam ola bil­məz. Öl­kə­mi təm­sil et­mək mə­nim üçün şə­rəf­dir. He­sab edi­rəm ki, əlim­dən gə­lən hər şeyi et­dim.

- İkinci ol­duğu­nu ar­tıq ba­şa düşdüyün an­dan eti­ba­rən ke­çir­diyin his­slər necə idi?

- Əs­lin­də, bir qə­dər kə­dər­lən­dim. Qə­lə­bə is­tə­diy­im­dən, bu nə­ticəyə o qə­dər də se­vin­mə­dim. Bir tək ona se­vin­dim ki, öl­kə­mi lay­iq­li təm­sil et­dim, böyük bir ko­man­da­nın əməy­i­ni doğrultdum, bacar­dığım qə­dər hər şey­in mükəm­məl ol­ma­sı­na ça­lış­dım və ən əsa­sı öl­kə­mə ikinci­lik gə­tir­dim. Bi­rinci­liyi qa­li­biyyə­tin bir ad­dı­mın­dan, 40 bal­la əl­dən ver­dik. Bu, da çox ki­çik xal fər­qi­dir.

- Özünüzə çox tən­qi­di ya­na­şır­sı­nız. Bəs kə­nar tən­qid­lə­ri necə qar­şı­layır­sı­nız?

- Bu be­lə də ol­ma­lı­dır. Əg­ər ifa­çı özünə tən­qi­di ya­naş­mır­sa o ar­tıq tükə­nib de­mək­dir. Özünütən­qid mə­sə­lə­si mən­də həd­din­dən ar­tıq ol­duğu üçün kə­nar tən­qid­lə­ri qə­bul et­mi­rəm. Mən özüm hər şeyi görürəm və fi­k­rimcə, in­sa­nı özündən baş­qa heç kim da­ha yax­şı ta­nıya bil­məz. Əl­bət­tə, mən məs­lə­hət­lə­rə də qu­laq ası­ram, la­kin ən ya­xın in­san­la­rın, ko­man­da­mın məs­lə­hət­lə­ri­nə.

- İn­di isə ke­çək gə­ləcək plan­la­rı­na. On­lar nə­dən iba­rət­dir? Sə­nə han­sı­sa ma­raq­lı tək­li­f­lər edi­lib­mi?

- Xa­rici öl­kə­lə­rin bir ne­çə ta­nın­mış şir­kət­lə­rin­dən tək­li­f­lər var. İn­di biz bu is­ti­qa­mət­də da­nı­şıq­lar apa­rır və fi­kir­lə­şi­rik. Tək­li­f­lə­ri dəy­ər­lən­dir­məyi düşünürük. Hə­lə­lik bəl­li olan kon­ser­t­lə­ri­miz­dən bi­ri Ba­kı­da or­kestr ilə bi­rgə olacaq. Əg­ər alın­sa, Türkiyə­də və Ru­siy­a­da kon­ser­t­lə­ri­miz olacaq. Ey­ni za­man­da ing­i­lis di­lin­də iki ye­ni mah­nı ha­zır­la­mı­şıq.



MƏSLƏHƏT GÖR:

411