Müəllif: Hüseyn VƏLİYEV Bakı
Bir çoxlarımız hər hansı bir mobil rabitənin cəlbedici tarifləri haqda eşidərkən, vaxtaşırı nömrəmizi də-yişmək fikrinə düşürdük. Və ancaq az bir qismimiz bu addımı atardıq, çünki bu proses artıq yerə qarışıqlıq yaradır: əlaqə kitabçanda olan hər kəsi nömrənin dəyişməsi haqda məlumatlandırmaq. Odur ki, bu problemi həll etmək üçün artıq nömrələrin daşınması xidməti (MNP - Mobile Number Portability) nəzərdə tutulub. Azərbaycanın sürətlə inkişaf edən telekommunikasiya sektoru şəraitində bu proses yüksəliş üçün əlavə stimul ola bilər. Telefonun abonent nömrəsini dəyişdirmədən, digər operatora keçmək imkanları Azərbaycanın mobil rabitə bazarında qüvvələr balansına əhəmiyyətli təsir göstərə bilər.
Rəqabətin yeni dalğası
Məlum olduğu kimi, bu gün Azərbaycanın mobil rabitə bazarına üç operator- Bakcell, Azercell və Azerfon şirkətləri tərəfindən nəzarət edilir. Onlar yeni abonentlər uğrunda rəqabət aparırlar və indi müxtəlif cür aksiyalar keçirirlər, yeni xidmətlər təklif edirlər və tarifləri aşağı salırlar.
Lakin dolmuş bazar şərtlərində gəlirlərinin həcmini artırmaq operatorlar üçün daha da çətinləşir, tələblər isə daim sərtləşdirilir. Buna baxmayaraq, abonentlərin operatorları dəyişməsinin əsas səbəbi daha yaxşı təklifin axtarışında olmalarıdır.
Rəqabətin yeni dalğasının yaradılmasında, xüsusən də keyfiyyət və operatorların göstərdikləri xidmətlərin əlverişliliyi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən irəli sürülən nömrələrin daşınması xidmətinin mühüm rol oynamasını nəzərdə tutub. Əslində, nömrənin daşınması - abonentin operatorunu dəyişəcəyi təqdirdə, (operatora seçilmiş 050, 051, 055, 070 və 077 prefiksi ilə birgə), öz telefon nömrəsini saxlaya biləcəyini nəzərdə tutur.
Mütəxəssislərin böyük əksəriyyətinin fikrincə, Azərbaycanın mobil rabitə bazarı artıq dolub və MND-nin tətbiqi lazımi zaman mərhələsindədir. Məhz bu, operatorları öz abonentlərini saxlamaq üçün əlavə səylərinin icrası təşəbbüsü ilə çıxış etmək və onların sırasını genişləndirmək üçün daha cəlbedici xidmətlərin təklif edilməsinə vadar etməlidir. Lakin operatorlar özləri bazarların nömrələrin daşınması xidmətinin qəbuluna hazırlığını müxtəlif cür qiymətləndirirlər. Bazarın böyük payına sahib olan operatorlar MND-in tətbiqində maraqlı deyillər, çünki rəqibin təklifi daha cəlbedici olarsa, nömrələrini saxlamaq istəyən bir çox abonentlər üçün bu xidmət operatorun dəyişməsinə gətirib çıxara bilər.
Hər halda xidmətlərin tətbiqi ümumilikdə operatorların şəbəkəsinin texniki hazırlığından və infrastrukturundan asılıdır. MND mahiyyətinə görə operatorların billinq sistemini təşkil edənlərdən biridir, onun şəbəkələrdə tətbiqi üçün bir-birilə birləşdirilmiş əlavə aparat həlli tələb olunur. Əsas aspektlərdən biri bu xidmətin hər üç operator tərəfindən eyni zamanda başlanmasıdır ki, Azərbaycan İnformasiya və Texnologiyaları Nazirliyinin məlumatlarına görə, yaxın vaxtlarda bu, baş verəcək. Həmçinin daşınma prosesinin qısa zaman kəsiyində olması da önəmlidir. Bu da uyğun olaraq operatorların razılaşması və bazarda müəyyənləşdirilmiş qaydalardan asılıdır. Dünyada MND xidməti nömrələrin daşınmasının müddəti ən az olan yerdə daha böyük populyarlığa malikdir.
Oyunun qaydaları
Mobil rabitə bazarının oyunçuları MND xidmətinin tətbiqinin abonentlərin maraqlarına xidmət edəcəyi ilə razıdırlar və bu işdə mühüm aspekt onların maraqlarını qoruyacaq müvafiq qanun bazasının olması idi. RİTN-in 2012-ci ilin sentyabr ayında təsdiq etdiyi mobil şəbəkələrdə nömrələrin daşınması üzrə xidmətin göstərilməsi qaydaları "Telekommunikasiya haqqında" qanun və Beynəlxalq telekommunikasiya İttifaqının (International Telecommunication Union - ITU) tövsiyələrinə uyğun olaraq hazırlanıb.
Bir şəbəkədən digərinə köçmə imkanı aşağıdakı şəkildə müəyyənləşdirilib: mobil şəbəkələrdə nömrənin köçürülməsi üçün abonent (hüquqi və fiziki şəxs) abonentin və mobil operator nümayəndəsinin imzaları olan ərizə formasını qəbul edən operatora təqdim etməlidir.
Fiziki şəxs şəxsiyyət vəsiqəsinin (əslini göstərməklə) surətini, hüquqi şəxs isə vergi orqanında qeydiyyatdan keçmə və qeydiyyata düşmə haqqında şəhadətnamənin surətini təqdim etməlidir.
Əvvəl ötürən operatorla bağlanan müqavilə məcburi qaydada pozulmalı və abonent nömrənin fəaliyyət göstərəcəyi şəbəkədə qəbul edən operatorla yenisi bağlanmalıdır.
Qəbul edən operator bir gün müddətində ötürən operatora ərizənin elektron formasını və abonent haqqında informasiyanı göndərməlidir. Daha sonra qəbul edən və ötürən tərəflər arasında iki gün sürən razılaşma prosesi gəlir. Ötürən tərəfin əvvəlcədən nəzərdə tutulmayan qaydalarla əlavə məlumat tələb etmək və öz öhdəliklərindən imtina etmək hüququ yoxdur. Abonent nömrənin köçürülməsi vaxtı qəbul edən operator tərəfindən müəyyən edilir. Nömrənin köçürülməsi xidməti pulsuz olacaq.
Demək lazımdır ki, MND xidməti fəaliyyət göstərən ölkələrin təcrübəsi göstərir ki, xidmət tədricən tətbiq edilir və tələbatdan asılı olaraq, bu prosess 2-3 il müddətində davam edə bilər. Dünya praktikasının göstərdiyi kimi MND-nin tətbiqindən sonra, abonentlərin kütləvi çıxışı yoxdur, orta hesabla xidmətdən abonentlərin təxminən 20%-i istifadə edir. Düzdür, bu rəqəmlər, elə də böyük deyil, lakin bu abonentlərin hamısı hər hansı bir operatora köçsələr, bu, bazarı silkələməyə kifayət edəcək.
Hər halda, bu xidmətin abonentlər üçün faydası göz qabağındadır- MND-nin tətbiqi ilə mobil rabitə operatorları müştərilər üçün ancaq marketinq təşəbbüslərinin köməyi ilə mübarizə aparacaqlar ki, bu da bazarda rəqabətin sağlam olmasına yardım edəcək. Nəzərə alsaq ki, RİTN də tamamilə bu təşəbbüsü dəstəkləyir, onun asanca uğurlu olacağına tam inanmaq olar. Əsas odur ki, artıq bir neçə dəfə təxirə salınan startın yaxın aylarda baş tutmasıdır...
MƏSLƏHƏT GÖR: