25 Noyabr 2024

Bazar ertəsi, 10:44

BAŞINA GƏLMƏYİNCƏ...

Əmlakın icbari sığortalanması prosesi hələ ki, çox ağır gedir

Müəllif:

18.06.2013

Ana təbiət tez-tez bizə heç də ana olmayan sifətini göstərməyi sevir. Zəlzələlər, qasırğalar, sunamilər, leysanlar, daşqınlar, dolu qar tez-tez insan ölümünə səbəb olur. Hətta bunlar olmasa belə, insanlar bir anda evlərindən, avtomobillərindən, - bir sözlə, az qala bütün ömür boyu yığdıqlarından məhrum ola bilərlər. Və bütün bunları dünyanın inkişaf etmiş ölkələrində kifayət qədər effektli şəkildə işləyən sığorta sistemi kompensasiya edə bilər. Baxmayaraq ki, Azərbaycan son illər iqtisadiyyatda  inkişafın olduqca yüksək tepmlərini nümayiş etdirir, yenə də əhalinin sığortaya münasibəti kifayət qədər sərindir. Xüsusilə də bu, əmlakın sığortasına aiddir. Bazar münasibətlərinin öz təbiəti ölkə iqtisadiyyatında dövlətin rolunun minimizasiyasını tələb edir. Yeri gəlmişkən, bu, iqtisadiyyatın bir çox sahələrində olduqca  dəqiq təzahür edir- əbəs yerə ölkənin ÜDM-nin 80%-dən çoxu özəl sektorda formalaşır. Öz əmlakının mühafizəsinə gəldikdə isə əhali təbiət, texnogen çevrilişlər və məişət hallarına görə maddi ziyanın təzminatını tələb edərək, dövlətə arxayın olmağı üstün tuturlar. 

İki il budan öncə "Sığortanın icbari növləri haqqında" qanun qəbul edilərkən, danışıqlar və müzakirələr əsasən sığortanın ancaq dörd növündən birinə - bu qanunun nəzərdə tutulduğu nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına (NVMMİS) aid edilirdi. Lakin sənəd həm də öz potensial qavraması və əhəmiyyətinə görə NVMMİS-dən geri qalmırdı. Söhbət fiziki vətəndaşlara məxsus olan əmlakın icbari sığortasından gedir. Bu qanunun təsir dairəsinə qeydiyyat haqqında şəhadətnamə və ya qəbalə (mülk kağızı) adlı sənədi olan bütün mənzillər, vətəndaşların şəxsi evləri düşür. 

Burada qeyd etmək münasibdir ki, Azərbaycan vətəndaşları əmlakının icbari sığortası üzrə postsovet məkanında praktiki olaraq pioner olub. Xaricdə və keçmiş SSRİ ölkələrində əmlakın icbari sığortası praktikası artıq mövcuddur, lakin o, əsasən mənzillərin ipoteka ilə satış-alışı zamanı tətbiq edilir. Əgər əmlak kreditdə deyilsə, xaricdə olduqca populyar olan və postsovet məkanında isə əhalinin gəlirlərinin yüksək olmaması və aşağı sığorta mədəniyyəti kimi obyektiv səbəblərə görə daha az populyar olan könüllü sığortalanma tətbiq edilir. 

Postsovet məkanında əmlakın icbari sığortalanmasını Azəbaycandan öncə hələ 1998-ci ildə ancaq Belarus tətbiq etməyə başlamışdı. Rusiya və Qazaxıstanda əmlakın icbari sığortalanmasının tətbiqinə dair hələ müzakirələr aparılır, lakin qonşularımız başlıca olaraq onun çərçivələrini təbiət çevrilişlərindən sığortalanma ilə məhdudlaşdırmaq istəyirlər. Əgər Rusiyada bu növ sığortanın hələlik əlverişliliyinə dair müzakirələr aparılırsa, Qazaxıstanda 2013-cü ilin iyul ayında hökumətin müzakirəsinə artıq "Əmlakın fəlakətlərdən icbari sığortalanması haqqında" qanun layihəsi çıxarılmış olacaq. Sığorta tarifinin ildə 10 dollar səviyyəsində müəyyənləşdirilməsi ehtimal edilir, bu qanunun qüvvəyə minməsi isə ancaq 2015-ci ilə planlaşdırılır. 

Azərbaycanda isə əmlakın icbari sığortası təkcə təbiət və texnogen kataklizmalara deyil, həm də məişət hallarına şamil edilir. Bu, məsələn, qısaqapanma, yanğın, məişət qazının partlaması, su kəmərləri və kanalizasiya xətlərinin inkişafı və s. də aiddir. 

Azərbaycanda əmlakın icbari sığortalanmasının təxminən ilyarımlıq tətbiqinin təhlili göstərir ki, ümumiyyətlə, onun tətbiqi ilə bağlı gözlənilən çətinliklər özünü doğrultdu və hələ ki, bu sığorta məhsulu can çəkə-çəkə gedir ki, statistika da bunu sübut edir. 

2012-ci ildə İcbari Sığorta Bürosunun üzvi olan sığorta şirkətləri əmlakın icbari sığortalanması üzrə 125 195 saziş imzalayıblar. Onlar 11 mln. 393 min manat məbləğində sığorta pulu alıblar. 

Sığortanın bu növünə 12 sığorta şirkətinin lisenziyası olduğunu nəzərə alsaq, onda orta hesabla onların hər biri il ərzində 10,4 min və ya ayda 900 saziş imzalayıblar. 

Bu az deyil, nəzərə alsaq ki, Azərbaycanda bu sığorta növünün təsiri altına, təxminən, 480 min vətəndaşların mənzil və yaşayış evləri düşür. Lakin keçən il imzalanmış müqavilələr vətəndaşların özləri tərəfindən təşəbbüs göstərilməyib- dövlət, belə desək, ünvanlı sosial yardım alan vətəndaşların mənzillərini öz hesabına sığortalamağı öhdəliyinə götürüb. Keçən il belə sazişlərin sayı 22 330 olub. Yəni əgər onları ümumi saydan çıxsaq, onda 2012-ci ildə mənzillərini 100 mindən bir az artıq vətəndaş sığortalayıb. Bununla da, 2012-ci ildə potensial sığortaçıların sığortanın bu növünün qavrama dərəcəsi 26% təşkil edir. 

2013-cü ildə vəziyyət xüsusi olaraq dəyişmədi. Belə ki, 2013-cü ilin yanvar-aprel ayları ərzində büronun üzvləri əmlakın icbari sığortalanması üzrə 3 mln. 713,5 min manat aldıqları sığorta pulu çərçivəsində  31 425 saziş imzaladılar. Buna baxmayaraq, apreldə vəziyyət, birinci rüblə müqayisədə nisbətən yaxşı olub. Məsələn, əgər birinci rübdə sığortaçılar sığortanın bu növü üzrə 21 356 saziş (eyni zamanda ünvanlı sosial yardım alanlarla 7 mindən artıq saziş imzalanıb), və ya ayda orta hesabla 7 min artıq saziş imzalayıblarsa, onda apreldə artıq 10 069 saziş imzalanıb. 

Yenə də belə çıxır ki, cari ilin 4 ayı ərzində hər bir sığortaçı orta hesabla 2 600-dən bir az çox-ayda orta hesabla 650 saziş imzalayıb. Bu göstəricilər göründüyü kimi ötən ildəkindən aşağıdır. 

Bununla belə, Maliyyə Nazirliyi 2013-cü ildə sığortanın bu növündə müsbət irəliləyişləri qeyd edir, və hesab edir ki, burada vəziyyət 2012-ci illə müqayisədə bir qədər yaxşı olacaq. 

Ümumilikdə, Maliyyə Nazirliyi gözləyir ki, cari ildə vətəndaşlarla əmlakın icbari sığortalanması üzrə təxminən 150 min saziş imzalanacaq, yəni potensial müştərilərin qavrama dərəcəsi 33-35%-ə (sığortalanacaq mənzillərin sayının artması nəzərə alınmaqla) çata bilər. Əmlakın icbari sığortalanmasının bu qədər xoşagəlməyən mənzərəsinin səbəbləri bir neçədir. 

Birincisi, əhalinin sığortanın bu növü haqda zəif məlumatlandırılmasıdır. Keçən ilin əvvəlində sığorta şirkətləri "Sığortanın icbari növləri haqqında" qanunu tətbiq etməyə başlayanda, praktiki olaraq, bütün reklam rolikləri NVMMİS ilə bağlı idi, əmlakın sığortalanması isə kölgədə qaldı. Bu vəziyyətdə təəccüblü heç nə yoxdur, belə ki, sığortaçılar daha yüngül pullar üçün rəqabət aparırdılar. Müqayisə üçün - 2012-ci ildə sığortaçılar NVMMİS üzrə 72,1 mln. manat, əmlakın icbari sığortası üzrə isə cəmi 11, 4 mln. manat yığıblar. 

İkincisi, əmlakın icbari sığortalanması üzrə  polisin (sığorta vəsiqəsi) olmamasına görə cərimə sanksiyalarını nəzərdə tutan qanunverici çərçivələr mövcud deyil. 

NVMMİS üzrə məsələn, qanunun belə cərimə və sərt tələbləri də var və avtomobil sahibləri avtomobillərini sığortalamağa məcburdurlar, lakin onlar heç də həmişə sığorta pulu ilə razı qalmırlar. Baxmayaraq ki, sığorta şirkətləri daşınmaz əmlaklarını sığortalamayanlara qarşı sanksiyaların tətbiq edilməsinin tərəfdarıdırlar, cərimələrin tətbiqi problemi heç də həll etməyəcək. 

Əhali özü  sığortaya gəlməlidir, təsirin sərt formaları, əksinə, sığorta şirkətlərinə qarşı inamsızlığın artmasına gətirib çıxaracaq. Ona görə də əhaliyə təsir etmək üçün başqa, daha sivil və effektli təsir üsulları lazımdır. 

Üçüncüsü, agentlərin zəif fəalliyyəti. Son beş ildə agent qismində fəaliyyətə görə 600 nəfərdən artıq şəxs lisenziya alıb. Əmlakın icbari sığortalanması, NVMMİS kimi növlərin tətbiqi agentlərin aktiv fəaliyyətini nəzərdə tutur. Məhz agentlər əhalinin geniş təbəqəsinə hədəflənmiş polislərin satışı, eləcə də vətəndaş və sığortaçıların əlaqələndirilməsində ən mühüm rolu oynamalıdırlar. Hələ ki, agentlər öz tapşırıqlarının öhdəsindən tam həcmdə gəlmirlər. Onlar əsasən komissiya almaq üçün daha çox sığorta polisləri satmağa can atırlar. Agentlər çox vaxt əmlakın bu və ya digər sığortalanmasının üstünlüklərini əhaliyə izah etmək üçün özlərinə əziyyət vermirlər. Ona görə də vətəndaşlar agentlər vasitəsi ilə sığrota müqavilələri imzalayarkən, pul ödədiklərini bütün mahiyyətilə anlamırlar. Nəticə etibarı ilə, sonra sığorta şirkətlərinin onları aldatdıqları, onlara çatmalı olan pulları ödəmədiklərinə dair şikayətlər başlayır. 

Yəni sığorta bazarı və sığortaçıların mükafatlarının həcminin artmasına baxmayaraq, ümumilikdə əhalinin sığorta mədəniyyəti aşağı səviyyədə qalır. Sığorta pulunun artımı daha çox sığortanın, xüsusilə də NVMMİS -in icbari növlərini təmin edir. Məsələn, NVMMİS üzrə sığorta pulu 2012-ci ildə əvvəl də deyildiyi kimi, 72,1 mln. manat təşkil edib ki, bu da 2011-ci illə müqayisədə 16,7 dəfə çoxdur! Bu, ilk növbədə avtomobilin mühərrikinin həcmindən asılı olaraq, 10 manatdan, 50-dən 250 manat səviyyəsinə qədər artan NVMMİS üzrə tariflərin dəyişməsi ilə bağlıdır. Amma yenə də əhalinin sığorta, onun vacibliyi və iş prinsipləri haqqında biliyinin səviyyəsi aşağı olaraq qalır.  

Prinsipcə, əmlakın icbari sığortasının tarifləri elə də yüksək deyil. Azərbaycanın orta statistik vətəndaşı tam şəkildə il ərzində bu tarif üçün sığorta polisini ödəyə bilər. Lakin bir çoxları üçün bu məbləğlə vidalaşmaq çətindir, ələlxüsus da, sığrota halları olduqca tez-tez baş verir, bu isə o deməkdir ki, onların pulları havaya sovrulub.

Bəlkə də sığorta ödəmələrinin həcmini azaltmaq və buna paralel olaraq bir qədər sığorta ödəməsinin həcmini azaltmaq lazımdır. Artıq daha sonra əhalinin böyük hissəsi sığortanın bu növünə alışdıqdan sonra, tarifləri əvvəlki plankaya qaytarmaq mümkün olacaq. Hələ ki, əsas nəticə- əhalinin əmlakının sığortalanmasını tam mənada tanıtmaq mümkün olmadı və onun düzgün təqdimatı üçün hələ çox iş görülməlidir. 

İlk növbədə insanların gündəlik həyatlarında əmlakın sığortalanmasının daim müsbət effektləri ilə rastlaşması üçün, əhali ilə daha fəal şəkildə işləmək lazımdır. Məsələn, sığorta şirkətləri əmlakın icbari sığortalanması üzrə ödəmələr haqqında çox nadir hallarda məlumat verirlər. Ona görə də elə təəssürat yarana bilər ki, onlar ancaq pul yığırlar və heç kimə heç nə ödəmirlər, bu isə sığortaçılara etimadı yüksəltmir.  

Sığorta şirkətləri agentlər, müvafiq dövlət strukturları ilə birgə mütəmadi olaraq əhalini təşviq etməli, sığortanın bütün aspektlərini onlara izah eləməlidirlər.  Bu variant gələcək müqavilələrin, sığortaçıların mükafatlarının zaminidir. Bundan başqa, bu, vətəndaşlara nəinki çətin anlarda dövlətin onlara yardım əlini uzatmasını gözləməyə, həm də özlərinə zərərin ödənilməsinin müəyyən zəmanətinin təmin olunmasına imkan verəcək.  

Məqalə Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Azərbaycanın Sığortaçılar Assosiasiyası tərəfindən keçirilən müsabiqə çərçivəsində hazırlanıb.Ana təbiət tez-tez bizə heç də ana olmayan sifətini göstərməyi sevir. Zəlzələlər, qasırğalar, sunamilər, leysanlar, daşqınlar, dolu qar tez-tez insan ölümünə səbəb olur. Hətta bunlar olmasa belə, insanlar bir anda evlərindən, avtomobillərindən, - bir sözlə, az qala bütün ömür boyu yığdıqlarından məhrum ola bilərlər. Və bütün bunları dünyanın inkişaf etmiş ölkələrində kifayət qədər effektli şəkildə işləyən sığorta sistemi kompensasiya edə bilər. Baxmayaraq ki, Azərbaycan son illər iqtisadiyyatda  inkişafın olduqca yüksək tepmlərini nümayiş etdirir, yenə də əhalinin sığortaya münasibəti kifayət qədər sərindir. Xüsusilə də bu, əmlakın sığortasına aiddir. Bazar münasibətlərinin öz təbiəti ölkə iqtisadiyyatında dövlətin rolunun minimizasiyasını tələb edir. Yeri gəlmişkən, bu, iqtisadiyyatın bir çox sahələrində olduqca  dəqiq təzahür edir- əbəs yerə ölkənin ÜDM-nin 80%-dən çoxu özəl sektorda formalaşır. Öz əmlakının mühafizəsinə gəldikdə isə əhali təbiət, texnogen çevrilişlər və məişət hallarına görə maddi ziyanın təzminatını tələb edərək, dövlətə arxayın olmağı üstün tuturlar. 

İki il budan öncə "Sığortanın icbari növləri haqqında" qanun qəbul edilərkən, danışıqlar və müzakirələr əsasən sığortanın ancaq dörd növündən birinə - bu qanunun nəzərdə tutulduğu nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına (NVMMİS) aid edilirdi. Lakin sənəd həm də öz potensial qavraması və əhəmiyyətinə görə NVMMİS-dən geri qalmırdı. Söhbət fiziki vətəndaşlara məxsus olan əmlakın icbari sığortasından gedir. Bu qanunun təsir dairəsinə qeydiyyat haqqında şəhadətnamə və ya qəbalə (mülk kağızı) adlı sənədi olan bütün mənzillər, vətəndaşların şəxsi evləri düşür. 

Burada qeyd etmək münasibdir ki, Azərbaycan vətəndaşları əmlakının icbari sığortası üzrə postsovet məkanında praktiki olaraq pioner olub. Xaricdə və keçmiş SSRİ ölkələrində əmlakın icbari sığortası praktikası artıq mövcuddur, lakin o, əsasən mənzillərin ipoteka ilə satış-alışı zamanı tətbiq edilir. Əgər əmlak kreditdə deyilsə, xaricdə olduqca populyar olan və postsovet məkanında isə əhalinin gəlirlərinin yüksək olmaması və aşağı sığorta mədəniyyəti kimi obyektiv səbəblərə görə daha az populyar olan könüllü sığortalanma tətbiq edilir. 

Postsovet məkanında əmlakın icbari sığortalanmasını Azəbaycandan öncə hələ 1998-ci ildə ancaq Belarus tətbiq etməyə başlamışdı. Rusiya və Qazaxıstanda əmlakın icbari sığortalanmasının tətbiqinə dair hələ müzakirələr aparılır, lakin qonşularımız başlıca olaraq onun çərçivələrini təbiət çevrilişlərindən sığortalanma ilə məhdudlaşdırmaq istəyirlər. Əgər Rusiyada bu növ sığortanın hələlik əlverişliliyinə dair müzakirələr aparılırsa, Qazaxıstanda 2013-cü ilin iyul ayında hökumətin müzakirəsinə artıq "Əmlakın fəlakətlərdən icbari sığortalanması haqqında" qanun layihəsi çıxarılmış olacaq. Sığorta tarifinin ildə 10 dollar səviyyəsində müəyyənləşdirilməsi ehtimal edilir, bu qanunun qüvvəyə minməsi isə ancaq 2015-ci ilə planlaşdırılır. 

Azərbaycanda isə əmlakın icbari sığortası təkcə təbiət və texnogen kataklizmalara deyil, həm də məişət hallarına şamil edilir. Bu, məsələn, qısaqapanma, yanğın, məişət qazının partlaması, su kəmərləri və kanalizasiya xətlərinin inkişafı və s. də aiddir. 

Azərbaycanda əmlakın icbari sığortalanmasının təxminən ilyarımlıq tətbiqinin təhlili göstərir ki, ümumiyyətlə, onun tətbiqi ilə bağlı gözlənilən çətinliklər özünü doğrultdu və hələ ki, bu sığorta məhsulu can çəkə-çəkə gedir ki, statistika da bunu sübut edir. 

2012-ci ildə İcbari Sığorta Bürosunun üzvi olan sığorta şirkətləri əmlakın icbari sığortalanması üzrə 125 195 saziş imzalayıblar. Onlar 11 mln. 393 min manat məbləğində sığorta pulu alıblar. 

Sığortanın bu növünə 12 sığorta şirkətinin lisenziyası olduğunu nəzərə alsaq, onda orta hesabla onların hər biri il ərzində 10,4 min və ya ayda 900 saziş imzalayıblar. 

Bu az deyil, nəzərə alsaq ki, Azərbaycanda bu sığorta növünün təsiri altına, təxminən, 480 min vətəndaşların mənzil və yaşayış evləri düşür. Lakin keçən il imzalanmış müqavilələr vətəndaşların özləri tərəfindən təşəbbüs göstərilməyib- dövlət, belə desək, ünvanlı sosial yardım alan vətəndaşların mənzillərini öz hesabına sığortalamağı öhdəliyinə götürüb. Keçən il belə sazişlərin sayı 22 330 olub. Yəni əgər onları ümumi saydan çıxsaq, onda 2012-ci ildə mənzillərini 100 mindən bir az artıq vətəndaş sığortalayıb. Bununla da, 2012-ci ildə potensial sığortaçıların sığortanın bu növünün qavrama dərəcəsi 26% təşkil edir. 

2013-cü ildə vəziyyət xüsusi olaraq dəyişmədi. Belə ki, 2013-cü ilin yanvar-aprel ayları ərzində büronun üzvləri əmlakın icbari sığortalanması üzrə 3 mln. 713,5 min manat aldıqları sığorta pulu çərçivəsində  31 425 saziş imzaladılar. Buna baxmayaraq, apreldə vəziyyət, birinci rüblə müqayisədə nisbətən yaxşı olub. Məsələn, əgər birinci rübdə sığortaçılar sığortanın bu növü üzrə 21 356 saziş (eyni zamanda ünvanlı sosial yardım alanlarla 7 mindən artıq saziş imzalanıb), və ya ayda orta hesabla 7 min artıq saziş imzalayıblarsa, onda apreldə artıq 10 069 saziş imzalanıb. 

Yenə də belə çıxır ki, cari ilin 4 ayı ərzində hər bir sığortaçı orta hesabla 2 600-dən bir az çox-ayda orta hesabla 650 saziş imzalayıb. Bu göstəricilər göründüyü kimi ötən ildəkindən aşağıdır. 

Bununla belə, Maliyyə Nazirliyi 2013-cü ildə sığortanın bu növündə müsbət irəliləyişləri qeyd edir, və hesab edir ki, burada vəziyyət 2012-ci illə müqayisədə bir qədər yaxşı olacaq. 

Ümumilikdə, Maliyyə Nazirliyi gözləyir ki, cari ildə vətəndaşlarla əmlakın icbari sığortalanması üzrə təxminən 150 min saziş imzalanacaq, yəni potensial müştərilərin qavrama dərəcəsi 33-35%-ə (sığortalanacaq mənzillərin sayının artması nəzərə alınmaqla) çata bilər. Əmlakın icbari sığortalanmasının bu qədər xoşagəlməyən mənzərəsinin səbəbləri bir neçədir. 

Birincisi, əhalinin sığortanın bu növü haqda zəif məlumatlandırılmasıdır. Keçən ilin əvvəlində sığorta şirkətləri "Sığortanın icbari növləri haqqında" qanunu tətbiq etməyə başlayanda, praktiki olaraq, bütün reklam rolikləri NVMMİS ilə bağlı idi, əmlakın sığortalanması isə kölgədə qaldı. Bu vəziyyətdə təəccüblü heç nə yoxdur, belə ki, sığortaçılar daha yüngül pullar üçün rəqabət aparırdılar. Müqayisə üçün - 2012-ci ildə sığortaçılar NVMMİS üzrə 72,1 mln. manat, əmlakın icbari sığortası üzrə isə cəmi 11, 4 mln. manat yığıblar. 

İkincisi, əmlakın icbari sığortalanması üzrə  polisin (sığorta vəsiqəsi) olmamasına görə cərimə sanksiyalarını nəzərdə tutan qanunverici çərçivələr mövcud deyil. 

NVMMİS üzrə məsələn, qanunun belə cərimə və sərt tələbləri də var və avtomobil sahibləri avtomobillərini sığortalamağa məcburdurlar, lakin onlar heç də həmişə sığorta pulu ilə razı qalmırlar. Baxmayaraq ki, sığorta şirkətləri daşınmaz əmlaklarını sığortalamayanlara qarşı sanksiyaların tətbiq edilməsinin tərəfdarıdırlar, cərimələrin tətbiqi problemi heç də həll etməyəcək. 

Əhali özü  sığortaya gəlməlidir, təsirin sərt formaları, əksinə, sığorta şirkətlərinə qarşı inamsızlığın artmasına gətirib çıxaracaq. Ona görə də əhaliyə təsir etmək üçün başqa, daha sivil və effektli təsir üsulları lazımdır. 

Üçüncüsü, agentlərin zəif fəalliyyəti. Son beş ildə agent qismində fəaliyyətə görə 600 nəfərdən artıq şəxs lisenziya alıb. Əmlakın icbari sığortalanması, NVMMİS kimi növlərin tətbiqi agentlərin aktiv fəaliyyətini nəzərdə tutur. Məhz agentlər əhalinin geniş təbəqəsinə hədəflənmiş polislərin satışı, eləcə də vətəndaş və sığortaçıların əlaqələndirilməsində ən mühüm rolu oynamalıdırlar. Hələ ki, agentlər öz tapşırıqlarının öhdəsindən tam həcmdə gəlmirlər. Onlar əsasən komissiya almaq üçün daha çox sığorta polisləri satmağa can atırlar. Agentlər çox vaxt əmlakın bu və ya digər sığortalanmasının üstünlüklərini əhaliyə izah etmək üçün özlərinə əziyyət vermirlər. Ona görə də vətəndaşlar agentlər vasitəsi ilə sığrota müqavilələri imzalayarkən, pul ödədiklərini bütün mahiyyətilə anlamırlar. Nəticə etibarı ilə, sonra sığorta şirkətlərinin onları aldatdıqları, onlara çatmalı olan pulları ödəmədiklərinə dair şikayətlər başlayır. 

Yəni sığorta bazarı və sığortaçıların mükafatlarının həcminin artmasına baxmayaraq, ümumilikdə əhalinin sığorta mədəniyyəti aşağı səviyyədə qalır. Sığorta pulunun artımı daha çox sığortanın, xüsusilə də NVMMİS -in icbari növlərini təmin edir. Məsələn, NVMMİS üzrə sığorta pulu 2012-ci ildə əvvəl də deyildiyi kimi, 72,1 mln. manat təşkil edib ki, bu da 2011-ci illə müqayisədə 16,7 dəfə çoxdur! Bu, ilk növbədə avtomobilin mühərrikinin həcmindən asılı olaraq, 10 manatdan, 50-dən 250 manat səviyyəsinə qədər artan NVMMİS üzrə tariflərin dəyişməsi ilə bağlıdır. Amma yenə də əhalinin sığorta, onun vacibliyi və iş prinsipləri haqqında biliyinin səviyyəsi aşağı olaraq qalır.  

Prinsipcə, əmlakın icbari sığortasının tarifləri elə də yüksək deyil. Azərbaycanın orta statistik vətəndaşı tam şəkildə il ərzində bu tarif üçün sığorta polisini ödəyə bilər. Lakin bir çoxları üçün bu məbləğlə vidalaşmaq çətindir, ələlxüsus da, sığrota halları olduqca tez-tez baş verir, bu isə o deməkdir ki, onların pulları havaya sovrulub.

Bəlkə də sığorta ödəmələrinin həcmini azaltmaq və buna paralel olaraq bir qədər sığorta ödəməsinin həcmini azaltmaq lazımdır. Artıq daha sonra əhalinin böyük hissəsi sığortanın bu növünə alışdıqdan sonra, tarifləri əvvəlki plankaya qaytarmaq mümkün olacaq. Hələ ki, əsas nəticə- əhalinin əmlakının sığortalanmasını tam mənada tanıtmaq mümkün olmadı və onun düzgün təqdimatı üçün hələ çox iş görülməlidir. 

İlk növbədə insanların gündəlik həyatlarında əmlakın sığortalanmasının daim müsbət effektləri ilə rastlaşması üçün, əhali ilə daha fəal şəkildə işləmək lazımdır. Məsələn, sığorta şirkətləri əmlakın icbari sığortalanması üzrə ödəmələr haqqında çox nadir hallarda məlumat verirlər. Ona görə də elə təəssürat yarana bilər ki, onlar ancaq pul yığırlar və heç kimə heç nə ödəmirlər, bu isə sığortaçılara etimadı yüksəltmir.  

Sığorta şirkətləri agentlər, müvafiq dövlət strukturları ilə birgə mütəmadi olaraq əhalini təşviq etməli, sığortanın bütün aspektlərini onlara izah eləməlidirlər.  Bu variant gələcək müqavilələrin, sığortaçıların mükafatlarının zaminidir. Bundan başqa, bu, vətəndaşlara nəinki çətin anlarda dövlətin onlara yardım əlini uzatmasını gözləməyə, həm də özlərinə zərərin ödənilməsinin müəyyən zəmanətinin təmin olunmasına imkan verəcək.  

Məqalə Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Azərbaycanın Sığortaçılar Assosiasiyası tərəfindən keçirilən müsabiqə çərçivəsində hazırlanıb.


MƏSLƏHƏT GÖR:

579