25 Noyabr 2024

Bazar ertəsi, 02:56

ETİMAD İNDEKSLƏRİ

AMB-nin monitorinqləri ortamüddətli perspektivdə iqtisadiyyatın inkişafına dair sahibkarların və əhalinin nikbin gözləntilərini üzə çıxarıb

Müəllif:

25.02.2014

Bir sıra aparıcı dövlətlərin mərkəzi bankları ölkənin real sektorunda fəaliyyət göstərən müəssisə və təşkilatların, onların gələcək gözləntilərinin iqtisadi davranışını qiymətləndirmək məqsədilə vaxtaşırı monitorinqlər keçirirlər. 

Azərbaycan Mərkəzi Bankı bu təcrübəyə əməl edərək, 2008-ci ildən real sektorun monitorinq sisteminin qurulmasına başlayıb. Hazırda bu sistemə ticarət və xidmət, emal sənayesi və tikinti sektorundan 350-dən artıq müəssisə və təşkilat qoşulub. Həmin müəssisələrin işçilərinin ümumi sayı 60 min nəfər təşkil edir. 

Toplanan informasiya əsasında tərtib olunmuş indekslər, analitik icmal formasında monitorinqdə iştirak edən təşkilatlara göndərilir. Bu təşkilatlar investisiya, istehsal prosesi və borc alınmasına dair qərar vermək imkanları əldə edirlər.

Bundan başqa, indekslər fond birja iştirakçıları  və potensial investorlar üçün böyük maraq doğurur. Ən əsası isə bu indekslər pul siyasəti sahəsində qərar qəbul edilərkən, informasiya resursu kimi çıxış edirlər.  

 

Biznes-etimad 

Aparılan sorğular çərçivəsində Azərbaycan Mərkəzi Bankı (AMB) müxtəlif indekslər tərtib edir - diffuziya indeksi, inflyasiya gözləntiləri indeksi, iqtisadi sentiment indeks, tikinti sektorunun etimad indeksi, pərakəndə satış sahəsində etimad indeksi, biznes-iqlim indeksi. 

Mərkəzi Bank keçən il işgüzar etimadı indeksinin (İEİ) yaxşılaşdığını qeyd edir. ABM-nin qiymətləndirmələrinə əsasən, məhsul ehtiyatlarının stabil səviyyəsini qoruyub saxlama şərtlərində, İEİ-nin artım faktorları sənaye istehsalının artım templəri və gözləntiləri üzrə pozitiv tendensiyalar oldu.

AMB-nin məlumatına görə, 2013-cü ilin nəticələrinə görə sənayedə işgüzar etimad indeksi 2012-ci illə müqayisədə 2,6 faiz bəndi keçərək, 11,4% təşkil edib. İEİ Azərbaycanda ticarətdə keçən il 2012-ci illə müqayisədə cüzi (0,1 faiz bəndi) azalaraq, 7% təşkil edib. 

Monitorinqlər göstərib ki, iqtisadi inkişafın artım tendensiyası ticarət sahəsində uzunmüddətli istifadə olunan məhsulların fəallığının artımını şərtləndirib. Belə ki, ticarətdə gözləntilər və satış artım tendensiyasına malik olub. Nikbin proqnozlar əsasən mebel və məişət elektrik əşyalarının ticarətinə aid olub. AMB qeyd edir ki, ümumilikdə real sektorun monitorinqinin nəticələri istehsal və dövriyyə artımı nümayiş etdirən müəssisələrin sayının sabit artımını göstərir. 

Keçən il müddətində artım qeyri-neft sektorunun bütün sahələrində müşahidə olunub, xüsusilə ən çox artım tikinti sektoru, yaşayış, ictimai qidalanma, rabitə və ticarət sahələrində qeydə alınıb. Qeyri-neft sektorunun demək olar ki, yarısı (10%) və ya 4,8 faiz bəndi tikinti sektoru hesabına formalaşıb.

Neftlə bağlı olan sahə nəzərə alınmadan, sənayedə artım qida, maşınqayırma, mebel sahəsi, tikinti materialları, dəri istehsalı hesabına təmin olunub. Kənd təsərrüfatında yüksək artım templəri istər bitkiçilik məhsullarının istehsalı, istərsə də heyvandarlıqda müşahidə olunub. Xidmət sahələri arasında ən yüksək artım ictimai qidalanma və ticarət sektorunda olub. 

İEİ şirkətlərin xalq təsərrüfatının müxtəlif sferalarında aparılan sorğular əsasında tərtib olunur. İEİ-nin hesablanma metodologiyası ölkədə formalaşmış biznes-iqlimi əks etdirir. 

Mərkəzi Bankda hesab edirlər ki, İEİ artımın qiymətləndirilməsi üçün münasib göstərici deyil. Lakin iqtisadi mərhələlərin dönüş nöqtəsinin müəyyənləşdirilməsi zamanı özünü yaxşı tərəfdən nümayiş etdirdi. Bu, sənaye sektorunun cari vəziyyətinin müəyyən edilməsi üçün maksimum dəqiq indikatordur. Çünki indeksə sifarişlər, məhsullar, məşğulluq, maddi-istehsal ehtiyatları, ixrac-idxal qiymətləri haqda məlumatlar daxildir. 

İEİ sayəsində sənayedə müəssisə və istehsalın sifariş həcmlərini, məşğulluq səviyyəsini, istehsalçıların qiymət indeksini proqnozlaşdırmaq olar. İEİ-dən həmçinin iqtisadiyyat üçün başqa qabaqlayıcı indikatorların hesablanması zamanı da istifadə edirlər. Bir sözlə, İEİ indeks kimi bu cür göstəricinin təhlili iqtisadi tendensiyaların proqnozlaşdırılması zamanı zəruri şərtdir. Ona görə də AMB bundan sonra da bu cür monitorinqlər keçirmək niyyətindədir. 

 

İstehlakçıların etimadı artır 

AMB-nin tərtib etdiyi sonuncu indekslərdən biri istehlakçı etimadı indeksidir (İEİ). Bu indeks 4 250 ev təsərrüfatı sorğusu əsasında işlənib ki, bu da beynəlxalq standartlara görə reprezentativ hesab olunur. 

İEİ göstərib ki, ev təsərrüfatı yaxın 12 ayda ölkənin iqtisadi perspektivlərini yüksək qiymətləndirir. Onların orta gözləntiləri də nikbin xarakter daşıyır, istehlakçılar da öz əhval-ruhiyyələrini müsbət qiymətləndirirlər. Sorğu Avropa Komissiyası tərəfindən təsdiq edilmiş metodikanın, eləcə də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ( İƏİT)  tərəfindən tətbiq olunan metodiki təlimatı bazasında aparılıb. Sorğunun keçirilməsinə İsveçrənin İqtisadi əlaqələr Dövlət Katibliyi (SECO) və KOF institutu yardım ediblər.  

AMB-də qeyd edildiyi kimi, İEİ ölçüləri istehlakçıların maliyyə vəziyyəti, ölkədə ümumi iqtisadi durum, işsizlik və yığımlar üzrə gözlənilən göstəricilərdən çıxış edərək aparılır.  

Ümumilikdə, keçən il artırılmış istehlak fəallığı qeydə alınıb. Bu isə orta aylıq məvacibin artırılması, iqtisadiyyatda məşğul əhalinin sayı və istehlak kreditlərinin həcmi sayəsində olub. 

Göründüyü kimi, istehlak krediti özündə rəy, qiymət və ölkənin bütün əhalisinin gözləntilərini ümumiləşdirən, həqiqətən yeganə makroiqtisadi indikatordur. O, son nəticədə daxili tələbatın dinamikasında və uyğun olaraq iqtisadi artımın sürətlənməsi və ya ləngiməsində müəyyənedici rol oynayır. 

İqtisadiyyatın inkişaf dinamikası proqnozunda bu indeksin mühümlüyünü nəzərə alaraq, dünyanın bir çox ölkələrində bu göstəricinin qiyməti istər hökumət, istərsə də özəl təşkilatlar tərəfindən keçirilir. Bundan savayı, bir sıra müstəqil tədqiqat təşkilatları var  ki, bunu sərbəst keçirirlər. Həmçinin müxtəlif ölkələrdə istehlak əhval-ruhiyyəsinin öyrənilməsinə dair sifarişlər üzrə də aparılır. 

İstehlak etimadı indeksinin dəyişdirilməsinin təhlili zamanı və xüsusilə müxtəlif ölkələr üçün onun müqayisə edilməsi zamanı, əsas müxtəlif faktorlar götürülür. Rusiyada İEİ-nin qiymətləndirilməsi zamanı federasiyanın bütün, məsələn, Hindistanda isə - ancaq altı ən iri şəhərində subyektlər yoxlanılır.  Rəsmi iqtisadi-coğrafi və demoqrafik məlumatlara uyğun olaraq, ABŞ-ın ərazisi bu indeksin qiymətləndirilməsi zamanı 9 regiona bölünüb. ABŞ-da istehlak gözləntiləri 1923-cü ildən başlayaraq keçirilir. O, işgüzar dövrün qabaqlayıcı indikatoru kimi, məşğulluq sahəsində tendensiyaların və iqtisadiyyatın ümumi  vəziyyətinin proqnozlaşdırılması üçün səmərəli şəkildə istifadə olunur. Bütün  metodikaların əsasını respondentlərin (poçt, internet və ya respondetlərlə vasitəsiz əlaqə zamanı) sorğusu təşkil edir. 

İstehlak etimadı indeksi, sözsüz ki, daha çox subyektiv göstəricidir. Ona təkcə dövlətin iqtisadiyyatında konkret dəyişikliklər deyil, həm də bir çox siyasi faktorlar, eləcə də kütləvi informasiya vasitələri təsir edir. Lakin digər tərəfdən, sorğuların nəticələri obyektiv reallığı da əks etdirir. Burada insanlara dövlətin iqtisadiyyatında və onların şəxsi rifahlarında yüksəliş və enmələri hiss etdirməyə imkan verən ictimai duyğu nəzərdən keçirilir. 

Yuxarıda qeyd edildiyi kimi, bu indekslər bir sıra inkişaf etmiş ölkələrdə iqtisadiyyatın inkişaf istiqamətini müəyyənləşdirmək üçün geniş şəkildə tətbiq olunur. ABM tərəfindən bu indekslərin hazırlanması, Azərbaycanda qabaqcıl təcrübənin tətbiq edildiyini sübut  edir. 


MƏSLƏHƏT GÖR:

485