12 Mart 2025

Çərşənbə, 13:04

"STOP-KRAN"ı ÇƏKMƏK

"R+" jurnalının suallarını Qaqauziyanın başçısı Mixail Formuzal cavablandırır

Müəllif:

25.02.2014

Fe­v­ra­lın əv­və­lin­də Qa­qa­u­ziy­a­da ke­çi­ri­lən re­fe­ren­dum Mol­do­va rəh­bər­liy­i­nin Av­ro­pa İt­ti­fa­qı ilə As­so­si­a­tiv Sa­ziş çər­çi­və­sin­də ya­xın­laş­ma qə­ra­rı­nın öl­kə əha­li­si­nin heç də ha­mı­sı tə­rə­fin­dən də­s­tək­lən­mə­diy­i­ni gö­s­tər­di. Sə­s­ver­məyə qa­tı­lan qa­qa­uz­la­rın ək­sə­riyyə­ti hö­ku­mə­tin xa­rici siy­a­si kur­su ilə ra­zı ol­ma­dığı­nı or­taya qoy­ub. Qon­şu Ru­mı­niya rəh­bər­liy­i­nin Mol­do­va ilə bir­ləş­mək is­təyi isə on­lar tə­rə­fin­dən Mol­do­va döv­lə­ti­nin su­ve­ren­liy­i­nə qəsd ki­mi qiy­mət­lən­di­ri­lib. Re­fe­ren­du­mun nə­ticə­si­ni, Qa­qa­u­ziy­a­da­kı ha­zır­kı və­ziyyə­ti bi­rinci ağız­dan eşit­mək qə­ra­rı­na gəl­dik. "R+" jur­na­lı­nın su­al­la­rı­nı Qa­qa­u­ziya rəh­bə­ri (baş­qa­nı), Mol­do­va­nın Re­g­i­on­lar Par­tiy­a­sı­nın rəh­bə­ri Mi­xa­il For­mu­zal ca­vab­lan­dı­rır.

- Cə­nab For­mu­zal, ilk ola­raq  fe­v­­ra­lın 2-də Qa­qa­u­ziy­a­da ke­çi­ril­miş re­fe­ren­du­mun nə­ticə­lə­ri­ni qı­sa ola­raq şərh et­mə­ni­zi is­tər­dik...

- Əv­və­la, onu qeyd edim ki, re­fe­ren­du­mun ke­çi­ril­mə­si idey­a­sı Qa­qa­u­ziya və Mol­do­va­nın ma­raq­la­rı­na to­xu­nan bə­zi na­ra­hat­lıq ve­rən ten­den­siy­a­lar üzündən mey­da­na çıx­mış­dı. Bu həm Mol­do­va rəh­bər­liy­i­nin öl­çü­lüb-bi­çil­məy­ən xa­rici siy­a­sə­ti, həm də Qa­qa­u­ziya Mux­ta­riyyətinin sə­la­hiyyət­lə­ri­nin müntə­zəm ola­raq azal­dıl­ma­sı­dır. Ru­mı­niy­a­nın müstə­qil Mol­do­va Re­s­pub­li­ka­sı­na qar­şı hə­rə­kə­tə ke­ç­mə­si bu mə­na­da səbir kasa­sı­nı daş­dı­ran son dam­la ol­du. Ya­şa­nan­la­rın fo­nun­da mər­kə­zi hö­ku­mə­tin pas­siv­liy­i­ni, çağı­rış­la­rı­mı­za re­ak­siya ver­­mək is­tə­mə­mə­si­ni gördüyümüz­dən və­ziyyə­tə müda­xi­lə et­mək, ma­raq­la­rı­mı­za diq­qə­ti re­fe­ren­dum va­si­tə­si­lə çək­mək qə­ra­rı­na gəl­dik.

Fe­v­ra­lın 2-də Qa­qa­u­ziy­a­da 2 mə­sə­lə üzrə sə­s­ver­mə ke­çi­ril­di. On­lar­dan bi­rinci­si in­san­la­rın Mol­do­va­nın xa­rici siy­a­si kur­su­na müna­si­bə­ti­ni öy­rə­nir və məs­lə­hət­çi xa­rak­ter da­şıyır­dı. Yə­ni, bu sə­s­ver­mə­nin nə­ticə­si­nin hö­ku­mət üçün hüqu­qi qüvvə­si yox­dur. Am­ma əmi­nəm ki, bütün bir re­g­i­o­nun rəy­i­ni bil­mək Ki­şinyo­vu ayıl­tmaq ba­xı­mın­dan fay­da­lı ol­du.

İkinci mə­sə­lə qa­nun­ve­rici­lik­lə bağlı idi və məq­səd mux­ta­riyyət sa­kin­lə­ri­nin ye­ni qa­nun lay­i­hə­si­ni də­s­tək­lə­mə­si­nə yö­nəl­miş­di. Söh­bət Mol­do­va­nın su­ve­ren­liy­i­ni iti­rəcəyi tə­q­dir­də Qa­qa­u­ziy­a­nın öz müqəd­də­ra­tı­nı həll et­mə­si­ni nə­zər­də tu­tan qa­nun lay­i­hə­sin­dən ge­dir. Se­çici­lə­rin 98%-dən ço­xu bu qa­nu­nun qə­bu­lu­na "hə" de­di və bu, se­çici fə­al­lığı­nın 70% təş­kil et­diyi re­fe­ren­dum­da baş ver­di. Bu sə­s­ver­mə həm Mol­do­va və Ru­mı­niy­a­­nın rəh­bər­liy­i­nə, həm də bütünlükdə Av­ro­pa İt­ti­fa­qı­na me­saj­dır: qoy on­lar bil­sin­lər ki, Mol­do­va­nın su­ve­ren­liyi ilə za­ra­fat et­mək ol­maz.

- Re­fe­ren­du­mun nə­ticə­si­ni qa­qa­uz­la­rın ək­sə­riyyə­ti­nin Mol­do­va ilə Aİ ara­sın­da ya­xın­laş­maya qar­şı ol­ma­sı ki­mi qiy­mət­lən­dir­mək olar­mı? Yox­sa söh­bət bu müna­si­bə­tin şər­t­lə­rin­dən və for­ma­tın­dan ge­dir?

- Qa­qa­uz­lar çox praq­ma­tik, ras­io­nal düşünən in­san­lar­dır­lar. Biz­də is­tər Av­ro­pa, is­tər Ru­siya, is­tər­sə də bir baş­qa­sı ilə bağlı ste­reo­tip­lə­rə ina­nan çox az adam tap­maq olar. Biz hər şeyə öz xal­qı­mı­zın və Mol­do­va Respuli­ka­sı­nın ma­raq­la­rın­dan ya­na­şı­rıq. Mə­sə­lən, Av­ro­pa İt­ti­fa­qı ilə ya­xın­laş­ma siy­a­sə­ti­ni qiy­mət­lən­di­rə­r­kən görürük ki, bun­dan öl­kə­mi­zin mil­li ma­raq­la­rı­na ziy­an dəy­əcək. Ha­kim eli­ta­nın ma­raq­la­rı ilə bağlı hər şey qay­da­sın­da­dır. Am­ma in­san­la­rın, icti­ma­iyyə­tin və bütünlükdə döv­lə­tin ma­raq­la­rı­na zər­bə dəyə bi­lər. Av­ro­paya in­te­q­ra­siy­a­nın əsas nə­ticə­si av­ro­pa­lı is­teh­sal­çı­la­rın Mol­do­va ba­zar­la­rın­da hök­mran­lığı ələ al­ma­sı olacaq. Bu hal­da bi­zim 100 min­lər­lə in­sa­nı­mız Qər­bi Av­ro­pa öl­kə­lə­rin­də ucuz iş­çi qüvvə­si­nə çe­v­ri­ləcək. Aİ üçün be­lə per­spek­tiv, şübhə­siz ki, sər­fə­li­dir. Mol­do­va üçün isə bu, is­teh­sa­lat sek­to­ru­na cid­di zər­bə, faci­ə­vi de­po­pulya­siya de­mək­dir.

Bu düşüncə qə­tiyyən qa­qa­uz­la­rın Av­ro­paya qar­şı ol­ma­la­rı an­la­mı­na gəl­mə­mə­li­dir. Bir çox və­tən­da­şı­mız tez-tez Av­ro­pa öl­kə­lə­rin­də olur, yax­şı cə­hət­lə­ri, biz­də də tət­biq edil­mə­li olan mo­del­lə­ri qiy­mət­lən­dir­məyi baca­rır­lar. Bu həm məh­kə­mə si­s­te­mi­nin fə­a­liyyə­ti, həm mil­li az­lıq­la­rın hüquq­la­rı­na hör­mət, həm yer­li mux­ta­riyyət ənə­nə­lə­ri­nin in­ki­şa­fı­dır. Av­ro­pa­nın bu və bir çox di­g­ər re­al­lıq­la­rı bi­zim üçün oriy­en­tir­dir. Am­ma bir da­ha tə­k­rar edi­rəm ki, hər bir ad­dım mil­li ma­raq­lar nə­zə­rə alın­maq­la atıl­ma­lı­dır.

- Rə­s­mi Ki­şinyov Qa­qa­u­ziya əha­li­si­nin fi­k­ri­ni nə­zə­rə ala­raq, Mol­do­va­nın Aİ ilə As­so­si­a­tiv Sa­ziş im­za­la­maq qə­ra­rın­dan im­ti­na edə bi­lər­mi?

- Nə­zə­ri ba­xım­dan bu, mümkün­dür. Mol­do­va rəh­bər­liyi özünü avro­pa­pə­rəst ad­lan­dı­rır­sa, Av­ro­pa prin­sip­lə­ri ona yad ol­ma­lı dey­il. Söh­bət xüsu­si­lə stra­te­ji qə­rar­la­rın qə­bu­lu za­ma­nı de­mo­kra­tik prin­sip­lə­rə əməl edil­mə­sin­dən ge­dir. Yə­ni, öl­kə rəh­bər­liyi Aİ ilə As­so­si­a­tiv Sa­ziş im­za­la­maz­dan əv­vəl icti­mai rəyi nə­zə­rə al­ma­lı­dır. Qa­qa­u­ziy­a­da ke­çi­ri­lən re­fe­ren­dum gö­s­tər­di ki, əha­li ara­sın­da bu ra­zı­laş­ma­nın Mol­do­va üçün məq­sə­də­uyğun ol­duğu­na şübhə ilə ya­na­şan­lar ki­fay­ət qə­dər­dir. Bu­nun­la ya­na­şı, söh­bət heç də yal­nız Qa­qa­u­ziya sa­kin­lə­rin­dən get­mir - bi­zim re­fe­ren­du­mu­mu­za Mol­do­va­nın on­lar­la ya­şayış mən­tə­qə­si və ray­o­nun­dan da  də­s­tək gə­lir­di.

Am­ma sa­zi­şin pa­ra­flan­ma­sı­na apa­rı­lan ha­zır­lığın bu qə­dər giz­li sax­la­nıl­ma­sın­dan be­lə qə­na­ə­tə gəl­mək olar ki, Ki­şinyov Qa­qa­u­ziya və hət­ta bütünlükdə Mol­do­va xal­qı­nın is­təy­i­nin ək­si­nə ola­raq, sə­nə­di im­za­la­maq fi­k­rin­də­dir.

- Fi­k­ri­nizcə, ha­di­sə­lər necə in­ki­şaf edəcək? Yə­ni, Mol­do­va rəh­bər­liyi Aİ ilə ya­xın­laş­ma is­ti­qa­mə­tin­də fə­a­liyyə­ti­ni da­vam et­di­rər­sə, Qa­qa­u­ziya bu­na necə re­ak­siya ve­rəcək?

- Qa­qa­u­ziya qa­nun­la nə­zər­də tu­tul­muş bütün va­si­tə­lər­lə öz ma­raq­la­rı­nı müda­fiə edəcək. An­layı­rıq ki, əha­li­nin cə­mi 4,5%-ni təş­kil et­mək­lə, çox­luğa Mol­do­va­nın in­ki­şa­fı ilə bağlı öz fi­kir­lə­ri­mi­zi ye­ri­də bil­mə­rik. Am­ma rə­s­mi döv­lət siy­a­sə­ti­nin qa­qa­uz xal­qı­nın da ma­raq­la­rı nə­zə­rə alın­maq­­la yürüdülmə­si tə­lə­bi­miz­də is­rar­lıyıq.

Ey­ni za­man­da əmi­nəm ki, qa­qa­uz­la­rın ma­raq­la­rı böyük ölçüdə bütünlükdə Mol­do­va və­tən­daş­la­rı­nın ma­raq­la­rı ilə üst-üstə düşür. Ha­mı­mız əmək­haq­qı­nın yüksək ol­duğu iş yer­lə­ri, so­si­al müda­fiə, ra­hat mə­i­şət şə­ra­i­ti, qon­şu döv­lət­lər­lə yax­şı müna­si­bət­lər is­təy­i­rik. Bütün bun­lar in­san­la­rın sa­ba­hı­na əmin­liy­i­ni ya­ra­dan mə­qam­lar­dır. Düşünürəm ki, növ­bə­ti par­la­ment seç­ki­sin­də qa­qa­uz­lar Mol­do­va­da çox­lu­q­da olan və­tən­daş­lar­la bir­lik­də öl­kə­ni doğru is­ti­qa­mə­tə yö­nəl­də bi­ləcək.

- Ru­mı­niya pre­zi­den­ti Mol­do­va­nın Aİ-yə yo­lu­nun re­s­pub­li­ka­nın Ru­mı­niya ilə bir­ləş­mə­sin­dən keç­diy­i­ni bir da­ha bəy­an edib. Bu fi­k­rə müna­si­bə­ti­niz necə­dir?

- Bu, Mol­do­va Re­s­pub­li­ka­sı­nın su­ve­ren­liy­i­nə açıq qəsddir. Bu üzdən Ru­mı­niya pre­zi­den­ti per­so­na-non-qra­ta elan edil­mə­li­dir. Be­se­s­ku be­lə bəy­a­nat­la­rı çox­dan səs­lən­di­rir və bu, ilk dey­il. Am­ma Mol­do­va rəh­bə­ri bu­na sərt re­ak­siya ver­mək, re­s­pub­li­ka­nın müstə­qil­liy­i­ni müda­fiə et­mək əvə­zi­nə, bu cür bəy­a­nat­la­rı sa­kit qar­şı­layır. Bu, in­san­la­rı hid­dət­lən­dir­məyə bil­məz.

Ru­mı­niy­a­nın id­di­a­la­rı­na hər za­man ən sərt re­ak­siya Qa­qa­u­ziy­a­dan gə­lir. Mən Mol­do­va­nın bütövlüyü və müstə­qil­liy­i­nin ən ar­dıcıl tə­rəf­dar­la­rı­nın qa­qa­uz­lar ol­duğu­nu də­fə­lər­lə söy­lə­mi­şəm. Ru­mı­niya bu is­ti­qa­mət­də fə­a­liyyə­ti­ni nə qə­dər güclən­di­rir­sə, Qa­qa­u­ziy­a­nın Mol­do­va­nın döv­lət­çi­lik gə­mi­si­nin löv­bə­ri ki­mi ro­lu bir o qə­dər ar­tır. Fi­kir ve­rin, fe­v­ra­lın 2-də Qa­qa­u­ziya xal­qı­nın öz sözünü de­mə­sin­dən so­nra Brüssel li­der­lə­ri Ru­mı­niya li­de­ri­nə təzyiq gö­s­tər­məyə baş­layıb­lar ki, o bir az "sa­kit­ləş­sin". Nə­ticə­də Bu­xa­rest Mol­do­va sa­kin­lə­ri­nə və­tən­daş­lıq ve­ril­mə­si pro­se­si­ni day­an­­dır­dığı­nı bəy­an edib. Bə­zi mət­bu­at or­qan­la­rı­nın da yaz­dığı ki­mi, bu mə­sə­lə­də Qa­qa­u­ziya Ru­mı­niya ilə bir­ləş­məy­in qar­şıs­nı ala bil­di.

- Azər­baycan və Qa­qa­u­ziya xal­q­la­rı bi­la­va­si­tə qon­şu ol­ma­sa­lar da, on­la­rı bir­ləş­di­rən bir çox mə­qam­lar var. Qa­qa­u­ziya üçün Azər­baycan nə­dir və bu müna­si­bət­lə­rin per­spek­ti­vi­ni necə görürsünüz?

- Biz va­hid böyük türk ai­lə­si­nə aid doğma qar­daş­la­rıq. Bi­zim Azər­bayca­na və azər­baycan­lı­la­ra is­ti mü­na­­si­bə­ti­miz də bu­nun­la bağlı­dır. Ümu­­mi kök­lər, dil­lə­rin ya­xın­lığı və bir sı­ra di­g­ər amil­lər bi­zim sıx əmək­daş­lığı­mız üçün şə­ra­it ya­ra­dır. Azər­baycan bi­zim üçün çox şey­dir: per­spek­tiv­li iq­ti­sa­di tə­rəf­daş, öl­kə­nin uğur­la müa­sir­ləş­di­ril­mə­si­nin nümu­nə­si, çə­tin 90-cı il­lər­də on­lar­la qa­qa­uz tə­lə­bə­nin Ba­kı­da il­kin təh­sil al­ma­sı­na yar­dım et­miş dost. Bu gün Azər­baycan Pre­zi­den­ti İl­ham Əliy­ev ata­sı­nın iş­lə­ri­ni da­vam et­di­rir, sayca az olan qa­qa­uz xal­qı­na da­im də­s­tək olur.

Müna­si­bət­lə­ri­mi­zin gə­ləcək in­ki­şa­fı­nın ke­ç­mi­şə aid bu müsbət təc­rübəyə əsa­sən for­ma­laş­ma­sı­nı is­tər­dik. Bu gün biz həm Azər­baycan di­a­s­po­ru, həm Azər­bayca­nın Ki­şinyov­da­kı sə­fir­liy­i­lə sıx şə­kil­də iş­ləy­i­rik. Bi­rgə re­al­laş­dır­dığı­mız uğur­lu lay­i­hə­lə­rə bir çox nümu­nə gö­s­tər­mək olar. Be­lə lay­i­hə­lər­dən ən əhə­miyyət­li­si Ça­dır-Lun­qa şə­hə­rin­də id­man kom­plek­si­nin ti­kil­mə­si qə­ra­rı­dır.

Türk dünya­sı çər­çi­və­sin­də əmək­daş­lığın aç­dığı im­kan­la­ra da eti­na­sız ya­naş­maq ol­maz. Ba­kı­da, An­ka­ra­da, Aş­qa­bad­da müxtə­lif fo­rum­lar­da iş­ti­ra­kım, apa­rıcı türk döv­lət­lə­ri­nin li­der­lə­ri­lə görüşlə­rim za­ma­nı görmüşəm ki, xüsu­si­lə Qa­qa­u­ziya və Azər­bay­can rəh­bər­liy­i­nin xal­qla­rı­mı­zın ma­raq­la­rı­na to­xu­nan bir sı­ra bey­nəl­xalq prob­lem­lər­lə bağlı möv­qe­lə­ri bir-bi­ri­nə hə­mi­şə ya­xın olub. Düşü­nü­rəm ki, bu amil sıx əmək­daş­lıq üçün əla­və ar­qu­ment və sti­mul ola  bi­lər.


MƏSLƏHƏT GÖR:

822