
SARQSYAN ÜÇÜN "QARA TARİX"
Ermənistan prezidentinin aqressiv bəyanatlarının arxasında, əslində, nə dayanır?
Müəllif: NURANİ Baku
Bu günlərdə Azərbaycan tarixinin ən kədərli hadisələrindən biri - Xocalı soyqırımının növbəti ildönümünü qeyd edir. Söhbət Ermənistanın Azərbaycana qarşı təcavüz dövrünün ən böyük faciəsindən gedir. Onun nəticələri hər kəsə məlumdur: 613 ölü, 487 əlil, 150-nin taleyi hələ də məlum olmayan 1275 girov. Ölənlərin arasında 106 qadın, 83 uşaq da var. Bir neçə ailənin tamamilə məhvi.
Bu faciə ilə bağlı təfərrüatlar Azərbaycanda və ondan kənardakı mənbələrdə dəfələrlə yazılıb. Dinc sakinlərin qırğını təsadüf deyildi - qaçqınları məqsədli şəkildə və soyuqqanlılıqla Xocalıdan Ağdamadək bütün yolboyu güllələyiblər. Əvvəlcə onları Kətük kəndində 3 tərəfdən atəşə tutublar. Sonra Naxçivanikdə amansız qətliam törədilib. Hələ onda "qaynar izlər"lə, əsasən də Çingiz Mustafayevin apardığı çəkilişlərin hesabına dünya erməni təcavüzkarlarının qəddarlığından, sadizmindən dəhşətə gəlmişdi. Xocalı faciəsi, sanki bir "suayrıcı" oldu. Fransalı jurnalist Jan-İv Yunet yazırdı: "...Biz Xocalı faciəsinin şahidi olduq, yüzlərlə öldürülmüş dinc sakinin - qadınların, uşaqların, qocaların və Xocalının müdafiəçilərinin cəsədlərini gördük. Bizə vertolyot vermişdilər. Onun köməyi ilə Xocalı ətrafında baş verənlərin hamısını göy üzündən lentəə alırdıq. Amma ermənilər vertolyotumuzu da atəşə tutmağa başladılar və nəticədə biz çəkilişləri başa çatdıra bilmədik. Bu, dəhşətli mənzərə idi. Müharibələr, alman faşistlərinin qəddarlığı haqda çox şey eşitmişdim. Amma ermənilər onları da geridə qoymuşdular. Ermənilər 5-6 yaşlı uşaqları, dinc sakinləri öldürürdülər".
Britaniyanın "Front layn nyus" telekanalından olan jurnalist Rori Patriks: "Xocalıdakı cinayətkarlığa dünya ictimaiyyəti qarşısında heç nə ilə haqq qazandırmaq mümkün deyil".
Sonralar Tomas de Vall "Qara bağ" adlı kitabında faciə zamanı "səhra komandiri" olmuş, hazırda isə Ermənistan prezidenti postunu tutan Serj Sarqsyanın sözlərinə yer ayırırdı: "Xocalıya qədər azərbaycanlılar bizimlə zarafat etməyin mümkün olduğunu düşünür, ermənilərin dinc insanlara əl qaldıra bilməyəcəyini fikirləşirdilər. Biz bunu (stereotipi) qıra bildik". Tomas de Vall bildirir ki, "Sarqsyanın qiymətləndirməsi insanı Qarabağ müharibəsinin ən qəddar qətliamına fərqli tərəfdən baxmağa məcbur edir. Bu, kütləvi qətliamın qismən olsa belə, məqsədli şəkildə həyata keçirilmiş akt olduğu istisna deyil".
Bu gün Xocalı faciəsi haqda Azərbaycandan kənarda da bilir, bu haqda danışrlar. Bir çox ölkənin parlamentində bu hadisə azərbaycanlılara qarşı törədilmiş soyqırımı kimi tanınıb. "Xocalıya ədalət!" kampaniyası dünyanın ictima rəyində ciddi dəyişikliyə səbəb olub və proses davam edəcək.
Proses rəsmi İrəvanı əməlli-başlı narahat etməyə başlayıb. Əks təqdirdə, Ermənistan prezidenti Serj Sarqsyan "Yerkrapat" könüllülər ittifaqının, yəni Azərbaycana qarşı hərbi əməliyyatların iştirakçılarının qurultayındakı çıxışında Azərbaycanın rəsmi təqvimindəki "qara tarixlər" haqda danışmazdı.
İrəvanda aqressiv bəyanatlar çox tez-tez səsləndirilir. Bütün qəbahət işlərdə Azərbaycan tərəfinin günahlandırılması da orada çoxdankı ənənədir. Amma Serj Sarqsyan "veteran könüllülər" qarşısındakı çıxışı zamanı bütün bunları geridə qoyub.
Onun çıxışı gözlənildiyi kimi, rəsmi Bakı tərəfindən sərt cavablandırılıb. "Ağır hərbi cinayətlərdə, Xocalı soyqırımının hazırlanması və həyata keçirilməsində iştirak etmiş Ermənistan prezidentinin sülh və mənəvi dəyərlər haqda bəyanatı riyakarlığın son həddidir", - deyə Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.
"Ermənistan ərazisində yaşamış bütün xalqlara, xüsusilə köklü azərbaycanlılara və eləcə də işğal olunmuş ərazilərdə Azərbaycan əhalisinə qarşı qanlı təmizləmə törətmiş Ermənistan rəhbərliyinin Azərbaycana qarşı ittiham irəli sürməyə mənəvi haqqı belə yoxdur", - deyə Azərbaycan XİN-in saytında yer almış bəyanatda bildirilir: "Məgər Azərbaycan və erməni xalqlarının "etnik uyğunsuzluğu"ndan danışan Serj Sarqisyan və onun sələfi Robert Köçəryan deyildimi? Bu irqçi və digər xalqlara və millətlərə nifrət siyasətinin nəticəsidir ki, Ermənistan mono-etnik dövlətə çevrilib".
E.Abdullayevin fikrincə, Ermənistan rəhbərliyi yüz minlərlə Ermənistan vətəndaşının ölkədən didərgin düşməsinə və digər ölkələrdə rəzalət halında qanunsuz miqrant kimi yaşamağa məhkum edilməsinə görə bilavasitə məsuliyyət daşıyır: "Populizm və yalandolu şüarlarla çıxış edən, xalqın fikrini kəskin ölkədaxili problemlərdən yayındırmağa çalışan Serj Sarqsyanın anti-Azərbaycan və irqçi təfəkkürlü fikirlərinin əvəzinə əhalisinin 40 faizindən artığı yoxsulluğun ən aşağı həddində yaşayan Ermənistanın fəlakət astanasında olmasına aydınlıq gətirməyə çalışması daha faydalı olardı". E.Abdullayev Ermənistandan fərqli olaraq, Azərbaycanın dünyada tolerantlıq nümunəsi kimi qəbul olunduğunu xatırladıb: "Amma Serj Sarkisyan unutmamalıdır ki, Azərbaycan dövləti onun ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına və onun ərazilərinin ilhaq edilməsinə heç bir zaman icazə verməyəcək və gec-tez Azərbaycanın işğal olunmuş əraziləri azad olunacaq və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı təmin ediləcək".
"Şanlı Ermənistan ordusu"ndan danışan S.Sarqsyanın fikri, deyəsən, 1990-cı illərin əvvəllərindəki vəziyyətdə qalıb. Bəs İrəvanda regionda qüvvələr nisbətinin nə qədər dəyişdiyini anlamırlarmı? Bu gün hərbi əməliyyatların bərpası halında 90-cı illərin əvvəlindəki vəziyyət təkrarlanmayacaq. Müasir dünyada müharibələri arxa cəbhədə qazanırlar. Hazırkı Azərbaycanın hərbi-iqtisadi potensialı isə Ermənistan üçün əlçatmazdır.
Bütün bədbəxtliklərinə görə Azərbaycanı günahlandıran, durmadan auditoriyaya 90-cı illərin əvvəllərində ərazilərin işğalı ilə yadda qalmış "gözəl çağları" xatırlatmağa çalışan Sarqsyan bu dəfə Ermənistanın ciddi problemlərindən yan keçə bilməyib. O, etiraf etməli olub ki, "bizim bu günkü müharibəmiz istənilən ümidsizliyə qarşıdır, inam, yoxsulluq içərisində yaşayan hər bir vətəndaşımız, yeni inkişaf imkanları və müasir dövlətə çevrilmək uğrundadır". Amma Ermənistanın bu müharibəni uduzduğunu Sarqsyanın özü də yaxşı bilir. Əks təqdirdə, o etiraf etməzdi ki, ölkə vətədaşlarının 80 faizinin əleyhinə çıxdığı pensiya islahatının məqsədi "insanları öz ölkələri ilə sıx bağlamaqdır", yəni, milli fəlakət həddinə çatmış mühacirətin qarşısnı almaqdır. Eyni zamanda o, ölkənin iqtisadi durumu ilə bağlı sualların cavablandırılmasından hər vəclə yayınmazdı.
Bununla yanaşı, Sarqsyan "Yerkrap"ın, yəni "veteran könüllülər"in dəstəyinə daxili siyasi arenada da arxalandığını açıq şəkildə ifadə edib. Çünki bir çox "dolayı indikatorlar"ın göstərdiyi kimi, Ermənistanda sosial-siyasi gərginlik təhlükəli həddə çatıb. Bu vəziyyətdə "İrs" partiyasının lideri, Serj Sarqsyanın prezident seçkisində rəqibi olmuş Raffi Ovannisyanın bəyanatı tamamilə fərqli şəkildə qəbul olunur. Sarqsyanın Ermənistanı yalnız əldə silahla xilas etməyin mümkün olduğuna, əhalinin böyük hissəsinin bu məsələdə onun kimi düşündüyünə dair bəyanatını xatırladan Ovannisyan fikrini belə davam etdirib: "Əhalinin böyük hissəsi həqiqətən də Serj Sarqsyanla yalnız bu məsələdə həmrəydir. Ölkədə nifrət atmosferi hökm sürür və çoxları bu sözə əməl etməyi - ələ silah almağı düşünür". Ovannisyan hakimiyyəti düşünməyə, vəziyyəti vətəndaş müharibəsinə aparıb çıxarmamağa çağırır. Amma görünən odur ki, artıq Ermənistanda güc variantının işə düşə biləcəyini nə hakimiyyət, nə də müxalifət istisna edir.
Güman ki, Ermənistanda "Qarabağ klanı" daxili siyasi məqsədlərinə də "Qarabağ ermənilərinin müqəddəratlarını həll etmək" üçün əl atdığı vasitələrlə çatmağı düşünürlər. Odur ki, Sarqsyanın "qara tarixlər" haqda dedikləri Ermənistan üçün son dərəcə kədərli gələcəyigörməyə çevrilə bilər.
MƏSLƏHƏT GÖR: