25 Noyabr 2024

Bazar ertəsi, 09:33

EHTİYAT ÜÇÜN

Azərbaycanın Dövlət Neft Şirkəti qazsaxlama anbarlarının gücünü artırır

Müəllif:

04.06.2013

Artıq 6 ildir Azərbaycan təbii qaza olan tələbatını tamamilə ödəyir və Rusiyadan təbii qaz idxalını dayandırıb. Bundan başqa, respublika, məlum olduğu kimi Türkiyə, Gürcüstan və Rusiyaya "mavi yanacaq" nəql edir, həmçinin Naxçıvan Muxtar Respublikasının (Azərbaycanla birbaşa sərhədə malik deyil və Ermənistanın Azərbaycanın 20% torpaqlarını işğal altında saxlaması nəticəsində blokadadır) tələbatını təmin etmək məqsədilə spot əməliyyatları çərçivəsində İrana qaz nəql edir. 

Bununla belə, ölkədə qaz hasilatının həcmi nə qədər stabil və hətta proqressiv olsa da, enerji təhlükəsizliyi və ixrac əməliyyatlarının tam şəkildə təmin olunması üçün müasir yeraltı qazsaxlama anbarının olması labüddür. Bu gün SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) fəaliyyətdə olan qazsaxlama anbarlarının artırılması və yenilərinin yaradılması üzərində işləyir. 

 

Enerji təhlükəsizliyinin keşiyində 

Bu gün Azərbaycanda iki- Kalmaz və Qaradağ yeraltı qazsaxlama anbarları var. Onlar SOCAR-ın balansındadırlar və köhnə karbohidrogen yataqlarının bazasında (təməlində) yaradılıblar. Hər iki rezervuar ölkədə qazın istehlakı artdığı müddətdə payız-qış mövsümü ərzində qazın lazımi  həcminin bölüşdürücü şəbəkəyə nəql olunmasını təmin etməyə, eləcə də qazın ixracı üzrə öhdəliklərin yerinə yetirilməsi üçün onlardan ehtiyat qismində istifadə etməyə imkan verir. Məsələn, ötən ilin payızında texniki səbəblərə görə "Şahdəniz" yatağındakı quyulardan birinin işi dayandırılmışdı. Nəticədə orada hasilatın həcmi sutkada 27-28 milyon kubmetrdən 23 milyon kubmetr aşağı düşdü. Lakin respublikanın yeraltı qazsaxlama anbarlarından qazın əldə olunması sayəsində  yataqda qaz hasilatının həcminin azalması nəinki təkcə ölkənin qaz təminatına, eləcə də ixrac həcmlərinin təminatına da təsir etmədi. Bu hal yeraltı qazsaxlama anbarlarının ölkənin enerji təhlükəsizliyinin təminatında mühüm rolunun parlaq nümunəsidir. 

Qeyd edək ki, yeraltı qazsaxlama anbarlarından qazın götürülməsi hava şəratinin pisləşməsi və "mavi yanacağ"a olan tələbatın artması ilə başlayır. Misal üçün, bu il hazırkı mövsüm yekunlaşıb və artıq qazın anbarlara vurulması  işləri  başlayıb. Qazın vurulması apreldən aparılır və noyabra kimi davam edir. Qalan müddətdə isə qazın götürülməsi prosesi-qazın seçimi gedir. Qaz götürmə mövsümünün nəticələrinə görə, ölkənin yeraltı qazsaxlama anbarlarında qazın qalan həcmi 1,47 mlrd.kubmerti ötüb (Qaradağ-təxminən 780, Kalmaz-697,03 mln. kubmetr).  

Ötən ilin qaz vurulmalarının nəticələrinə görə, ölkənin yeraltı qazsaxlama anbarlarında qazın həcmi keçən illə müqayisədə 3,3 mlrd. kubmetr olub. Bu göstərici əvvəlki ildə 3,25 mlrd. təşkil edib. 2013-cü ilin proqnozlarına görə isə bu göstərici 3,5 mlrd. kubmterə çatmalıdır.   

Amma bu da hələ son deyil. SOCAR mütəmadi olaraq anbarlarda qazın həcminin artırılması istiqamətində işlər aparır, yəni mövcud olan quyuları təmir edir, yenilərini qazır və kompressorların gücünü artırır. Tresta-nın məlumatlarına görə, təkcə 2012-ci ildə SOCAR-ın kompleks qazma işləri-Qaradağ anbarında 2, Kalmazda isə 5 quyu qazılıb.  Kalmaz YQA-da yenidən qurma işləri artıq başa çatıb. Nəticədə onun həcmi (tutumu) 2,7 mlrd. kubmterə çatıb ki, onun da 1,3 milyardı qaz anbarının aktiv  həcmini  təşkil edir. Qaradağ YQA-nın təmir işləri hələ davam edir. Nəticədə onun aktiv həcmi 2014-cü ilə kimi 3 mlrd. kubmetrə çatacaq.  

 

Duz yatağından  - qaz anbarına 

Azərbaycanda qazın yeraltı saxlanılma ehtiyatlarının artımından danışarkən Naxçıvan MR-in yeni qaz anbarının yaradılması planlarını da qeyd etməmək olmaz. Bu dəfə yeni anbar duz yatağının bazası əsasında qurulur. Xüsusilə də, hazırda "Tumbul" sahəsində "Nehrəm" yatağında layihə dərinliyi, təxminən, 1000 metr olan  ilk kəşfiyyat quyusunun qazma işləri gedir.  "Bu quyunun qazılması zamanı müsbət nəticələr olacağı təqdirdə, burada qazın yeraltı anbarı tikiləcək. Bu məqsədlə yeni quyuların qazılması planlaşdırılır",- deyə "Kompleks Qazma İşləri" trestinin rəisi İskəndər Şirəli bildirib. 

NMR-in əhalisinin bütün ilboyu fasiləsiz olaraq təminatı üçün yeraltı qaz anbarının tikintisi "respublikanın bütün regionlarının yanacaqla təmin olunması proqramı"nın bir hissəsidir və enerji təhlükəsizliyinə təminat verməyə  imkan yaradacaq. Axı, bu gün NMR-in qazla təminatı qeyd edildiyi kimi, Azərbaycandan İrana "mavi yanacağ"ın spot nəqli hesabına baş verir.  Xatırladaq ki, iki ölkəni 1474,5 kilometr uzunluğu olan "Qazı-Məhəmməd-Astara-Bind-Biand" qaz kəməri bağlayır (Azərbaycan ərazisində-296,5 km).  2005-ci ildə NMR-i qazla təmin etmək məqsədilə Astarada iki kompressordan ibarət olan qaz kompressor stansiyası inşa edildi. Lakin NMR-in qazla daha etibarlı təminatı üçün 2011-ci ildə Azərbaycan Dövlət Qəbul Komissiyası tərəfindən istismara verilən ikinci kompressor stansiyanın tikilməsi məsələsi qaldırıldı.  

Yeni QKS-nin tikinti layihəsi iki mərhələdə reallaşdı. Birinci mərhələdə 6 kompressor quruldu. O, mövcud olan qazkompress stansiyası ilə birgə hər gün 3,5 milyon kubmetr qaz nəql etməyə imkan verdi. İkinci mərhələdə isə kompressor aqreqatlarının sayı 10-a çatdırıldı. Onunla da QKS-in hər ikisinin də həcmi 5 milyon kubmetr qaz təşkil etdi. Hazırda NMR-in Azərbaycandan İran vasitəsilə qazla təminatına gün ərzində 1-1,2 mln. kubmetr qaz nəql edilir. 

Paralel olaraq İran istiqamətinin inkişafı ilə Azərbaycan Naxçıvana qaz nəqlinin alternativ marşrutlarının imkanlarını nəzərdən keçirir. Bu məqsədlə Türkiyədən Naxçıvana uzunluğu 180 km olan İqdır (Türkiyə)-Sədərək (NMR) yeni qaz kəmərinin, eləcə də daha bir qaz anbarının tikilməsi variantı istisna edilmir. İndi Türkiyə Azərbaycanın "Şahdəniz"dən  öz qazını nəql etdiyi əsas istiqamətlərdən biridir. Yeni boru kəməri olacağı təqdirdə, Naxçıvana Türkiyədən də qaz tədarükü imkanı yaranacaq.  

Bununla da, yeni qaz kəməri qaz anbarına uyğun olaraq Azərbaycana qazın nəqlini diversifikasiya etməyə və qazın böyük həcminin NMR-ə tədarük olunmasının təminatına imkan verərdi. Bu da öz növbəsində muxtar respublikada sənayenin inkişafına daha geniş imkanlar yaradar. Bütün bunlar həm də  Azərbaycanın daxili enerji təhlükəsizliyinin möhkəmlənməsinə gətirib çıxaracaq və hamını əmin edəcək ki, o, "mavi yanacağ"ın etibarlı tərəfdaşıdır. 


MƏSLƏHƏT GÖR:

624