16 Mart 2025

Bazar, 00:11

İMKANLAR EHTİYATI

Bolqarıstan Respublikasının eks-prezidenti Pyotr Stoyanovun "R+" jurnalına müsahibəsi

Müəllif:

21.05.2013

Azər­baycan­la Bol­qa­rı­s­tan ara­sın­da ənə­nə­vi tə­rəf­daş müna­si­bət­lə­ri son il­lər­də da­ha in­ten­siv xa­rak­ter alıb. Yal­nız 2012-ci il­də iki öl­kə­nin işgü­zar da­i­rə­lə­ri­nin iş­ti­ra­kı ilə 2 biz­nes-fo­rum ke­çi­ri­lib. Azər­baycan­la Bol­qa­rı­s­tan ara­sın­da qar­şı­lıq­lı tica­rət dö­v­riyyə­si ötən il 626 milyon dol­lar təş­kil edib. Bu, 2011-ci il­lə müqay­i­sə­də 40% çox­dur. Üstə­lik, bu müna­si­bət­lə­rin da­ha da in­ki­şaf et­di­ril­mə­si üçün bütün iq­ti­sa­di, siy­a­si və hüqu­qi şə­ra­it var. Bol­qa­rı­s­ta­nın sa­biq pre­zi­den­ti, vax­ti­lə Ba­kı-Tbi­li­si-Cey­han bo­ru kə­mə­ri ha­q­da sə­nə­də im­za at­mış döv­lət baş­çı­la­rın­dan ol­muş Pyotr Stoy­a­nov da bu fi­kir­də­dir. Onun fi­k­rincə, bu gün qar­şı­lıq­lı əmək­daş­lıq im­kan­la­rı Bol­qa­rı­s­ta­nın Av­ro­pa İt­ti­fa­qı­na üzvlüyü ilə da­ha da ar­tıb.

 - Bu günlər­də növ­bə­ti də­fə Ba­kıya sə­fər et­di­niz. Azər­bayca­nın per­spek­tiv­lə­ri­ni necə görürsünüz?

 - Öl­kə­ni­zin gə­ləcəy­i­nə çox ina­nı­ram. Hər şey­dən əv­vəl ona gö­rə ki, Azər­baycan ta­ri­xi ənə­nə­lə­ri­ni qo­ruyub sax­lay­an öl­kə­dir. Bir tək gör­kəm­li şa­ir Ni­za­mi­nin ir­si­nin qey­dinə bu cür qa­lın­ma­sı nəyə de­sən dəy­ər. Bun­dan baş­qa, çox əmək­se­vər in­san­la­rı­nız, çox say­da is­te­dad­lı, ener­ji­li gənclə­ri­niz var. Üstə­lik, öl­kə­ni­zin rəh­bər­liyi də əla­dır. Pre­zi­den­ti­niz­lə şəx­sən ta­nı­şam və onu bö­lg­ə­nin ən yax­şı li­der­lə­rin­dən bi­ri sayı­ram. Onun ta­ma­mi­lə ye­ni Azər­baycan qur­maq id­di­a­la­rı hər cür tə­ri­fə­lay­i­q­dir.

Azər­baycan çox zə­ng­in döv­lət­dir. O, yal­nız tə­bii re­sur­sla­rı ilə yox, böyük in­san re­sur­sla­rı ilə də məş­hur­dur və bəl­kə də, bu, da­ha vaci­b­dir. Odur ki, Azər­bayca­nın par­laq gə­ləcəy­i­nin ol­duğu­na əmi­nəm.

 - Bütün bun­lar­la ya­na­şı, Azər­baycan hə­lə də əra­zi­si­nin bir his­sə­si­nin işğ­a­lın­dan əziyyət çə­kir. Fi­k­ri­nizcə, bu prob­lem han­sı müddət­də çözülə bi­lər?

- İna­nı­ram ki, Azər­baycan bu çə­tin­liyi ar­xa­da qoya bi­ləcək və müna­qi­şə həl­li­ni ta­pacaq. Bu ol­ma­dan əmək­daş­lı­q­dan, qar­şı­lıq­lı an­laş­ma­dan, irə­li get­mək­dən da­nış­maq ol­maz.

- Azər­baycan və Er­mə­ni­s­tan Av­ro­paya in­te­q­ra­siy­aya yö­nəl­miş bir ne­çə pro­qram­da iş­ti­rak edir. Necə düşünürsünüz, bu tə­şəbbüslər müna­qi­şə tə­rə­f­lə­ri­nə ara­da­kı zid­diyyə­tin aşıl­ma­sın­da yar­dım gö­s­tə­rə bi­lər­mi?

 - Şübhə­siz. Bu­na əmi­nəm. Çünki Azər­baycan və Er­mə­ni­s­tan Av­ro­pa İt­ti­fa­qı­nın cid­di ma­raq gö­s­tər­diyi re­g­i­on­da yer­lə­şir­lər. Bil­diy­i­niz ki­mi, Bol­qa­rı­s­tan ar­tıq Av­ro­pa İt­ti­fa­qı­nın üzvüdür. Odur ki, ar­tıq bir­liy­in adın­dan da­nı­şa­raq  qeyd et­mək is­təy­i­rəm ki, bu re­g­i­on­da sa­bit­lik bi­zim hər bi­ri­miz üçün həd­din­dən ar­tıq vaci­b­dir.

 - Bol­qa­rı­s­ta­nın Av­ro­pa İt­ti­fa­qı­nın üzvü ol­duğu­nu xa­tır­lat­dı­nız. Fik­ri­nizcə, öl­kə­niz Azər­bayca­na Av­ro­paya in­te­q­ra­siya yo­lun­da han­sı kö­mək­liyi gö­s­tə­rə bi­lər? Hər hal­da, bi­zim öl­kə­lə­ri­miz ey­ni so­si­al düşərg­ə­dən ya­xın ke­ç­miş­də çı­xıb­lar və So­fiya be­lə öl­kə­lə­rin plan­lı iq­ti­sa­diyyat­dan ba­zar iq­ti­sa­diyya­tı­na, to­ta­li­ta­rizmdən de­mo­kra­tiy­aya ke­çid xüsu­siyyət­lə­ri­ni yax­şı bi­lir.

 - Bol­qa­rı­s­tan­da Azər­bayca­nın dostla­rı ki­fay­ət qə­dər çox­dur. Öl­kə­lə­ri­miz ara­sın­da müna­si­bət­lər ta­ri­xən əla olub. Bu­nu so­vet­lər dövrünə də aid et­mək olar. Əmi­nəm ki, bu ənə­nə gə­ləcək­də də qo­ru­nub sax­la­nacaq və biz bütün bu döv­rdə ol­duğu ki­mi, gə­ləcək­də də bir-bi­ri­mi­zi də­s­tək­lə­məyə da­vam edəcəy­ik.

Açıq de­səm, öl­kə­lə­ri­miz ara­sın­da yal­nız siy­a­si müna­si­bət­lər yüksək sə­viyyə­də dey­il. İq­ti­sa­di müna­si­bət­lə­rin da­ha da ge­niş­lən­di­ril­mə­si üçün bi­zim əla po­ten­si­a­lı­mız var. On­dan öl­kə­lə­ri­mi­zin ma­raq­la­rı­na uyğun şə­kil­də is­ti­fa­də et­mə­liy­ik.

Su­a­lı­nı­za gə­lincə, Azər­baycan Bol­qa­rı­s­ta­nın Av­ro­pa İt­ti­fa­qı üzvü ki­mi im­kan­la­rın­dan ya­rar­la­na bi­lər. Bun­dan baş­qa, ha­mı­mız əla bi­li­rik ki, Azər­baycan qar­şı­sı­na qoy­duğu is­tə­ni­lən hə­də­fə çat­maq üçün la­zı­mi po­ten­si­a­la ma­lik­dir. Elə mə­nim Azər­bayca­na sə­fə­rim (I Cə­nu­bi Qaf­qaz Fo­ru­mun­da iş­ti­rak üçün - red.) gö­s­tə­rir ki, bi­zim müna­si­bət­lə­ri­miz in­di­kin­dən də­fə­lər­lə yax­şı ola bi­lər. Bu­nu iq­ti­sa­di sa­həyə də aid et­mək olar.

 - Azər­baycan yal­nız yer­ləş­diyi re­g­i­o­nun dey­il, bütünlükdə Av­ro­pa­nın ener­ji təhlükə­siz­liy­i­nin tə­mi­nin­də əhə­miyyət­li rol oy­nayır. Bu ener­ji lay­i­hə­lə­ri ara­sın­da Bol­qa­rı­s­tan üçün da­ha vacib ola­nı han­sı­dır?

 - Əl­bət­tə ki, Ba­kı-Tbi­li­si-Cey­han. O, yal­nız Bol­qa­rı­s­tan üçün son də­rəcə vacib dey­il. Ba­kı-Tbi­li­si-Cey­han bütünlükdə Av­ro­pa üçün ən vacib lay­i­hə­lər­dən bi­ri­dir. Bu lay­i­hə­nin re­al­laş­dı­rıl­ma­sı üçün sə­nə­di im­za­la­mış döv­lət baş­çı­la­rı ara­sın­da ol­duğum üçün qürur duy­u­ram. Bu, 14 il əv­vəl cə­nab pre­zi­dent Hey­dər Əliy­e­vin iş­ti­ra­kı ilə olub. Çox məm­nu­nam ki, mə­nə di­g­ər həm­kar­la­rım­la bir­lik­də onun­la iş­lə­mək qi­s­mət olub.


MƏSLƏHƏT GÖR:

493