25 Noyabr 2024

Bazar ertəsi, 02:31

REALLIQLARA ƏSASLANAN AMBİSİYALAR

AYİB Azərbaycanla bağlı yeni strategiyanın layihəsini açıqlayıb

Müəllif:

11.03.2014

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda 2014-2017-ci illəri əhatə edəcək yeni strategiyanın planını açıqlayıb. Bankın Bakı ofisinin rəhbəri Nil Makkeynin sözlərinə görə, sənəddə əks olunan məqsədlər və tapşırıqlar kifayət qədər ambisiyalıdır və eyni zamanda bank şübhə etmir ki, bu məqsədləri vaxtında yerinə yetirmək olar və lazımdır. AYİB-in Azərbaycanla bağlı yeni strategiyasının əsas istiqamətlərini iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun dəstəkləməsi üçün dayanıqlı maliyyə bazarının inkişaf etdirilməsi, idarəetmənin və biznes mühitin yaxşılaşdırılması olacaq.

 

Yüksək nəticələr

AYİB Azərbaycan hökumətinin müxtəlif sahələrdə əldə etdiyi uğurlarına işarə edərək, eyni zamanda qeyd edir ki, milli iqtisadiyyatın dayanıqlı inkişafının təmin olunması üçün islahatlar davam etməlidir. 

Belə ki, bankın ekspertlərinin  fikrincə, aydındır ki, qeyri-neft sektoru maliyyə və monetar siyasətin kifayətedici dəstəyi ilə, ortamüddətli gələcəkdə Azərbaycanın iqtisadiyyatında aparıcı rolunu oynamağa davam edəcək. Karbohidro- genlərin hasilatı azaldığına görə ölkənin iqtisadi artımı böhrandan əvvəlki dövrü ilə müqayisədə zəiflə-yib, amma bu dövrdə ölkənin qeyri-neft sektorunun inkişafı özünü parlaq şəkildə göstərib. 2011-ci ildə neft hasilatının həcminin 10,6% aşağı düşməsi fonunda ÜDM yalnız 0,1% artıbsa, 2012-ci ildə qeyri-neft sektorunun 9,7% səviyyəsində inkişaf etdirilməsinə görə ÜDM 2,2%-dək artıb. Bununla yanaşı, 2013-cü ildə Azərbaycanın iqtisadi inkişafı 5,8% təşkil edərək bankın mütəxəssislərinin gözləntilərindən üstün olub (AYİB-in proqnozu - 3,5-4%). Qeyri-neft sektoru ilə birgə ÜDM-in inkişafında neft və qazın hasilatının artımı da öz rolunu oynayıb. AYİB-in analitiklərinin gözlədiyi kimi, neft sektoru 2014-cü ildə bərpa olunmağa davam edəcək. 

"Son illər Azərbaycan hökuməti infrastruktur, hüquqi, institusional inkişafa yönələn miqyaslı addımlar atıb. Bu da özəl sektorun və qeyri-neft iqtisadiyyatının gələcək inkişafına yardım etməlidir və bunun nəticəsində "Azərbaycan - 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında ölkənin qarşısında şaxələndirmə məqsədlərinə çatmasında töhfə verməlidir", - deyə AYİB-də hesab edirlər. 

Eyni zamanda bankın ekspertlərinin fikrincə, hökumət biznesin vergi qanunvericiliyinə riayət edilməsində xərclərin azalması və vergi yığılmaların artması məqsədilə vergi inzibatçılığının yaxşılaşdırılması üzrə müəyyən tədbirlər görüb. 2012-ci ilin yanvarında qüvvəyə minən yeni Gömrük Məcəlləsi müxtəlif sahələrdə təkmilləşdirilmiş müddəaları özündə birləşdirir və normaları beynəlxalq standartlara uyğunlaşdıracaqları gözlənilir.  

Hökumət, həmçinin infrastrukturun və karbohidrogen ehtiyatlarının ixrac marşrutlarını şaxələndirməyə davam edir. Ölkənin Mərkəzi Bankı isə maliyyə sisteminin möhkəmləndirilməsi üzrə tədbirlər görüb. Bundan başqa, Dünya Bankı və digər beynəlxalq maliyyə institutlarının dəstəyi ilə Azərbaycanı Rusiya və İranla birləşdirən Şimal-Cənub dəmir yolu dəhlizi və Şərq-Qərb əsas dəmiryol dəhlizi modernləşdirilir.

AYİB qeyd edir ki, nəzərəçarpacaq nailiyyətlərin əldə olduğu daha bir sahə sosial sektorudur. Bankın analitikləri  hesab edirlər ki, son 10 ildə Azərbaycanın sürətli iqtisadi inkişafı, əhalinin bütün qruplarının gəlirlərinin artması yoxsulluq səviyyəsinin 2001-ci ildə 49,6%-dən 2012-ci ildə 6%-dək azalması ilə müşahidə olunub. 2013-cü ilin nəticələrinə görə, ölkədə yoxsulluq səviyyəsi 5,3% təşkil edib.

Bundan başqa, bank qeyd edir ki, dövlət təqaüdləri Azərbaycanda yoxsulluğun səviyyəsinin azalmasında ən səmərəli mexanizmidir: "Yoxsulluqla mübarizəni dəstəkləyən əsas amillərdən biri sosial transfertlərdir. Dövlət sosial ödənişlər mexanizminin olmaması ölkədə yoxsulluq səviyyəsinin 25%  təşkil etməsinə gətirib çıxaracaqdı. 2010-cu ildə Azərbaycan ailələrinin 63,2%-i ən azından bir sosial transfert növünü alırdı", - strategiyanın la-yihəsində belə vurğulanır.  

Azərbaycanda təqaüdlərin baza hissəsi 100 manat təşkil edir, onların orta aylıq məbləği 170 manat, yaşa görə pensiyalar üzrə əvəzetmə əmsalı isə 45% təşkil edir. Ölkədə təqaüdlərin orta miqdarı təqaüdçünün yaşayış minimunu 1,7 dəfə üstələyir. 2003-cü ildə isə bu rəqəm göstəricidən iki dəfə aşağı idi.  

Ölkədə yoxsulluq və işsizliklə mübarizə sahəsində əldə olunan nailiyyətlər, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də qeyd olunurdu. 

"Yoxsulluq səviyyəsində yaşa-yan insanların sayı kəskin azalıb. Hazırda Azərbaycandan yoxsulluğun səviyyəsi 5%-dən bir qədər çox təşkil edir, yəni inkişaf etmiş ölkələr səviyyəsindədir. Biz, hətta bəzi inkişaf etmiş ölkələri qabaqlayırıq. İşsizliklə bağlı məsələlər də öz həllini tapır. İşsizlik çox aşağı səviyyədə, 5% səviyyəsindədir. Bakı şəhərində isə mənə elə gəlir, bu məsələ öz həllini tamamilə tapıb", - deyə dövlət başçısı bəyan edib. 

AYİB-in mütəxəssisləri qeyd edirlər ki, 1999-cu ildə rəsmi işsizlik səviyyəsi 12,7% təşkil edirdisə, 2012-ci ildə 5%-dək düşüb. "Azalma tendensiyası, hətta böhran illərində də müşahidə olunub. 2001-2008-ci illərdə məvacibin real orta illik artımı 13% təşkil edirdi. Bununla belə, əhalinin kasıb təbəqələrindən olan işçi qüvvəsinin prosesə qoşulması, bu artımın Azərbaycan sakinlərinin rifahına  təsirinin nəzərəçarpacaq dərəcəsində artmasına gətirib çıxardı", - deyə strategiya layihəsində bildirilir.  

 

Və konkret məsləhətlər

Bununla yanaşı, gələcəkdə iqtisadiyyat qarşısında dayanan ən əsas tapşırıqlardan biri kimi, bank enerjinin səmərəliliyinin artırılmasıdır. "Azərbaycanın iqtisadiyyatı, xüsusi ilə mənzil sektorunda, regionda ən enerji yüklü sayılır. Ümumi Daxili Məhsulun (ÜDM) bir ABŞ dollarına sərf olunan enerji alıcılıq qabiliyyəti paritetinə görə Avropa Birliyinin 27 ölkəsinin orta göstəricidən 1,2 dəfə çoxdur", - deyə strategiyanın layihəsində qeyd olunur. Bankdan bildirirlər ki, bu sahədə müəyyən nailiyyətlər həm enerji effektivliyi sahəsində hüquq normativ təminat nöqteyi-nəzərdən, həm də Azərbaycan sənayesinin real effektiv fəaliyyətinin gələcək inkişafı üçün geniş imkan verirlər. 2013-cü ilin martında bank Qafqaz regionunda enerji səmərəliliyi proqramı çərçivəsində Azərbaycan banklarından birinə birinci krediti ayırıb. 

Bundan başqa, Azərbaycan hökuməti artıq müəyyən işlərə başlayıb. Hazırda Energetika Nazirliyi 2014-2020-ci illəri əhatə edəcək enerji səmərəliliyi üzrə milli fəaliyyət planını hazırlayır. Energetika Nazirliyinin nümayəndələrin fikrincə, Azərbaycanda sərf olunan enerji resurslarına 40%-dək qənaət etmək olar, yəni ölkədə enerjidən istifadə effektivliyi lazımi səviyyədə deyil. Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin məlumatlarına görə, Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri sahəsində dövlətin iştirakı ilə həyata keçirilən iri layihələrin ümumi dəyəri 657,5 mln. avro təşkil edir. 

Dövlətin iştirakı ilə ən kapital yüklü layihə, ümumi gücü 100 meqavat və dəyəri 250 mln. avro olan Xəzər dənizində küləyin gücünün regenerasiyası üzrə parkın yaradılmasıdır. Dövlətin bu layihədə iştirak payı 10-25% təşkil edəcək, qalan hissə isə özəl sərmayəçilər tərəfindən maliyyələşəcək. 

Alternativ enerji sahəsində daha bir iri layihə, ümumi gücü 110 meqavat olan külək enerjisinin regenerasiyası üzrə Pirəküşkül parkının yaradılmasıdır. 165 mln. avro dəyərində olan layihənin həyata keçirilməsi üçün Almaniyanın İnkişaf Bankının (KfW) kreditini cəlb etmək planlaşdırılır. Dövlətin iştirakı isə 10-25% səviyyəsində olacaq. 

Bankın analitikləri hesab edirlər ki, energetika sahəsində əlverişli texnologiyalar bazarı Azərbaycanda kifayət qədər inkişaf etməyib. Onlar, həmçinin qeyd edirlər ki, burada inkişaf üçün geniş potensial mövcuddur. "Tənzimləyici çərçivələr bərpa olunan energetika ilə bağlı layihələri həvəsləndirəcək qanunların qəbulu və icrası ilə gücləndirilə bilər", - deyə sənəddə qeyd olunur. Bundan əlavə, AYİB-in analitikləri hesab edirlər ki, bu sahəyə təsir göstərən mövcud qanunların konsolidasiyası da tələb oluna bilər.

Bankın nəzər yetirməyə lazım bildiyi qanunvericiliyin digər aspektləri arasında sövdələşmələrin təmin olunması ilə bağlı olan qanunlar da  yer alır. "Təmin olunan kreditorların hüquqlarının gələcəkdə riayət olunması, ikilimənalılığın və məhdudiyyətlərin aradan qaldırılması, eyni zamanda kredit bürolarının əməliyyatlarının artmasına yol verəcək hüquqi dəstəyin yaradılması Azərbaycanda vəsaitlərə əl çatarlılığın artmasına töhfə verəcək", - deyə strategiyanın layihəsində deyilir. Bundan başqa, AYİB hesab edir ki, 1997-ci ilin "Müflisləşmə və iflas haqqında" qanunu miqyaslı şəkildə yenidən nəzərdən keçirilməllidir.

Qeyd etmək lazımdır ki, bu məsələ də öz həllini artıq tapmaqdadır. Azərbaycan Prezidenti "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" fərman imzalayıb. Bunun əsasında Nazirlər Kabineti iki ay ərzində və qabaqcıl dünya təcrübəsini nəzərə almaqla, "Müflisləşmə və iflas haqqında" qanunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlamaq və dövlət başçısına təqdim etmək tapşırılıb. 

Lakin hər halda AYİB-in Strategiyasında qeyd olunan vacib iqtisadi, infrastruktur və sosial problemlərin həll edilməsində Azərbaycana dəstək verməyə can atması Bankın hökumətlə əməkdaşlıq səviyyəsindən razı olmasını göstərir. Bu da, təbii ki, ölkənin ümumiyyətlə, sərmayə cəlbediciliyinə təsir göstərə biləcək müsbət trenddir.



MƏSLƏHƏT GÖR:

567