12 Mart 2025

Çərşənbə, 13:32

"KRIMSIZ UKRAYNA YOXDUR"

Ukrayna Ali Radasının deputatı Andrey ŞevÇenko Krım ətrafındakı son durum, Rusiya-Ukrayna münasibətlərinin son vəziyyəti haqda fikirlərini "R+" jurnalına açıqlayıb

Müəllif:

11.03.2014

- Krım Mux­tar Re­s­pub­li­ka­sı­nın par­la­men­ti­nin Ru­siy­a­nın tər­ki­bi­nə da­xil ol­ma­sı­na da­ir qə­ra­rı Uk­ray­na­da ya­şa­nan­la­ra necə tə­sir gö­s­tə­rəcək?

- Krım­da ke­çi­ri­ləcək re­fe­ren­du­mun krım­lı­la­rın öz müqəd­də­rat­la­rı­nı təy­in et­mə­si­lə, öz təhlükə­siz­lik­lə­ri­lə bağlı na­ra­hat­lıq ke­çir­mə­lə­ri­lə heç bir əla­qə­si yox­dur. Bütün bun­lar yal­nız Krem­lin və şəx­sən Ru­siya pre­zi­den­ti­nin ma­rağı­dır. Bütün böh­ran dövründə Krım par­la­men­ti  bircə le­g­i­tim qə­rar da qə­bul et­məy­ib. Bütün qə­rar­lar top-tüfə­ng­lə, pro­se­dur­la­rın, Kon­sti­tu­siy­a­nın və s. po­zul­ma­sı ilə qə­bul olu­nub. Prob­lem yal­nız Krı­ma və Uk­ray­naya aid dey­il - Ru­siya bütün dünyaya mey­dan oxuy­ur, "soy­uq müha­ri­bə", açıq si­lah­lı təcavüz, qar­şı­dur­ma, si­lah­lan­ma ya­rı­şı dövrünə qayı­dır.

- Kiy­ev Krım üzə­rin­də su­ve­ren­liy­i­ni bər­pa et­mək üçün han­sı ad­dım­la­rı atacaq?

- Uk­ray­na hö­ku­mə­ti prob­le­min siy­a­si, dip­lo­ma­tik va­si­tə­lər­lə həl­li üçün bütün me­xa­nizmlər­dən is­ti­fa­də edəcək. Am­ma öl­kə­nin əra­zi bü­töv­lü­yü­nü tə­min et­mək üçün di­g­ər üsul­lar­dan is­ti­fa­də hüqu­qu­mu­zu da özü­müz­də sax­layı­rıq.

- Re­fe­ren­dum vax­tı və ya on­dan so­nra Krı­mın Ru­siy­a­pə­rəst və Uk­ray­na­pə­rəst sa­kin­lə­ri ara­sın­da qar­şı­dur­ma baş­laya bi­lər­mi?

- Re­fe­ren­dum top-tüfə­ng­lə, bir ne­çə günün içə­ri­sin­də və s. ke­çi­ri­lə bil­məz. Bu, re­fe­ren­dum yox, Ru­siya qo­şun­la­rı­nın Krım­da­kı mö­vcud­luğu­na haqq qa­zan­dır­maq üçün va­si­tə­dir. Ru­siya rəh­bər­liyi məy­us olub: on­lar rus əsg­ər­lə­ri­nin gül-çi­çək­lə qar­şı­la­nacağı­nı göz­ləy­ir­di­lər. Am­ma ək­si­nə ol­du - uk­ray­na­lı­lar əra­zi bütövlüyü  idey­a­sı ət­ra­fın­da bir­ləş­di­lər.  İn­di Ru­siya qo­şun­la­rı­nın Uk­ray­na əra­zi­si­nə ye­ri­dil­mə­si­nə han­sı­sa şə­kil­də haqq qa­zan­dır­mağa ça­lı­şır.

- Do­netskdə, Lu­qanskda və dig­ər re­g­i­on­lar­da se­pa­rat­çı­lıq ten­den­siy­a­la­rı nə qə­dər güclüdür?

- Bir müddət əv­vəl tə­x­ri­bat­la­ra, in­zi­ba­ti bi­na­la­rın ələ ke­çi­ril­mə­si­nə cəh­dlər olub. Am­ma in­di və­ziyyət tam nə­za­rət­də­dir. Odes­sa­da, Za­po­ro­je­də, Lu­qanskda və di­g­ər şə­hər­lər­də Uk­ray­na­nın əra­zi bütövlüyünə də­s­tək məq­sə­di­lə min­lər­lə in­sa­nın qa­tıl­dığı mi­tin­q­lər ke­çi­ri­lib.

- Krım mə­sə­lə­sin­də ABŞ və Aİ-nin nümay­iş et­dir­diyi möv­qe­ni necə qiy­mət­lən­di­rir­si­niz?

- Bütün apa­rıcı bey­nəl­xalq tə­rəf­daş­la­rı­mız - Aİ, ABŞ və Çin bu mə­sə­lə­də bi­zi də­s­tək­ləy­ir. Bu, mə­nə­vi, siy­a­si və mad­di də­s­tək­dir. Mə­sə­lən, ABŞ Uk­ray­naya 1 milyard dol­lar­lıq yar­dım ayı­rıb. Aİ 11 milyard av­ro yar­­dım gö­s­tər­mək ha­q­da qə­rar qə­bul edib və s. Bu yar­dım­lar çox vaci­b­dir. Çünki ye­ni hö­ku­mət tə­zə-tə­zə ay­a­q­da du­rur. Öl­kə iq­ti­sa­diyya­tı kol­laps və­ziyyə­tin­dən çı­xa­rıl­ma­lı­dır. Tə­rəf­daş­la­rı­mız gə­ləcək­də Uk­ray­naya də­s­təy­in da­ha da ar­tı­rı­lacağı­nı bil­di­rir­lər. Mə­sə­lə on­da­dır ki, hər kəs bir döv­lə­tin di­g­ə­ri­nə təcavüz et­diy­i­ni an­layır. Dünya öl­kə­lə­ri­nin bir-bi­ri­nin sər­həd­lə­ri­nin to­xu­nul­maz­lığı­na hör­mə­ti, di­g­ər döv­lət­lə­rin ABŞ və Böyük Bri­ta­niy­aya hör­mət edib-et­məy­əcəyi Uk­ray­na­nın əra­zi bütövlüyünün bər­pa­sın­dan ası­lı­dır. Çünki Kiy­e­vin nüvə si­la­hın­dan im­ti­na­sı za­ma­nı Uk­ray­na­nın təhlükə­siz­liy­i­nin qa­ran­tı ki­mi, məhz, Va­şinq­ton və Lon­don çı­xış edib. Bu, dünya miqyas­lı böh­ran­dır. Odur ki, Uk­ray­na təcavüzka­rın qar­şı­sın­da tək qal­mayıb.

- Krım da post­so­vet mə­ka­nın­da­kı "don­du­rul­muş müna­qi­şə­lər" sı­ra­sı­na qo­şu­la bi­lər­mi?

- Bu mə­sə­lə müza­ki­rə olun­mur. Krım­sız Uk­ray­na sse­na­ri­si yox­dur. Əra­zi bütövlüyümüzü qo­ru­maq üçün ki­fay­ət qə­dər qüvvə­miz və va­si­tə­lə­ri­miz var.


MƏSLƏHƏT GÖR:

668