
ƏSAS BƏND
BMT baş katibinin xüsusi nümayəndəsi: "Azərbaycan Əfqanıstana yardım etməklə bütünlükdə regionun sabitliyinə köməklik göstərmiş olur"
Müəllif: Çingiz Məmmədov Bakı
Istanbul prosesi iştirakçılarının növbəti görüşü aprelin 26-da Astanada keçiriləcək. GündəlikdəƏfqanıstan probleminin həlli məsələsidir. Bunadək isəƏfqanıstan mövzusu Amerikanın Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunda müzakirə olunub.
Toplantıda iştirak edənlər Əfqanıstana inamın artırılması tədbirlərində Azərbaycanın vacib rolunu qeyd ediblər. ABŞ dövlət katibinin müavini Lin Treysi Azərbaycan, Türkiyə və Qazaxıstan mütəxəssislərinin əfqan diplomatlar üçün treninqlər təşkil etmələrini, bu ölkələrin Əfqanıstanın elm sahəsinin inkişafına töhfəsini yüksək qiymətləndirib.
Regional yük daşımalarının miqyasının artırılması baxımından Bakıda tikilməkdə olan yeni dəniz limanının əhəmiyyətini vurğulayan L.Treysi Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə reallaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin regionu Avropa ilə birləşdirəcəyini də vurğulayıb.
Azərbaycanın Əfqanıstanda sabitliyə dəstək layihələrində iştirakını BMT baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Yan Kubiş də yüksək qiymətləndirir. Bakıda səfərdə olan diplomat bizi maraqlandıran bəzi suallara da cavab verib.
- Əfqanıstana hərbi yardımın göstərilməsi, vətəndaş institutlarının inkişafına kömək bu ölkədə beynəlxalq sabitliyin yaradılmasının əsas istiqamətlərindən biridir. Azərbaycanın bu prosesə töhfəsini necə qiymətləndirirsiniz?
- Əfqanıstan, həqiqətən də, Azərbaycandan ciddi yardım alır. Bu yardım heç də BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi göstərilmir (unutmaq olmaz ki, Azərbaycan Əfqanıstanda sülh və sabitliyin dəstəklənməsi prosesinə istiqamət verən dövlətlərin əhatəsində işləyir). Azərbaycan Əfqanıstanda bir neçə konkret istiqamət üzrəçalışır. Respublikanın ISAF əməliyyatlarında iştirakına, Azərbaycanın bu gün beynəlxalq qüvvələrin Əfqanıstandan çıxarılması üçün şəraitin yaradılmasında nə qədər fəal iştirak etdiyinə nəzər salmaq kifayətdir. Amma ən vacibi perspektiv üçün görülən işlərdir. Azərbaycan Əfqanıstanın gələcək inkişafı üçün iqtisadi, sosial əsasların bərpası üçün çalışır. Azərbaycanın Əfqanıstana müəyyən metodologiya gətirməsindən vəçox vacib məsələlərin həllində fəal iştirak etməsindən çox şadam. Məsələn, elektron hökumət məsələsində, bu sahədə müəyyən təcrübəsi olan Azərbaycanın öz yanaşmaları var. Vacibi odur ki, münaqişəyə rəğmən Əfqanıstan inkişafa doğru addımlayır və o, bu işdə Azərbaycanın müsbət təcrübəsinə arxalana bilər. Bu səbəbdən də, mən Azərbaycanın ərazicə o qədər də böyük olmamasına rəğmən, Əfqanıstanda, demək, həm də bütünlükdə regionda sabitliyin möhkəmlənməsində bu qədər böyük rol oynamasından çox məmnunam.
- Azərbaycanla BMT arasında Əfqanıstana qeyri-hərbi yardımların göstərilməsilə bağlı hər hansı birgə layihələr də varmı?
- Bəli, məsələn, artıq qeyd etdiyim elektron hökumət layihəsi. Bu, Azərbaycanın BMT-nin İnkişaf Proqramı ilə işlədiyi birgə layihədir. Azərbaycan e-government layihəsinin inkişaf etdirilməsi üçün kifayət qədər böyük məbləğ ayırıb.
- Azərbaycanın Əfqanıstanda təhlükəsizliyin təmininə hərbi sahədəki töhfəsini necə qiymətləndirirsiniz?
- Özünüz bilirsiniz ki, Əfqanıstan üçün inkişafın müəyyən mərhələlərində beynəlxalq hərbi qüvvələrin ölkədə olması və fəaliyyəti nöqteyi-nəzərindən dəstək hiss etməsi vacib idi. Bu işə Azərbaycan da öz töhfəsini verib. Mən bu töhfəni çox yüksək qiymətləndirirəm. Bu məsələ birbaşa mənim mandatıma aid olmasa da, hər halda, BMT Təhlükəsizlik Şurası mənə beynəlxalq hərbi qüvvələrlə işləmək üçün mandat verib. Beynəlxalq qüvvələrin fəaliyyətinin son mərhə
MƏSLƏHƏT GÖR: