14 Mart 2025

Cümə, 23:43

STRATEJİ XƏTTƏ ƏSASƏN

R+ jurnalının suallarını MDBMİ Məzunları Assosiasiyasının prezidenti, SSRİ-nin sabiq xarici işlər naziri Aleksandr Bessmertnıx cavablandırır

Müəllif:

23.04.2013

-Siz bu günlər­də Ba­kı­da ke­çi­ri­lən Mos­k­va Döv­lət Bey­nəl­xalq Müna­si­bət­lər İn­sti­tu­tu­nun (MDBMİ) I Dünya Fo­ru­mu­nun iş­ti­rak­çı­la­rın­dan bi­ri idi­niz. Zəh­mət ol­ma­sa, bu təd­bir və ümu­mi­lik­də Ba­kıya sə­fə­ri­niz ha­q­da tə­əssürat­la­rı­nı­zı  bi­zim­lə bölüşün.

- Bu, uni­kal fo­rum idi və düşünürəm ki, bir çox öl­kə­də­ki in­tel­lek­tu­al qrup­la­rı­nın ye­ni hə­rə­ka­tı ki­mi ta­ri­xə düşəcək. Bu, 30-dan çox öl­kə­ni təm­sil edən 1000-dən ar­tıq in­san de­mək­dir. Azər­bayca­nın qoy­duğu bu özül ta­ri­xə ye­ni cə­miyyə­tə, ye­ni qar­daş­lığa ye­ni yol ki­mi düşəcək. Bi­zim üçün, xüsu­si­lə xoş və böyük fəxr ola­nı fo­ru­mun MDBMİ-nin ən gör­kəm­li mə­zu­nu, Azər­bayca­nın ha­zır­kı pre­zi­den­ti tə­rə­fin­dən təş­kil edil­mə­si­dir. Bu, mə­nim Ba­kıya ilk sə­fə­rim­dir. Qə­s­dən şə­hə­rin küçə­lə­ri­ni piy­a­da gəz­dim vəöl­kə­niz­də, şə­hə­ri­niz­də möh­tə­şəm in­ki­şa­fın şa­hi­di ol­dum. Bu da MDBMİ-nin ən böyük mə­zun­la­rın­dan olan İl­ham Əliy­e­vin xid­mə­ti­dir. Re­s­pub­li­ka dir­çə­lib, ççək­lə­nib və mən Azər­baycan xal­qı­na gö­rəçox se­vi­ni­rəm. Fo­ru­mun bütün iş­ti­rak­çı­la­rı re­s­pub­li­ka­nı­zın post­so­vet mə­ka­nın­da ye­ni ri­fah is­ti­qa­mə­ti­ni təcəssüm et­dir­diy­i­ni öz göz­lə­ri­lə gördülər. Düşünürəm ki, pre­zi­den­tin fo­rum­da­kı çı­xı­şı bi­zim hər bi­ri­miz üçün nə­in­ki ma­raq­lı idi, həm də bu çı­xış hər kə­sə gə­ləcək iş­lə­ri­miz üçün is­ti­qa­mət ver­di.

Mə­sə­lə­nin sub­stan­tiv tə­rə­fi­nə gə­lincə, müza­ki­rə möv­zu­la­rı ki­fay­ət qə­dər də­rin idi. Ha­zır­da dünya çox ma­raq­lı dövrünü ya­şayır, bir çox­la­rı köh­nə cə­rəy­an­lar­dan, mək­təb­lər­dən və an­layış­lar­dan im­ti­na edir. Biz dünya­nın ha­zır­kı və­ziyyə­ti­ni müza­ki­rə et­dik, gə­ləcəyə nə­zər sal­mağa ça­lış­dıq. Fi­k­rimcə, bu, gə­ləcək fə­a­liyyə­ti­miz­də dəəsas is­ti­qa­mət olacaq.

- Son za­man­lar Azər­baycan-Ru­siya müna­si­bət­lə­rin­də müəyyən soy­uq­luğun ya­ran­dığı­na da­ir ya­zı­la­ra tez-tez rast gə­li­nir. Mi­sal ki­mi, Ru­siy­a­nın Qə­bə­lə RLS-i tərk et­mə­si­ni və bir çox di­g­ər mə­qam­la­rı gös­tə­rir­lər. La­kin Azər­baycan pre­zi­den­ti İl­ham Əliy­ev "Ros­siya 24" te­le­ka­na­lı­na müsa­hi­bə­sin­də iki öl­kə ara­sın­da həl­li olun­ma­mış mə­sə­lə­nin qal­ma­dığı­nı, heç bir qüvvə­nin Azər­bayca­nı stra­te­ji tə­rəf­da­şı olan Ru­siy­a­nın əley­hi­nə ad­dım at­mağa məcbur edə bil­məəcəy­i­ni  söy­lə­di. Öl­kə­lə­ri­miz ara­sın­da­kı bu­günkü müna­si­bət­lə­ri necə qiy­mət­lən­di­rir­si­niz?

- Bi­lir­si­niz, mən, ümu­miyyət­lə, diq­qə­tin  ne­qa­ti­və yö­nəl­dil­mə­si­ni la­zım­lı say­mı­ram. Bu­ra ai­lə ki­mi­dir. Üstə­lik, bi­zim 15 re­s­pub­li­ka­dan iba­rət it­ti­fa­qı­mız göz­lə­nil­mə­dən, ha­zır­lıq ol­ma­dan dağıl­dı və bu sə­bə­b­dən, hə­lə də həl­li pro­se­si da­vam edən bir çox mə­sə­lə­lər qa­lıb. Hə­lə si­zin öl­kə­niz­lə Er­mə­ni­s­tan ara­sın­da­kı böyük bir müna­qi­şə­dən da­nış­mı­ram. Biz ha­mı­mız bu prob­le­min çözülmə­si­nə tə­rəf­da­rıq. Odur ki, or­taya su­al­lar çı­xacaq. Hət­ta qar­daş öl­kə­lər be­lə, bə­zən, müxtə­lif çə­tin­lik­lər­ləüzləşir­lər. Be­lə olan tə­q­dir­də, bi­zim əsas məq­sə­di­miz prob­lem­lə­ri (hət­ta on­la­rın bə­zi­lə­ri­nin çə­tin­liy­i­nə rəğmən) do­stluq­la həll et­mək ol­ma­lı­dır. Mən bi­zim öl­kə­lə­ri­miz ara­sın­da­kı müna­si­bət­dən na­ra­hat dey­i­ləm. Bu müna­si­bət sa­bit­dir. Çə­tin­lik hər bir öl­kə ilə müna­si­bət­də mey­da­na çı­xır  - ABŞ-la da, Av­ro­pa İt­ti­fa­qı ilə də, Çin­lə, Ya­po­niya ilə də, di­g­ər­lə­ri­lə də. Odur ki, vaci­bi sa­dəcə irə­liyə bax­maq və və­ziyyət­dən çı­xış yo­lu­nun ol­duğu­nu, onun ta­pı­lacağı­nışünmək­dir. Ru­siya-Azər­baycan müna­si­bət­lə­ri­nə gə­lincə, ümu­mi­lik­də bu­nu döv­lət­lər ara­sın­da əla­qə­lə­rin müsbət in­ki­şa­fı­na nümu­nə say­maq olar. Xal­qlar bir-bi­ri­nəçox yax­şı ya­na­şır, iş­lər ümu­mi­lik­də yax­şı­dır. Bə­zən müəyyən prob­lem­lə­rin mey­da­na çıx­ma­sı isə heç ki­mi qor­xut­ma­sın.

- Ru­siy­a­nın Qaf­qaz siy­a­sə­tin­də ta­ri­xən mo­no­et­nik Er­mə­ni­s­ta­na mər­hə­mət gö­s­tər­mə­si­ni, bə­zən Cə­nu­bi Qaf­qaz­da ən böyük rus icma­sı­nın ya­şa­dığı Azər­baycan­la müna­si­bə


MƏSLƏHƏT GÖR:

623