
ETİRAF
Tanınmış baylaor Xoakin Kortes rəqsin ruhaniliyi, flamenko ehtirası və kino barədə fikirlərini «R+»la bölüşüb
Müəllif: Nərminə VƏLİYEVA Bakı
Duyğusal flamenko taktında Xoakin Kortesin qızğın gözlərinin ehtiraslı baxışları vəəllərinin hərəkəti, ritmik "çeçyotka" zamanı ovsunlayır və zamanı dayandırır. Bəzən adama elə gəlir ki, bu qaraçı ovsunçu qabiliyyətinə malikdir. Təsadüfi deyil ki, "Elle" jurnalı Xoakini dünyanın ən seksual kişilərinin ilk onluğuna daxil edib. Martın ortalarında İspaniyadan olan tanınmış baylaor "Muğam dünyası" III beynəlxalq musiqi festivalı çərçivəsində Bakıda yeni "Dicen de mi" ("Mənim barəmdə danışırlar") rəqs tamaşasını təqdim edib. "Əgər sən hətta büdrəyirsənsə, yanılırsansa, qoy bu da ürəkdən olsun, elədiyin hər şeydə "duende" olmalıdır. Flamenko "duende"siz təsəvvür belə edilə bilməz, qəlbdəçuğlayan alov möhtəşəmdir. O yalnız bir şeyi - yalan danışmağı bacarmır..." Bu, əbədi, nəsildən-nəsilə keçən qaraçı müdrikliyini Xoakin Kortes uşaqlıqdan mənimsəyib. Bu, məhz onun flamenkosunun əsasında durur. "Duende" nədir? "Duende" flamenko ifasının qəlbidir. Bunsuz o, incəsənət sayıla bilməz. Bu ispanmənşəli söz hərfi şəkildə "ruh", "görünməz", "cin" kimi tərcümə edilir. Amma incəsənət barədə işlədiləndə o, başqa məna qazanıb və "hiss", "atəş", "magiya" kimi tərcümə edilə bilər. Əgər bizdə "onda atəş yoxdursa" deyirlərsə, İspaniyada "no tiene duende" deyirlər. Duende rəqsi daha çox şamanlığa və magiyaya çevirir və bunda nəsə ibtidai, qədim ritual rəqslərə aparan nələrsə var. Məşhur baylaor Xoakin Kortes rəqsin ruhaniliyi, flamenko ehtirası və kino barədə fikirlərini "R+"la bölüşüb.
- Xoakin, flamenko sizdən ötrü nədir?
- Bu mənim həyatımdır, bu mənəm. Artıq 30 ildən artıqdır, flamenko oynayıram. Bu rəqsi gerçək qadına aşiq olan kimi sevirəm. Məndən ötrü flamenko mənim sevgilim, qadınımdır. İllər keçməsinə baxmayaraq, bu ehtirasverici qadına getdikcə daha artıq aşiq oluram. Bu sevginin hesabına mən özümü kəşf etdim, çox yeni şeylər öyrəndim, müxtəlif ölkələrdə oldum. Qazandığım hər şeyə, mənə verdiyi hər şeyə görə Yaradana şükür edirəm. Mən yenidən doğulsam, yenə də flamenkonu seçərdim. Rəqsin hesabına Azərbaycanı da gördüm. Çox ümid edirəm ki, yenidən buraya dönəcəyəm. Gəldim ki, sizə flamenkonu göstərim, bakılıları bu ehtiraslı rəqslə tanış edim. Flamenko yalnız mənim xalqım üçün incəsənət deyil, həm də bu, onun həyat tərzi, mənəvi durumudur.
Flamenko orta yüzillilər Əndəlusunun xalqlarında mədəniyyətlərin qovuşmasından yaranıb, orada ərəblər, yəhudilər, qaraçılar, xristianlar bir arada yaşayıblar. Həmin üç din - xristianlıq, islam və iudaizm öz dövrlərində dinc yaşayıblar. Yəni bizim günlərdəki kimi deyil… Düşünürəm, onda ümumi axtarış dövrü olub. Müxtəlif dinlərin insanları bilik və mədəniyyət mübadiləsi aparıblar. Dini dəyərlər müxtəlif dinlər tərəfindən müxtəlif cür şərh edilsə də, onlara hamı tərəfindən eyni səviyyədə hörmət edilib. Flamenko həmin dövrün rəmzi kimi mədəniyyətlər qovşağında formalaşıb, müxtəlif ənənələri özündə sintez edib.
- Sizin rəqs tamaşası "Dicen de mi" ("Mənim haqqımda danışırlar") adlanır. İnsanlar sizin haqqınızda nə danışırlar?
- Müxtəlif şeylər. Çox vaxt bunlar sadəcə dedi-qodudur. Əgər mənim, əslində, necə olduğumu bilmək istəyirsinizsə, sadəcə, baxın, necə rəqs edirəm. Mənim rəqsim əvəzimə danışacaq. Bütün yaşantılarım və düşüncələrim mənim hərəkətlərimdədir.
- Siz klassik flamenkonu çağdaş rəqs elementləri iləçuğlaşdırırsınız. Sizi bu rəqsə hansı musiqi istiqamətləri ruhlandırıb?
- Təcrübə göstərir ki, flamenko ehtirası klassik baletlə vəçağdaş rəqslərləçox gözəl uyğun gəlir. Uşaqlıqdan üsyançı olmuşam və indi də hər şeyi özüm bildiyim kimi edirəm. Bu mənə "birləşməzləri" birləşdirərək, öz üslubumu tapmağa yardım edib. Mənim çıxışımda ispan, ərəb, latın musiqisinin və hətta klassikanın sintezi hiss edilir. Hansısa bir konkret janrda işləmirəm və öz çıxışıma müxtəlif milli rəqslərin elementlərini əlavə etməyəçalışıram. Beləçıxır ki, flamenkom bir növ dünya xalqlarının rəqsidir.
- Siz Bakıya "Muğam dünyası
MƏSLƏHƏT GÖR: