14 Mart 2025

Cümə, 22:46

TƏMİZ BİZNES

Yeni qanun layihəsi sahibkarlıq subyektlərinin yoxlanmaları sahəsində problemləri həll etmək məqsədi daşıyır

Müəllif:

02.04.2013

Azərbaycanda biznesin qeydiyyatının və bunun gerçəkləşdirilməsinin sadələşdirilməsi üzrə çoxsaylı tədbirlərə, ölkədə investisiya mühitinin yetərincə yaxşılaşdırılmasına baxmayaraq, bu sahədə problemlərin hələ də tam və ya heç olmasa, maksimum həllinə nail olunmayıb. Həm də ki hələ də hazırda Azərbaycan sahibkarları üçün ən ciddi məsələ yoxlamalar olaraq qalmaqdadır. Onların çoxsaylı, nizamsız olması, eləcə də gizlətməyə nə gərək var ki, yoxlayanların çox vaxt açıq-aydın "şəxsi maraq"ının" olması sahibkarların əsəblərini tarıma çəkib.

2011-ci ilin 1 may tarixindən Azərbaycanda iş adamlarının çoxdan gözlədiyi əlaqələndirmə şəbəkə-qurumu işləyməyə başlayıb. Bu, Ədliyyə Nazirliyi tərəfindən işə salınmış yoxlamaların vahid məlumat reyestridir. Hələ bu da hamısı deyil. Növbəti addım daha tutarlı olmağı vəd edir. Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıq çərçivəsində hazırlanmış "Sahibkarların maraqlarının müdafiəsi və sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi haqqında" qanun layihəsi artıq ölkə Milli Məclisi tərəfindən müzakirə edilir.

Sahibkarların xeyrinə

Yoxlamaların məqsədini və prinsiplərini, onların təşkil edilməsi və keçirilməsi qaydalarını, yoxlayan qurumun vəzifələrini və məsuliyyətini, həmçinin sahibkarların hüquqlarının və maraqlarının qorunması ilə bağlı tələbləri müəyyən edən sənədə artıq parlamentin iqtisadi siyasət və hüquq siyasəti komitələrində baxılıb.

Beləliklə, qanunun qəbul edilməsindən sonra sahibkarları hansı yeniliklər gözləyir?

Hazırda Azərbaycanda, təxminən, 35 yoxlayıcı qurum fəaliyyət göstərir. Onların öz fəaliyyətlərini gerçəkləşdirməsinin qaydaları, əsasən, ölkənin Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Amma bəzi hallarda onlar  qurumların özləri tərəfindən təsdiq edilir. Bəzi hallarda isə belə qaydalar ümumiyyətlə yoxdur. Bu qanun layihəsinin əsas məqsədi sahibkarlıq sahəsində vahid yoxlama qaydalarının tətbiqi və bu yoxlamaların keçirilməsi zamanı biznesin fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınmasıdır.

Birincisi, onların keçirilmə tezliyi, ardıcıllığı və yoxlamaların bütün nəticələri haqqında bütün məlumatlara operativ girişin təmin edilməsi üçün yoxlamalar barədə bütün məlumatlar məcburi qaydada yuxarıda göstərilmiş vahid reyestrə daxil edilməlidir. Həmçinin yoxlamaların elektron uçotu aparılmalıdır. Bu zaman yoxlamaların bu reyestrə daxil edilməmiş nəticələrinin hüquqi gücü olmayacaq, yəni belə yoxlamaların gedişi zamanı aşkar edilmiş pozuntu və intizamsızlığa görə hər hansı bir tədbir görülə bilməz. Yeri gəlmişkən, bu sahədə şəffaflığı təmin edə biləcək əlaqələndirici mərkəzin yaradılması ideyası hələ 2008-ci ildə Dünya Bankının (DB) qurumu olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən gerçəkləşdirilən layihə çərçivəsində yaranıb.

Diqqətəlayiqdir ki, yoxlamalar zamanı bu və ya başqa hüquqi-normativ aktda aydın olmayan və təzadlı bəndlər sahibkarın xeyrinə şərh ediləcək. Qanun layihəsi, həmçinin yoxlamaların təşkili və keçirilməsi ilə bağlı normativ-hüquqi aktlar qəbul etməyi qadağan edir.  Yoxlayıcı qurumların siyahısını və onların nəzarət sahələrini müvafiq icra hakimiyyəti qurumu müəyyən edəcək (o daha sonra müəyyən olunacaq). Və çox vacib bir məqam da var: perspektivdə məqsəd yoxlayıcı orqanların sayının kəskin azaldılmasıdır. Axı dünya praktikasına görə, hər bir ölkədə yoxlamalarla məşğul olan 2-3 qurum var/...

Qanun layihəsində yoxlayanların peşəkar səviyyəsinə xüsusi diqqət yetirilir. Belə ki, yoxlamalar başlayana qədər bu şəxslər yoxlama prosedurları haqqında kurs keçməlidirlər, həmçinin etik-davranış qaydalarına riayət etməlidirlər. Yoxlamalar zamanı korrupsiyanın qarşısının alınmasına real olaraq imkan verən məqamlardan daha biri qanunda cərimələrin nağd şəkildə ödənilməsinin qadağan edilməsidir.

Qruplar üzrə risklər

Qanun layihəsinə görə, yoxlamalar zamanı sahibkarlıq subyektlərinin yüksək, orta və aşağı risk qruplarına bölünməsi nəzərdə tutulur və plan yoxlamalarının tezliyi bu bölünmənin nəticələrindən asılı olaraq tənzimlənəcək. Müəyyən zaman müddətində qanun pozuntusuna yol verməmiş sahibkarlar aşağı risk qruplarına keçiriləcəklər ki, bu da onlarda yoxlamaların tezliyini aşağı salacaq. Eyni zamanda, iri sahibkarlar üçün plan üzrə yoxlamaların müddəti 10 günü, orta və kiçik sahibkarlar üçünsə 5  günü  keçməməlidir. İri sahibkarlar üçün plandankənar yoxlamaların müddəti 5 günü, orta və kiçik sahibkarlar üçünsə 3 günü  keçməməlidir. Yeri gəlmişkən, qanun layihəsinə görə, plandankənar yoxlamalar nəzarət orqanının istəyi ilə deyil, qanunun tələb etdiyi konkret hallarda aparılacaq. Misal üçün, əgər son yoxlama zamanı aşkar edilmiş  pozuntuların aradan qaldırılması üzrə qərarlar yerinə yetirilmədikdə və ya sahibkarın fəaliyyətinin məhdudlaşdırılması üzrə qərarların yerinə yetirilməsinə əmin olmaq sarıdan vaciblik yarandıqda, həmçinin konkret faktlara əsaslanan müraciətlər olduqda və s. zamanı yoxlamalar aparıla bilər.

Burası da vacibdir ki, sahibkarın fəaliyyətinin məhdudlaşdırılması  qanun layihəsində ən sonuncu tədbir kimi nəzərdə tutulub.  Yəni heç bir yoxlama orqanı müvafiq prosedur və hüquqi əsaslandırmalar olmadan sahibkardan öz işini dayandırmağı və ya ləğv etməyi tələb edə bilməz. Axı qanun layihəsinə görə, yoxlamaların əsas məqsədi sahibkarın yol verdiyi qayda pozuntularına görə cəzalandırılması deyil, insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, əmlakın, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyidir.

Yeri gəlmişkən, əgər qanun layihəsi qəbul edildikdən sonra qaydalar müvafiq qurumlar tərəfindən ardıcıl və dəqiq yerinə yetirilərsə, onda istənilən halda bu gün sahibkarlar üçün tamamilə xaotik və çox vaxt əsassız olan yoxlamalarla, yoxlayıcıların qeyri-sağlam münasibətilə bağlı yetərincə aktual olan çoxlu problemlər həll ediləcək.

MƏSLƏHƏT GÖR:

518