Müəllif: Vəfa ZEYNALOVA Bakı
Hələ uşaqlıqdan - Ailə - cəmiyyətin özəyidir. Bu özəyin ayrılmaz hissəsi isə uşaqlar, bizim gələcəyimizdir - şəxsi və ictimai "uyğunlaşma"nın çətinliyi beynimizə səylə yeridilirdi. Demək olarmı ki, uşaq ikən beynimizə yeridilən həmin maariflənmə fərziyyələri möhkəm qalıb, yoxsa prioritetlərin nəzərdən keçirilməsinə ehtiyac var? Azərbaycanda tərbiyə ənənələri tarixən necə yaranıb və zamanla onlar hansı dəyişikliklərə məruz qalıblar?
Məntiqli balans nədir?
Psixoloq Humay Axundzadə danışır: "Uşaqlar və ailələr ilə iş təcrübəmdən çıxış edərək deyə bilərəm ki, hazırda cəmiyyətimizdə əsl qarma-qarışıqlıq müşahidə olunur. Valideynlər, daha çox gənc valideynlər, uşaqları ona hörmət etmək, onun fikrini nəzərə almaq, onu müstəqil şəxsiyyət kimi böyütmək yanaşmasından yararlanmaqla tərbiyə etməyə çalışırlar. Bununla belə, onlar tez-tez tərbiyə telinin, öz nüfuzunun itirilməsi anlamına gətirən çarəsizliyə düçar olaraq, məntiqli balans tapa bilmirlər. Məsələ burasındadır ki, uşağın ona etimad göstərmək, onunla hesablaşmaq kimi tələbatı ilə yanaşı, həm də daha güclü, arxalanacağı, özünü eyniləşdirəcək birisinə də ehtiyacı var. Eyni zamanda, psixoloqun dediyi kimi, güclü birisi deyərkən heç də uşağın hansısa sıxılmaya və ya böyüklər tərəfindən alçalması anlamına gəlmir. Bunun kökündə ailənin böyük üzvünün onunla eyni cinsdə (bu, adətən, yeniyetməlik dövrünə - uşaq valideynlərinə qarşı durana qədər davam edir) olan biri tərəfindən özünü eyniləşdirmək mexanizmi durur. Ona görə də öz bənzərliyini müəyyənləşdirmək üçün uşaqlara fiqurlar lazımdır. Bu fiqurlar zəif və ya tutarsız olarsa, uşaqda dissonans yaranır.
Bu cəhətdən ənənəvi tərbiyə modelinin sərt reqlamenti ilə yanaşı, öyrənilməsi lazım olan müsbət tərəfləri də var. Lakin Humay xanım hesab edir ki, valideynləri bürüyən tam xaosu bir sözlə səciyyələndirmək çətindir. Ailələrdə daha çox necə olmaq təsəvvürü üstünlük təşkil edir və bu təsəvvürlər reallaşmağa daha az meyillidirlər. "Əgər insanın ailəsində qəbul edildiyi kimi tərbiyəyə qarşı tənqidi münasibət bəslənilirsə, o, öz ailəsində hər şeyin əksinə olmasına çalışır. Amma yenə də bəzi valideyn göstərişləri insanın daxilində dərindən kök salır. Axı, insanın gözləri qarşısında tərbiyəyə dair ancaq bir model öz ailəsində qəbul edilən durur. Bu sxemi sındırmaq üçün daxili qüvvə, kreativlik və cəsarətin olması zəruridir".
Çoxsaylı tədris layihələrinin fasilitatoru və təşkilatçısı Rüfət Əliyev də düşünür ki, bu gün uşaqların tərbiyəsinə nənə və babalarımızın yanaşdığı kimi yanaşmaq olmaz. Zaman, şərtlər, imkanlar, texnologiya dəyişib və istər-istəməz reallıqlara uyğunlaşmaq lazım gəlir. Əlbəttə ki, uğurlu tərbiyə postulatlarının müəyyənləşdirilməsi üçün həm çoxsaylı dünya təcrübəsi, həm də çoxlu nəzəriyyə mövcuddur. "İstənilən dövrdə, istənilən ölkədə tərbiyədə yeganə başlıca prinsip var: övladınızı sevin!" - deyə mütəxəssis bildirir. O, izah edir ki, bunun üçün uşağın kim olduğunu yaxşı bilmək, onun hisslərini və ehtiyaclarını anlamaq lazımdır.
Lakin mütəxəssis, məhz, bu aspektdə valideynlərimizə xas bir xüsusiyyəti xatırladır: "Uşaqlar onlar üçün hər şeydir, o cümlədən öz arzu və planlarını reallaşdırmaqdır. Bu cür valideynlər uşaqlarının tərbiyəsinə tez və ya gec öz dividendini verəcək uğurlu layihənin reallaşması kimi yanaşırlar. Uşaq da bu şəkildə valideynin silahına çevrilir".
R. Əliyevin sözlərinə görə, bütün postsovet məkanı üçün əsas faciəvi nəticə ondan ibarətdir ki, bu sistem uşaq üçün tərbiyə zamanı düzgün məqsəd və giriş müəyyənləşdirmirdi. Belə ki, sovet sisteminə görə uşağı "lazımi şəkil"də - simasız, qəddar, hər şeyi bilən kimi ancaq dövlət tərbiyə edə bilər. Mövcudluğu dövründə valideynlərə maneəsiz olaraq ümumi rifah və kommunizmi qurmaq üçün, övladları valideynlərdən (körpələr evi, uşaq bağçası, məktəb) ayırırdı.
Aşkarlıq (qlasnost) dövründə, 80-ci illərin ortalarından bu vaxta qədər məktəblərin divarları arxasında gizlədilən təhsil prosesinin təfərrüatları aşkara çıxmağa başladı.
Məlum oldu ki, məktəbi bitirən uşaqların 93%-i müxtəlif psixomatik pozğunluqlar qazanıblar.
Mövcud sistemin ikinci mənfi tərəfi isə düzgün tərbiyənin (əsasını uşağın tox olması, geyiminin təmini və vaxtlı-vaxtında məktəbə getmək təşkil edirdi), ümumiyyətlə, nə olduğunu anlamayan valideyn nəslinin yetişməsi oldu. Bütün yük tədris müəssisələrinin çiyinlərinə düşür (onların bu funksiyanın öhdəsindən gəlib-gələ bilmədiyi artıq başqa mövzudur). Yəni uşaq onu bərabərləşdirən, cəmiyyət üçün orta və son dərəcə rahat obyektə çevirən maşına düşür. Nəticədə isə biz uşağın tərbiyəsindən çox, onun bir tikə çörəyi haqda düşünən cahil valideynə sahib oluruq.
Bu dövrdə də biz bu məsrəflərin nəticələrini - siqaret çəkən, içki içən, narkoman, sadəcə öz həyatını qura bilməyənlər, təcavüzkar, köməksiz, həyatda öz yerini tapa bilməyənlərin cansıxıcı sayında görürük. Çıxış yolu nədir? Mövcud şərtlərdə uşağın tərbiyəsi və "ictimai faktor" arasında optimal balans tapmaq mümkündürmü?
Səhvlər üzərində öyrənmək
Ekspert sakitləşdirir ki, çıxış yolu sözsüz ki, var. Vaxtında və dərhal uşaq tərəfə dönmək, onun tələbatları ilə maraqlanmaq (təkcə maddi tələbatları ilə deyil); onunla ünsiyyətdə olmaq, ona nə isə oxumaq, oxuduğunu müzakirə etmək, onunla oynamaq, danışmaq, bütün ev işlərini birlikdə etmək lazımdır. Heç nə öz-özünə baş vermir və uşağın tərbiyəsində iki amil var - ailə və məktəb. Bu iki amilin çatışmadığı yerdə üçüncü amil - ətraf mühit ortaya çıxır. Bu amil yaxşı olardı ki, həmişə minimum səviyyəsində olsun.
Bu günün təhsil və tərbiyə məsələlərində çətinliklər prioritetlərin dəyişilməsi ilə bağlıdır. Nəticədə, valideynlər birindən digərinə keçirlər: gah usanıb hər şeyi öz axarına qoyurlar (bizim kimi də - özü böyüyəcək), gah da uşağı, demək olar ki, dünyaya gələndən bəri onu dərs masası arxasına oturdub, ona tədris, "nəsihət" verirlər. Əsas məqsəd isə - uşağın bacarıqlarının inkişafıdır, onu öyrətmək deyil, öyrənməyə öyrədilməsi, dünyanı kəşf etməsi, bacarıqlı və biliyə həvəsli olmasıdır. "Uşaqlara onların bacarıqlarının kəşf edilməsi üçün daha geniş şərait yaradın, onları dərnəklərə aparın, təbiətə çıxarın", - deyə R. Əliyev məsləhət görür. Onun sözlərinə görə, uşağa qarşı diqqətli və qayğıkeş olunduğu zaman, onun gizli bacarıqları üzə çıxacaq.
Müasir reallıqlarda ənənəvi yanaşmalar bir qədər köhnəlib. Bu günün valideyni fikirləşməlidir, o, nə cür cəmiyyət üzvü və vətəndaş böyütmək istəyir. "Cəmiyyət"dən çıxmanın spesifik xüsusiyyətlərindən biri ondan ibarətdir ki, orta azərbaycanlı ailəsi individuallaşır, sosiumla əlaqələrini itirir, vacib olmadığı təqdirdə, cəmiyyətin həyatı ilə fəal qarşılıqlı əlaqəyə girmir.
Ümumilikdə isə oriyentasiyanın itirilməsi dövründə gənc valideynlər optimal istiqamətin seçilməsinə daha çox ehtiyac duyurlar. Valideynlər isə səksəninci, doxsanıncı illərin uşaqlarıdır, uşaqlığı İttifaqın dağılmasına, postsovet dövrünün çətin reallıqlarına düşən bir növ "itirilmiş nəsil"dir. Ona görə onları tərbiyə metodlarında bir tərəfdən o biri tərəfə "özlərini atmaqda" günahlandırmaq çətindir. Gələcək vətəndaşların "valideynlərdən ayrılmadan" tərbiyəsi məsələsi dövlət sosial siyasətinin istiqamətlərindən biri olmalıdır. Əgər "quzu bala atasının yanına gəlib" kimi bir mühitdə ailənin başçısı uşağın sözlərinə və suallarına diqqət yetirsə, uşağın tərbiyəsində problem az olar.
MƏSLƏHƏT GÖR: