14 Mart 2025

Cümə, 20:48

SABİTLİK NAMİNƏ

Ukraynalı politoloq Mixail Poqrebinski: "Federasiyalara bölünməkdən başqa yol yoxdur"

Müəllif:

08.04.2014

Krı­mın fak­ti­ki ola­raq iti­ril­mə­si, öl­kə­nin da­ha çox his­sə­lə­rə par­ça­lan­ma təhlükə­si­nin da­vam et­mə­si, iq­ti­sa­di əlac­sız­­lıq Uk­ray­na­nı və bey­nəl­xalq bir­liyi gə­rg­in­lik içə­ri­sin­də sax­la­ma­q­da­dır. Bütün bun­lar­la ya­na­şı, bir də Uk­ray­na­nın ye­ni ha­ki­miyyə­ti­nin öl­kə­də­ki və­ziyyə­ti tam nə­za­rə­tə gö­türmə­si mümkün ol­mur. Üstə­lik, ya­ran­mış böh­ran­dan tez­lik­lə çı­xı­lacağı­nı söy­lə­mək də mümkün dey­il. Uk­ray­na­da ha­di­sə­lə­rin mümkün in­ki­şa­fı ha­q­da Kiy­ev Siy­a­si  Araş­dır­ma­lar və Kon­flik­to­lo­g­iya Mər­kə­zi­nin di­rek­to­ru Mi­xa­il POQRE­BİNSKİ ilə söh­bət­ləş­dik.

- Uk­ray­na  hö­ku­mə­ti MDB-dən çıx­ma pro­se­si­nə baş­la­dığı­nı bəy­an edib. Bu siy­a­si ma­nev­rdir, yox­sa Kiy­ev, hə­qi­qə­tən, post­so­vet öl­kə­lə­ri­nin bir­liy­i­ni tərk edir?

 - Bir müddət əv­vəl hö­ku­mət ar­tıq ana­lo­ji bəy­a­nat­la çı­xış et­miş­di. La­kin Uk­ray­na­nın MDB-nin sı­ra­la­rı­nı tərk edəcəy­i­nə da­ir bəy­a­nat elə bəy­a­nat ola­raq qal­mış­dı. Gü­man ki, bu, hö­ku­mə­tin Krım­la bağlı və­ziyyə­tə re­ak­siy­a­sı­dır.  MDB sı­ra­la­rı­nın tərk olun­ma­sı Uk­ray­na­nın azad tica­rət  zo­na­sın­dan kə­nar qal­ma­sı de­mək­dir. Bu isə Ru­siya və MDB ba­zar­la­rı­na tə­darükdən cid­di şə­kil­də ası­lı olan Uk­ray­na iq­ti­sa­diyya­tı­na mən­fi tə­sir gö­s­tə­rəcək. Onun tica­rət dö­v­riyyə­si­nin əhə­miyyət­li his­sə­si MDB öl­kə­lə­ri­nin payı­na düşür. Bu tə­şəbbüsün re­al­la­şacağı­nı düşün­mü­rəm. Am­ma Uk­ray­na ilə Ru­siya ara­sın­da siy­a­si mü­na­si­bət­lər son də­rəcə gə­rg­in ola­raq qa­lır və hə­lə ki, və­ziyyə­tin tez­lik­lə düzə­ləcəy­i­ni gö­s­tə­rən əla­mət­lər yox­dur. Be­lə olan tə­q­dir­də, iki öl­kə ara­sın­da tica­rət dö­v­riyyə­si­nin kə­s­kin şə­kil­də aza­lacağı­nı is­tis­na et­mək ol­maz. Nə qə­dər ki, siy­a­si mü­na­si­bət­lər gə­rg­in ola­raq qa­lır, Ki­y­ev tez-tez MDB-dən çıx­maq mə­sə­lə­si­nə qayı­dacaq. Ha­zır­kı mər­hə­lə­də pa­u­za götürmək da­ha məq­sə­də­uyğun olar­dı. Hö­ku­mə­tin be­lə pa­u­za götürəcəyi eh­ti­ma­lı yüksək­dir. Odur ki, MDB-dən çıx­maq­la bağlı bəy­a­nat­la­ra bu qə­dər re­al ya­naş­maq la­zım dey­il.

- Uk­ray­na­da­kı da­xi­li siy­a­si sa­bit­lik böyük ölçüdə həm də obyek­tiv pre­zi­dent seç­ki­si­nin təş­ki­lin­dən ası­lı­dır. Öl­kə­də si­lah­lı qrup­­laş­ma­la­rın ol­duğu, cə­miyyə­tin par­ça­lan­dığı, bir çox re­g­i­on­lar­da fak­ti­ki ola­raq qiy­a­mın ya­şan­dığı bir şə­ra­it­də azad və əda­lət­li seç­ki­nin ke­çi­ril­mə­si müm­kündürmü?

- Ha­zır­kı şə­ra­it­də bu, Uk­ray­na üçün re­al prob­lem­dir. Ye­ni hö­ku­mə­tin son günlər­də si­lah­lı qrup­laş­ma­la­rın tərk-si­lah edil­mə­sin­də qə­tiyyət gö­s­tər­mə­si se­vin­di­rici­dir. Bu, ilk növ­bə­də, "Sağçı sek­tor"a aid­dir. Ya­xın 2 həf­tə­də hö­ku­mə­tin və­ziy­yə­ti nə­za­rə­tə götürə bi­lib-bil­mə­y­ə­cəyi bəl­li olacaq. Ha­zır­kı şə­ra­it­də öl­kə­də azad və əda­lət­li seç­ki­lə­rin ke­çi­ri­ləcəy­i­ni göz­lə­mək çox çə­tin­dir. Am­ma və­ziyyə­tin müsbə­tə doğ­ru get­diy­i­ni gör­mək mümkün­dür. Ali Ra­da si­lah­lı qrup­la­rın tərk-si­lah edil­mə­si ha­q­da qə­rar qə­bul edib və Da­xi­li İş­lər Na­zir­liyi bu is­ti­qa­mət­də cid­di fə­a­liyyə­tə baş­layıb.

- Uk­ray­na­nın cə­nub və cə­nub-şərq re­g­i­on­la­rın­da çax­naş­ma­lar sə­ng­i­mir. Hö­ku­mət öl­kə­nin fe­de­ra­siy­a­la­ra bölünmə­si­nin qar­şı­sı­nı ala bi­ləcək­mi?

- Uk­ray­na­da da­xi­li siy­a­si sa­bit­liyə na­il olun­ma­sı üçün fe­de­ral­laş­ma­dan baş­qa yol yox­dur. Çox­la­rı "fe­de­ral­laş­ma" sözünün özünü bə­­y­ən­mir. Be­lə olan tə­q­dir­də, bu­nu de­­sen­t­ra­li­za­siya ad­lan­dı­raq. Am­ma Uk­ray­na par­la­men­tin­də re­g­i­on­la­rın təm­sil olu­nacağı ikinci pa­la­ta­nın ya­­ra­dıl­ma­sı qa­çıl­maz­dır. Bu­nun­la da, re­g­i­on­la­ra vacib qə­rar­la­rın qə­bu­­lu­na ve­to qoy­maq, re­fe­ren­dum tə­­şəbbüsü ilə çı­xış et­mək və s. hüquq­lar ve­ri­ləcək. Hə­lə­lik Uk­ray­na hö­ku­mə­ti bu­na ha­zır dey­il. Am­ma za­man keç­dikcə fe­de­ra­siy­a­la­ra bölünmə­nin vacib ol­duğu­nu an­la­y­acaq­lar. Söh­bət, sa­dəcə, bu­nun nə vaxt baş ve­rəcəy­in­də­dir.

- Ru­siy­a­lı ek­s­per­t­lə­rin qiy­mət­lən­dir­mə­si­nə gö­rə, Uk­ray­na ma­liyyə if­la­sı­nın as­ta­na­sın­da­dır. On­lar ya­xın 1-2 ay­da öl­kə­də de­folt ya­şa­nacağı­nı dey­ir­lər...

- Qar­şı­dan gə­lən iq­ti­sa­di fə­la­kət ha­q­da yal­nız Ru­siya KİV-i dey­il, Uk­ray­na hö­ku­mə­ti­nin baş­çı­sı Ya­senyuk da da­nı­şır. Bu ya­xın­lar­da böh­ran əley­hi­nə təd­bir­lər haq­qın­da qət­na­mə də qə­bul olu­nub. Ha­zır­kı ha­ki­miyyə­tə gö­rə ABŞ və Aİ də mə­su­liyyət da­şıyır. Çünki onun ha­ki­miyyə­tə gəl­mə­si­nə Va­şinq­ton­la Brüssel kö­mək edib. Odur ki, on­lar Kiy­e­və de­folt təhlükə­si­ni aş­ma­q­da kö­mək et­mə­li­dir­lər. ABŞ ar­tıq 1 mil­yard dol­lar­lıq yar­dım ayı­rıb. Aİ də ana­lo­ji ad­dı­mı at­mağa ha­zır­la­şır. Düşünürəm ki, Qərb Uk­ray­na­nı müf­lis­lik­dən qo­ruy­acaq.


MƏSLƏHƏT GÖR:

703